Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-182/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada bölünməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, iddiaçı X5 və vəkili Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “payın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-688/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0,675 ha torpaq sahəsinin ayrılması və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə göndərərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsini mülki iş üzrə üçüncü şəxs kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinə plan ölçü sənədinin işlənməsə DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təmin olunmur. Əsassız səbəblər gətirməklə bu vəzifələrin icrasından yayınırlar. Bu hal isə mülkiyyətində olan 0,675 ha torpaq sahəsinə olan mülkiyyətdən hüququndan 3 ildir ki, onu məhrum edir. Problemin həlli üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət edərək vəzifəsinin icrasına hər hansı şəxs və ya şəxslər tərəfindən maneə yaradıldığı halda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməklə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməsini xahiş etmişdir. Lakin 9 saylı Qəbələ Ərazi İdarəsi 1 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə heç bir araşdırma aparmadan formal cavab məktubu ünvanlayaraq vəzifələrinin icrasından yenə də yayınmışdır. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə də müraciət etmişdir. Lakin müraciətinə hələ də cavab verilməmişdir. Cavabdehin mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ona məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. X7 Məhkəməsinin icraatına qəbul edilmiş və hazırkı cavabdehlər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia olunan 0,675 ha torpaq sahəsinin özünün və digər ailə üzvlərinin faktiki istifadəsində olmasını, onun adına verilmiş çıxarışın saxta olmasını, həmçinin babasının ona verdiyi vəsiyyətnamənin düzgün olmamasını, iddia olunan torpaq sahəsində ondan başqa 8 nəfərin miras payının olmasını bildirərək, iddiaçıya 0,675 ha torpaq sahəsinin ayrılmasını düzgün hesab etmədiyini və faktiki istifadəsində olan həmin torpaq sahəsindən yalnız digər vərəsələrin də payı müəyyən edildikdən sonra iddiaçının istifadəsinə imkan yaradacağını bildirmişdir. Cavabdehlərlə aralarında torpaq sahəsinin bölgüsü ilə bağlı razılıq olmadığından və onun mülkiyyətində olan torpaq sahəsinin naturada yeri dəqiq bilinmədiyindən Qəbələ rayon məhkəməsində torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ilə bağlı iddia qaldırmaq üçün həmin iddia ərizəsini geri götürmüşdür. İş üzrə qəbul edilən xx.xx.2022-ci il tarixli 2-1(116)- 239/2022 saylı qərardadla iş üzrə icraata xitam verilmişdir. Cavabdehlərlə aralarında olan bu problemin yeganə həlli yolu yalnız payın naturada müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi ilə mümkündür. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı “payın naturada bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır və sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır və sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis cəlb edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 13 sentyabr 2022-ci il tarixli, **********70 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X4 məxsus 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçı X5in iddia etdiyi 0,5520 hektar torpaq sahəsinin 0,3917 hektar hissəsi **********96 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,48 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda mülki işin materiallarında olan “Azərbaycan Respublikası "xxxx" MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli 350 saylı rəydən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışda qeyd edilən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmədiyindən mübahisəli torpaq sahəsinin naturada coğrafi yerləşmə mövqeyini təyin etmək mümkün olmamışdır. Sözügedən sənədin işlənməmə səbəbi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 21 avqust 2018-ci il tarixli **********69 nömrəli məktubu qeyd olunmuşdur. Bu səbəbdən mübahisəli ərazi barədə Ekspert rəyi hazırlanmamışdır.” Göründüyü kimi həmin mülki iş üzrə də, ekspert iddiaçının xeyrinə rəy verməmişdir. Buna səbəb isə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmadığını göstərmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 0.675 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı keçirilən ekspertiza təhqiqatında müəyyən edilmişdir ki, 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. İddiaçıya məxsus torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə iddiaçının tələbi isə mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyini nəzərə alaraq hesab edirki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı “payın naturada bölünməsi” tələbinə dairiddiası əsassızdır və buna görə də, təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6 və 221.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. İşin faktiki hallarından cavabdehlərin məhkəmə iclaslarında verdiyi izahatlardan da aydın olur ki, ona aid torpaq sahəsini bütövlükdə istifadə edirlər. Onun hüquqları qanunverciliyin tələblərinə uyğun şəkidə qeydiyyata alınmasına baxmayaraq uzun illərdir öz mülkiyyətindən istifadə edə bilmir. Məhkəmə bu halın nəzərə almamış, iş üzrə üçüncü şəxs olan DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin formal mütəxəssis rəyinə əsaslanan ekspert rəyinə istinad etməklə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu görməzdən gəlmişdir. İşdə olan DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 13 sentyabr 2022ci il tarixli, **********70 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ona məxsus 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. O, iddia etdiyi 0,5520 hektar torpaq sahəsinin 0,3917 hektar hissəsi **********96 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,48 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi iş üzrə üçüncü şəxs olmaqla yanaşı ekspertiza keçirmək səlahiyyətində olmayan qurumdur. Hansı ki, qərardadı icra edən qurumla ona çıxarışı verən qurum eynidir. Yəni həmin qurum üçün işin nəticəsi birbaşa maraq doğurur. Halbuki DƏDRX-də bir qayda olaraq hər hansı daşınmaz əmlak qeydiyyata alınan zaman əlavə tikili, qanunsuz tikili və yaxud zəbt olunma halları, torpağın və yaxud tikilinin naturada mövcudluğu araşdırıldıqdan sonra hüquqların qeydiyyatı həyata keçirilir. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddia tələbini əsaslandıran halların araşdırılmamasıdır. İş materiallarından görünür ki, iddiaçının mübahisıləndirdiyi torpaq sahəsi paylı mülkiyyətdə deyil. Öz torpaq sahəsinin naturada müəyyən edilməsini xahiş edir. Hansı ki, bunu torpaq sahəsinə çıxarış verən zaman DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi etməli idi. Lakin həmin qurum çıxarış verməklə kifayətlənmiş və plan ölçü sənədi işləməmişdir. Məhz bu mübahisənin yaranmasına aşkar zəmin yaratmışdır. İş üzrə Cavabdeh1 istər Şəki İnzibati Məhkəməsində istər Qəbələ Rayon Məhkəməsində mübahisəli torpaq sahəsini onun özü tamamilə istifadə etdiyini bildirmişdir. Məhkəmə qətnamə qəbul edərkən rəy vermək səlahiyyəti olmayan, qanunla ekspertiza fəaliyyətini həyata keçirmək statusuna malik olmayan və ümumiyyətlə ekspert tərəfindən verilməyən rəyə əsaslanaraq iddia tələbini rədd etmişdir. Hansı ki, bu mübahisənin yaranmasına birbaşa səbəbkar olan şəxs məhz həmin rəyi verən təşkilatdır. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin X4 ünvanlandığı 3 iyun 2021-ci il tarixli **********37 nömrəli məktuba istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, **********15 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan 0,675 ha həyətyanı torpaq sahəsinə, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması üçün ərazidə çöl-ölçmə işlərinin aparılması məqsədilə Ərazi İdarəsi tərəfindən əraziyə dəfələrlə mütəxəssis göndərilmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan mütəxəssislər tərəfindən torpaq sahəsində çöl-ölçmə işləri aparılması mümkün olmamışdır. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 1,20 ha torpaq sahəsindən ona ayrılmış 0,675 ha torpaq sahəsinə bölgü planı olmadığından və eyni zamanda torpaq sahəsi üzərində mübahisə olduğundan 0,675 ha torpaq sahəsinə planı və ölçüsü sənədi işləməsi mümkün olmamışdır. Hansı ki, məhkəmə icraatı zamanı məhkəmənin qərardadı ilə sözügedən qurum hər iki tərəfi dəvət edərək ərazidə çöl-ölçmə işlərini rahat şəkildə apara bilmiş və hər hansı mübahisə yaranmamışdır. Sözügedən qurumun məsələyə belə etinasız yanaşması nəticəsində o özünə məxsus torpaq sahəsindən 5 ilə yaxın müddətdir ki, istfadə edə bilmir. Məhkəmə onun bu pozulan hüququnun bərpası ilə bağlı etdiyi müraciətləri formal araşdırmaqla kifayətlənir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)- 688/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; Həmin Məcəllənin 220.4-cü maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Həmin Məcəllənin 220.6-cı maddəyə əsasən bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəməəmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,675 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır və sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Yuxarıda şərh olunanlardan da göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin naturada bölünüb ayrılmasının mümkünlüyünü aydınlaşdırmaq məqsədilə iş üzrə mütəxəssis cəlb edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə 13 sentyabr 2022-ci il tarixli, **********70 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən X4 məxsus 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçı X5in iddia etdiyi 0,5520 hektar torpaq sahəsinin 0,3917 hektar hissəsi **********96 nömrəli çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş 0,48 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, hazırkı işdə ekspertizanın təyin edilməsinin əhəmiyyəti yoxdur. Çünki, iddiaçı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 0.675 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, 0.675 ha torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmədiyinə görə sərhədlərinin koordinatlarını təyin etmək mümkün deyildir. Ona görə də kollegiya hesab edir ki, hazırkı iş üzrə ekspertizanın təyin edilməsinə lüzum yoxdur. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin X4 ünvanlandığı 03 iyun 2021-ci il tarixli, **********37 nömrəli məktubda göstərilmişdir ki, **********15 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan 0,675 ha həyətyanı torpaq sahəsinə, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması üçün ərazidə çöl-ölçmə işlərinin aparılması məqsədilə Ərazi İdarəsi tərəfindən əraziyə dəfələrlə mütəxəssis göndərilmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan mütəxəssislər tərəfindən torpaq sahəsində çöl-ölçmə işləri aparılması mümkün olmamışdır. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 1,20 ha torpaq sahəsindən ona ayrılmış 0,675 ha torpaq sahəsinə bölgü planı olmadığından və eyni zamanda torpaq sahəsi üzərində mübahisə olduğundan 0,675 ha torpaq sahəsinə planı və ölçüsü sənədi işləməsi mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsi üzərində mövcud olan mübahisə aradan qaldırılaraq mütəxəssislərə ərazidə çölölçmə işlərinin aparılmasına şərait yaradıldıqdan sonra və eyni zamanda torpaq sahəsinə dair tərəflərin razılığı əsasında tərtib olunmuş bölgü planı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə qanuna müvafiq qaydada baxılacaqdır. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər. Göründüyü kimi qanunverici birgə mülkiyyətdə olan payların bölünməsi qaydasını müəyyən etmişdir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 0.675 ha torpaq sahəsinin naturada ayrılıb verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, özünün torpaq sahəsinin kimin torpaq sahəsindən ayrılmasını iddia ərizəsində göstərməmişdir. Halbuki, işdə olan iddiaçının adına verilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 0.675 ha torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır. Yəni digər mülkiyyətçilər yoxdur. Yəni mübahisəli torpaq sahəsinin tək sahibi iddiaçıdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-182/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-182/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver