Məhkəmə qərarları › İş №2(107)-1884/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1884/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1884/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı Torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək JN - 966 A (KOD 40501004) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin qismən etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli AN seriyalı 379357 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli (hakim K.Süleymanov) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X3rşı Torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, iddiaçıya həmin tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği İddiaçı aid edilməsi, iş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qərardaddan narazı qalan İddiaçışikayət verərək, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin planı və ölçüsü sənədi inzibati orqan tərəfindən verilsə də həmin sənəd inzibati akt sayılmır. Onun hazırki iddiası inzibati aktın qəbul edilməsi və ya ləğv edilməsi ilə bağlı olmadığından, mübahisə Torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi ilə bağlı olduğundan hesab edir ki, həmin mübahisəyə Oğuz Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunan əsaslara görə iş üzrə icraata xitam verilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, qeyd olunan tələblə bağlı bir həftə olar ki, Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ona görə də hazırki qərardaddan verilmiş şikayətin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən mübahisələndirilən, Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli AN seriyalı 379357 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5 tərəfindən verilmişdir. İddiaçı həmin orqanı da iş üzrə cavabdeh kimi qeyd etməklə, onun mübahisələndirdiyi və yanlış olaraq verildiyini iddia etdiyi sənəd də məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X5, yəni inzibati orqan tərəfindən tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli AN seriyalı 379357 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi islahatla əlaqədar verilən torpaq sahəsi olmaqla, qeyd olunan hüquqmüəyyənedici sənədin verilməsi üçün əsas olmuş sənədlər də yerli aqrar islahat komissiyası, yəni inzibati orqan tərəfindən qəbul edilmiş qərar olmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi inzibati orqanın qərarının mübahisələndirilməsi ilə əlaqədar iddia olduğundan həmin iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzaibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4. maddəsinə görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlara aid edilmişdir. Konkret mübahisənin hansı növ məhkəmədə - ümumi məhkəmədə, yoxsa inzibati məhkəmədə araşdırılmalı olmasının müəyyən edilməsinin mühüm təcrübi əhəmiyyətə malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həm mübahisənin predmetinə, həm hüquq münasibətlərinin xarakterinə və həm də subyekt tərkibinə görə hazırkı iş üzrə cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə aid hissədə mübahisəyə ümumi məhkəmədə yox, inzibati məhkəmədə baxılmalıdır. Beləliklə, təsdiq olunur ki, inzibati məhkəmədə baxılmalı olduğundan hazırkı ərizəyə ümumi məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllə Maddə 261.0.1-ci İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilmə barədə xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin iş üzrə icraata xitam verilmə barədə xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar