Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-188/2022 19.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmlak X2, "xxxx" ASC, Cavabdeh3 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair (Açar sözlər: hərracın yekunları barədə protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Əmlak X2, "xxxx" ASC, Cavabdeh3 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)-1024/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(003)-342/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Unibank KB ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Unibank KB ASCnin xeyrinə cəmi 41873,09 ABŞ dolları borcun icra vaxtı manata olan məzənnə ilə, habelə 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 60 manatın tutulması, tələbin ipoteka predmetləri olan İddiaçı mülkiyyətindəki Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinə, həmçinin Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Unibank KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetləri olan Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər İddiaçı və X4 çıxarılmaları, Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinə tutma yönəldildikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin torpaq sahəsinin boşaldılması qərara alınmışdır. Şəki rayonu İcra və Probasoya Şöbəsi tərəfindən Əmlak X2 MMC-yə göndərilmiş 01 fevral 2019-cu il tarixli, 2384/7 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(003)- 342/2017 saylı icra sənədi üzrə borclu İddiaçı cəmi 41873,09 ABŞ dolları borc icra vaxtı manata olan məzənnə ilə, habelə 30 manat dövlət rüsumu, bildirişin qeydə alınmasına görə xidmət haqqı kimi ödənilmiş 60 manat alınaraq tələbkar Unibank KB ASC-nin xeyrinə ödənilməli, tələb ipoteka predmetləri olan İddiaçı mülkiyyətindəki Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinə, həmçinin Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinə yönəldilməli, Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 45000 manat, Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi ilkin satış qiyməti 14000 manatla açıq hərracda satılmasının təşkil edilməsi üçün icra vərəqəsi müvafiq sənədlərlə birlikdə Şəki rayonu İcra və Probasoya Şöbəsi tərəfindən Əmlak X2 MMC-nə göndərilmişdir. Əmlak X2 MMC tərəfindən Şəki rayonu İcra və Probasoya Şöbəsinə, Unibank KB ASC-yə, İddiaçı göndərilmiş açıq hərracın keçirilməsinə dair 15 fevral 2019-cu il tarixli, 305 nömrəli bildirişdən görünür ki, Şəki rayonu İcra və Probasoya Şöbəsindən Əmlak X2 MMC-yə göndərilmiş 01 fevral 2019-cu il tarixli, 2384/7 nömrəli sifariş məktubuna əsasən Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 45000 manat, Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi ilkin satış qiyməti 14000 manatla hərracının keçirilməsi Bakı şəhəri, ünvan 1 ünvanına 13 mart 2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak X2 MMC tərəfindən Şəki rayonu İcra və Probasoya Şöbəsinə, Unibank KB ASC-yə, İddiaçı göndərilmiş açıq hərracın keçirilməsinə dair 15 mart 2019-cu il tarixli, 428 nömrəli bildirişdən görünür ki, Şəki rayonu İcra və Probasoya Şöbəsindən Əmlak X2 MMC-yə göndərilmiş 01 fevral 2019-cu il tarixli, 2384/7 nömrəli sifariş məktubuna əsasən Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin ilkin satış qiyməti 38250 manat, Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi ilkin satış qiyməti 11900 manatla təkrar hərracının keçirilməsi Bakı şəhəri, ünvan 1 ünvanına 02 aprel 2019-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlak X2 MMC tərəfindən 26 aprel 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-127 nömrəli protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan və ilkin satış qiyməti 45000 manat müəyyən edilmiş Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi 15 faiz və 25 faiz endirimli qiyməti 28688 manata Unibank KB ASC-nə satılmışdır. Əmlak X2 MMC ilə Unibank KB ASC arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə 26 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi 28688 manata Unibank KB ASC-nə satılmışdır. İşdə olan Əmlak X2 MMC tərəfindən 26 aprel 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-127/1 nömrəli protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan və ilkin satış qiyməti 14000 manat müəyyən edilmiş Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi 15 faiz və 25 faiz endirimli qiyməti 8925 manata Unibank KB ASC-nə satılmışdır. Əmlak X2 MMC ilə Unibank KB ASC arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə 26 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi 8925 manata Unibank KB ASC-nə satılmışdır. İşdə olan DƏDRX-ti tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli, **********14- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi Unibank KB ASC-nin mülkiyyətindədir. DƏDRX tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli, **********29 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi Unibank KB ASC-nin mülkiyyətindədir. Apellyasiya icraatı zamanı təqdin edilmiş Apellyasiya İcraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 4/171 nömrəli ekspert rəyindən görünür ki,
1. Ekspertizaya təqdim edilmiş, mülki işinin 1-ci cildinin 137-ci vərəqində olan 28.02.2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur
2. Ekspertizaya təqdim edilmiş, mülki işinin 1-ci cildinin 137-ci vərəqində olan 28.02.2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur
Birinci instansiya məhkəməsində icraat
İddiaçı cavabdehlər Əmlak X2 MMC, Unibank ASC, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin, həmçinin 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y127/1 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Unibank KB ASC məhkəmədə ona qarşı iddia qaldırmış, məhkəmə qərarı ilə ondan kredit borcunun tutulması, kredit borcunun ödənilməsi məqsədi ilə ipotekaya qoyduğu əmlaklara tutmanın yönəldilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməsinə baxmayaraq şikayətləri təmin edilməmişdir. Məhkəmə qərarlarının qəbul edilməsindən sonra müəyyən müddət bir boşluq yaranmış və mübahisənin sonrakı mərhələsi üzrə ona məlumat verilməmişdir. Lakin 2021-ci ilin yaz aylarında Cavabdeh3ndən ipotekaya qoyduğu evin bildirişdə göstərilən könüllü müddət ərzində boşaldılması ilə bağlı bildiriş almışdır. Bu zaman ona məlum olmuşdur ki, krediti götürərkən banka ipotekaya qoyduğu əmlakları hərraca çıxarılaraq bankın mülkiyyətinə rəsmiləşdirilmişdir. Lakin hərracın keçirilməsi ilə bağlı ona heç bir bildiriş təqdim edilməmişdir. Bundan sonra icra tədbiri təyin edilmiş və o, evin açarlarını icra məmuruna təqdim edərək ipotekaya qoyduğu evini tərk etmişdir. Hərrac təşkilatı tərəfindən hərrac ona heç bir məlumat verilmədən keçirildiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 05 oktyabr 2021-ci il tarixli, 2(075)- 1024/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməyərək, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Unibank KB ASC-nin cavabdehlər İddiaçı və X5 qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(003)-342/2017 saylı qətnaməsi üzrə icra vərəqəsi yazılaraq icra edilməsi üçün Cavabdeh3nə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(003)-342/2017 saylı icra vərəqəsinin icrası ilə əlaqədar İddiaçı mülkiyyətində olan və ipoteka predmetini təşkil edən Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi, həmçinin Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsi 26 aprel 2019-cu il tarixdə keçirilən açıq hərracda Unibank KB ASC tərəfindən alınmışdır. Bununla bağlı Əmlak X2 MMC ilə Unibank KB ASC arasında hərracın yekunları üzrə alqı-satqı barədə 26 aprel 2019-cu il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında qeyd edilən əmlaklar Unibank KB ASC-nin mülkiyyətinə keçmişdir. İddiaçı da hərracın keçirilməsi barədə bildirişlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət edilmədən ipoteka qoyana göndərilmədiyini, beləliklə də hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyini əsas gətirərək hazıki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Göründüyü kimi İddiaçı hərracın keçirilməsi barədə bildirişlərin ona göndərilmədiyini, beləliklə də hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini əsas gətirərək 26 aprel 2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolların, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş bildirişlərin təsdiq edilmiş surətlərindən də məlum olduğu kimi mübahisə predmeti olan əmlaklarla bağlı hərracların keçirilmə yerləri və vaxtları barədə ipoteka qoyan lazımınca xəbərdar edilmişdir. Cavabdeh3 tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclu əmlakların açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. İddiaçı mülkiyyətində olan Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsinin, Şəki şəhəri 125-ci kvartalda yerləşən 0,12 hektar torpaq sahəsinin ilkin hərracda alıcısı olmadığından növbəti hərracdakı qiymətləri 15% endirimlə müvafiq olaraq 38250 manat və 11900 manat müəyyən edilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin qanununun 43.7-ci maddəsinə əsasən əmlak 25 % endirimlə banka təklif olunmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İpoteka qoyana ilkin hərracın keçirilməsi ilə bağlı hərracın keçirilmə vaxtı və yeri barədə 15 fevral 2019-cu il tarixli və 15 mart 2019-cu il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan və borclunun mülkiyyətində olan ipoteka predmetini təşkil etmiş, Şəki şəhəri Olimpiya 1 küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə göndərilmişdir. Bundan başqa qeyd olunan sifariş məhkəmə qərarının icrası olaraq hərraca göndərilmiş və bu barədə qərar qəbul olunarkən borclu şəxslər məhkəmə porseslərindən məlumatlı olmuşdurlar. Cavabdeh3 icraya yönəlmə barədə şəxslərə lazımi məlumat vermiş, icra vərəqəsini onlara da göndərmiş, o cümlədən, hərrac təşkilatı da hərracın keçirilməsi barədə bildirişləri göndərmişdir. Əmlak X2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Bundan başqa 26 aprel 2019-cu il tarixli hərracın yekunları barədə Y-127 və Y-127/1 nömrəli protokollar əsasında hərracın keçirilməsinin yekunlarına görə Əmlak X2 MMC ilə Unibank KB ASC arasında bağlanmış hərracın yekunları üzrə alqı-satqı barədə 26 aprel 2019-cu il tarixli müqavilələr imzalanarkən və həmin müqavilələr əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixli, **********14-10301 reyestr nömrəli, 06 noyabr 2020-ci il tarixli, **********29 reyestr nömrəli çıxarışlar verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu səbəbdən də məhkəmə iddianı əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Əmlak X2, Unibank ASC, Cavabdeh3 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin, 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127/1 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsiz hesab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 390.1, 416.1, 416.2, 567 və 646.1-ci maddələrinə, “İpоtekа Hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnununun 42.1, 43.1, 43.1 , 43.5, 43.7 və 44-cü mаddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
Qətnamədən İddiaçı vəkili Vəkil apellyasiya şikayəti vermişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar qəbul etməli idi. Belə ki, məhkəmə iclasında Unibank KB ASC tərəfindən təqdim edlmiş göndərişin geri qaytarılmasına dair 01.03.2019-cu il tarixli aktda göstərilmişdir ki, İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir, bu səbəbdən göndəriş ünvan sahibinə təqdim olunmadan 01.03.2019-cu il tarixdə Əmlak X2 MMC-yə geri qaytarılmışdır. İşdə olan Fabo Express tərəfindən göndəriş olunan xəbərnamədə göstərilmişdir ki, Əmlak X2 MMC 25.02.2019-cu il tarixdə İddiaçı və X4 qeydiyyatda olduqları ünvan 2 ünvanına məktub göndərilmiş və "xxxx" olduğundan geri qaytarılmışdır. Göründüyü kimi, Unibank KB ASC tərəfindən təqdim edilmiş göndərişin geri qaytarılmasına dair 01.03.2019-cu il tarixli aktla Fabo Express tərəfindən göndəriş olunan xəbərnamədə qeyd edilənlər həqiqəti əks etdirmir. Aktda məktubun İddiaçı tərəfindən qəbul edilmədən imtina edilməsi göstərilsə də, xəbərnamədə isə ünvanın tam olmadığı natamam ünvan olması göstərilmişdir. Bu hal da onu sübut edir ki, həqiqətən iddiaçının hərracın keçirilməsindən xəbəri və məlumatı olmamışdır. Bundan başqa, Fabo Express tərəfindən göndəriş olunan xəbərnamədə göstərilmişdir ki, Əmlak X2 MMC 25.02.2019-cu il tarixdə İddiaçı və X4 ünvan 3 ünvanına məktub göndərilmiş və 28.02.2019-cu il tarixdə Muradov tərəfindən imza edilərək alınmışdır. Bununla bağlı onu qeyd edirki, İddiaçı və X1 şəhəri R.Axundov küçəsi ev 36 ünvanında yaşayırlar. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, Muradov sözləri və onun altındakı imza onun tərəfindən və ya onun arvadı tərəfindən icra edilməmişdir. Ona görə də həmin Muradov sözünün və onun altındakı imzanın iddiaçı və onun arvadı tərəfindən və ya başqa şəxslər tərəfindən icra edilib-edilməməsini müəyyən edilməsi üçün vəsatət verilərək məhkəmə xəttşünaslıq eksertizasının təyin edilməsi xahiş edilmiş, lakin məhkəmə əsassız olaraq həmin vəsatəti təmin etməmişdir. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-1024/2021 saylı, 05.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, keçirilmiş hərracdan nə onun, nə də ki, ailə üzvlərinin xəbəri olmuşdur. Belə ki, o ailə üzvləri ilə birlikdə ünvan 4 ünvana da hər hansı bildiriş gəlməyib. Onlar hərdənbir qeydiyyatda olduqları Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən evlərində də olurlar. Lakin həmin ünvana da hərrac təşkilatından və ya bankdan heç bir bildiriş daxil olmayıb. Mübhaisəli qeyri-yaşayış sahəsivə torpaq sahsəində isə heç kim olmur. Bununla belə bilir ki, banka borcu var, lakin bankla pulun ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlməyə çalışır. Lakin əmlakının əlindən çıxmasına razı deyil. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hərracın keçirilməsindən iddiaçı tərəfin xəbəri olmayıb. İş materiallarından göründüyü ki, ünvan 5 ünvana göndərilmiş bildirişdəki imzalar nə iddiaçıya, nə də ki, onun həyat yoldaşına məxsusdur. Hövsan qəsəbəsi Südçülük sovxozuna göndərilən bildiriş isə geri qaytarılmışdır. Buradan da göründüyü kimi iddiaçı keçirilmiş hərracdan tamamilə xəbərsiz olmuşdur. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu hallara diqqət etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı Banka olan borcundan məlumatlıdır. Keçirilmiş hərracla bağlı da iddiaçıya lazımi qaydada məlumat verilmişdir. İddiaçıya hərrac təşkilatı vasitəsilə məlumat “Meqa Exspress” tərəfindən çatdırılmışdır. Hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti tamamilə əsasızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlərin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). Maddə: 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər Maddə 416.2-ci maddəsinə görə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur
«İpoteka haqqında» Qanunun:
“İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar (42.6-cı maddə). 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(051)-1621/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin tam ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(051)-1621/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk və qarşılıqlı iddiaların qismən təmin edilməsi üçün əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamışdır. İşin faktiki hallarından müəyyən edilir ki, hazırkı işdə ipoteka ilə yüklü edilmiş əmlaklarla bağlı hərraclar mübahisələndirilir. Qüvvədə olan qanunvericilmik belə hərracların keçirilməçsi zamanı həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın hüquqlarını qoruyur. İddiaçı verdiyi iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatlarda, o cümlədən qəbul edilmiş qətnamələrdən verdiyi şikayətlərdə irəli sürdüyü dəlillər ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan qeyri-yaşayış binası, onun yerləşdiyi 0.06 ha torpaq sahəsi, həmçinin Şəki şəhəri 125-ci kvartalda yerləşən 0.12 ha torpaq sahəsi hərraca çıxarılarkən və hərrac keçirilərkən onun və ailə üzvülərinin keçrilmiş hərrac barədə məlumatları olmamışdır. Belə ki, ona və ailə üzvülərinə hərracın keçirlməsinə dair hər hansı bildiriş göndərilməmişdir. Birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərrac mərkəzi qanunla üzərinə düşmüş vəzifələri yerinə yetirmiş, ipoteka qoyana və digər borclulara təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlər göndərmiş, habelə kütləvi informasiya vasitələrində elanlar dərc etdirmişdir. Cavabdeh3 tərəfindən sifariş verilərkən məktubun və icra vərəqəsinin surəti həm tələbkara, həm borclulara göndərilmiş, borclu əmlakların açıq hərraca çıxarılması və satışı barədə məlumatlandırılmışdır. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Baxılan işin faktiki hallarından da göründüyü kimi hərrac mərkəzi qanunla üzərinə düşmüş vəzifələri yerinə yetirməmiş, ipoteka qoyana və digər borclulara təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlərin göndərilməsi iş materialları ilə müəyyən edilsə də cavabdeh tərəfindən qəbul edilməmişdir. Məhkəmə kоllegiyаsı qаnunvericiliyin tələbini və Kоnstitusiyа Məhkəməsi Plenumunun hаzırki mülki işin xаrаkterinə uyğun fоrmаlаşdırdığı hüquqi mövqeyini nəzərə аlаrаq hesаb edir ki, iddiaçının аpellyаsiyа şikаyətində göstərdiyi dəlillər əsаslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsaslıdır. Əvvəla ona görə ki, Mülki Prossesual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi qanunverici bildirişin çatdırılmalı olduğu şəxsə deyil, onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə çatdırılması halında onu qəbul etmiş şəxs tərəfindən qəbzdə soyadının, adının, atasının adının, yəni ünvan sahibinə münasibətinin qeyd edilməsini nəzərdə tutmuşdur. Hazırkı işdə mövcud olan qəbzlərdə (i/m səh. 135) bildirişi qəbul etmiş şəxsin adı, ata adı, iddiaçı ilə hansı qohumluq münasibətində olması qeyd edilməmişdir. İkinci qəbzdən isə məlum olur ki, ünvanın natamamlığı səbəbindən bildiriş geri qaytarılmışdır. Göründüyü kimi qəbzlərdə onu qəbul etmiş şəxsin iddiaçı ilə hansı münasibətdə olması göstərilmədiyindən bildirişləri qəbul edən şəxsin soyadının “Muradov” olması özüözlüyündə bildirişin iddiaçının ailə üzvü tərəfindən qəbul edildiyi kimi qiymətləndirilə bilməz. Həmçinin hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən bildirişlərdəki imzanın İddiaçı və onun arvadı Türkan Muradova tərəfindən icra olunmaması qeyd edilmişdir İkincisi, iş materiallarının 1-ci cild, səh. 135-də olan “Fabo Express” tərəfindən göndərilmiş xəbərnamədən (007705) müəyyən edilir ki, Əmlak X2 MMC tərəfindən 25.02.2019-cu il tarixdə ünvan 3 ünvanına məktub göndərilmiş və 28.02.2019-cu il tarixdə Muradov soyadlı şəxs tərəfindən imza edilərək alınmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli, 4/171 nömrəli ekspert rəyindən görünür ki,
1. Ekspertizaya təqdim edilmiş, mülki işinin 1-ci cildinin 137-ci vərəqində olan 28.02.2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur
2. Ekspertizaya təqdim edilmiş, mülki işinin 1-ci cildinin 137-ci vərəqində olan 28.02.2019-cu il tarixli № 007705 nömrəli qaimədə “Alanın soyadı və imzası:” qrafasındakı imza və “Muradov” əlyazması - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-n 1 nömrəli sahə ƏİD üzrə nümayəndəliyinin 11.01.2022-ci il tarixli, 70 nömrəli arayışından (i/m 2-ci cild səh.15) məlum olur ki, İddiaçı ailə üzvləri - arvadı Türkan Muradova və yetkinlik yaşına çatmayan övladları Rinat və Gülçin ilə birlikdə ünvan 6 ünvanda yaşayırlar. Göründüyü kimi iddiaçıların yuxarıda göstərilən xəbərnaməyə imza etməsi ekspert rəyi ilə tam təkzib olunur. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 8-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 7 ünvana hər hansı bildirişin göndərilməsi iş materialları ilə sübüt olunmur. İş materialları əsasında müəyyən edilən hallardan biri də ondan ibarətdir ki, Fabo Express çatdırma şirkəti tərəfindən iddiaçının qeydiyyatda olduğu ünvan 8 ünvana da bildiriş göndərilsə də, sonda bildirişin üzərində “ünvan natamamdır” qeydi edilməklə geri qaytarılmışdır. Bundan sonra isə həmin çatdırılma şirkəti tərəfindən “Akt” tərtib edilərək İddiaçı məktubu qəbul etməkdən imtina etməsi bildirilmişdir. (i/m səh.136-137). Kollegiyanın qənaətinə görə belə olan halda sual yaranır, əgər ünvan natamam idisə, onda bildirişin qəbul edilməsindən neçə imtina olunur. Məhkəmə araşdırması zamanı təklif olunmasına baxmayaraq cavabdeh tərəfin nümayəndəsi işin bu halına aydınlıq gətirə bilməmişdir. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə bilavasitə maraqlarına toxunan iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar “Market” qəzetində elan verilsə də, bu elanın da iddiaçının yaşadığı ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Ona görə də iddiaçının birmənalı olaraq hərracla bağlı məlumatlandırılması qənaətinə gəlmək olmur. Beləliklə kollegiya hesab edir ki, keçirilmiş hərrac zamanı Əmlak X2 MMC tərəfindən İddiaçı hüquqları əhəmiyyətli dərəcədə pozulduğundan 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127 nömrəli protokol, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə, həmçinin 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y127/1 nömrəli protokolun, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməli və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə kоllegiyаsı hesab edir ki, qeyd оlunаn məhkəmə ekspertizası xərci iddiaçıya аid edilməli və məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 125 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(075)-1024/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y-127 nömrəli protokol, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə; həmçinin 26 aprel 2019-cu il tarixli hərracın nəticələri haqqında Y 127/1 nömrəli protokol, hərracın keçirilməsinin yekunlarına görə hərrac təşkilatı və alıcı arasında imzalanmış 26 aprel 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 125 (yüz iyirmi beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov