Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-18/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin zəbt etdiyi, onların mülkiyyətlərində olan, evlax rayon uxarı Qarxun kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair N-00xx xxx 90114018 saylı Dövlət Aktı ilə evlax rayon X1 xx xxxxxxxx 1998-ci il tarixli 22 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş 0,74 ha pay torpaq sahəsindən dərhal çıxarılmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90114018 saylı Dövlət Aktı ilə Yevlax rayon X1 xx xxxxxxxx 1998-ci il tarixli 22 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,74 ha pay torpaq sahəsinin şimal tərəfindən uzunluğu 407.1 metr, eni 10 metr olmaqla üçbucaq formasında 0.20 ha hissəsindən çıxarılması, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin 78 (yetmiş səkkiz) manat 60 ( altmış ) qəpik Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90114018 saylı Dövlət Aktı ilə Yevlax rayon X1 xx xxxxxxxx 1998-ci il tarixli 22 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,74 ha pay torpaq sahəsinin şimal tərəfindən uzunluğu 407.1 metr, eni 10 metr olmaqla üçbucaq formasında 0.20 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən, İddiaçı və ailə üzvlərinə JN-0074 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.74 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn girməyə icаzə verilmir». Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə qismən razılaşır. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən, İddiaçı və ailə üzvlərinə JN-0074 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.74 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Beləliklə iddia tələbi işin halları, işin məhkəmə iclasında tədqiqi, habelə ekspert rəyi ilə öz təsdiqini tapmır. Bundan əlavə iddiaçı iddianı təsdiq edən hər hansı başqa bir dəlili də məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90114018 saylı Dövlət Aktı ilə Yevlax rayon X1 xx xxxxxxxx 1998-ci il tarixli 22 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,74 ha pay torpaq sahəsinin şimal tərəfindən uzunluğu 407.1 metr, eni 10 metr olmaqla üçbucaq formasında 0.20 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gələməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90114018 saylı Dövlət Aktı ilə Yevlax rayon X1 xx xxxxxxxx 1998-ci il tarixli 22 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,74 ha pay torpaq sahəsinin şimal tərəfindən uzunluğu 407.1 metr, eni 10 metr olmaqla üçbucaq formasında 0.20 ha hissəsindən çıxarılması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə də rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-196/2019 saylı qətnаməsi qismən, yəni Cavabdeh Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 90114018 saylı Dövlət Aktı ilə Yevlax rayon X1 xx xxxxxxxx 1998-ci il tarixli 22 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,74 ha pay torpaq sahəsinin şimal tərəfindən uzunluğu 407.1 metr, eni 10 metr olmaqla üçbucaq formasında 0.20 ha hissəsindən çıxarılması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 78 (yetmiş səkkiz) manat 60 ( altmış ) qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-18/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-18/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver