Məhkəmə qərarları › İş №2(107)-181/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-181/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-181/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Nümayəndə1 vəkili Vəkil iştirakı ilə, Şəki Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsindən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə Cavabdeh1 vəfat etdiyindən onu vərəsələri olan X9 və X7 iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin artırılması barədə ərizələrində JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx xxxxxx 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin artırılması barədə ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 özlərinə aid edilmişdir. Həmin qətnamədən iş üzrə iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçılar apellyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Şəki rayonu Sarıca kəndində yaşayırlar. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən verilmiş kod 40402037, JN-112 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar yəni, Nümayəndə1, İddiaçı2, X1 və İddiaçı4 və İddiaçı5 Şəki rayonu Sarıca kəndindən 14,59 hektar torpaq sahəsi verilmişdir. İddiaçılara həmin torpaq sahəsi verilən vaxtdan hal-hazıradək həmin torpaq sahəsini iddiaçılar əkib becərmişlər. Bu vaxta kimi həmin torpaq sahəsinin vergisini də iddiaçılar ödəmişlər. Heç kim də bu vaxta kimi həmin torpaq sahəsi ilə bağlı iddia etməmişdir. İddiaçılar 2009-cu ildə həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı X13 müraciət etmişlər. Lakin, DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən iddiaçılara həmin torpaq sahəsinə Cavabdeh1 adına olan MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli reyestrdən çıxarışların verildiyi bildirilmişdir. İddiaçılar həmin torpaq sahəsinə hansı əsasla Cavabdeh1 çıxarışın verilməsi ilə maraqlandıqda JN-03xx xxx 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında həmin çıxarışların verildiyi bildirilmişdir. Həmin JN03xx xxx 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına nəzər yetirdikdə isə həmin dövlət aktının Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsi əsasında verilməsi müəyyən edilmişdir. Lakin, iddiaçıların Səbail Rayon Məhkəməsində heç bir mülki işləri olmamışdır. Ona görə iddiaçılar həmin qətnamənin surətinin verilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişlər, lakin Səbail Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli 221 nömrəli məktubla Şəki rayonu Sarıca kəndində yaşayan Nümayəndə1 Səbail Rayon Məhkəməsində iddiaçı və cavabdeh qismində iştirakı ilə bağlı mülki iş aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, əgər borcu var idisə yalnız Nümayəndə1 özünə məxsus torpaq sahəsi özgəninkiləşdirilə bilərdi, digər mülkiyyətçilərin torpaq sahəsi isə özgəninkiləşdirilə bilməzdi. İddiaçıların hazırki iddialarına Şəki Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, Cavabdeh1 xx xxxxxxx 2009-cu il tarixdə vəfat etmiş və onun qızı X7 məhkəməyə xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edərək atasından guya miras qalmış əmlaka dair mirası qəbul etdiyini, bundan sonra isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyata aldıraraq xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır. Buradan da aydın şəkildə görünür ki, Cavabdeh1 adına verilmiş dövlət aktı və çıxarış saxtadır. Belə ki, xx xxxxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tarixindən görünür ki, Sevinc Rəhimovanın həmin torpaq sahəsindən bugünədək xəbəri olmamışdır. İddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Sevinc Rəhimova notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İşin bu halı məhkəmə tərəfindən sorğu verilib alınan Bakı şəhəri 11 saylı notariat ofisindən təqdim edilmiş sənədlərlə də sübut edilir. Belə ki, Sevinc Rəhimova xx xxxx 2014-cü il tarixdə atasından miras qalmış əmlak olan Bakı şəhəri, Sabunçü rayonu, Ləhiş bağ sahəsi, 1456 saylı 0.12 ha torpaq sahəsinə dair vərəsəliyi qəbul etmişdir. Bundan əvvəl də Sevinc Rəhimova 2011-ci il tarixdə atasından miras qlamış digər əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bütün bunlar bir daha təsdiq edir ki, Sevinc Rəhimovanın ümumiyyətlə qeyd edilən mübahisəli torpaq sahəsindən xəbəri olmamışdır. Belə ki, əgər torpaq sahəsindən xəbəri olsa idi, daha öncə notariat oqranına müraciət edərkən həmin əmlakla bağlı da vərəsəliyi qəbul edərdi. Bundan əlavə birinci instansiya məhkəməsində işə baxılarəkən həmin qətnamənin həqiqiliyin yoxlanılması üçün Səbail Rayon Məhkəməsinə təkrar sorğu verilməsini tələb etsələr də əsassız və qanunsuz olaraq vəsatət təmin edilməmişdir. Vəsatət haqlı idi. Belə ki, Səbail Rayon Məhkəməsi tərəfindən onlara rəsmi məlumat verilmişdir ki, məhkəmədə belə bir qətnamə mövcud olmayıb. Lakin nədənsə məhkəmə onların sübutlarına tənqidi yanaşsa da qarşı tərəfin bütün qanunsuz və əsassız sübutlarını mötəbər sübut kimi qəbul etmişdir. Halbu ki, birinci instansiya məhkəməsi qətnaməsində həmin torpaq sahəsini- hərracda satılmasını qeyd etsə də həmin qətnamədə sadəcə olaraq Nümayəndə1 borcunun olması göstərilmişdir. Lakin həmin torpaq sahəsi sadəcə olaraq Nümayəndə1 deyil ondan başqa dörd nəfərə yəni İddiaçı2 qız İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsusdur. Necə ola bilər ki, Zahid İmanverdiyevin borcuna görə onun mülkiyyətində olmayan torpaq sahəsi hərracda satılsın. Nə üçün birinci instansiya məhkəməsi bu sadə məntiqi tətbiq etməyərək belə haqsız və ədalətsiz qətnamə qəbul etmişdir. Həmçinin dəfələrlə tələb etməklərinə baxmayaraq birinci instansiya məhkəməsi hərracla bağlı sənədləri əldə etməmişdir. Edə də bilməzdi, çünki belə bir sənəd mövcud deyildi. Belə ki, işdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 8120/1 nömrəli məktubda göstərilmişdir ki, iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus olan və Şəki rayonu, Sarıca kəndində yerləşən torpaq sahələrinin üzərinə həbs qoyularaq hərracda satılması ilə bağlı icra işini şöbədə müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində belə icra işi mövcud deyil. Necə ola bilər ki, icra işi olmaya-olmaya onların mülkiyyətində olan torpaq sahəs hərracda satıla bilər. Həmçinin 2004-cü ildə heç hərrac mövcud belə olmayıb. Ona görə də Şəki Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Nümayəndə1 vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şəki Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxx 2003-cü il tarixli, 2-272/2003 nömrəli qiyabi qətnaməsinə əsasən Nümayəndə1 ********* manat, X2 78000000 manat alınıb X14 Abad Rəşidə verilməsi qərara alınmışdır. Lakin, həmin qiyabi qətnamənin ləğvi barədə ərizə şikayət verildiyindən X14 Abad Rəşidin Nümayəndə1 və X5 qarşı olan borc tələbinə dair işə iddia qaydasında baxılmış və iş üzrə çıxarılmış Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinə əsasən Nümayəndə1 ********* manat, X2 78000000 manat alınıb X14 Abad Rəşidə verilməsi qərara alınmışdır. Sonradan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 2272/2003 nömrəli qətnaməsinin icrası ilə bağlı Şəki rayonu, Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə Cavabdeh1 adına qeydiyyata alınmış, bununla bağlı Cavabdeh1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, qeyd edilən edilən torpaq sahələri ilə bağlı, yəni Şəki rayonu, Sarıca kəndi ərazisində yerləşən 7,8508 hektar və 5,15 hektar torpaq sahələri bağlı Cavabdeh1 adına ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2006-cı il qeydiyyat tarixdə **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdeh1 xx xxxxxxx 2009cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2006-cı il qeydiyyat tarixdə verilmiş **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Sarıca kəndi ərazisində yerləşən 7,8508 hektar və 5,15 hektar torpaq sahələri ilə bağlı vərəsəsi X3 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2019cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında X3 adına xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin ( miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əlavə edilmiş xx xxxx 2002-ci il tarixli sertifikat, xx xxxx 2002-ci il tarixli hərrac razılaşması, xx xxxx 2002-ci il tarixli kontrakt, xx xxxx 2004-cü il tarixli kassa mədaxil orderi, Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli qətnaməsi, xx xxxx 2004-cü il tarixli hərrac protokolu və JN-1xx xxx 40402037 saylı dövlət aktından məlum olmuşdur ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsinə əsasən Nümayəndə1 ********* manat, X2 78000000 manat alınıb X14 Abad Rəşidə verilməsi qərara alınmışdır. Sonradan Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 2272/2003 nömrəli qətnaməsinin icrası ilə bağlı Şəki rayonu, Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə Cavabdeh1 adına qeydiyyata alınmış, bununla bağlı Cavabdeh1 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, qeyd edilən edilən torpaq sahələri ilə bağlı, yəni Şəki rayonu, Sarıca kəndi ərazisində yerləşən 7,8508 hektar və 5,15 hektar torpaq sahələri bağlı Cavabdeh1 adına ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2006-cı il qeydiyyat tarixdə **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdeh1 xx xxxxxxx 2009cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2006-cı il qeydiyyat tarixdə verilmiş **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Sarıca kəndi ərazisində yerləşən 7,8508 hektar və 5,15 hektar torpaq sahələri ilə bağlı vərəsəsi X3 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2019cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında X3 adına xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və xx xxxxxx 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir. Daha sonra kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı da JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, həmin dövlət aktı əsasında MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx xxxxxx 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Eyni zamanda JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, xx xxxxxx 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Şəki Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(075)-93/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar