Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-184/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətinin alçaldılmasına görə 1/6 hissədən əlavə 30 000 manat təzminat tələbinə dair mülki iş üzrə (Açar sözlər: Tələbin qeyri müəyyənliyi) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətinin alçaldılmasına görə 1/6 hissədən əlavə 30 000 manat təzminat tələbinə dair mülki iş üzrə Şəki Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-253/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Reyhan Əlipaşa qızından 1/6 hissədən əlavə 30 000 manat təzminat ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şikayətləri onu və körpələrini Qax uşaq xəstəxanasından oğurlayaraq Şəki Dəlixanasında gizlətdiyinə görədir. Körpə balalarını qəsdən şikəst etmişlər. Şəki Dəlixanasında bir neçə yüz min manatlarla, külli miqdarda maddi və mənəvi zərbələr, zərər-ziyanlar vurmuşlar. Onu və körpələrini Şəki Dəlixanasında gizlətmişlər, əri və qızı Kulikova Marina onu ölümcül döymüşlər, məcburən boşamışlar. Ömrü o vaxtdan vağzallarda, körpülərdə, xarabalıqlarda keçmişdir. Bir dəfə də olsa doğmaları kömək, yardım etməmişlər. Öz doğma atası X1-70 ünvanında yerləşən mirasını İsayeva Hicran Ziyanur qızına 17000 manata satmışlar. 17000 manatdan az da olsa yardım etməmişlər. O hələ də Qax sığınacağındadır. Çox çarəsizdir, çox çətinlikdədir. Ona 6/1 hissədən əlavə cavabdeh Reyhan Əlipaşa qızından əlavə təzminatın alınıb verilməsini istəyir. O bu pulu şikəst olmuş balalarının sağlamlığı üçün xərcləyəcəkdir. Atasının mirası bu il satılmazsa, gələn il yarı qiymətə də satılmayacaq, ona görə ki, cavabdeh Reyhan Əlipaşa qızı hər gün evin bir tərəfini söküb-satır, daşıyır. Şəki şəhər-rayon Polis Şöbəsinə bu barədə məlumat vermişdir. Evdə hər gün surətli köhnəlmə gedir. Hal-hazırda o mülkiyyətçidir, vərəsədir. Şəki Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-253/2024 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) İddiaçı cavabdeh X6 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh 1/6 hissədən əlavə 30 000 manat təzminat ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etsə də o, nəyin 1/6 hissəsindən əlavə olaraq və nəyə görə hesablanmış təzminatın alınıb verilməli olmasını göstərməmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbini pozmuşdur. Kollegiya qeyd edir ki, nəyin 1/6 hissəsindən əlavə olaraq və nəyə görə hesablanmış təzminatın alınıb verilməli olması müəyyən olunmadığından, iddia tələbi təmin və ya rədd oluna bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbli iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-253/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətinin alçaldılmasına görə 1/6 hissədən əlavə 30 000 manat təzminat tələbinə dair iddiası baxılmamış saxlanılmalı, iddiaçıya iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 384.0.5, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-253/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətinin alçaldılmasına görə 1/6 hissədən əlavə 30 000 manat təzminat tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 183 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah olsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-184/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-184/2025
14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver