Məhkəmə qərarları › İş №2(107)-1779/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1779/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1779/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kreditlərin həlli tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1192/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ASC-də problemli kreditlərinin cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və problemli kreditlərini Cavabdeh ASC tərəfindən cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1192/2020 nömrəli (hakim P.Hacıyev) qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı problemli kreditlərin həlli tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1192/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək bildirmişdir ki, hesab edir ki, onun əvvəlki işinə Şəki Rayon Məhkəməsində baxıldığından, hazırki tələbə də məhz Şəki Rayon Məhkəməsində baxılmalıdır. Odur ki, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 şikayətə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olumuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmış qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmiş elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri əmlak hüquqlarıəldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 31-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosesual Məcəllənin 35.2-maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iclasında müəyyən müəyyən olunur ki, İddiaçı onun Cavabdeh ASC-də problemli kreditlərinin cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən restrukturizasiya olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və problemli kreditlərini Cavabdeh ASC tərəfindən cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmasını xahiş etsə də, Cavabdeh ASC-nin hüquqi ünvanının Bakı şəhərində olması müəyyən edilir. Beləliklə də iddiaçı hazırkı tələblə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh ASC-nin Şəki filialı hüquqi şəxs olmadığından prosesdə cavabdeh ola və hazırki iddia tələbi ona yönəldilə bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edərkən onun gələcəkdə hansı prosedur hərəkəti həyata keçirəcəyini deyil, yalnız iddia ərizəsini və işdə olan sənədləri diqqətə almış və göstərilənlərə əsasən məhkəmə bununla bağlı qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1192/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-1192/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar