Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1772/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2nun vəkili X1 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ailə baçısının vəfatı ilə bağlı yas mərasimi zamanı toplanmış pul vəsaitinin qaytarılması tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)- 1097/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1097/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ailə başçısının vəfatı ilə bağlı yas mərasimi zamanı toplanmış 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumuna dair pul vəsaitinin, cəmi 6031 manatın tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddialarının təmin edilməməsi, İddiaçı1 iddia ərizəsi ilə bağlı ödədiyi 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ailə başçısının vəfatı ilə bağlı yas mərasimi zamanı toplanmış 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumuna dair pul vəsaitinin, cəmi 6031 manatın tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 22 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramnda himayəsində iki azyaşlı uşağı olduğu üçün üzürlü səbəbdən iştirak edə bilmədiyini və onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı1 iştirakı olmadan iddiaya baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin 01 iyun 2021-ci il tarixdə keçirilən hazırlıq iclası zamanı iddiaçı, digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı1 izahatında göstərmişdir ki, o, X3 ilə 24 oktyabr 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarında xx xxxxxx 2014-cü il tarixdə Uğur və xx xxxx 2018-ci il tarixdə Onur adlı uşaqlarım anadan olmuşdur. Onun əri X3 06 iyul 2020-ci il tarixdə elektrik çarpması nəticəsində vəfat etmişdir. Həmin vaxt pandemiya dövrünə düşdüyünə görə yas mərasimləri keçirilməsə də, eşidənlər ünvan 2 ünvanında yerləşən evə gələrək baş sağlığı vermişlər. Həmçinin, yaxın qohumlar, tanışlar və ağsaqqallar X2 iki azyaşlı uşağının və onun ailə başçısını itirmələrini nəzərə alaraq onlara maddi yardım göstərilməsini təklif etmişlər. Buna görə də siyahı tutulmuş və siyahı üzrə 6300 manat pul toplanılmışdır. Həmin pulu X2 əmisi Etibar siyahı tutmaqla yığmışdır. Onun uşağı 2020-ci ilin sentyabr ayında məktəbə getməli idi, lakin mərhum ərinin valideynləri olan iş üzrə Cavabdeh1 və Cavabdeh2 ona köməklik göstərməmişlər. O, özü yas mərasimləri ilə bağlı hər hansı bir məbləğdə xərc çəkməmişdir. Yas xərcini Etibar çəkmiş və pulu da Etibar özü yığmışdır. Lakin, qırx çıxdıqdan sonra Etibar pulu və siyahını Cavabdeh2 vermişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclası zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, o, İddiaçı1 qaynatasıdır. Belə ki, İddiaçı1 onun oğlu X3 ilə 24 oktyabr 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların birgə nikahlarında xx xxxxxx 2014-cü il tarixdə Uğur və xx xxxx 2018-ci il tarixdə Onur adlı uşaqlarım anadan olmuşdur. Oğlu Nəriman 06 iyul 2020-ci il tarixdə elektrik çarpması nəticəsində vəfat etmişdir. Həmin vaxt pandemiya dövrünə düşdüyünə görə yas mərasimləri keçirilməmişdir. Hətta, oğluna meyit namazı qılınmasına da icazə verilməmişdir. İddiaçı1 oğlunun yasının ikinci günü evdən çıxaraq öz atası evinə getmişdir. Oğlunun yası üçün hər hansı bir məbləğdə pul yığılmamışdır. Bununla bağlı İddiaçı1 göstərdikləri əsaslı deyildir. Bütün qeyd edilənləri nəzərə alaraq iddianı əsaslı hesab etmir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclası zamanı cavabdehlərin vəkili X4 da mahiyyət etibarı ilə Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin həmin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, qətnamə qəbul edilərkən işin halları tam və ətraflı araşdırılmamış, mövcud faktlar obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək qərəzli qətnamə qəbul edilmişdir. Qətnamədə göstərilənlərlə razılaşmır. Məhkəmə iddia tələbini rədd edərkən hesab etmişdir ki, tərəflər arasında öhdəlik yaranmamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, bu aspektdən yanaşanda belə nəticəyə gəlmək olur ki, yas mərasimində müqavilə bağlanması necə mümkün olardı. Ümumiyyətlə də bəlkə də indiyədək belə bir müqavilə mövcud olmamışdır Ona görə də, Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1097/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2nun vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1097/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1097/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 sentyabr 2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 iyul 2020-ci il tarixdə elektrik çarpması nəticəsində vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.2, 1091.1, 1091.2, 1096.1, 1097.1, 1133.1, 1133.2, 1151.1 və 1151.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 əri X3 06 iyul 2020-ci il tarixdə elektrik çarpması nəticəsində vəfat etmişdir. İddiaçı1 əri X2 yas mərasimlərində siyahı tutularaq 6000 manat pul yığıldığını və həmin pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verildiyini əsas göstərərək, ailə başçısının vəfatı ilə bağlı yas mərasimi zamanı toplanmış 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumuna dair pul vəsaitinin, cəmi 6031 manatın tutularaq xeyrinə ödənilməsi, yas məraasiminə yığılmış 6000 manat pulun cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdehlər isə iddianı qəbul etmirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Sadalanan normaların tələblərindən də göründüyü kimi öhdəliklər əmələ gəlmə əsaslarına görə müqavilədən əmələ gələn öhdəliklərə, əsassız varlanmadan əmələ gələn öhdəliklərə və mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərə ayrılmışdır. İddiaçı mərhum ərinin vəfatı ilə bağlı cavabdehlər tərəfindən hər hansı bir pul vəsaitinin yığılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməklə bərabər əgər mərhumun vəfatı ilə bağlı hər hansı bir pul vəsaiti yığılmışdırsa belə cavabdehlərin bununla bağlı iddiaçı qarşısında pul öhdəliyinin əmələ gəlməsi üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud deyildir. Belə ki, cavabdehlərlə iddiaçı arasında tələb edilən məsələ ilə bağlı hər hansı bir müqavilə münasibəti mövcud deyildir. Cavabdehlər iddiaçının hesabına əsassız varlanmamışlar. Həmçinin cavabdehlər tərəfindən qaldırılan məsələ üzrə iddiaçıya hər hansı bir ziyan vurulmamışdır. Həmçinin yas mərasimləri üçün kömək məqsədi ilə hər hansı bir pul vəsaitinin verilməsi adətlərlə bağlı məsələ olduğundan, yığılan vəsaitin isə mərhuma məxsus olmamaqla mirasın predmetini təşkil etməməsi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ailə başçısının vəfatı ilə bağlı yas mərasimi zamanı toplanmış 6000 manat və ödənilmiş 31 manat dövlət rüsumuna dair pul vəsaitinin, cəmi 6031 manatın tutularaq xeyrinə ödənilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. İddia təmin edilmədiyindən İddiaçı1 iddia ərizəsi ilə bağlı ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1097/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(075)-1097/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1772/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1772/2021
06.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver