Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-176/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh4 sədri X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri təlvöḊ Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ninitəmdiẊ 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları İddiaçıCavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri təlvöḊ Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ninitəmdiẊ 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1 adına verilmiş 27.12.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. X2 13 yanvar 1998-ci ildə, anam X7 isə 22 iyun 1998-ci ildə vəfat etmişdir. Atam və anamın evliliyindən 3 oğul övladları olmuşdur-Vaqif, Arif, Nizami. Böyük qardaşım X9 1970-ci illərdə ailə quraraq birgə təsərrüfatdan ayrılmış, başqa torpaq sahəsində özünə ev tikərək ailəsi ilə orada yaşamışdır və 31 dekabr 1998-ci ildə vəfat etmişdir. Kiçik qardaşı Cavabdeh1 eyni zamanda iş üzrə cavabdeh 1971-ci ildən Bakı şəhərinə köçərək orada ailə quraraq yaşamış, bu fakt təsərrüfatbaşına kitabdan qeyd olunmuş çıxarışda da öz əksini tapır. Ata və ananın təsərrüfatında o, yaşamış, valideynlərinə baxmışdır, vəfat etdikləri zaman, onları dəfn etmiş, yas mərasimlərini təşkil edərək keçirmişdir. Valideynləri vəfat etdikdən sonra da faktiki olaraq onlardan qalan miras əmlaka (torpaq sahəsi, istismara yararsız ev və tikililər) onun tərəfindən sahiblik edilmiş, qulluq olunaraq istifadə olunmuş, qorunub saxlanılmışdır. Valideynlərinə məxsus əmlakın (torpaq və tikililər) onların adına sənədləşməsi aparılmalı olmasına baxmayaraq, 2019-cu il noyabr ayında Cavabdeh2 ona və həyat yoldaşı X3 qarşı Qəbələ Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmış, məhkəmə iclası təyin olunduqdan və iddia ərizəsinin surəti onun ünvanına daxil olduqdan sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 onun xəbəri olmadan 2015-ci ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsini qeyd etməklə “X4 istifadəsində olmuş 0,09 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiası Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-1 (84)- 721/2015 saylı qərarı ilə təmin olunaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X4 ifadəsində olan 0,09 ha torpaq sahəsinə iddiaçı Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Sonradan Cavabdeh1 Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-l(84)-721/2015 saylı qərarı əsasında (faktiki olaraq isə qərarda Çıxarışın verilməsi öhdəliyi hər hansı inzibati orqanın üzərinə qoyulmamışdır) torpaq sahəsinə qanunsuz yolla öz adına Qəbələ rayonu, Bum kəndindəki 0,09 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.12.2016-cı il tarixində Seriya RX ******* nömrəli Çıxarış əldə etmiş, Bum bələdiyyəsi isə torpaq sahəsi ayırmışdır. 10.09.2019-cu il tarixdə isə Bakı şəhəri 12 saylı notariat ofisində (xüsusi notarius X10) 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlayaraq Qəbələ rayonu, Bum qəsəbəsindəki 0.09 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi əsasında müvafiq olaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsü əldə olunmuşdur. Onun isə bütün bu sənədləşmələrdən xəbəri olmamışdır. Ona görə də o ilkin olaraq Şəki İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-l(84)-721/2015 saylı qərarı maraqlarına toxunduğundan müvafiq qərarın ləğv edilməsini və həmin iddia tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməyi barədə vəsatət ilə müraciət etmiş, vəsatəti təmin olunmuş həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılmışdır. 01.07.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddia tələbinin baxılması mümkünsüz olduğundan işə baxılmasının mümkün olmaması barədə qərardad qəbul olunmuşdur. Göründüyü kimi hal-hazırda Azərbaycan Respublikası Şəki İnzibati- İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli, 2-l(84)-721/2015 saylı qərarı ləğv edildiyindən, həmin qərar əsasında həyata keçirilmiş sənədləşmələr etibarsız hesab olunaraq əldə olunmuş rəsmi sənədlər də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X5 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddiası tamamilə əsassızdır. Qeyd olunan torpaq sahələri vətəndaşlara aqrar islahat komisiyası tərəfindən verilib. Mübahisələndirilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış isə məhkəmə qətnaməsi əsasında verilmişdir. 10.09.2019cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi imzalanan zaman Bum Bələdiyyəsinin nümayəndəsi orada iştirak etməmiş, bununla bağlı hər hansı bir məlumatı yoxdur. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Cavabdeh1 və Cavabdeh2, Əmlak Məsələləri təlvöḊ Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri ninitəmdiẊ 9 saylı Qəbələ Ərazi İdarəsinin və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-227/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasov sədrlik edən və məruzəçi) İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(025)-789/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(102)-4118 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-227/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandıraraq Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 sədri X5 izahat verərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və maraqlı şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2021-ci il tarixli 2(102)-4118/2021 nömrəli qərarındakı göstərişlərinə əməl edib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsinin “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********18, qeydiyyat tarixi – 27.12.2016-cı il) surətindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 10.09.2019-cu il tarixli Daşınmaz əmlakın Bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********18, qeydiyyat tarixi – 30.09.2019-cu il) surətindən görünür ki, Cavabdeh2 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-721/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli Qərarından görünür ki, iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X4 istifadəsində olan 0.09 ha torpaq sahəsinə Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 389.1, 390.1, 666.1 və 668.1.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 666.1-ci maddəsinin tələbindən görünür ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışına əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayon Bum qəsəbəsində yerləşən 0.09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi 10.09.2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə verilmiş və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.09 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı həmin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla, hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanaraq, hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə daşınmaz əşyalara dair notariat qaydasında təsdiqləndikdə bağlanmış sayılır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun olaraq bağlanmışdır. Mülki işin materiallarında İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və, ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən sübut yoxdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına dair hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İddia tələbinin Cavabdeh1 adına verilmiş 27.12.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair hissəsində icraata xitam verilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli qərardadı nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 adına verilmiş 27.12.2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilib-edilməməsi məsələsi həll edilmədiyindən, hazırkı vəziyyətdə həmin çıxarışla sözü gedən Qəbələ rayonu, Bum qəsəbəsindəki 0.09 ha torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və nəticədə, həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 6 sentyabr 2021-ci il tarixli 2(102)-4118/2021 nömrəli qərarındakı göstərişlərinə əməl edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına dair hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsinin “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(107)-176/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsinin “Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın ləğv edilməsinə aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli 2(046)-227/2021 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.09.2019-cu il tarixli, 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.09.2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş Daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarış və 30.09.2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına aid iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-176/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-176/2022
16.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver