Məhkəmə qərarları › İş №2(107)-1849/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1849/2020

28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1849/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, üçüncü şəxs ASC xxxxBankının nümayəndəsi X1 və İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X8, üçüncü şəxslər ASC xxxxBankı və X4 qarşı dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair mülki işin icraatına xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-644/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X10 tərəfindən xxxxBank ASC-nin adına xx xxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 6 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi üzərində xxxxBank ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 012008/00115/09/12 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsinin təminatı kimi yüklü edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə X3 ASC xxxxBankına olan 34058,63 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi üçün mübahisə predmeti olan həmin evin açıq hərracdan satılması, əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi qət olunmuşdur. Bundan sonra, xx.xx.2010-cu il tarixli hərracın yekunları barədə əmlakın alqısatqısına dair müqaviləyə əsasən Zaqatala rayon İcra qrupu tərəfindən mübahisəli fərdi yaşayış evi 33150 manata bankın mülkiyyətinə borc əvəzinə verilmişdir. Göründüyü kimi, fərdi yaşayış evinə sonradan əlavə edilmiş 141 kv.m-lik yaşayış sahəsi, fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi və istifadələrində olan digər torpaq sahəsi bank qarşısında girov qoyulmamış, həmçinin qeyd olunan əmlaklar hərracın predmeti olmamışdır. İşin bu halını Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi, xx xxxxxx 2010-cu il tarixli, Y-438 nömrəli hərracın yekunları haqqında protokol, xx xxxxxx 2010-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və xx xxxxxx 2010-cu il tarixli yaşayış evinin açıq hərracda alınması barədə şəhadətnamədən müəyyən etmək mümkündür. Çünki həmin sənədlərdən də göründüyü kimi, fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi ipotekanın və hərracın predmeti olmamışdır. ASC xxxxBank yalnız ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Torpaq sahəsi isə onun mülkiyyətində qalmışdır. Lakin, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X10 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ASC xxxxBankın hüquqlarını dövlət qeydiyyatına alan zaman evin yerləşdiyi 0,03 ha həyətyanı torpaq sahəsi üzərində də, ASC xxxxBankın mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Eyni zamanda, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən məlumatı olmadığını, həmin iclaslarda iştirak etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X7 nümayəndəsi Ömərov Rafael Ömər oğlu iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı əvvəllər də eyni tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçılar İddiaçı, X9 və X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 «xxxx» Bankına qarşı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıların verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı isə eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs ASC xxxxBankın nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X3 və X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 «xxxx» Bankına qarşı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 «xxxx» Bankına verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda İddiaçı qeyd olunan işə baxılarkən məhkəmə iclaslarında onunla bərabər iştirak etmiş, qəbul olunmuş qərarlardan xəbərdar olmuşdur. Mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) x xxxxxx 2020-ci il tarixli 2(033)-644/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X8, üçüncü şəxslər ASC xxxxBankı və X4 qarşı dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, tərəflərə izah edilmişd ki, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verildiyinə görə həmin tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı qərardaddan şikаyət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən onun ümumiyyətlə xəbəri yoxdur. O, məhkəmədə belə bir tələblə bağlı iddia qaldırmamış və məhkəmədə iştirak etməmişdir. Bununla yanaşı, qeyd olunan iddiada "xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi"ndən söhbət gedir. Onun hazırda qaldırmış olduğu iddiada isə "sonuncu tərəfindən "xxxx" Bankı ASCnin adına xx xxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 6 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinin yerləşdiyi 0,03 ha torpaq sahəsi üzərində "xxxx" Bankı ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində etibarsız hesab edilməsi (sayılması)" məhkəmədən xahiş edilir. Yəni, əvvəlki işdə reyestrdən çıxarışın bütövlükdə etibarsız sayılması tələb olunurdusa, hazırki işdə çıxarışın qismən, yəni, torpaq sahəsinə dair hissədə etibarsızlığından söhbət gedir. Göründüyü kimi, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən onun ümumiyyətlə xəbəri olmaması və əvvəlki tələbdə bütövlükdə reyestrdən çıxarışın etibarsız sayılması mübahisələndirildiyindən, hazırki işə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə icraata xitam verilməsi qanunsuz olmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)- 644/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-644/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-644/2020 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs ASC xxxxBankının nümayəndəsi X6 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-644/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X7 nümayəndələri və üçüncü şəxs X9 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018- ci il tarixli, 2(033)-607/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X3 və X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 «xxxx» Bankına qarşı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 «xxxx» Bankına verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(107)-2697/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçıların verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 261.0 və 261.0.2-ci maddələrində müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəlki tələbi, həmçinin iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında əsaslandığı hallar iddiaçının hazırki ərizəsi ilə üstüstə düşür və eynilik təşkil edir. İddiaçılar İddiaçı, X9 və X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 «xxxx» Bankına qarşı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının əsaslandığı hallar üst-üstə düşür və hazırkı tələbi bundan əvvəlki tələblə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X8, üçüncü şəxslər ASC xxxx Bankı və X4 qarşı dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(033)-607/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-644/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400, 402-403, 404 və 405-ci mаddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(033)-644/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar