Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1796/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi ilə, İddiaçı Sərkar oğlu və onun vəkili Vəkil2 Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı Sərkar oğlunun Cavabdeh1 qarşı Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması barədə tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(051)-188/2021 saylı (hakim M.Kərimova) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar Cavabdeh1 vəsaiti hesabına sökülsün, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan giriş təmin olunsun, fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən İddiaçı Sərkar oğlunun istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması qət edilmişdir. işin hаllаrı: İddiaçı Sərkar oğlunun Cavabdeh1 qarşı Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin ünvanda yerləşən 0.616 ha torpaq sahəsinin, 4 otaqlı, 72.56 kv.m yaşayış, 104.48 kv.metr köməkçi sahədən ibarət ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması, yaşayış evinə texniki pasportda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə verilməsi Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbini dəqiqləşdirərək Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Birinci instansiya məhkəməsi iclasında İddiaçı Sərkar oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li ev İddiaçı ilə Cavabdeh1 hər birinin ½ hissə payları müəyyən edilməklə mülkiyyətlərindədir. Həmin evdə iddiaçının və cavabdehin ailə üzvlərindən başqa onların bacıları Cavabdeh2 Sərkar qızı da qeydiyyatdadır. Cavabdeh2 və digər bacıları İlahə Məmmədova atalarından miras qalmış əmlakı qəbul etmədiyindən həmin mülk cavabdehlə iddiaçı arasında bərabər paylar şəklində mülkiyyətlərinə keçmişdir. 01 iyul 2009cu ildə onların mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin yaşayəş evi 0.616 ha torpaq sahəsində 4 otaqlı, 72.56 kv.m yaşayış, 104.48 kv.metr köməkçi sahədən ibarətdir. İddiaçı razılığı olmadan Cavabdeh1 evin və həyətyanı torpaq sahəsinin çox hissəsini hasara almaqla bölmüş, iddiaçının həyətə darvazadan olan girişini məhdudlaşdırmışdır. İddiaçı məcbur olub kiçik qapı açmaqla az hissədə qalan hissədən yaşayış evinə girir. İş üzrə üçüncü şəxs Cavabdeh2 hazırda həmin həyətə köçüb yaşamaq istəyir. Ancaq Cavabdeh1 onların həmin qapıdan girişlərini, eləcə də ümumi mülkiyyətdə olan tikili və torpaqdan iddiaçının istifadəsini məhdudlaşdırmışdır. Ona görə də Mingəçevir şəhəri, Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişinin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25№-li ev atasından miras qalmışdır. Bacıları atadan qalmış mirası qəbul etmədiklərinə görə, həmin ev ikidə bir hissədə onun mülkiyyət payı, ikidə bir hissədə isə qardaşı, hazırkı iş üzrə İddiaçı miras payları müəyyən edilmişdir. Bir evdə birlikdə yaşamaqları mümkün olmadığına görə hər ikisinin razılığı ilə aradan hasar çəkmişdir. Hasar çəkilməsi nəticəsində evin kvadratmetrinin çox hissəsi iddiaçı tərəfdə, torpağın az hissəsi isə onlar yaşadıqları tərəfdə qalmışdır və uzun müddətdir ki, belə vəziyyətdə yaşamışlar. Lakin son vaxtlar bacısı Kəmalənin ümimi mülkiyyətdə olan həmin evə köçürülməsi ilə bağlı məhkəmə qərarının icrası zamanı mübahisələr yaranmışdır. Ona görə də iddiaçı hər ikisinin razılığı ilə çəkdiyi həmin hasarın sökülməsini tələb edir. İddianın təmin olunmamasını xahiş edir. Çünki onların birlikdə yaşamaqları mümkün deyil. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 da məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. apellyasiya şikаyətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxıb qətnamə qəbul edərkən onun Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və Qanunvericiliyi ilə qorunan mülkiyyət hüquqlarımı kobud şəkildə pozmuşdur. Belə ki, Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi və torpaq sahəsi mərhum valideynlərindən miras qalmışdır. Əvvəl ataları, daha sonra isə anaları rəhmətə getmişdir. Həmin vaxt bacısı Kəmalə hələ anası rəhmətə getməmişdən əvvəl onlarla birlikdə yaşamış, qardaşı Yaşar isə atasının ona aldığı başqa ünvanda yerləşən 2 otaqlı mənzildə yaşamışdır. Qardaşı Yaşar bacısı Kəmaləni notariat kontoruna apararaq valideynlərindən miras qalmış əmlakdan onun payına düşən hissədən imtina etməsi qarşısılığında, Kəmaləyə ayrıca mənzil alacağına söz vermiş, lakin, verdiyi sözə əməl etməmişdir. Bundan sonra Kəmalə fərdi yaşayış evinə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 30 iyun 2011-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunaraq onun Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Onu da qeyd edir ki, atası qeyd olunan fərdi yaşayış evinin onun olduğunu dəfələrlə bütün qardaş və bacılarına bildirmişdir. Lakin, buna baxmayaraq Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi qardaşı İddiaçı Qoşqar oğlu ilə onun arasında 1/2 hissədə bölünmüş və mülkiyyət hüquqları qeydə alınmışdır. Bununla bağlı biz qeyd olunan fərdi yaşayış evinin aramızda 1/2 hissəyə bölünməsinə dair razılıq ərizəsi vermiş və bundan sonra miras əmlak qardaşı ilə onun arasında 1/2 hissəyə bölünmüşdür. Bundan sonra onlar hərəsi özlərinə mülkiyyət hüquqları üzrə məxsus olan paylarımızda yaşamağa başladıq. Bacım Kəmalə qardaşım Yaşara məxsus evə köçürüləndən sonra Yaşar müəyyən problemlər yaratmağa başladı. Belə ki, o Kəmaləni dəfələrlə evdən qovmağa çalışmış, onunla və mənimlə mübahisə etməyə başlamışdır. Yaşarın hazırki iddia tələbi ilə məhkəmə müraciət etməkdə məqsədi Kəmaləni ona məxsus fərdi yaşayış evindən çıxartmaq olmuşdur. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi isə buna lazımi qiymət verməmişdir. Ona görə də birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sərkar oğlu və onun vəkili Vəkil2 iddia tələbini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Cavabdeh2 Sərkar qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə üçüncü şəxs Cavabdeh2 Sərkar qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа Apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, Apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli 2(051)-188/2021 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MN seriya ******* №-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri X2 küçəsində mülkiyyətdə olan 0.05932 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 72.56 kv.metr yaşayış, 104.48 kv.m köməkçi sahədən ibarət 25 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 ½ hissə, İddiaçı Sərkar oğlunun ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 №-li reyestr kitabının 141 №-li vərəqində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-471/2011 №-li 30 iyun 2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Sərkar qızının Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li evə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/4244 №li 19 mart 2021ci il tarixli rəyində göstərilir: Mingəçevir şəhəri X2 küçəsində yerləşən 25 saylı evin tərəflər arasında ½ və ½ paylarına uyğun şəkildə iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-nun 1.1.,2.1,2.2.,2.4.2.7.,2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. -Mingəçevir şəhəri X2 küçəsində yerləşən 25 saylı evdə çəkilmiş hasar ½ hissəyə uyğun gəlmədiyi müəyyən edilir. -Mingəçevir şəhəri X2 küçəsində yerləşən 25 saylı ev texniki pasportda və çıxarışlara göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmadan) uyğun olaraq İddiaçı Sərkar oğlu faktiki olaraq 151,0 m2 və Cavabdeh1 faktiki olaraq 91,8 m2 istifadə etdiklərinə nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin mübahisəli hüquq münasibətləri üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Göründüyü kimi Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində 0,0593 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 25 №-li ev hər birinə ikidə bir hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Həmin mülk üzərində tərəflərin paylarına uyğun naturada bölgüsü müəyyən edilməmişdir. Cavabdeh tərəfindən çəkilmiş hasar isə tərəflərin paylarını qeyrbərabər bölmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyindən də görünür ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 25 №-li evdə çəkilmiş hasar ikidə bir hissəyə uyğun gəlmədiyi müəyyən edilir, ev texniki pasportda və Çıxarışda göstərilən sahələrə uyğun olara İddiaçı Sərkar oğlu faktiki olara 151,02 kvm və Cavabdeh1 faktiki olaraq 91,8 kvm istifadə etdiklərini nəzərə alaraq aralarında ikidə bir paya uyğun bölünmədiyi müəyyən edilir Beləliklə, işin yuxarıda müəyyən olunan hallarına və yuxarıda adı çəkilən ekspert rəyinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Cavabdeh1 iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir təkzibolunmaz və şübhədən kənar sübut təqdim etməmişdir. Ona görə də iddia təmin edilərək hörümüş daş hasarı Cavabdeh1 tərəfindən sökülməsi qət edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (mad. 111. bənd 3). MPM-ya görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (mad. 76). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (mad. 101.3). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (mad. 106.3). Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (mad. 218.1). MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (MPM-in 78.1-ci maddəsi Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli 2(051)-188/2021 saylı qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPMin 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 02 iyun 2021-ci il tаrixli 2(051)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1796/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1796/2021
29.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver