Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1796/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, X1 və Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı «ümumi istifadədə olan yolun açılması» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-108/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-108/2020 nömrəli qətnaməsi ilə (hakim Ucar Xəlilov) iddia təmin edilmiş, Ucar rayonu X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ucar rayonunun Bağman kəndində İddiaçı və ailə üzvlərinə fərdi yaşayış evi və s. məqsədi ilə verilmiş 0,16 hektar torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın sökülməsi, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manatDövlət Xəzinədarlıq Agentliyinin (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 150 (bir yüz əlli) manat 10 (on) qəpik Kadastr və X19 Mərkəzi MMC-nin (kod 200071, VÖEN(bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulması qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı ümumi istifadədə olan yolun açılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ucar rayon X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ucar rayonunun Bağman kəndində ona və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün verilmiş 0,16 hektar torpaq sahəsinə gedən yolun üzərində quraşdırdığı dəmir darvazanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar rayonu X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ucar rayonunun Bağman kəndindən ona və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün 0,16 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh həmin torpaq sahəsini əvvəllər zəbt etsə də Ucar Rayon Məhkəməsinin bu iddia ərizəsini surətini əlavə etdiyi 2(063)-636/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən sonra o, həmin sahədən çıxarılmışdır. Lakin cavabdeh həmin sahədən çıxarılsa da həmin torpaq sahəsinə girə bilmir. Çünki, cavabdeh həmin torpaq sahəsinə gedən yolun üzərinə darvaza qoyaraq yolu bağlamışdır. Bu maneənin aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət etsə də bunun heç bir xeyiri olmamış və hal-hazırda o, ümumi istifadədə olan yoldan keçib, öz torpaq sahəsinə gedə bilmir. Odur ki, sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, həmin ümumi istifadədə olan yol açılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, bundan əvvəl də məhkəməyə eyni iddia ilə müraciət etmiş, iş üzrə ekspertiza keçirilərək rəy də verilmişdir, həmin rəydə ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunda cavabdeh tərəfindən dəmir darvazanın quraşdırılması göstərilmişdir. Sonradan mübahisənin məhkəmədən kənar həlli ilə bağlı məhkəməyə gəlməmişlər və buna görə də iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin cavabdeh bu razılaşmaya əməl etməmiş, buna görə də məcbur olub yenidən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, həqiqətən tərəfindən yolda dəmir darvaza quraşdırılmış və bu mal-qoyun keçməmək üçün nəzərdə tutulmuşdur. Həmin darvaza açarla bağlanmamış və həmin darvaza iddiaçının özünün və ailə üzvlərinin torpaqlarından istifadə etməsinə maneçilik yaratmır. Bundan əlavə, yerli bələdiyyə buna etiraz etməməsi barədə ona arayış da vermişdir, amma bu barədə qərar qəbul edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ucar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(63)-108/2020 saylı qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbinin əsaslandığı hallar ondan ibarətdir ki, Ucar rayonu X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ucar rayonunun Bağman kəndindən ona və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün 0,16 ha torpaq sahəsi verilmişdir. Güya onun tərəfindən iddiaçının torpağa giriş-çıxışına mane olmaq məqsədilə darvaza quraşdırılmış və ona görə də öz torpağına gedib-gələ bilmir. Ona görə də yolun açılması məqsədilə darvaza sökülməlidir. Mülki iş materiallarından da göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları araşdırmamışdır. Belə ki, darvazanın quraşdırması iddiaçının hüquqlarını heç cür məhdudlaşdırmır. İddiaçının özünə də bildirdiyi kimi, darvazanın quraşdırılması həyətdəki mal-qaranın və toyuq-cücənin həyətyanı torpaq sahəsindən çıxmaması və oğurluq hallarının qarşısını almaq məqsədi daşıyır. Sözügedən darvazanın açarı və kilidi yoxdur. Həmçinin, darvazanın kilid və açarla bağlanması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməyib. Yalnız darvazanın quraşdırılması isə giriş-çıxışın məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə onun iclasdakı izahatını və Ucar rayon Boyat bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 68 nömrəli arayışı nəzərə almadan qətnamə qəbul edib. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının öz torpağına giriş-çıxışı üçün əlavə yola çıxmaq imkam vardır. Lakin, məhkəmə həmin halı araşdırmamışdır. Mülki iş materiallarından da görünür ki, məhkəmə mübahisəsi üzrə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və mülki iş üzrə düzgün hüquq normaları tətbiq edilməmişdir. Mülki iş materiallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən də işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etmişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-108/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiаçı X9 izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)- 108/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-108/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn torpağın mülkiyyətə verilməsinə dair JN-198A, kod 90403028 nömrəli şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ucar rayonu, Bağman kənd sakinləri X5, X10, X6 və X7 fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədi ilə 0,16 ha torpaq sahəsi verilmişdir. İşdə оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X13, nümayəndənin müavini X3, bələdiyyə üzvü X11 və kənd sakini İddiaçı iştirakları ilə xx xxxxxx 2018-ci il tarixdə tərtib edilən aktdan görünür ki, Mahmudov X2 Rəfail Şahmur oğlunun həyətyanı torpağına gedən yola darvaza quraşdırmış, yol kəsilmişdir, İddiaçı həyətyanı torpağına gedə bilmir. İşdə оlаn Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(063)-636/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ucar rayonu Aqrar-İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş və Ucar rayonu, Bağman kəndində yerləşən fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədi ilə verilmiş 0,16 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(063)-111/2019 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması barədə iddia ərizəsinin baxılmamış saxlanılması, iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olmasının izah edilməsi qərara alınmışdır. Həmin iş məhkəmə tərəfindən xülasə olunmuşdur. Həmin iş üzrə məhkəmənin qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edlmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 22290 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu X8 LTİ-nin mütəxəssis rəyinə əsasən Ucar rayon X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə fərdi yaşayış evi tikintisi üçün verilmiş 0,16 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuş və həmin yol ümumi istifadədir. Həmin yolun 61 m uzunluğunda olan hissəsi Cavabdeh tərəfindən naturada istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinə verilmiş 0,16 ha torpaq sahəsinə gediş-gəliş yolunda dəmir darvaza quraşdırılmış və yolun eninin baza məlumatlarına əsasən 10 m olduğu nəzərə alınaraq, yolun kənarında əkilmiş ağaclar ümumi yoldan istifadə edilməsinə maneəçilik törətdiyi müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinə verilmiş 0,16 ha torpaq sahəsindən su borusu keçmədiyi müəyyən olunmuşdur. İşdə оlаn AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 370 nömrəli, xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, iddiaçı, Ucar rayonu, Bağman kəndində qeydiyyatdadır və yaşayır. İşdə оlаn AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar rayonu, Bağman kəndində qeydiyyatdadır. İşdə оlаn Ucar rayonu Boyat bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 68 nömrəli arayışından görünür ki, Cavabdeh həyətinə gedən yolda darvaza qurulmasına etiraz etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.2, 152.5, 157.4, 158.2 və 170.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinə fərdi yaşayış evi və s. məqsədi ilə verilmiş 0,16 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuş və həmin yol ümumi istifadədir. Həmin yolun 61 metr uzunluğunda olan hissəsi Cavabdeh tərəfindən naturada istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçı və ailə üzvlərinə verilmiş 0,16 ha torpaq sahəsinə gediş-gəliş yolunda dəmir darvaza quraşdırılmışdır. Məhkəmə hesab edir ki, həm ekspert, həm də mütəxəssis rəylərində İddiaçı və ailə üzvlərinə verilmiş 0,16 ha torpaq sahəsinə gediş-gəliş yolunda dəmir darvaza quraşdırıldığı müəyyən edilmişdir, iddiaçının tələbi qanunauyğun və əsaslıdır, buna görə də iddiaçının iddiası təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən cavabdehin bu barədə etirazını əsassız hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, Ucar rayonu X12 xx xxxxxx 1997-ci il tarixli, 14 saylı qərarı ilə Ucar rayonunun Bağman kəndində İddiaçı və ailə üzvlərinə fərdi yaşayış evi və s. məqsədi ilə verilmiş 0,16 hektar torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh tərəfindən quraşdırılmış dəmir darvaza sökülməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat və mütəxəssis rəyinin dəyərinə görə 150.10 manat cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-108/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-108/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2(107)-1796/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1796/2020
14.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver