Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1837/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(037)-486/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-486/2020 nömrəli (hakim Rəfayel Şirinov) qətnaməsi ilə iddiа tələbi təmin edilmiş, Cavabdeh X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1250 manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğin alınaraq İddiaçı X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət оlunmuşdur. Cavabdeh аpellyаsiyа şikаyəti vermiş və apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə ləğv edilməlidir. Eyni iddiaçının eyni tələbi üzrə ona qarşı iddiası üzrə, yəni İddiaçı X3 Səhmdar Cəmiyyətinin ona qarşı X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış «Kia Rio» markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilmiş 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 31 (otuz bır) manat dövlət rüsumu olmaqla, cəmi 1281 (bir min iki yüz səksən bir) manat məbləğinin məndən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(037)-1484/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Həmin qətnamə üzrə iddia tələbi təmin edilməmiş və qanunla müəyyən edilmiş müddətdə tərəflər qətnamədən apelyasiya şikayəti verməmişlər. İsmayıllı Rayon Məhkəməsi hazırki qətnaməni qəbul edərkən bu xüsusata diqqət yetirməmiş və nəticədə sözügedən qətnamə qəbul edilmişdir. Belə olan halda İsmayıllı Rayon Məhkəməsi İddiaçı X3 Səhmdar Cəmiyyətinin ona qarşı iddia tələbi üzrə icraata xitam verməli idi. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)- 486/2020 nömrəli qətnaməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 -ci maddəsinin tələblərinə zidd olduğundan ləğv edilməsini, iddiaçı "İddiaçı” X3 Səhmdar Cəmiyyətinin ona qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiası üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbləri qaydasında xitam verilməsini xahiş edir. İddiaçı X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı ilə onun arasında olan mübahisə ilə bağlı İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 29037)-1484/2016 nömrəli qətnamsiə vardır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qətnaməsi olduğu halda müvafiq işə baxılmasına xitam verilməli olduğu halda birinci instansiya məhkəməsi bu barədə qətnamə çıxarmışdır. Buna görə də işə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-486/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq İsmayıllı Rayon Məhkəməsindən tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 19 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddiasına xx xxxxxxxx 2016-cı il tarixdə baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(037)-1484/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilmiş 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu olmaqla, cəmi 1281 (bir min iki yüz səksən bir) manat məbləğinin Cavabdeh tutularaq İddiaçı” Sığorta Şirkətinə ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı SŞ ASC-yə aid edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı X3 Səhmdar Cəmiyyəti 2016-cı ildə Cavabdeh qarşı İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilmiş 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(037)-1484/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 261.0.2-ci mаddəsində deyilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа xitаm verir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-486/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiya nın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400, 402-404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-486/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı X1 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Rio” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 1250 (bir min iki yüz əlli) manat sığorta ödənişi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu, cəmi 1280 (bir min iki yüz səksən) manat 40 (qırx) qəpik məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1837/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1837/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver