Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1874/2020 25.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-671/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-671/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3900 (üç min doqquz yüz) manat pulun alınıb “xxxx” ASCnə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun cavabdehlərdən tutulub «xxxx» ASC-nə ödənilməsi qət edilmişdir. İşin halları “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat məbləğdə pulun vəödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb “xxxx” ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. “xxxx” ASC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X12 məxsus Cavabdeh1 etibar edilmiş ** TK *** dövlət qeydiyyat nişanlı Audi A7 markalı avto nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi ** TK *** dövlət qeydiyyat nişanlı Audi A7 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** CC *** dövlət qeydiyyat nişanlı Daevoo Nexia markalı avtonəqliyyat vasitəsinə və X1 az ağır zərər (1500 manat sığorta ödənişi) vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabata əsasən avtonəqliyyat vasitəsinə ümumilikdə 2400 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli sığorta aktlarına əsasən ümumilikdə 3900 manat məbləğində zərərçəkən şəxslərin hesabına köçürmə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat məbləğdə pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb “xxxx” ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh1 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin bu qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, pandemiya ilə əlaqədar onun Mingəçevir şəhərinə gedib-gəlməyi mümkün olmadığı üçün o, məhkəmə prosesində iştirak edə bilməmiş, öz prosessual hüquqlarını həyata keçirdə bilməmişdir. Məhkəmə isə işin faktiki hallarını tam araşdrmamış qərar qəbul etmişdir. Mülki işin sənədlərindən də görsənir ki, Cavabdeh2 idarə etdiyi **-TK-*** dövlət qeydiyyat nişanlı “Audi A7” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində X1 az ağır zərər vurmuş, mülkiyyətində olan 50 CC- 753 dövlət qeddiyyat nişanlı “Daewoo Nexia” markalı avtonəqliyyat vasitəsinə isə 2400 manat məbləğində zərər vurmuşdu. Bununla əlaqədar “xxxx” ASC tərəfindən X6 3900 manat məbləğində sığorta ödənişi verilmişdir. Təbii ki, bunun nəticəsində sığorta şirkəti də subroqasiya qaydasında onlara qarşı iddia qaldırmışdır. Bu iddianın məhkəmə baxışı zamanı AR Müli Məcəlləsinin 1108.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin avtonəqliyyat vasitəsi X11 mülkiyyətindədir və etibarnamə ilə onun istifadəsinə verilmişdir. O, xx.xx.2019-cu il tarixində saat 21:00 radələrində idarə etdiyi “Audi A7” markalı avtomobili yaşadığı binanın həyətində yerləşən X10 işlətdiyi “114” adlı avtoyuma məntəqəsinə gətirərək yudurtmaq istəyirdi. O, avtomobilin açarlarını orada yuyucu işləyən Cavabdeh2 vermişdir. Ona tapşırmışdır ki, avtomobili yuduqdan sonra onu avtoyuma məntəqəsinin yanındakı dayanacaqda saxlasın. Lakin həmin günün səhərisi, yəni xx.xx.2019-cu il tarixində saat 08:30-da həyətə düşüb avtoyuma məntəqəsindən avtomobilin açarlarını götürmək istəyərkən Cavabdeh2 ona bildirmişdir ki, o, axşam içkili olduğu üçün onun avtomobilini götürərək sürmüş və yol-nəqliyyat hadisəsi törətmişdir. Bildirmək istəyir ki, bununla əlaqədar Yasamal RPİ-də müvafiq araşdırma aparılmış və onun barəsində AR CM-nin 185.2.4, 263-1.1 və 264-cü maddələri ilə ittiham aktı tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)-279/2019 saylı hökmü ilə Cavabdeh2 AR CMnin 185.2.4, 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Yəni bu hökmlə həmin avtomobilin onun iradəsindən asılı olmayan səbəbdən istifadəsindən alındığı sübuta yetirilmişdir. AR MM-nin 1108.2-ci maddəsinə görə bu yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyana görə o, məsuliyyət daşıya bilməz. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)- 671/2020 nömrəli qətnaməsinin nəticə hissəsindən “Cavabdeh1 və” sözlərinin çıxarılmasını və iddianın onun barəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı “xxxx” ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasınlarına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-671/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 da müştərək qaydada 3900 (üç min doqquz yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun tutulub «xxxx» ASC-nə ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiasının Cavabdeh1 aid hissəsi rədd edilməlidir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli sığorta aktından görünür ki, “Daewoo Nexia” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2400 manat təşkil edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli plastik kartların təhfil-təslim aktının surətindən görünür ki “xxxx” ASC tərəfindən 1500 manat məbləğdə ödənişin alınması üçün **********988128 nömrəli plastik kart faydalanan şəxsə təhfil verilmişdir. İşdə olan xx xxxxxx 2019-ci il tarixli, sığorta ödənişi aktının surətindən görünür ki, “xxxx” ASC 1500 manat məbləğdə pulu zərərçəkən şəxs X4 hesabına köçürtmüşdür. İşdə olan xx xxxxxx 2019-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Daewoo Nexia” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri ilə birlikdə 2400 manat təşkil edir. İşdə olan Məhkəmə Tibbi Ekspertiza və X7 xx xxxxxx 2019-cu il tarixli, 610 saylı rəyinin nəticə hissəsindən görünür ki, X4 almış olduğunun almış olduğu xəsarətlər-başbeyin silkələnməsi boyunun əzələ bağ aparatının gərilməsi və sağ V qabırğanın sınığ küt əşya (əşyalar) təsərindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan cinayət işi başlamasının və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 əməlində cinayət tərkibinin əməli olduğundan faktla bağlı Azərbaycan Respublikası CMnin 185.1, 263-1.1 və 264-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1 1108.1 və 1115-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuşşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülk hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini Cavabdeh1 aid hissəsində təmin etməsi barədə gəldiyi qənaəti düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin qismən-Cavabdeh1 aid hissəsində ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, X12 məxsus Cavabdeh1 etibar edilmiş ** TK *** dövlət qeydiyyat nişanlı Audi A7 markalı avto nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi ** TK *** dövlət qeydiyyat nişanlı Audi A7 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** CC *** dövlət qeydiyyat nişanlı Daevoo Nexia markalı avtonəqliyyat vasitəsinə və X1 az ağır zərər (1500 manat sığorta ödənişi) vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabata əsasən avtonəqliyyat vasitəsinə ümumilikdə 2400 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli sığorta aktlarına əsasən ümumilikdə 3900 manat məbləğində zərərçən şəxslərin hesabına köçürmə həyata keçirilmişdir. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında x xxxxxx 2019-cu il tarixli qərarından və apellyasiya şikayətinə əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(004)-279/2019 nömrəli hökmündən müəyyən edilmişdir ki, Cavabdeh2 xx xxxx 2019-cu il tarixdə saat 06:00 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən “114” adlı avtoyuma məntəqəsinin arxasındakı dayanacaqda saxlanılmış Cavabdeh1 məxsus “AUDİ A7” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan ələ keçirib qaçırdaraq, həmin gün saat 06:50 radələrində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “AUDİ A7” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə saatda 60 kilometr sürətlə “İzmir” küçəsi istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında “Tbilisi” prospekti 31 ünvanında yerləşən binanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.3, 37.1.1 və 37.1.8-ci maddələrin, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etməməli olduğu halda qanunun bu tələblərinə əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq, istiqaməti üzrə yolun sol hərəkət zolağında, svetoforun qırmızı işığında dayanmış X4 idarə etdiyi “Nexia” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurub, həmin avtomobilin sürücüsü Ş.M.Qasımova baş-beyin silkələnməsi, boyunun əzələ bağ aparatının gərilməsi və sağ V qabırğanın sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, həmçinin Cavabdeh1 məxsus “AUDİ A7” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8305 manat xeyli miqdarda, Ş.M.Qasımova məxsus “Nexia” markalı, 50-CC753 dövlət qeydiyyat nişanlı avtomobilə isə 2170 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37.4-cü maddəsinin tələbini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Yuxarıda göstərilən qərardan və hökmdən göründüyü kimi hazırki mübahisənin predmeti, Cavabdeh1 istifadəsində olan yüksək təhlükə mənbəyi-“AUDİ A7” markalı, **- TK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun iradəsinin ziddinə olaraq, Cavabdeh2 tərəfindən talama məqsədi olmadan ələ keçirib qaçırdılmış və qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 1108.1-ci mаddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, “AUDİ A7” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahibliyindən digər şəxs-Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində çıxdığından ona münasibətdə iddia təmin edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası tam şəkildə müəyyən edilmədiyindən iddia tam təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdehlərdən Hüseynov X8 Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-671/2020 nömrəli qətnaməsindən şikayət verməyərək həmin qətnaməni mübahisələndirmədiyindən ona münasibətdə araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müZahirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-671/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 da müştərək qaydada 3900 (üç min doqquz yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun tutulub «xxxx» ASC-nə ödənilməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(051)-671/2020 nömrəli qətnaməsi qismən-Cavabdeh1 da müştərək qaydada 3900 (üç min doqquz yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun tutulub «xxxx» ASC-nə ödənilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1874/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1874/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver