Məhkəmə qərarları › İş №2(107)-1871/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1871/2020

07.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1871/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-185/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-185/2020 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiа tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada sərhədlərinin tanıdılmasına, həmin torpaq sahəsinin Cavabdeh istifadə etdiyi torpaq sahəsi ilə sərhədinin bağlanmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz şəhəri ərazisində yerləşən, mülkiyyətində olan həyətyanı torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada sərhədlərinin tanıdılmasına, həmin torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə sərhədinin bağlanması və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı hazırki öz iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Oğuz şəhərində yerləşən, onun xx xxxx 1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi fərdi yaşayış evinə cavabdehin istifadə hüququ tanınmışdır. Qeyd olunan evin yerləşdiyi ünvan hazırki reyestr məlumatlarına əsasən ünvan 2 ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi isə xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə dair onun adına xx.xx.2019-cu il tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib edilmişdir. O, 0,06 hektar həyətyanı torpaq sahəsinin həmin plan və ölçü sənədi əsasında naturada ölçülərək və sərhədlərinin müəyyən edilərək ona təhvil verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5 müraciət etmiş, lakin həmin idarənin əməkdaşlarına öz vəzifələrini yerinə yetirmələrinə maneə törətmişdir. Cavabdeh onun həmin torpaq sahəsinin sərhədini bağlamasına və torpaq sahəsi üzərində digər mülkiyyət hüquqlarını həyata keçirməsinə də maneə törədir. Bu da torpaq sahəsinin mülkiyyətçisi kimi bilavasitə onun mənafeyinə toxunur. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X2 hazırki iddia tələbini müdafiə etdiklərini bildirmiş və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçının xx xxxx 1993-cü il tarixdə rəsmi alqısatqı müqaviləsinə əsasən əldə etdiyi fərdi yaşayış evi, həmin evə aid 0,06 hektar həyətyanı torpaq sahəsi ünvan 3 adlanır. Həmin ünvanda yerləşən evdən onun istifadə hüququ məhkəmə qətnaməsi əsasında tanınmışdır. Hal-hazırda o və ailə üzvləri həmin torpaq sahəsindən istifadə edirlər. Mübahisə predmetinə aid olan 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada sərhədlərinin tanıdılması və həmin torpaq sahəsinin sərhədinin bağlanması onun və ailə üzvlərinin evdən giriş-çıxışına hərəkət məhdudiyyəti yaradır, onların evdən və torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Qeyd etdiklərinə əsasən iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının ilə və birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazın dəlilləri ilə əsaslandıraraq Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-185/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-185/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)- 185/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən mülki işin məhkəmə araşdırılması ilə əlaqədar mübahisə predmetinə aid olan əraziyə tərəflərin və iş üzrə mütəxəssis qismində cəlb edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4 əməkdaşı X1 iştirakı ilə yerində müayinə keçirilmiş və ölçmələr aparılmışdır. Yerində müayinə və ölçmələr zamanı ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları tərəflərə naturada tanıdılmışdır. 0,06 hektar həyətyanı torpaq sahəsinin sərhədlərini və döngə nöqtələrinin koordinatlarını əks etdirən yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 140, 152.1, 155.5, 157.2 və 157.4cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 155.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin şimal tərəfində yerləşən ərazi həyətyanı torpaq sahəsi kimi cavabdehin istifadəsindədir. İddiaçının mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada sərhədlərinin tanıdılması, həmin torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə sərhədinin iddiaçı tərəfindən bağlanması və mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar tərəflər arasında narazılıq və fikir ayrılığı vardır. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada sərhədlərinin tanıdılmasına, həmin torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə sərhədinin bağlanması və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq 0,06 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətində olmasına dair öz adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, 0,06 hektar həyətyanı torpaq sahəsinin naturada sərhədlərinin tanıdılması və həmin torpaq sahəsinin sərhədinin bağlanmasının onun və ailə üzvlərinin evdən giriş-çıxışına hərəkət məhdudiyyəti yaratdığını, onların evdən və torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırdığını bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, mübahisə predmetinə aid olan 0,06 hektar həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ərazinin iddiaçının xüsusi mülkiyyətində olması işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə də təsdiq edilmişdir. Cavabdehin qeyd olunan torpaq sahəsinin sərhədinin iddiaçı tərəfindən bağlanmasına və digər mülkiyyət hüquqlarınınhəyata keçirilməsinə maneə törətməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsinin prosesinin gedişində 0,06 hektar həyətyanı torpaq sahəsinə tərəflərin və mütəxəssisin iştirakı ilə müayinə keçirilməklə və ölçmə işləri aparılmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları mütəxəssis tərəfindən yerində göstərilmişdir. Birinci instansiya məhkəməsi mülki işin tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək qərara gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin sərhədlərinin mütəxəssisin göstərdiyi koordinatlara uyğun olaraq naturada tanıdılmasına, 0,06 hektar həyətyanı torpaq sahəsinin cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə sərhədinin bağlanmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunan hüquq normasının tələbinə əsasən və iddiaçının məhkəməyə müraciət edərkən ödədiyi 10 (on) manat dövlət rüsumu məbləğini tələb etmədiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh apelyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-185/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(054)-185/2020 nömrəli i qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavadbeh Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar