Məhkəmə qərarları › İş №2(107)-1770/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1770/2021

01.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1770/2021 01.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(033)-1031/2020 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsi təmin edilərək, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Sumaylı kəndində yerləşən 0,7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyularaq, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qəbul edilmiş qərardadla hüquqlarına toxunan şəxs X4 22 aprel 2021-ci il tarixdə şikayəti ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020ci il tarixli, 2(033)-1031/2020 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə, Zaqatala rayon 2 saylı Notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X3 qarşı qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(033)-106/2021 nömrəli qərardadına əsasən iddianı təmin etmə tədbirinin görülməsinə dair Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)-1031/2020 nömrəli qəradadından X2 verdiyi şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan görünür ki, X2 verdiyi şikayətin geri qaytarılmasına əsas şikayət verən şəxsin həmin mülki iş üzrə tərəf olmaması və Zaqatala Rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli 2(033)-1031/2020 nömrəli qərardadının onun mənafeyinə və maraqlarına təsir etməsinə dair sübutları (məlumatları) şikayətinə əlavə etməməsi olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ilə X2 Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(033)- 1031/2020 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayət təmin edilməmiş, qərardaddan verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(107)- 1301/2021 nömrəli qərardadına əsasən qəbul edilmiş qərardad hüquqlarına toxunan şəxs X4 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qərardadı ləğv edilmiş, yeni qərardad qəbul edilərək, X2 Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 qərardadından vermiş olduğu şikayətə baxılması üçün mülki iş Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(107)- 1301/2021 nömrəli qərardadına əsasən Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(107)-1301/2021 saylı qərardadının nəticə hissəsində “X2 Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(033)-106/2021 qərardadından vermiş olduğu şikayətə baxılması üçün mülki iş Zaqatala Rayon Məhkəməsinə qaytarılsın” kimi deyil, “X2 Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020ci il tarixli, 2(033)-1031/2020 saylı qərardadından vermiş olduğu şikayətə baxılması üçün mülki iş Zaqatala Rayon Məhkəməsinə qaytarılsın” kimi oxunması qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadı ilə qəbul edilmiş qərardadla hüquqlarına toxunan şəxs X2 şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(033)-1031/2020 nömrəli qərardadı ləğv edilmiş, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı “cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu, Sumaylı kəndində yerləşən 0,7075 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə yekun məhkəmə qərarı qəbul olunanadək qadağa qoyulmasına dair” ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər qeyd olunan torpaq sahəsini X3 formal olaraq satmışlar, Bunda məqsəd isə onu çarəsiz və çıxılmaz vəziyyətdə qoymaq olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunun mənasına görə iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Həmin Qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən, iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılma mış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, 29 sentyabr tarixli, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məxsus Zaqatala rayon Sumaylı kəndində yerləşən torpaq sahəsi X1, həmin əmlak üzərində X2 gözlənilən mülkiyyət hüququ vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış olmasa da, X2 əmlaka sahibliyi notarial qaydada təsdiq olunduğu üçün həmin əmlak üzərində sahiblik, istifadə vardır və ona məxsus əmlak üzərinə həbs qoyulması onun gələcək mülkiyyət hüququnu məhdudlaşdırır. Odur ki, kollegiya şikayətin dəlillərinin formal mülahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mülki iş üzrə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar