Məhkəmə qərarları › İş №2(107)-1837/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1837/2021

13.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1837/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3, İddiaçı4 və onların vəkili X3 Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızının, İddiaçı3, İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Cavabdeh2, X5 qarşı “Qax rayonu Əmbərçay kəndi ərazisində yerləşən torpaq sahəsinə verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair" ilkin iddia ərizəsi, Cavabdeh3 İddiaçı1 qarşı “vurulmuş ziyan üzrə əmlakın hazırkı dəyərinin ödənilməsi və dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair" və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızına, İddiaçı3, İddiaçı4 qarşı “özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair" qarşılıqlı iddia ərizəsi üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qax Rаyоn Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi (hаkim Malik Qarayev) ilə ilkin iddiа tələbi təmin еdilmiş, Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında Cavabdeh2 adına aparılmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması; Cavabdeh3 İddiaçı1 qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı1 əmlakın hazırkı dəyəri olan 1240 (bir min iki yüz qırx) manat pulun alınıb Cavabdeh3 verilməsi, İddiaçı1 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi; Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 qarşı “özünün vicdanlı əldə edən kimi tanınması tələbinə dair” qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. işin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Cavabdeh2 və X5 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması, eyni zamanda, Cavabdeh3 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 əmlakın (2.47 ha torpaq sahəsinin) hazırkı dəyəri olan 25000 (iyirmi beş min) manat pulun alınıb ona verilməsi və İddiaçı1 30 (otuz) manat dövlət rüsumunun tutulması, habelə Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3, İddiaçı4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ona məxsus olan, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20.12.2018-ci il tarixdə verilmiş 14383442 saylı Çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizəsində göstərmişlər ki, X8 onlara qarşı iddia tələbi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən JN-0003, KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 28.11.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində bağlanmış müqavilənin etibarlı hesab olunmasını xahiş etmişdir. Onun tələbinə baxılaraq Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qərarı ilə tələb təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almamış onlar tərəfindən apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Müraciətlərinə baxılaraq yuxarı instansiya məhkəmələri tərəfindən Qax Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və Cavabdeh3 iddiası rədd edilmişdir (sonda işə Ali Məhkəmədə baxılaraq 13.12.2018-ci il tarixli, 2(102)-7433/2018 nömrəli qərar qəbul edilmişdir). Bundan sonra torpaq sahəsinə baxış keçirmək istəyərkən məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Dərhal tərəflərindən ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilərək, Qax rayonu Əmbərçay kəndində yerləşən JN-0003, kod ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə 27.04.2017-ci il tarixdən sonra verilmiş Çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Ərizələrinə sözügedən qurumda baxılaraq, 05.02.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qərarı 29.05.2017-ci il tarixdə qüvvəyə mindikdən sonra (halbuki, cavabdeh idarə qətnaməni icra məmurunun göstərişi əsasında deyil, vətəndaşın ona təqdim etdiyi icra vərəqəsi əsasında icra etmişdir) X4 adına rəsmiləşdirilmişdir. Məhkəmə mübahisələri getdiyi bir dövrdə X8 həmin torpaq sahəsini məhkəmə mübahisələrində onu etibarnamə ilə təmsil edən şəxsə formal olaraq satmış və həmin alqı-satqı müqaviləsi əsasında 20.12.2018-ci il tarixli Çıxarış əldə etmişdir. Bundan başqa, cavabdehlər məhkəmə mübahisəsi zamanı da torpaq sahəsinin adlarına rəsmiləşdirilməsini gizlətmişlər. Bundan sonra Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində X4 adına qeydiyyata alınmış 01.06.2017-ci il tarixli, A156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Cavabdeh2 adına qeydiyyata alınmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğvi, bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsininin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. X11-İqtisadi Məhkəməsində baxılaraq 05.08.2019-cu il tarixli, 2-1(84)-544/2019 nömrəli qərarı ilə tələbi qismən təmin edilmiş və X4 adına qeydiyyata alınmış 01.06.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. İddianın qalan hissəsi, yəni Cavabdeh2 adına qeydiyyata alınmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğvi ümumi məhkəmələrin səlahiyyətinə aid olduğu üçün təmin edilməmiş və aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhz buna görə də Qax Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlardan göründüyü kimi, X4 adına verilmiş Çıxarış qanunsuz olmuş və nəticədə məhkəmənin qərarı ilə ləğv edilmişdir. Belə olan halda X9 tərəfindən alqı-satqı ilə həmin torpaq sahəsinin Cavabdeh2 adına satılması da qanunsuz olmuşdur. Hesab edirlər ki, sonuncunun adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Cavabdeh2 ilə X8 arasında görünüş üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Halbuki, həmin müqavilə bağlanarkən artıq işə Ali Məhkəmədə baxılmış və X4 tələbi (kassasiya şikayəti) rədd edilmişdir. Yəni həmin şəxslər artıq mübahisəli torpaq sahəsinin X4 adına rəsmiləşdirilməsinə əsas olmuş məhkəmə qərarının ləğv edilməsindən xəbərdar idilər. X1 adına olan Çıxarış ləğv edildiyi üçün onun tərəfindən bağlanmış alqı-satqı müqaviləsi də etibarsız sayılmalı və Cavabdeh2 adına verilmiş Çıxarış ləğv edilməlidir. Bundan başqa, bu günə kimi pay torpağı olaraq onlara verilmiş torpaq sahəsindən istifadə etmələrinə və oraya daxil olmalarına Cavabdeh2 maneə yaradır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsindən istifadə etmələrinə onun tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin o, sözügedən torpaq sahəsini Qax rayon X10 14.05.2018-ci il tarixdə Cavabdeh3 25000 (iyirmi beş min) manat pul müqabilində satın almışdır. Bu barədə aralarında 14.05.2018-ci il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra ona DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən 20.12.2018-ci il tarixdə 14383442 saylı Çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinə isə torpaq sahəsini 5000 (beş min) manata aldığı qeyd edilmişdir. Belə ki, həmin müqaviləyə 5000 (beş min) manat yazılması dövlətə ödənilən verginin az tutulmasına görə olmuşdur. Lakin faktiki olaraq qeyd olunan torpaq sahəsini 25000 manata almışdır. 25000 (iyirmi beş min) manat pulu Cavabdeh3 ödədiyi isə onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılmış 14.05.2018-il tarixli qəbzlə təsdiq olunur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona məxsus olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20.12.2018-ci il tarixdə verilmiş 14383442 saylı Çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı1 28.11.2002-ci il tarixdə razılaşmaya əsasən özünə və ailə üzvlərinə məxsus olan JN-0003, kod ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 2.47 ha pay torpaq sahəsini 2.000.000 (iki milyon) manat məbləğinə ona satmışdır. Bu fakt müvafiq məhkəmə qətnamələrində öz əksini tapmışdır. Həmin alqı-satqı müqaviləsi Əmbərçay bələdiyyəsində rəsmiləşdirilmişdir. Bu səbəbdən İddiaçı1 həmin torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktını ona vermişdir. Həmin tarixdən 2017-ci ilədək o, mübahisəli torpaq sahəsindən istifadə etməklə yanaşı, həm də ona qulluq etmişdir. Aldığı vaxtadək torpaq sahəsinə lazımı qaydada aqrotexniki qulluq edilmədiyinə görə yabanı kol-kos və ağaclar basmış və gəlir götürmək mümkün olmamışdır. Eyni zamanda, torpaq sahəsi əvvəllər çaylaq ərazisi olduğundan üst qatı çay daşları ilə tamamilə örtülmüşdür. Qeyd etdiyi kimi, baxımsızlıq nəticəsində torpaq sahəsi qeyri-münbit vəziyyətə düşmüşdür. O, həmin torpaq sahəsində olan yabanı ağacları və kolları təmizləmişdir. Bu işin isə hazırkı dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir. Bundan əlavə, torpaq sahəsinin daşını təmizləmişdir. Bu işin isə hazırkı qiyməti 2000 (iki min) manat təşkil edir. Eyni zamanda, sahəyə 40 lapet mineral gübrə (peyin) səpmişdir. Bu işin hazırkı dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir. Eyni zamanda, torpaq sahəsinin kənarlarının bağlanması üçün yabanı böyürtkən kolu əkmişdir. Bu işin də hazırkı dəyəri 1500 (bir min beş yüz) manat təşkil edir. İddiaçı1 2017-ci ilin əvvəllərində həmin torpaq sahəsini ondan geri tələb etmişdir. Bundan sonra məhkəməyə müraciət etməli olmuş və İddiaçı1lə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsinə əsasən tələbi təmin edilmişdir. Qətnamə qəbul edildiyi vaxtdan bir ay 3 gün sonra isə icra vərəqəsi verilmiş həmin icra vərəqəsi əsasında ona DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 2017-ci il tarixdə ********** saylı Çıxarış verilmişdir. İddiaçı1 həmin qətnamədən daha sonra apellyasiya şikayəti vermisdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2017-ci il tarixli, 2(107)-1500/2017 nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(102)-430/18 saylı qərarı ilə təmin edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13.06.2018-ci il tarixli, 2(107)-1465/2018 saylı qərarı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi ləğv edilmişdir. Tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 13.12.2018-ci il tarixli, 2(102)-7433/2018 nömrəli qərarı ilə təmin edilməmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən onun adına verilmiş 01.06.2017-ci tarixli ********** saylı X18-İqtisadi Məhkəməsinin qərarı ilə ləğv edilmiş və həmin qərar Ali Məhkəmənin 28.01.2020-ci il tarixli, 2-1(102)-178/2020 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin o, sözügedən torpaq sahəsini Qax rayon notoriat kontorunda 14.05.2018-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi Nümayəndə vasitəsi ilə 25000 (iyirmi beş min) manata satmışdır. Alqı-satqı müqaviləsinə isə torpaq sahəsinin 5000 (beş min) manata satıldığı qeyd edilmişdir. Belə ki, müqaviləyə 5000 (beş min) manat yazılması dövlətə ödənilən verginin az tutulmasına görədir. Lakin faktiki olaraq qeyd olunan torpaq sahəsi 25000 (iyirmi beş min) manata satılmışdır. Göründüyü kimi, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin onun adına verdiyi 01.06.2017-ci il tarixli ********** saylı Çıxarış alqı-satqı müqaviləsi əsasında məhkəmədən əvvəl ləğv edilmişdir. Ölkədə bir neçə dəfə devalvasiya olmuş və pul vahidi dəyişmiş, 2002-ci ildə pul qüvvədən düşmüşdür. Bu səbəbdən hesab edir ki, hazırkı dəyəri hesablanıb ədalətli şəkildə ödənilməlidir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən İddiaçı1 mübahisəli torpaq sahəsinin hazırkı dəyəri olan 25000 manat pulun alınıb ona verilməsi və 30 manat dövlət rüsumu əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh X8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh X4 və DƏDRX-nin Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizələrinə uyğun izahat verərək məhkəmədən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 20.12.2018-ci il tarixdə onun adına verilmiş 14383442 saylı Çıxarışa əsasən Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsini vicdanlı əldə etməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X6 verdiyi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, İddiaçı1 mübahisəli torpaq sahəsinin hazırkı dəyəri olan 25000 (iyirmi beş min) manat pulun və 30 (otuz) manat dövlət rüsumu əvəzinin alınıb ona verilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsindən nаrаzı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il 2(107)-241/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il 2(107)-241/2021 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(102)-3563/201 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli 2(107)-241/2021 nömrəli qətnaməsi qismən – ilkin iddianın təmin olunması hissəsində, X4 tələbinin təmin olunmuş hissəsində və Cavabdeh2 tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Cavabdeh3 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətinə və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddia tələbi əmlakın (mübahisəli torpaq sahəsinin) hazırkı dəyərinin ödənilməsindən ibarətdir. Lakin məhkəmə əmlakın hazırkı dəyərinin 1240 manat olmasını müəyyən etmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, onun 2002-ci ildə İddiaçı1 verdiyi ******* (iki milyon) manat pul 31.12.2019-cu il tarixədək istehlak qiyməti və indeksi faizləri nəzərə alınmaqla 1240 manat məbləğinə bərabər hesab edilmişdir. Məhkəmə 1240 manat pulu isə əmlakın hazırkı dəyəri kimi qiymətləndirmişdir. Faktiki olaraq iddia tələbindən kənara çıxılmaqla qətnamə qəbul edilmişdir. Hesab edir ki, məhkəmə torpağın hazırkı dəyərinin qiymətləndirilməsi barədə müvafiq ekspertiza təyin etməli, əmlaka qiymət qoyulmalı və əmlakın hazırkı dəyərinin ödənilməsi təmin edilməlidir. Buna görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh2 apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosesual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş və məhkəmə iclasında iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılaraq hüquqi qiymət verilməmişdir. Belə ki, o, sözügedən torpaq sahəsini Qax rayon notoriat kontorunda 14.05.2018-ci il tarixdə Cavabdeh3 25 000 manat pul müqabilində satın almışdır. Bu barədə aralarında 14.05.2018-ci il tarixdə Qax rayon Dövlət notariat kontorunda AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra ona DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20.12.2018-ci il tarixdə 14383442 saylı Çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinə isə torpaq sahəsini 5000 manata aldığı qeyd edilmişdir. Həmin müqaviləyə 5000 manat yazılması dövlətə ödənilən verginin az tutulmasına görədir. Lakin faktiki olaraq qeyd olunan torpaq sahəsini 25 000 manata almışdır. Cavabdeh3 25000 manat pul ödədiyi isə sonuncunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılmış 14.05.2018-ci il tarixli qəbzlə təsdiq olunur. Hesab edir ki verdiyi apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3, İddiaçı4 və onların vəkili X7 ilkin iddia tələbini dəqiqləşdirilərək Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməyərək Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, X8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh2, X4 və Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi ləğv edilərək ilkin iddia tələbi təmin edilməlidir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(102)-3563/201 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli 2(107)-241/2021 nömrəli qətnaməsi qismən – ilkin iddianın təmin olunması hissəsində, X4 tələbinin təmin olunmuş hissəsində və Cavabdeh2 tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən cavabdeh İddiaçı1 ilə iddiaçı Cavabdeh3 arasında Qax rayonu Əmbərçay kəndində yerləşən JN 0003, KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə 2.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 28.11.2002-ci il tarixdə Əmbərçay Bələdiyyəsində bağlanmış müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2017-ci il tarixli, 2(107)-1500/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.02.2018-ci il tarixli, 2(102)-430/18 nömrəli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2017-ci il tarixli, 2(107)-1500/2017 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.06.2018-ci il tarixli, 2(107)-1465/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(102)-7433/2018 nömrəli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 13.06.2018-ci il tarixli, 2(107)-1465/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2- 1 (84)-544/2019 nömrəli qərarının surətindən görünür ki, cavabdeh DƏDRX-nin 12 saylı Ərazi idarəsinin üzərinə X4 adına rəsmiləşdirilmiş 01.06.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2- 1(84)-544/2019 nömrəli qərardadının surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı həmin idarədə Cavabdeh2 adına rəsmiləşdirilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğvi, bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə cavabdehin vəzifəli şəxsləri və üçüncü şəxslər X8 və Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respubikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.01.2020-ci il tarixli, 2(102)-176/2020 nömrəli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh3 kassasiya şikayəti təmin olunmamış və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2-1(84)-544/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qərara alan Şəki Apellyasiya Məhkəməsini İnzibati- İqtisadi Kollegiyasının 02.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materilalarında olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o, Cavabdeh3 2.47 ha torpaq sahəsini faktiki olaraq 25000 (iyirmi beş min) manata satdığını, lakin alqı-satqı zamanı dövlətə ödənilən verginin aşağı həddə hesablanması üçün alqı-satqı müqaviləsində 5000 (beş min) manat yazıldığını göstərmişdir. İş materiallarında olan 14.05.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən həmin tarixdə Cavabdeh3 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 01.06.2017-ci il tarixdə ona verilmiş **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus 2.457 ha torpaq sahəsini etibarnamə əsasında onu təmsil edən Nümayəndə vasitəsilə 5000 (beş min) manata Cavabdeh2 satmışdır. Həmçinin alqı-satqı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568, 646 və 647ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir. İş materiallarında olan və məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin məhkəməyə təqdim etdiyi notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 20.12.2018-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Qax rayonu Əmbərçay kəndində yerləşən 2.457 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri DX-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Cavabdeh2 və X5 qarşı Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında Cavabdeh2 adına aparılmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğvi və onların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması barədə iddia tələbi üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd İƏD üzrə nümayəndəsinin verdiyi 14.05.2020-ci il tarixli, 355 saylı arayışdan görünür ki, Laçın rayonu Ələkçi kəndindən məcburi köçkün olan Cavabdeh3 hazırda müvəqqəti olaraq Ağcabədi rayonu Hacıbədəlli kəndində yaşayır. İş materiallarında olan 23.08.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 iddia ərizəsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(102)-3563/201 nömrəli qərarına əsasən ilkin iddia tələbinin müqavilənin ləğvi və ya etibarsızlığı tələbinə məhkəmə tərəfindən veriləcək qiymətdən asılı olduğunu nəzərə alaraq iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəməni bu göstərişi və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçılar və onların vəkili məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək ilkin iddia ərizəsinə dəqiqləşdirmə vermiş və Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və müqavilə əsasında Cavabdeh2 adına aparılmış 20.12.2018ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası həm Ali Məhkəmənin qeyd edilmiş mövqeyi həm də yeni təqdim edilmiş ərizə əsasında işə baxaraq qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 ilə cavabdeh X8 arasında Qax rayonu Əmbərçay kəndində yerləşən JN-0003, KOD ******* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçılara məxsus olan 2,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısına dair 28.11.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində müqavilə bağlanmış, həmin torpağa görə cavabdeh iddiaçıya o vaxtkı pulla 1.200.000 manat pul vermiş, iddiaçı da torpaq sahəsini cavabdehin sahibliyinə vermişdir. 2017-ci ildə tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə yaranmış, cavabdeh iddiaçılardan torpaq sahəsi üzərində mülkiyyət hüququnun sənədləşdirilməsi üçün notariat orqanına getməyi tələb etmiş, iddiaçılar isə bundan imtina edərək torpaq sahəsinin geri qaytarılmasını tələb etmişlər. Cavabdeh onunla İddiaçı1 arasında 2,47 ha torpaq sahəsinin alqı-satqısına dair 28.11.2002-ci il tarixdə Əmbərçay bələdiyyəsində bağlanmış müqavilənin etibarlı hesab olunması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Qax Rayon Məhkəməsinin 27.04.2017ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh3 arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair 28.11.2002-ci il tarixdə Əmbərçay Bələdiyyəsində bağlanmış müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən 2.47 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ 01.06.2017-ci il tarixdə DƏDRX-nin 12 saylı Ərazi idarəsi tərəfindən A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı ilə rəsmiləşdirilmişdir. Qax Rayon Məhkəməsinin 27.04.2017-ci il tarixli, 2(024)-358 nömrəli qətnaməsi təkrar apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.06.2018-ci il tarixli, 2(107)-1465/2018 nömrəli qətnaməsi ilə ləğv edilmiş, 2,47 ha torpaq sahəsinin alqısatqısına dair müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə X4 iddiası rədd edilmişdir. 14.05.2018-ci il tarixdə isə AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 01.06.2017ci il tarixdə ona verilmiş **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 2.457 ha torpaq sahəsini etibarnamə əsasında onu təmsil edən Nümayəndə vasitəsilə sonuncunun atası Cavabdeh2 satmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2- 1(84)-544/2019 nömrəli qərarına əsasən ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsinin üzərinə Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X4 adına rəsmiləşdirilmiş 01.06.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə məlumat bazasına zəruri düzəlişlərin edilməsi öhdəliyi qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçılar hazırkı (ilkin) iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Göründüyü kimi, ilkin iddia tələbi ilə etibarsız hesab edilməsi tələb olunan alqı-satqı müqaviləsinin bağlanılması üçün əsas olmuş ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsinin X4 adına rəsmiləşdirdiyi 01.06.2017-ci il tarixli, A-156579 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı ləğv edilmişdir. Həmin dövlət qeydiyyatı (və hüquq müəyyənedici sənəd olan Çıxarış) ləğv edildiyi üçün 14.05.2018-ci il tarixdə Qax rayon Dövlət Notariat Kontorunda cavabdeh X8 ilə digər Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi də etirbarsız hesab edilməlidir. Eyni zamanda, Cavabdeh2 adına verilmiş 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış həmin müqavilə əsasında verildiyi üçün ləğv edilməlidir. Həmçinin iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Beləliklə, ilkin iddia tələblərinin təmin edilməsinin əsasları yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı ilə şərtlənir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə uyğun olaraq sözügedən məhkəmə qərarları ilə müəyyən olunmuş halların hazırkı mübahisədə yenidən araşdırılmasına və sübut olunmasına yol verilmir; həmin hallar artıq iş üzrə sübut olunmuş faktlar kimi qəbul edilir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmayaraq hesab edir ki, məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi ləğv edilərək ilkin iddia üzrə Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında Cavabdeh2 adına aparılmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edilməli və iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(024)-16/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia üzrə Qax rayonu Əmbərçay kəndində yerləşən 2.47 ha torpaq sahəsi ilə bağlı X8 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin Müqavilə əsasında Cavabdeh2 adına aparılmış 20.12.2018-ci il tarixli, A323135 saylı, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatının ləğv edisin və iddiaçıların həmin torpaq sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar