Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1872/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(025)-788/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 15 iyul 2021-ci il tarixli 2(025)- 788/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6500 (altı min beş yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya "xxxx" ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3) qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək olaraq ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi 28.09.2018-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 16.12.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi **- BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi nəticəsində piyadalar X13 və X8 vurmuş, nəticədə Kərimov Elmin aldığı xəsarətlər nəticəsində vəfat etmiş, Əliyev Fazil isə az ağır xəsarət almışdır. Hadəsinin səbəbləri tam təfsilatı ilə aydınlaşdırarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir.”PAŞA Sığorta” ASC-nin 18.06.2019-cu il tarixli sığorta aktına əsasən Elmin Kərimovun ölümü ilə bağlı 5000,0 (beş min) manat məbləğində sığorta ödənişinin həmçinin 07.08.2019-cu il tarixli sığorta aktına əsasən X5 az ağır xəsarət alması ilə bağlı 1500 (bir min beş yüz) manat sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, hadisə zamanı maşının mülkiyyətçisi Cavabdeh3 olduğundan o da digər cavabdehlərlə birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmışdır. Avtomobili satarkən Cavabdeh1 etibarnamə ilə vermişdir ki, sonuncu avtomobili öz adına keçirər. Lakin Cavabdeh1 ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili avtonəqliyyat hadisəsi baş verəndən sonra öz adına keçirmişdir. Buna baxmayaraq yol-nəqliyyat hadisəsi zamanı qeyd edilən avtomobil şəhadətnamə ilə ona məxsus olsa da, faktiki olaraq Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. O da avtomobili öz əmisi oğlu Cavabdeh2 idarəetmək üçün vermiş və sonuncu da avtonəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(025)-788/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin ona dair hissədə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(025)-788/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxıması və qeyd edilən 6500 manat sığorta ödənişinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia tələbini qəbul etməyərək məhkəmə iclasında da bildirmişdir ki, **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra“ minik markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmışdır. Avtomobili satarkən Cavabdeh1 bütün səlahiyyətlər verilən etibarnamə də vermiş ki, avtomobili öz adına keçirsin. Lakin Cavabdeh1 **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobili avtonəqliyyat hadisəsi baş verəndən sonra öz adına keçirmişdir. Buna baxmayaraq yol-nəqliyyat hadisəsi zamanı avtomobilin şəhadətnaməsi ona məxsus olsa da, faktiki olaraq Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. O da avtomobili öz əmisi oğlu Cavabdeh2 idarə etmək üçün vermiş və əmisi oğlu da avtonəqliyyat hadisəsi törətmiş, onun isə baş vermiş hadisədən ümumiyyətlə xəbəri olmamışdır. Həmçinin, **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilini avtonəqliyyat hadisəsindən əvvəl 18.11.2018-ci il tarixində Cavabdeh1 öz aralarında notariat kontorunda şifahi alğı-satqı edərək satmış və ona etibarnamə vermişdir. Bu faktı özü və avtomobilin alğı-satqısında iştirak etmiş digər şəxslər şahid kimi də təsdiq edə bilərlər. Digər tərəfdən isə Cavabdeh2 08.07.2019-cu il tarixində "xxxx" ASC-nin idarə heyətinin sədrinə ərizə ilə müraciət edərək avtonəqliyyat hadisəsi zamanı vurulan maddi ziyanın əvəzində sığorta ödənişi verilməsini xahiş etmiş, onun tərəfindən işə bu barədə hər hansı ərizə yazılmamış, sığorta ödənişindən də məlumatsız olmuşdur. Göründüyü kimi **-BG-*** dövlət qeydiyyat nişanlı ”Hyundai Elantra” minik markalı avtomobili avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl 18.11.2018-ci il tarixindən faktiki olaraq onun sahibliyindən çıxmiş və Cavabdeh1 sahibliyində və istifasində olmuşdur ki, onun və yaxın qohumunun qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş verdiyindən və o, hər hansı təqsirli, qanunazidd hərəkət etmədiyindən, həmin şəxslərin vurduğu zərər üçün o, məsuliyyət daşımalı deyil. Cavabdeh1 apellyasiya şikаyəti onunla əsaslandırmışdır ki, birinci inistasiya məhkəməsinin qərarı ilə razı deyil və hesab edir ki, ədalətsiz qərardı. Belə ki, məhkəmə yalnız "xxxx" ASC-nin mənafeyini güdmüşdür. Təmin olunan məbləğ yəni 6500 manat hesab edir ki, çoxdur. Düzdür “Hyundai Elantra” markalı maşın onundur, lakin avtoqəzanı o, törətməmişdir. Cavabdeh2 törədib, ona görədə bunlar nəzərə alınmalı idi. O, səhhətində yaranmış problemlə ələqadar məhkəməyə gedə bilməmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxıb həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normalarını pozmaqla MPM-nin 385.1.1, 385.1.2-ci maddələrinin digər normativ hüquqi aktlardan irəli gələn ədalətli məhkəmə baxış hüquqlarımız əhəmiyyətli dərəcədə pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqram göndərərək Cavabdeh1 respublikada olmadığı üçün həmin məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmağını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: AC seriyalı, 367503 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X3 surətindən görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil Cavabdeh3 məxsusdur. Etibarnamənin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili idarə etməyi etibar etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 may 2019-cu il tarixli 1(99)-187/2019 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. 08.07.2019-cu il tarixli Sığorta Aktının surətindən görünür ki, 16.12.2018-ci il tarixdə Ağcabədi rayonu, Boyad kəndi ərazinin 27-ci kilometrliyində baş vermiş hadisə nəticəsində Cavabdeh2 idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsi ilə piyada X11 vurmuş, nəticədə sonuncu az ağır xəsarət almışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14- Təcrübi və Tədris Birliyinin 12.03.2019-cu il tarixli 126 nömrəli ekspert rəyindən görünür ki, X6 bədənində aşkar edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. 18.06.2019-cu il tarixli Sığorta Aktının surətindən görünür ki, 16.12.2018-ci il tarixdə Ağcabədi rayonu, Boyad kəndi ərazinin 27-ci kilometrliyində baş vermiş hadisə nəticəsində Cavabdeh2 idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı vasitəsi ilə piyada X9 vurmuş, nəticədə sonuncu vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X7 hüquqi varisi olan X10 "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” ETT Birliyi Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş 09.01.2019-cu il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, X7 bədəni üzərində olan xəsarətlər 16 dekabr 2018-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərmişlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və məhrumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. 15.01.2020-ci il tarixli Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış məktubdan görünür ki, cavabdehlərdən 15 (on beş) təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Ödəniş həyata keçirilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 08.07.2019-cu il tarixli Cavabdeh2 tərəfindən Paşa Sığorta ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, vurulan maddi ziyanin əvəzində sığorta ödənişi verilməsinə göstəriş verilməsini xahiş etmişdir. 14.06.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktının surətindən görünür ki, X10 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. İşin gerçək halı ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən sığortalanmış ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili ilə törədilmiş yolnəqliyyat hadisəsi piyada Elmin Kərimovun ölümünə, Fəzail Əliyevin isə az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən zərərçəkən X12 1500 (bir min beş yüz) manat, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X7 hüquqi varisi X10 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı sığorta ödənişi kimi tərəfindən ödənilmiş 6500 manat məbləğini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Cavabdeh1 etibarnamə ilə idarə etdiyi avtomobili etibarnamə olmadan Cavabdeh2 vermiş və nəticədə Cavabdeh2 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən "xxxx" ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh1 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər cavabdehlər ilə birgə məsuliyyət daşımalıdır. Bundan əlavə Cavabdeh3 avtomobili Cavabdeh1 satması, faktiki olaraq Cavabdeh1 idarəçiliyində və istifadəsində olmasını, bu səbəbdən məsuliyyət daşımaması ilə bağlı məhkəmə qeyd edir ki, ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) baş verən zaman Cavabdeh3 mülkiyyətində olmuş və bununla bağlı sonuncunun adına AC seriyalı, 367503 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X4 verilmişdir. Cavabdeh3 özünün də məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, yol-nəqliyyat hadisəsindən sonra Cavabdeh1 avtomobili öz adına keçirmişdir, yəni sığorta hadisəsi zamanı ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil Cavabdeh3 mülkiyyətində olmuşdur. Göründüyü kimi avtomobil daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinə aiddir və daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyidir. Lakin Cavabdeh3 tərəfindən onunla Cavabdeh1 arasında belə bir müqavilə olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq məhkəmədə verdiyi ifadəsində sözügedən avtomobili etibarnamə ilə Cavabdeh1 verdiyini qeyd etmişdir. Avtomobilə mülkiyyət hüququnu təsdiq edən sənəd Azərbaycan Respublikası X1 və yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) zamanı ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil AC seriyalı, 367503 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X4 ilə Cavabdeh3 məxsus olduğundan sonuncu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər cavabdehlər ilə birgə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ”Paşa Sığorta” ASC tərəfindən sığortalanmış ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil ilə Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkən X12 1500 (bir min beş yüz) manat, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X7 hüquqi varisinə X10 5000 (beş min) manat məbləğində sığorta ödənişi edildiyindən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşsa da, hesab edir ki, iddianı Cavabdeh3 müştərək qaydada 6.500 (altı min beş yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər Həmin maddənin 2-ci bəndinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom eneıjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüwəniiı təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur, Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzəfinə qoyula bilər İşin gerçək halı ondan ibarətdir ki, Cavabdeh3 **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra“ minik markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmış, avtomobili satarkən Cavabdeh1 bütün səlahiyyətlər verilən etibarnamə də vermiş ki, avtomobili öz adına keçirsin. Lakin Cavabdeh1 **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobili avtonəqliyyat hadisəsi baş verəndən sonra öz adına keçirmişdir. Göründüyü kimi, **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobili avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl 18.11.2018-ci il tarixindən faktiki olaraq Cavabdeh3 sahibliyindən çıxmiş və Cavabdeh1 sahibliyində və istifasində olmuşdur ki, onun və yaxın qohumunun qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Kollegiya hesab edir ki, Cavabdeh3 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, həmin şəxslərin vurduğu zərər üçün Cavabdeh3 məsuliyyət daşımalı deyil. Ona görə də Cavabdeh3 apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Kollegiya hesab edir ki, Cavabdeh1 etibarnamə ilə idarə etdiyi avtomobili etibarnamə olmadan Cavabdeh2 vermiş və Cavabdeh2 tərəfindən qəza törədilmiş, nəticədə piyada Elmin Kərimovun ölmüş, Fəzail Əliyev isə az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən zərərçəkən X12 1500 (bir min beş yüz) manat, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X7 hüquqi varisi X10 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi Cavabdeh1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1ci maddəsinə əsasən məsuliyyət daşıyır. Bu səbəbdən də onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyаsı işin gerçək hallarını, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikаyəti təmin edilməməli, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(025)-788/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh3 müştərək qaydada 6.500 (altı min beş yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Cavabdeh3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(025)-788/2021 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh3 müştərək qaydada 6.500 (altı min beş yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1872/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1872/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver