Məhkəmə qərarları › İş №2(107)-188/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-188/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-188/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh2 nümayəndəsi və vəkili X23 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-340/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tаrixli, 2(024)-340/2020 saylı qətnaməsi (hаkim Malik Qarayev) ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər DƏDRXnin 12 saylı Ərazi idarəsi, Cavabdeh2 və üçüncü şəxs X38 qarşı Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2016-cı il tarixli xx.xx.2001-ci il tarixdə vəfat etmiş X6 adına olan miras torpağa verdiyi (miras əmlak X18 adınadır) xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin xx.xx.2003-cü il tarixdə vəfat etmiş X29 miras əmlakına verdiyi xx.xx.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamələr əsasında verilmiş reyestrden çıxarışların, həmçinin xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2016-cı il tarixli xx.xx.2001-ci il tarixdə vəfat etmiş X6 adına olan miras torpağa verdiyi (miras əmlak X18 adınadır) 01.08. 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin xx.xx.2003-cü il tarixdə vəfat etmiş X29 miras əmlakına verdiyi xx.xx.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamələr əsasında verilmiş reyestrdən Çıxarışların, həmçinin xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin onun əsasında verilmiş DƏDR-dən çıxarışın etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişlər ki, Qax rayonu X17 xx xxxxxx 1997 ci il tarixli 20 saylı qərarı və Torpağın mülkiyyətə verilməsinə dair 22.11. 1998 ci il tarixli JN-174, KOD 40316018 saylı Dövlət Aktına əsasən ünvan 1ində yerləşən 2.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi atası X29, anası X18 və özlərinin mülkiyyətinə verilmişdir. X1 xx.xx.2001 ci il tarixdə vəfat etməklə ümumi brgə mülkiyyətdə olan torpaq sahəsinin paya münasibətdə ona aid hissəsinə vərəsəlik açılmışdır. Qanunla müəyyən edilmiş müddətdə vərəsələr tərəfindən miras qəbul edilib ondan imtina edilməməsi müəyyən edilmədən, göstərilən Aktın paya münasibətdə analarına məxsus olması hüquqi faktı məhkəmə qaydasında müəyyən edilməli olduğu halda Qax rayon Dövlət Notariat kontorunun notariusu vəzifə səlahiyyətindən sui-istifadə və saxtakarlıq edərək həm də məhkəmə səlahiyyətlərini mənimsəyərək qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. X56 Oruc oglu isə xx.xx.2003 cü il tarixdə vəfat edib ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinə paya münasibətdə ona aid hissəyə vərəsəlik acılmışdır. Qax rayon Dövlət Notariat kontoru bir qrup şəxslə əlbir olaraq vərəsəlik acılandan anasına münasibətdə 6 il və atasına münasibətdə 3 il sonra miras torpağa vərəsəlik acaraq vərəsəlik şəhadətnamələri vermişdir. Vərəsəlik şəhadətnamələri xx.xx.2016 ci il tarixdə verilmişdir. Miras qoyan şəxs X12 olduğu halda X18 adına olan Torpağa vərəsəlik acmaqla saxtakarlıq etmişdir. O, mirası faktiki qəbul edən vərəsə kimi miras evdən torpaq sahəsindən 4/2 hissənin 6/10 hissə onun payı müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Miras torpaq sahəsindən imtina etməmiş, notarius ona xx.xx.2016 cı il tarixdə imza etdirdiyi ərizədə latın əlifbasını bilmədiyi halda latın qrafası ilə ərizə yazılmış, ərizənin məzmunu onlara izah edilməmiş, ona kiril, yəni bidiyi əlifbada imza etdirmişdir. Mirasdan imtina müddəti keçəndən sonra notariusun yazdığı bu saxta mirasdan imtina ərizələrin hüquqi qüvvəsi yoxdur və vərəsəlik əməliyyatı qanunsuzdur. Notariusun xx.xx.2016-cı tarixli X7 miras torpaq sahəsi ümümibirgə mülkiyyətdə olduğu və paylar müəyyən edilmədiyi əmlakına vərəsəlik acdığı şəhadətnamədə Tamara Agakişiyeva mirasdan tam hissədə pay almalıdır. Mirasın 5625 kvm torpaq sahəsindən ibarət olması göstərilir, sübut yoxdur. DƏDR Haqqında Qanunun 22 ci maddəsinə əsasən müqavilə və digər əsasa görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs bu hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və vəsiyyət üzrə vərəsəsinə hüququ olmuş şəxsə məxsus olması barədə arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik şəhadətnaməsini təqdin edən vərəsənin adına rəsmiləşdirilir. DƏDRX nin 12 saylı Ərazi idarəsi bu torpağa 4 nəfərin adına xx.xx.2016 tarixdə ümümi birgə mülkiyyət kimi qeydiyyatı arayışı verən Notariat kontorunun xx.xx.2016 cı il tatixdə verdiyi Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakdan tam hissədə pay almalıdır, pay neçədə neçə hissədir? Şəhadətnamə verilən əmlak 5625 kvm dir. Hanı sübut? xx.xx.2016 cı il tarixli RX seriyalı ******* saylı Çıxarışda torpaq sahəsi 0,5625 İddiaçı1, 1.6875 ha isə Tamara Agakişiyevanın payı kimi qeydiyyata alınmışdır. Kim bu payları belə müəyyən eləmişdir? Daşınmaz əmlakın alqı-satqı müqaviləsində 2-ci bənddə birgə mülkiyyətdə olan 22500 kvm torpaq sahəsinin alqı- satqısı həyata keçirildiyi göstərilib, 22500 kvm torpaq sahəsinin birgə mülkiyyətdə olması haradadır? DƏDRX-də Torpağın qeydiyyatı ücün sənədləri kim təqdim etmişdir. Bu sənədləri almaq ücün onlar Niyaza etibarnamə vermişlərmi? Bu torpaqda reyestrdən çıxarış almaq ücün təqdim edilən sənədlərin surətləri tələb edilsin. Verilən etibarnamədə onlar nümayəndəyə hansı torpaq sahəsini satmağa səlahiyyət vermişlər? Onlar miras payını yox, dövlət aktında göstərilən 1/4 payını satmaq istəmişlər. Nümayəndə onları aldadaraq bacısına məxsus torpaq sahəsini də torpağa vərəsəlik işini həll edəcəyini deyərək onu aldadan notariusla reyestr xidməti ilə əlbir olub onları torpaqdan qanunsuz məhrum etmişdir. Eyni ilə Zaman Arazovdan miras qalan torpağa da belə şəhadətnamə vermişdir. Hər iki mərhumdan miras qalan əmlaka 5625 kvm torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi halda Ümumibirgə mülkiyyətdə olan torpağa ƏMDK Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi xx.xx.2016-cı il tarixdə İddiaçı1 və X19 adına «5625 kvm və 1675 kvm torpaq sahəsinin bizim paylı mülkiyyəti olması barədə RX seriyalı ******* saylı Hüquqların dövlət qeytdiyyatı haqqında DƏDR-dən çıxarış verib. Ona məxsus torpaq sahəsini 1/4 payını dövlət aktında olan payını satmaq istəmişdir. Notarius və nümayəndə onların yazıb oxuya bilmədiklərindən sui-istifadə edib etibarnamədə yazılan səlahiyyətlər ona oxunmadan ona miras yox, dövlət aktında göstərilən ona məxsus torpaq sahəsini satacağını deyərək onları aldatmışdır. Miras torpaq sahəsini notariusla reyestr xidməti ilə qardaşı, əlbir olub qardaşı oglu Nail Arazova satmışdır. Bundan əlavə ümumi birgə mülkiyyətdə olan Torpaq sahəsinə paylar müəyyən edilmədən notarius vərəsəlik açmışdır. Vərəsəlik açılan zaman Tasmalı kənd icra nümayəndəsi Notariat kontoruna hər iki şəxsin ölümü ilə bağlı 26.08 2016-cı il tarixdə iki vərəsənin qalması barədə 646 saylı saxta arayış təqdim etmişdir. X10 qeyd edildiyi halda kənd icra nümayəndəsi notariusa tədim etdiyi arayışda onu Abdurahman qızı kimi göstərmişdir. Nümayəndə Cavabdeh2 oglu bacısı Tamaranın adından Notariat kontoruna yazdığı xx xxxx 2001-ci il tarixli ərizədə vərəsəlik qrafasını boş saxlayaraq notariat kontoruna saxta başqa vərəsələri olmaması barədə arayış təqdim etmişdir. Notarius da boş blanka əsaslanıb vərəsələri müəyyən etmişdir. ƏMDK Yanında DƏDRX nin 12 saylı Ərazi İdarəsi bu ümumi birgə mülkiyyətdə olan Torpaq sahəsinin Dövlət Aktında anasının atasının adı Mehdi qeyd edilməsinə baxmayaraq xx.xx.2016-cı il tarixli 207 saylı Daşınmz əmlakın təsviri dövlət qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışda saxtakarlıq edərək X31 əvəzinə Abdurahman qızı qeyd etmişdir. Tasmalı kənd İƏD-si üzrə nümayəndəsi səlahiyyət həddini aşaraq Qax Rayon Dövlət Notariat kontoruna təqdim etmək ücün xx.xx.2016 cı il tarixli 644 saylı arayışda göstərir ki, JN-174 saylı Dövlət aktıda qeyd olunan X36 Abdurahman qızı olmalıdır. xx xxxx 2016 cı il tarixli Etibarnamədə Cavabdeh2 oglu onları aldadıb imza etdirdiyi etibarnamədə onların əvəzindən vərəsəlik işlərini aparmağı, sənədlərə imza etməyi onlara məxsus olan Qax rayon Tasmalı kəndində yerləşən torpaq sahəsini satmağı alqı-satqı müqaviləsində Qax rayon DNK- da imza etməyi və bununla əlaqədar olan bütün hərəkətləri etməyi etibar edirəm sözləri yazılmış etibarnamədə imza etdirmiş, onlar da ona miras torpaq sahəsini satmağa səlahiyyət verməmişlər. Qeyd etdikləri kimi onlar latın qrafası ilə yazıb oxuya bilməmişlər. Etibarnamədən də göründüyü kimi onlar kirilcə öz ad soyadı yazıb imza etmişlər. Cavabdeh2 onun adından və digər vərəsələrin adından 28.07 2016 cı il tarixdə atası Zaman Arazovdan və anası Zeynəb Arazovadan mirası qəbul etmədiyi və gələcəkdə, hec bir iddiası olmayacağı barədə saxta ərizə yazmışdır. O, miras mülkdə evdə yaşayır və bu halda necə mirasdan imtina edə bilər. Məhkəmə tərəfindən paylar müəyyən edilmədən Torpaq aktının anasına məxsus olması müəyyən edilmədən vərəsələrin mirası qəbulu və ondan imtina müddətlərini nəzərə almadan notariat kontoru özbaşına bu hərəkətləri edərək verdiyi vərəsəlik şəhadətnamələrin qanunsuz olduğunu bildiyi halda ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsi bu vərəsəlik hüququ haqqında şəhadətnamələri qanuni sənəd kimi qəbul etmiş və 21.09 2016-cı il tarixdə İddiaçı1 payı 05626 ha, İddiaçı2 payı 1.6675 olmaqla RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış vermişdir. Bu saxta çıxarış əsasında da Cavabdeh2 oglu bu torpaq sahəsini xx xxxxxxx 2016 cı il tarixdə X11 AN-0575766 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Bu saxta alqı-satqı müqaviləsi əsasında da xx.xx.2016cı il tarixdə ƏMDK Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi torpaq sahəsini X32 adına qeydiyyata alınaraq ona RX seriyalı hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış vermişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon Dövlət Notariat Kontorunun xx.xx.2016-cı il tarixli xx.xx.2001-ci il tarixdə vəfat etmiş X6 adına olan miras torpağa verdiyi(miras əmlak X18 adınadır) 01.08. 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmçinin xx.xx.2003-cü il tarixdə vəfat etmiş X29 miras əmlakına verdiyi xx.xx.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamələr əsasında verilmiş reyestrden Çıxarışların, həmçinin xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin onun əsasında verilmiş DƏDR-dən çıxarışın etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh2 göstərmişdir ki, iddiaçıların valideyinlərinin ölümündən onların xahişi və razılığı ilə ona verilmiş etibarnamə əsasında qanunauyğun şəkildə vərəsəlik işlərini aparmış və sözügedən alqı-satqını həyata keçirmişdir. Onun və notariusun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, etibarnamə alarkən də iddiaçılara qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqları izah edilmişdir. Hazırda X54un övladlar arasında ailə daxili ziddiyyətlər yaranmış, bu səbəbə görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəməyə bu barədə iddia tələbinə etiraz ərizəsi də təqdim etmişdir. Göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normaların tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının anasına məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməli idi. Ümumi birgə mülkiyyətdə olan bu torpağın payçılara münasibətdə payları müəyyən edilmədən, vərəsəlik hüququ normaların tələblərinə əməl etmədən və qardaşı Həsrətin öz payını satmaq istəməsi niyyətindən sui istifadə edərək ona məxsus pay və gələcəkdə əldə edəcəyi miras qardaşına çatacaq miras torpağı qardaşı X41, nümayəndə X33 ilə həmçinin notarius və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi ilə əlbir olaraq onların savadsızlığınıdan istifadə edərək qanunsuz alqısatqını həyata keçirərək oğlu X32 adına keçirib, onları yeganə dolanacaq mənbəyi olan kənd təsərrüfatı təyinatlı torpaqdan məhrum etmişlər. Yalınız kənddən köçüb gedən adam öz torpağını bütöv satar. Yeganə dolanacaq mənbəyi olan torpağının hamısını hec vaxt satmaz. Ona görə də, Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(024)- 340/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X39 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(024)-340/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(024)-340/2020 saylı qətnaməsinin ləğv edərək iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)- 340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində bəzi yerlərdə mübahisə predmeti olan xx.xx.2016-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin əvəzinə xx.xx.2016-cı il tarilxli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi kimi getmişdir. Tərəflər arasında əslində xx.xx.2016-cı il tarilxli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi mövcud olmadığından məhkəmə kollegiyası bunu mexaniki səhv kimi qiymətləndirir. İş materiallarına əlavə edilmiş JN-174 nömrəli, KOD 40316018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiq olunmuş surətindən surətindən görünür ki, Qax rayon X17 xx xxxxxx 1997-ci il tarixli 20 nömrəli qərarına əsasən ünvan 1ində yerləşən 2.25 ha torpaq sahəsi X42, X31, İddiaçı1 və Ağakişiyeva (Arazova) Tamara Zaman qızının ümumibirgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 1 ərazi icra nümayəndəliyinin verdiyi AZ-İ№ 030115 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2003-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Qax rayonu VVAQ şöbəsinin verdiyi AZ-№ 072195 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2001-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 Qax rayonunun Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 Qax rayonunun Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ünvan 1 İƏD-nin verdiyi xx.xx.2016-cı il tarixli 645 saylı arayışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X42 öldüyü günədək, yəni xx.xx.2001-ci il tarixədək ünvan 1ində yaşamış, ölümündən sonra və ölənə kimi onunla həmin ünvanda İddiaçı2 və İddiaçı1 yaşamışdır. İş materiallarına əlavə edilmiş ünvan 1 İƏD-nin verdiyi xx.xx.2016-cı il tarixli 646 saylı arayışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X14 öldüyü günədək, yəni xx.xx.2003-cü il tarixədək ünvan 1ində yaşamış, ölümündən sonra və ölənə kimi onunla həmin ünvanda İddiaçı2 və İddiaçı1 yaşamışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, 897 saylı Arayışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X29 ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, torpaq sahəsinin hüquq sahibləri siyahısında İddiaçı1, X42, X13 və İddiaçı2 vardır, həmin tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülülk qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş ünvan 1 İƏD-nin verdiyi xx.xx.2016-cı il tarixli 644 saylı arayışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, JN-174 saylı Dövlət Aktında qeyd olunan X31 əslində X12 olmalıdır. İş materiallarına əlavə edilmiş V-ЖГ № 436848, AZ-İİ № 970444, АЗ № 15778662, АЗ № ******* saylı doğum haqqında şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş surətlərindən görünür ki, Ağakişiyeva(Arazova) Tamara Zaman qızı, İddiaçı1, X41, X20 valideyinləri X42 və X9r. İş materiallarına əlavə edilmiş AZ № 741669 saylı, xx.xx.2016-cı il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X21 valideyinləri X42 və X9r. İş materiallarına əlavə edilmiş № 359308 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ağakişiyeva(Arazova) Tamara Zaman qızı ilə X2 nikahları bağlandıqdan sonra ona ərinin soyadı “Ağakişiyeva” soyadını daşımaq hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş Vİ-ЖГ № 259308 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Mustafayeva (Arazova) Minarə Zaman qızının əri ilə nikahları bağlandıqdan sonra ona ərinin soyadı “Mustafayeva” soyadını daşımaq hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı2 Qax rayon DNK-na təqdim etdiyi ərizənin notariat qaydaslnda təsdiq olunmuş surətindən görünür ki, o mərhum valideyinləri X42 və X4 miras qalmış ünvan 1ində yerləşən torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X34 və X6 vərəsələri İddiaçı1, X41, X35 və X21 notariat Kontoruna təqdim etdiyi ərizələrin notarat qaydasında təsdiq olunmuş surətlərindən görünür ki, onlar valideyinlərindən miras qalmış əmlakı qəbul etmədiklərini və gələcəkdə də bu barədə iddia qaldırmayacaqlarını göstərmişlər. İş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Notariat Kontorunun dövlət notariusunun təsdiq etdiyi xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X29 vərəsəsi İddiaçı2 ondan miras qalmış JN-174, KOD 40316018 olan Dövlət Aktına əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 5625 kv.m olan torpaq sahəsindən ibarət miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Notariat Kontorunun dövlət notariusunun təsdiq etdiyi xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı2 ondan miras qalmış JN-174, KOD 40316018 olan Dövlət Aktına əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 5625 kv.m olan torpaq sahəsindən ibarət miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* saylı çıxarışından görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 2.250 ha olan torpaq sahəsinin 0.05625 ha hissəsi İddiaçı1, 1.6875 ha hissəsi isə İddiaçı2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Notariat Kontorunda verilmiş xx xxxx 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, həmin etibarnaməyə əsasən İddiaçı1 və İddiaçı2 onların əvəzindən vərəsəlik işləri aparmağı, sənədlərə imza etməyi, onlara məxsus olan Qax rayonunun Tasmalı kəndində yerləşən torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsinə Qax rayon DNK-da imza etməyi və bununla əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə Cavabdeh2 İddiaçı1 və İddiaçı2 Qax rayon Dövlət Notariat Kontorunda xx xxxx 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı1 və İddiaçı2 verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən onların birgə mülkiyyətində olan Qax rayonunun Tasmalı kəndində yerləşən 22500 kv.m torpaq sahəsini 4000 (dörd min) manata satmışdır. Həmçinin alqı-satqı zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 568-ci, 646-cı və 647-ci, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən alıcı və satıcıya izah olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* saylı çıxarışından görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 2.250 ha olan torpaq sahəsi X32 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Qax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli, 2(024)-37/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Qax rayon Dövlət Notariat kontoruna və Cavabdeh2 Paşa oğluna qarşı “Qax rayon Dövlət Notariat kontorunda verilmiş xx xxxx 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-174 nömrəli, KOD 40316018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ünvan 1ində yerləşən 2.25 ha torpaq sahəsi X42, X12, İddiaçı1 və Ağakişiyeva (Arazova) Tamara Zaman qızının ümumibirgə mülkiyyətinə verilmişdir. X40 xx.xx.2003-cü, X12 xx.xx.2001-ci ildə vəfat etmişdir. Onların ölümündən sonra Ağakişiyeva(Arazova) Tamara Zaman qızı, İddiaçı1, X41, X35 və X15 ibarət vərəsələri qalmışdır. İddiaçı2 ərizənin Qax rayon DNK-na mərhum valideyinləri X42 və X4 miras qalmış ünvan 1ində yerləşən torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə təqdim etmiş, digər vərəsələr İddiaçı1, X41, X35 və X21 notariat Kontoruna valideyinlərindən miras qalmış əmlakı qəbul etmədikləri və gələcəkdə də bu barədə iddia qaldırmayacaqları barədə ərizə təqdim etmişlər. Qax rayon Dövlət Notariat Kontoru tərəfindən İddiaçı2 mərhum X29 və X8 hərəsinə məxsus 5625 kv.m olan torpaq sahəsindən ibarət miras əmlakdan tam hissədə pay verilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qax rayon Dövlət Notariat Kontorunda verilmiş xx xxxx 2016-cı il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh2 7E-4803 nömrəli etibarnamə verilmiş, həmin etibarnamədə İddiaçı1 və İddiaçı2 onların əvəzindən vərəsəlik işləri aparmağı, sənədlərə imza etməyi, onlara məxsus olan Qax rayonunun Tasmalı kəndində yerləşən torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsinə Qax rayon DNK-da imza etməyi və bununla əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etdiyi göstərilmişdir. Bundan sonra ünvan 1ində yerləşən ümumi sahəsi 2.250 ha olan torpaq sahəsinin 0.05625 ha hissəsi İddiaçı1, 1.6875 ha hissəsi isə İddiaçı2 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* saylı Çıxarış verilmiş və xx.xx.2016-cı il tarixdə Cavabdeh2 İddiaçı1 və İddiaçı2 Qax rayon Dövlət Notariat Kontorunda xx xxxx 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı1 və İddiaçı2 verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən onların birgə mülkiyyətində olan Qax rayonunun Tasmalı kəndində yerləşən 22500 kv.m torpaq sahəsini 4000 (dörd min) manata satmış və bu barədə notariat Kontorunda, AN-İ № ******* saylı alqı-satqı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da, X32 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* saylı Çıxarış verilmişdir. İddiaçı hazırda yuxarıda qeyd olunan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında verilmiş reyestrden Çıxarışların, həmçinin xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş DƏDR-dən çıxarışın etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılmasını xahiş etmişdir. Vərəsəliyin obyekti mülki qanunvericilikdə miras əmlak anlayışı ilə əhatə olunur. Qanunun mənasına görə miras əmlak dedikdə, ölən şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. O da qeyd edilməlidir ki, ölmüş şəxslərin vərəsələrinə yalnız əmlak xarakterli mülki hüquq və vəzifələr keçə bilər. Digər tərəfdən, vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin əmlak qanuni əsaslarla miras qoyana məxsus olmuş olsun. Miras kifayət qədər geniş və əhatəli anlayış olub özündə əmlak hüquqlarını, əmlak vəzifələrini və bəzi şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Əmlak hüquqlarının məcmusu miras aktivini, əmlak vəzifələrinin məcmusu isə miras passivini yaradır. Deməli, miras əmlak miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Mirasın tərkibində əşya hüququnun bir növü kimi mülkiyyət hüququnun xüsusi yeri var. Müxtəlif əşyalar (ev, mənzil, torpaq və s.) üzərində mülkiyyət hüququ mirasın tərkibinə daxildir. Yəni, üzərində tam mülkiyyət hüququ yaranmış əşyalar mirasın kütləsinə daxil ola bilər. Mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1160-cı mаddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almaq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərəfindən də həyata keçirilə bilər. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. İşdə olan sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Qax rayon DNKnın notariusu tərəfindən verilmiş sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321-ci maddəsinin tələblərinə riayət edilməklə verilmişdir. Belə ki, iş materiallarinda olan Qax rayon DNK-nin vərəsəlik işi ilə bağlı sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qax rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və notarius tərəfindən hazrıki iddia üzrə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Dövlət Aktında mərhum Zeynəb Arazovanın ata adı Mehdi kimi göstərilsə də, əslində hər ikisi eyni şəxs olmuşdur və bu texniki səhv ucbatından baş vermişdir. Vərəsəlik açılan zaman Tasmalı kənd İƏD-si üzrə nümayəndəsinin notariat Kontoruna verdiyi müvafiq arayışda göstərmişdir ki, həmin Dövlət Aktında göstərilən X5 Zeynəb Abdurahman qızıdır. Bu hal qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı üçün əsas ola bilməz. İddiaçının mirasın qəbul müddətinin keçirlməsi ilə bağlı göstərdikləri ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. X54 2001-ci, Zeynəb Arazova 2003-cü il tarixdə ölmələrinə baxmayaraq, notariat orqanı tərəfindən sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 2016-cı il tarixdə verilsə də, məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə tədqiqatı zamanı ünvan 1 İƏD-si nümayəndəliyini notariat kontoruna təqdim etdiyi digər arayışla müəyyən edilmişdir ki, İddiaçı1 və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd edilən digər vərəsə İddiaçı2 mərhum valideyinləri ölənədək və öldükdən sonra da miras əmlakda yaşamışlar. Beləliklə də iddiaçılar həmin miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsələr İddiaçı2 miras əmlakı faktiki qəbul etməsinə etiraz etməmiş, onların miras əmlakla əlaqələri olsa da, həmin miras əmlakdan özlərinə düşən paydan imtina etmişlər. İddiaçıların notariat kontoruna miras əmlakdan imtina barədə ərizə təqdim edən zaman latın əlifbası ilə deyil kiril əlifbası ilə yazıb-oxuya bildiklərini, bu səbəbdən də aldadıldıqlarını göstərsələr də, məhkəməyə aldadılmalarına dair heç bir sübut təqdim etməmişlər. Hazırda həmin ərizələr iddiaçılar tərəfindən mübahisələndirilməmiş, hazırda da qüvvədədir. İddiaçıların JN-174 nömrəli, KOD 40316018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X16 və X6 paylarının müəyyən edilmədən onların mülkiyyətinə verilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Eyni zamanda Mülki Qanunvericilikdə ümumibirgə mülkiyyətçilərdən miras qalmış paylarının müəyyən edilmədən vərəsələrin mülkiyyətinə verilməsi ilə bağlı hər hansı bir qadağa, məhdudiyyət nəzərdə tutulmamışdır. X54 və Zeynəb Arazovadan miras qalmış torpaq sahəsi qanunverilciyin tələblərinə riayət edilməklə iddiaçılara verildiyi üçün tələbin “xx.xx.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamələr əsasında verilmiş reyestrdən Çıxarışların etibarsız hesab edilməsi, miras torpaq sahəsinin miras qoyanların adına qaytarılması”na dair hissəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üstüstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqısatqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Yalan əqd dedikdə başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşdən görünür ki, iddiaçılar torpaq sahəsinin xx xxxxxxx 2016-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 il 5 ay sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, əslində kəsici müddətdir. Yəni, həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar birgə mülkiyyətində olan torpaq sahəsinə notarial qaydada təsdiq edilmiş xx xxxxxxx 2016-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin bağlanması üçün Cavabdeh2 Qax rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamə vermişlər və sonuncu həmin etibarnamə əsasında hərəkət edərək sözü gedən torpaq sahəsini X3. Torpaq sahəsi sonuncuya təhvil verilmişdir. xx xxxxxx 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə üçüncü şəxs Nail Arazovun adına qeydə alınıb. İddiaçılar tərəfindən Cavabdeh2 verilmiş xx xxxx 2016-cı il tarixli 7E-4803 nömrəli etibarnamənin etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarnamənin etibarlı olması təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçılar alqı-satqı müqaviləsinin bağlandığı andan (xx xxxxxxx 2016-cı il) məlumatlı olmuş, lakin iddiaçı 2020-ci ilin iyun ayında hazırkı iddianı qaldırmışlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən, iddia tələblərinin xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin onun əsasında verilmiş DƏDR-dən çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi də əsassızdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçılarnın tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçılar, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-340/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar