Məhkəmə qərarları › İş №2(107)-1746/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1746/2021

27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1746/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X25 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədəli oğluna və Cavabdeh3 qarşı “pul tələbinə dair” ilk, Cavabdeh3 İddiaçı qarşı “qanunsuz tikilinin iddiaçının hesabına sökülərək ərazinin təmizlənməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Hümbətov) ilk iddia rədd olunmuş, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Ağsu rayonu, Hacman kəndində təbii daşdan inşa edilmiş, üstü qırla örtülmüş fərdi yaşayış evinin İddiaçı vəsaiti hesabına sökülərək, ərazinin daşlardan təmizlənməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədhadi oğlu və Cavabdeh3 qarşı–Ağsu rayonunun Hacman kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilən 32 kv.m-dən ibarət olan evin tikintisinə xərclənən 15.484 manat məbləğində pulun, mənəvi zərərə görə 10.000 manat, ödədiyi 30,00 manat məbləğində dövlət rüsumunun və ümumilikdə 25514 manat məlbəğində pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)- 1201/2018 saylı mülki iş üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən - iddiaçı X23 cavabdehlər Cavabdeh1 və X8 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələbinin təmin edilməsi, Cavabdeh1 (Fərzəliyeva) və X4 adma Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı əsasında hazırlanmış JN-065F nömrəli, kitabla 37 nömrə ilə qeydə alınmış şəhadətnamənin ləğv edilməsi qət edilmişdir.Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.10.2019-cu il tarixli, 2(107)-2351/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 və nümayəndəsi X18 və üçüncü şəxs Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 2(016)-1201/2018 saylı mülki is üzrə 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş və İddiaçı Talib qızının cavabdehlər Cavabdeh1 qızma və Cavabdeh2 Məhəmmədhadi oğluna qarşı Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərar əsasında hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbi rədd edilmişdir.Azərbaycan Rsepublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2020-ci il tarixli, 2(102)- 1258/2020 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.10.2019-cu il tarixli, 2(107)-2351/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Məhkəmə aktlarına əsasən, mərhum həyat yoldaşına məxsus torpaq sahəsini ala bilməmiş və nəticədə iddiası rayon məhkəməsində təmin edilsə də apellyasiya və kassasiya instansiyası məhkəmələrində rədd edilmişdir. Mərhum həyat yoldaşı X10 rayonunun Hacman kəndində (ata yurdunda) yerləşən torpaq sahəsində 2003-cü il tarixdə 32 kv.m ölçüdə 1 mərtəbədən, 1 otaq və 1 eyvandan ibarət ev tikdirmişdir.Evin tikintisində və tikinti materiallarının alınmasında oğlu X37, X38, X19 və X33 iştirak etmişlər.Həmin evin tikintisinə ümumilikdə 15484 manat məbləğində vəsait xərclənmişdir. Evin tikintisi faktını Ağsu rayon İcra Hakimiyyətinin Kalva kənd üzrə nümayəndəliyi 14.12.2015-ci il tarixdə öz arayışı ilə təsdiq etmişdir. Həmin evin tikintisi barədə X38, X19, X33 və özü ərizə yazıb 07 yanvar 2016-cı il tarixdə notariat kontorunda təsdiq etdirmişlər. Bundan başqa, Ağsu rayon Hacman kənd sakinləri X26, X38, X33, X48, X34, X19 və X3 01 sentyabr 2015-ci il tarixdə akt tərtib edib qeyd etmişlər ki, 2003-cü il tarixdə Ağsu rayonunun Hacman kəndində mərhum X32 ata yurdunda öz vəsaiti hesabına 40 kv.m-dən ibarət ev tikdirmişdir.Ağsu rayonunun Hacman kəndində yerləşən torpaq sahəsinin üzərində mərhum həyat yoldaşı tərəfindən inşa edilən evdə hazırda cavabdehlər yaşayırlar.Yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən torpaq sahəsinin tələb edilməsinə dair iddiası təmin olunsa da apellyasiya və kassasiya mərhələlərində rədd edildiyindən, hesab edir ki, həmin torpaq sahəsinin üzərində mərhum həyat yoldaşı X32 tərəfindən inşa edilən evə xərclənən vəsait cavabdehlərdən alınıb ona ödənilməlidir.İnşa edilən evə dair xərclənən vəsaiti cavabdehlərdən tələb etsə də rədd cavabı almışdır. X1 Zöhrə Talıb qızına qarşı –Ağsu rayon Hacman kəndində X13 və ailə üzvü Cavabdeh2 Məhəmmədhadi oğlunun mülkiyyətində olmuş həyatyanı torpaq sahəsində cavabdehin mərhum həyat yoldaşı X32 tərəfindən X13 və ailə üzvü Cavabdeh2 Məhəmmədhadi oğlunun mülkiyyətində olan torpaq sahəsində yerləşən onlara məxsus olan təbii daşdan inşa edilmiş, üstü qırla örtülmüş fərdi yaşayış sahəsinin dağıdılaraq, həmin evin daşından inşa edilən bir mərtəbəli yaşayış sahəsi qanunvericiliyin tələbləri pozulmaqla inşa edildiyi və özbaşına tikili olduğu üçün cavabdeh İddiaçı Talılb qızının hesabına söküllərək ərazinin və həmin daşların təmizlənməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli 2(107)-2351/2019 saylı qətnaməsinin surətindən görünür ki, Milli Arxiv İdarəsi Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş Ağsu rayonu Kalva kənd inzibati ərazi nümayəndəliyinin 1983-1985-ci illərə aid 478 nömrəli şəxsi hesab və 199 nömrəli torpaq kadastrı təsərrüfatbaşına kitabından çıxarışa, 1986-1990-cı illərə aid 487 nömrəli şəxsi hesab və 40 nömrəli torpaq kadastrı təsərrüfatbaşına kitabından çıxarışa, 1991- 1996-cı illərə aid 535 nömrəli şəxsi hesab və 33 nömrəli torpaq kadastrı kitabından çıxarışa və 1996-2000-cı illərə aid 575 nömrəli şəxsi hesab və 33 nömrəli torpaq kadastrı kitabından çıxarışa əsasən, X13, X20, Cavabdeh2 Məhəmmədhadi oğlu və X21 qeydiyyatda olmuşlar. Milli Arxiv İdarəsi Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş və mülki işin materiallarında olan Ağsu rayonu Kalva kənd inzibati ərazi nümayəndəliyinin 1996-2000-cı illərə aid 752 nömrəli şəxsi hesab və 21 nömrəli torpaq kadastrı olan təsərrüfat kitabından çıxarışa əsasən, X21 və ailə üzvləri X13 və Cavabdeh2 Məhəmmədhadi oğlu 1999-cu ildə 752 nömrəli şəxsi hesab və 21 nömrəli torpaq kadastrı olan təsərrüfata köçmüşlər. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin təsərrüfatda 1958-ci ildə təbii daşdan inşa edilmiş üstü qırla örtülmüş ümumi sahəsi 30 kv.metr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 06 fevral 2019-cu il tarixli məktubu ilə verilən, Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarına əlavə olunmuş Hacman kənd ərazisindən torpaq almaq hüququ olan şəxslərin siyahısının təsdiq edilmiş surətinə əsasən, X13 və Rəcəbli X2 ərazisindən torpaq almaq hüququ olan şəxslərin siyahısmdadır. Həmin siyahıda X22 adı yoxdur və göstərilməyib. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” 30 mart 2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə 0,19 ha həyatyanı torpaq sahəsi Azərbaycan Respublikası, Ağsu rayonu, Hacman kənd sakini X13 və ailə üzvü Cavabdeh2 Məhəmmədhadi oğlunun mülkiyyətinə verilib. Həmin həyatyanı sahənin qaiməsindən (sertifikatından) görünür ki, həyatyanı torpaq sahəsində 43,2 kvadrat metr olan fərdi yaşayış sahəsi olmuşdur.Ağsu rayon Polis İdarəsinin Pasport şöbəsi tərəfindən verilmiş 30 dekabr 2018-ci il tarixli, 9 saylı arayışa əsasən xx xxxxxx 1961-ci il tarixdə Ağsu rayonunun Hacman kəndində anadan olan Rəcəbli (Fərzaliyeva) Yeganə Nəriman qızı 18 avqust 2005-ci il tarixdən Ağsu rayonunun Dilman kəndində daimi qeydiyyatdadır.Ağsu rayon Polis İdarəsinin Pasport şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2012-ci il tarixli AZE-09725820 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 Azərbaycan Respublikası, Ağsu rayonu, Hacman kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(107)-2351/2019 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Ağsu rayon Aqrar İslahatı Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə 0,19 ha həyatyanı torpaq sahəsi Ağsu rayonu, Hacman kənd sakini X13 və ailə üzvü Cavabdeh2 Məhəmmədhadi oğlunun mülkiyyətinə verilib. Həmin həyatyanı sahənin qaiməsindən (sertifikatından) görünür ki, həyatyanı torpaq sahəsində 43,2 kvadrat metr olan fərdi yaşayış sahəsi olmuşdur.Lakin həmin həyatyanı torpaq sahəsində yerləşən və təbii daşdan inşa edilmiş üstü qırla örtülmüş ümumi sahəsi 43,2 kvadrat metr olan fərdi yaşayış sahəsi cavabdehin mərhum həyat yoldaşı X32 tərəfindən dağıdılmış və həmin yaşayış sahəsinin daşından həmin həyatyanı torpaq sahəsinin başqa yerində bir mərtəbədən ibarət ev inşa edilmişdir.Bununla da, cavabdehin mərhum həyat yoldaşı X32 tərəfindən mülkiyyətində olan torpaq sahəsində yerləşən və ona mənsub olan təbii daşdan inşa edilmiş üstü qırla örtülmüş ümumi sahəsi 43,2 kvadrat metr olan fərdi yaşayış sahəsinin dağıdılması nəticəsində yaşayış sahəsindən məhrum olmaqla onlara maddi ziyan yetirilmişdir.Cavabdehin mərhum həyat yoldaşı X32 tərəfindən mülkiyyətində olan torpaq sahəsində və ona mənsub olan evin daşından inşa etdiyi bir mərtəbəli yaşayış sahəsi qanunvericiliyin tələbləri pozulmaqla inşa edilmiş özbaşına tikintidir və həmin tikili cavabdeh İddiaçı Talılb qızının hesabına söküllərək ərazi təmizlənməlidir.Həmin torpaq sahəsi 16 oktyabr 2018-ci il tarixdə Ağsu rayon Dövlət notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin verdiyi 21 noyabr 1918-ci il tarixli Çıxarışına əsasən onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 və Cavabdeh2 Məhəmmədhadi oğlu özbaşına inşa edilən evdə heç vaxt yaşamamışlar və yaşamırlar. Onlar 1999-cu il tarixdən Ağsu rayonunun Dilman kəndində yaşayırlar. Hazırda özü onlara məxsus iki otaqdan, bir eyvandan ibarət olan iki mərtəbəli yaşayış evi dağıdıldığı üçün müvəqqəti olaraq Bakı şəhərində onun həyat yoldaşının atasının mülkiyyətində olan evdə yaşayır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi X39 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbini müdafiə etməklə tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdehlərin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X6 etibarnamə üzrə nümayəndəsi X27 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddiaya etiraz etdi və izahatında göstərmişdir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 28.12.1998-ci il tarixli, 16 saylı qərarı ilə 0.19 ha həyətyanı torpaq sahəsi hüquqlarını təmsil etdiyi Yeganə Fərzəliyeva və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Həyətyanı torpaq sahəsində 43.2 kvadrat metr olan yaşayış evi olmuşdur. Fərdi yaşayış sahəsi cavabdehin mərhum həyat yoldaşı X32 tərəfindən dağıdılmış və həmin yaşayış sahəsinin daşından həin həyatyanı torpaq sahəsinin başqa yerində bir mərtəbədən ibarət ev inşa edilmişdir. Qarşı tərəf göstərilən yaşayış sahəsində yaşamamış və ondan istifadə etməmişlər. Həmin bir mərtəbəli yaşayış sahəsindən istifadə edilmədiyinə və heç kim yaşamadığına görə qəzalı vəziyyətə düşmüşdür. Qarşı tərəf iddia edir ki, həmin həyatyanı sahədən 1999-cu ildən 2011-ci ilədək istifadə edərək əkib-becərmişlər. Həmin həyatyanı sahəni nəinki əkib-becərmişlər, həmin həyatyanı sahədə olan beş ağac tut, iki ağac qoz, yeddi ağac armud, təxminən on ağac alma, alça, fındıq ağaclarının meyvələrindən əldə etdikləri gəlirlər sayəsində öz maddi vəziyyətlərini düzəltmişlər. Nədənsə onlar on iki il ərzində götürdükləri gəlirləri yaddan çıxarırlar. Cavabdehlərə məxsus həyatyanı sahədən istifadə edərək gəlir götürsələrdə, 1999-cu ildən 2007-ci ilədək ilkin iddia üzrə iddiaçının qardaş və bacısına məxsus olan həyatyanı sahədə yerləşən yaşayış sahəsində yaşamışlar. Qarşı tərəfin nümayəndəsinin ifadəsinə əsasən bir mərtəbəli yaşayış sahəsini 2003-cü ildə tikməyə başlasalar da 2007-ci ildə başa çatdırmışlar. Həmin tikili özbaşına tikilidir. Həmin qanunsuz tikili qəzalı vəziyyətindədir. Cavabdehin mərhum həyat yoldaşı X32 tərəfindən onların mülkiyyətində olan torpaq sahəsində və onlara mənsub olan evin daşından inşa edilən bir mərtəbəli yaşayış sahəsi özbaşına tikilidir. Ona görə də, qanunsuz inşa edilmiş həmin birmərtəbəli yaşayış sahəsi İddiaçı hesabına söküllərək ərazi təmizlənməlidir. İddia ərizəsində İddiaçı göstərir ki, Ağsu rayonunun Hacman kəndində yerləşən torpaq sahəsinin üzərində mərhum həyat yoldaşı X32 tərəfindən inşa edilən evdə hazırda Cavabdeh1, Cavabdeh2 Məhəmmədhadi oğlu və X15 yaşayırlar.Lakin nə mülki işin materialları, nə də ki, məhkəmə iclasında göstərdiyi faktlar öz təsdiqini tapmadı. X13 və Rəcəbli X29 rayonunun Dilman kəndində yaşayırlar. Qeyd edilənləri nəzərə alaraq ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 saylı qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Ağsu Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə isə qarşılıqlı iddiaçının yalan və böhtan dolu iddiasına, absurd ifadələrinə əsaslanaraq qarşılıqlı iddianın təmin edilməsi barədə 18 mart 2021-ci il tarixli qətnamə çıxarmışdır. Belə ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə, X11 və X5 mülkiyyətinə 0.19 ha ölçüdə torpaq sahəsi verilmiş, bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-065F, kod ********* olan şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsi 16.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mülkiyyətçilər tərəfindən Cavabdeh3 bağışlanılmış və daşınmaz əmlak Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş bir mərtəbəli yaşayış sahəsinin İddiaçı vəsaiti hesabına sökülərək ərazinin təmizlənməsi barədə iddiası təmin edilməlidir. Halbuki, iş faktiki halları məhkəmənin bu nəticəyə gəlməsinə əsas vermir. O, məhkəməyə təqdim etdiyi yazılı sübutlarla, məhkəmə iclasına dəvət etdiyi şahidlərin yazılı izahatları ilə iddiasının əsaslı olması sübuta yetirilir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, Ağsu rayonunun Hacman kəndində yerləşən torpaq sahəsinin üzərində inşa edilən 32 kv.m-dən ibarət olan evin tikintisinə xərclənən 15.484 manat məbləğində pulun, mənəvi zərərə görə 10.000 manat, ödədiyi 30,00 manat məbləğində dövlət rüsumunun və ümumilikdə 25514 manat məlbəğində pulun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsi barədə və “qanunsuz tikilinin iddiaçının hesabına sökülərək ərazinin təmizlənməsi tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X39 İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məhəmmədəli oğlu və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilən 01 sentyabr 2015-ci il tarixdə Ağsu rayonu Hacman kəndində bir qrup kənd sakinini iştirakı ilə tərtib edilmiş aktla müəyyən edilir ki, 2003-cü ildə mərhum X30 öz ata yurdunda vəsaiti hesabına 40 kv.metrlik yaşayış evi tikdirmiş, evin tikintisində kənd sakinləri də yaxından iştirak etmişdir. Mərhum evi tikənə kimi atasından miras qalmış ev uçulub dağılmış, yaşayış üçün tam yararsız vəziyyətdə olmuş, həmin evi tikdikdən sonra vəfat edənə qədər həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Akt Ağsu rayon İH başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindəntəsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Ağsu rayon İH başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2015-ci il tarixli, 819 saylı arayışla İddiaçı Sumqayıt şəhərində qeydiyyatda olmasına baxmayaraq mərhum həyat yoldaşı X30 2003-cü ildə ata yurdu olan Ağsu rayonu Hacman kəndində 4x8 ölçüdə 32 kv.metrlik yaşayış evi tikdirdiyi, 2011-ci ilə qədər ailəsi ilə birlikdə həmin evdə yaşaması müəyyən edilir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli, 2(016)- 1201/2018 saylı qiyabi qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələbi təmin edilmiş, Cavabdeh1 (Fərzəliyeva) və X4 adına Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı əsasında hazırlanmış JN-065F nömrəli, kitabda 37 nömrə ilə qeydə alınmış şəhadətnamə ləğv edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.10.2019-cu il tarixli, 2(107)-2351/2019 saylı qətnaməsi ilə Cavabdeh1 və nümayəndəsi X28 və üçüncü şıxs Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(016)-1201/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməməklə İddiaçı Talib qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmmədhədi oğluna qarşı Ağsu rayon Aqrar islahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərar əsasında hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.03.2020-ci il tarixli, 2(102)-1258/2020 saylı qərarı ilə İddiaçı Talib qızının kassasiya şikayəti təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.10.2019cu il tarixli, 2(107)-2351/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 16.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və Rəcəbli X29 rayonu, Hacman kəndində yerləşən, ümumi sahəsi 0.19 ha olan torpaq sahəsini X9 bağılamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Hacman kəndində yerləşən 0.1921 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 178.2 və 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına və Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X56 rayonunun Hacman kəndində ata yurdunda yerləşən torpaq sahəsində 2003-cü il tarixdə 32 kv.m ölçüdə 1 mərtəbədən, 1 otaq və 1 eyvandan ibarət ev tikdirmişdir. Qarşı tərəf həmin evin qeyd edilən ata yurdunda mövcud olmuş yaşayış sahəsinin daşından həyatyanı torpaq sahəsinin başqa yerində inşa edildiyini qeyd etmişdir. Hazırda İddiaçı həmin evin tikintisinə xərclənən 15484 manat məbləğində pul vəsaitini ilkin iddia üzrə cavabdehlərdən tələb edir. Lakin evin tikintisi üçün həmin məbləğdə xərc çəkilməsini təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Bu tələb işin hər hansı halı ilə sübuta yetirilə bilmədiyi üçün məhkəmə hesab edir ki, əsassız olduğundan ilkin iddia həmin hissədə rədd edilməlidir. Eyni zamanda ilk iddia üzrə iddiaçı mənəvi zərərə görə 10.000 manat, ödədiyi 30,00 manat məbləğində dövlət rüsumunun da cavabdehlər tərəfindən ödənilməsini tələb etmişdir. Məhkəmə iddia tələbinin “ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 10.000 manat və 30,00 manat məbləğində dövlət rüsumununödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəflər arasında mübahisə başladıqdan sonra inşa etdirdikləri evə gedə bilmədiklərindən psixoloji sarsıntı keçirdiklərini qeyd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin halların təsdiqi kimi iş materiallarına hər hansı sübut əlavə etməmişdir. yalnız 08.05.2019-cu il tarixli və 28.05.2019-cu il tarixli “Diaqnoz” Tibb Mərkəzində nevropatoloq qəbulunda olmaqla ona yazlmış resept blankını əlavə etmişdir. Lakin iddiaçı qeyd etdiyi kimi yol xərcləri, həkim müayinəsi və dərmanlara həqiqətən 3000 manat pul sərf etdiyini, eyni zamanda müayinə, müalicə və yol gedişi üçün hər hansı pul qəbzini işə əlavə etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı onamənəvi zərər dəyməsi, dəymiş mənəvi zərərin 10000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, tələb bu hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də əsassızdır. Ona görə ki, ilkin iddia üzrə iddiaçının tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumunun alınması tələbi də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin “X6 İddiaçı qarşı qanunsuz tikilinin iddiaçının hesabına sökülərək ərazinin təmizlənməsi tələbi”nə dair hissəsini araşdıraraq, hesab etmişdir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iş materiallarına əsasən Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə, X12 və X4 mülkiyyətinə 0.19 ha ölçüdə torpaq sahəsi verilmiş, bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-065F, kod ********* olan şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsi 16.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mülkiyyətçilər tərəfindən X9 bağışlanılmış və daşınmaz əmlak X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Odur ki, X15 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa edilmiş bir mərtəbəli yaşayış sahəsi İddiaçı vəsaiti hesabına sökülərək ərazinin təmizlənməsi barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdikləri ilə əlaqədar olaraq bildirir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə, X12 və X4 mülkiyyətinə 0.19 ha ölçüdə torpaq sahəsi verilmiş, bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-065F, kod ********* olan şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsi 16.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə mülkiyyətçilər tərəfindən X9 bağışlanılmış və daşınmaz əmlak X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İddiaçının qeyd olunan torpaq sahəsində hər hansı tikinti aparılmasına qanuni əsası olmadığından həmin tikililərlə bağlı hər hansı pul məbləğini mülkiyyətçidən tələb etmək hüququ da yoxdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(016)-89/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar