Məhkəmə qərarları › İş №2(107)-1825/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1825/2020

21.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1825/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən ona məxsus olan evə görə yaradılan maneələrin aradan qaldırılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus olan evə görə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmişdir. Birinci instansiya məhkəməsi işə İddiaçı iştirakı olmadan, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndəiştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində onu göstərmişdir ki, ona məxsus olan Qax rayonu Qaxbaş kəndində yerləşən 0.5 ha həyətyanı torpaq sahəsində yerləşən iki otaqlı, ümumi sahəsi 55.78 kv.m olan fərdi yaşayış evi vardır. Cavabdeh məxsus olan həyətyanı torpaq sahəsi isə həmin evə bitişikdir. Cavabdeh ona özünə məxsus evdə yaşamasına bir sıra maneələr törədir. Belə ki, cavabdeh qəssablıqla məşğuldur, ona məxsus evin arxasında tövlə tikmiş və həmin yerdə mal kəsir. Kəsilmiş heyvanın qanını isə onun həyətinə axıdır. İy-qoxudan isə evdə dayanmaq mümkün deyildir. Eyni zamanda cavabdeh axıntı sularını ona məxsus olan evin arxasına axıdır və bu isə evinin fundamentinin çürüməsinə gətirib çıxarır. Cavbadeh evin arxasında ağaclar əkmişdir. Həmin ağaclar ona çətinliklər yaradır, evə ilan girir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh tərəfindən ona məxsus olan evə görə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh tərəfindən iddiaçıya məxsus olan evə görə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o iddiaçıya heç bir maddi ziyan vurmamışdır. İddiaçı onunla sərhəddə heç bir məsafə saxlamadan ev tikmiş, yağış yağdıqda iddiaçının özünün evinin damından tökülən yağış suları həmin evin fundameninə tökülür. Onun həyətində tikdirdiyi tövlə və hərdənbir mal kəsdiyi yer iddiaçının evindən xeyli kənarda yerləşir. Həmin tövlə iddiaçının evindən daha çox onun evinə yaxındır. O həyətdə heç zaman çirkab və axıntı sularını iddiaçının evinin fundamentinə axıtmamışdır. Orada çirkab suyunun axması üçün də hər hansı arx və sair yoxdur. İddiaçı neçə ildir ondan müxtəlif idarələrə əsassız şikayətlər etmiş, heç biri də öz təsdiqini tapmamışdır. O, hətta qonşuların heç biri ilə yola getmir. Heç zaman hər hansı bir yolla iddiaçıya maneçilik yaratmamışdır. Əgər yaratmışdırsa iddiaçı bunu sübut etsin. İddiaçının ona qarşı hərəkətləri davam edəcəyi təqdirdə o da aidiyyatı orqanlara ondan şikayət edəcəkdir. İddianı qəbul etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatlarının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnamə qəbul edilərkən prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə iclasında iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılaraq hüquqi qiymət verilməmişdir. Məhkəmə mübahisəli əraziyə baxış keçirmişdir. Lakin, məhkəmə qətnamədə baxış keçirilən zaman gördüklərinin tam əksini yazmış məhz buna görə də, iddia əsassız olaraq rədd edilmişdir. Hamıya məlumdur ki, hakim hüquqsünasdır, mütəxəssis deyil. Hesab edir ki, məhkəmə işin ədalətli və qərəzsiz araşdırılması üçün mütəxəssis dəvət etməli və ya işə aidiyyəti üzrə ekspertiza təyin etməli idi. Hətta nümayəndəsi bu hallara dair məhkəməyə şifahi vəsatət vermişdir. Məhkəmə isə özünün şəxsi mülahizələri əsasında qətnamə çıxarmışdır. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, həmin Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində yerləşən 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 55.78 kv.m olan fərdi yaşayış evi xx.xx.2010cu il tarixdə daşınmaz əmlakın dö vlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə Qax RİHB-nın Qaxingiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli, 1432 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonunun Qaxbaş kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İşdə olan xx xxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İci bəndinə və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi idarəsi tərəfindən verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Qaxbaş kəndində fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh həyətinin həmin evin sərhəddində yerləşdiyini, cavabdehin öz həyətində tövlə tikdiyini, heyvanları kəsərək çırkab sularını və axıntı sularını onun evinin fundamentinə axıtdığını, evinin arxasında ağac əkildiyini, ağacları ona mane olduğunu, evinə ilan girdiyini göstərərək cavabdeh tərəfindən ona öz evində yaşamaq üçün yaradılan maneələrin aradan qaldırılmasını xahiş etmişdir. İddia tələbi əsassızdır. Belə ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. X4 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı Cavabdeh ona məxsus olan evə görə nə cür maneələrin yaradılması ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən tərəflərin yaşadıqları həyətə baxış keçirilmiş, müəyyən edilmişdir ki, tərəflər qonşudurlar, arada sərhəddi ayıran hasar yoxdur, iddiaçının evi cavabdehlə sərhəddə tikilmiş, cavabdeh tərəfindən inşa edilən tövlə və mal kəsilən yer iddiaçının evindən xeyli kənarda yerləşir və evin fundamentinə çirkab və axıntı sularının axıdılmasını sübut edəcək hər hansı hallar isə aşkarlanmamışdır. Yağış suları isə evin bünövrəsinə iddiaçıya məxsus evin damından tökülür. Cavabdehin əkdiyi ağaclar isə iddiaçının evindən kənara, cavabdehin öz həyətində yerləşir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona məxsus olan evə görə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qətnaməni qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qətnaməni qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-299/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar