Məhkəmə qərarları › İş №2(107)-1788/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1788/2021

07.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1788/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçı X4 və onun vəkili və nümayəndəsi X5 iştirakları ilə, iddiaçı X3 Cavabdeh “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 maraqlı şəxs Cavabdeh Sabir oğluna qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş şəhəri, 20 yanvar küçəsində 0.0022 ha torpaq sahəsində inşa edilmiş 16.6 kvm qeyri-yaşayış sahəsinin onun tərəfindən öz hesabına tikdirilməsi faktının, həmin qeyri-yaşayış sahəsinə sahiblik və ondan istifadə etmək hüququnun olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli qərardadı ilə X3 ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı X2 Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli qərardadından şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tаrixli qərardadı ilə iddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 və onun vəkili və nümayəndəsi X7 şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli qərardadının ləğv edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tаrixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı X10 şəhəri, 20 yanvar küçəsində 0.0022 ha torpaq sahəsində inşa edilmiş 16.6 kvm qeyri-yaşayış sahəsinin onun tərəfindən öz hesabına tikdirilməsi faktının, həmin qeyriyaşayış sahəsinə sahiblik və ondan istifadə etmək hüququnun olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulmamış hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etmiş, həmçinin ərizəsində həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu göstərməmiş, habelə həmin sənədləri ala bilməməsin təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddiaçının iddia ərizəsi qeyd olunan nöqsanlar səbəbindən və qanunvericiliyin tələblərini pozduğundan birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Mülki Prоsessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar