Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-189/2025 06.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh3 ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs X2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Möhürlənməməsi ilə əlaqədar şikayətinin geri qaytarılması, ləğv) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh3 ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs X2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadından Cavabdeh3 ASC-nin verdiyi şikayətin geri qaytarılması barədə Zaqatala Rayon Məhkəməsinin 18 noyabr 2024cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadından Cavabdeh3 ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh3 ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən cavabdehin tərəfində üçüncü şəxs X2 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala şəhəri H.Əliyev pr. 68 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsi və üzərində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərracın nəticəsinə görə əldə olunmuş sənəd əsasında DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 m2 olan fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısı, cavabdeh Bakı Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli 190/22 saylı protokolu etibarsız hesab edilməsi, həmin protokol əsasında əmlakın Cavabdeh3 ASC-nin adına DƏDR-də aparılmış qeydiyyatla bağlı alınmış xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarış əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Cavabdeh5 adına DƏDR-də aparılmış xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyatla bağlı verilmiş çıxarış ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-28/2024 nömrəli qətnaməsindən Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Həmin qərardaddan narazı qalan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-28/2024 nömrəli qərardadından Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadından verilmiş şikayətin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Şikayət elektron imza vasitəsi ilə Cavabdeh3 ASC-nin nümayəndəsi qismində Nümayəndə2 tərəfindən imzalanmışdır. Məhkəmə bildirmişdir ki, şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası, şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, şikayət hüquqi şəxs tərəfindən verilmiş, ancaq möhürlə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin məzmunu”nu müəyyən edən 361-ci maddəsində, o cümlədən “Apellyasiya şikayətinin qaytarılması”nı tənzimləyən 363-cü maddəsində şikayətin möhürlə təsdiq olunması ilə bağlı tələbə rast gəlinmir. Şikayətdən görünür ki, “şikayəti imzalayan şəxs haqqında məlumat” hissəsində imzalayan şəxsin Nümayəndə2 olması göstərilmişdir. Yəni, şikayət elektron sənəd şəklində Cavabdeh3 ASC-nin nümayəndəsi qismində Nümayəndə2 tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 10-1.8-ci maddəsinə görə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsində göstərilir ki, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Həmin Qanunun 6.3-ci maddəsinə görə dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarına fiziki və ya hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Həmin Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 3.3-cü maddəsinə görə təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir ki, həmin imza sertifikatlarında da imza sahibinin səlahiyyətləri göstərilir və həmin elektron imza möhürə bərabər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər şikayətdə qeyd olunan dəlillərin əsaslılığını və həqiqiliyini təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki şiakyətin dəlilləri ilə qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadı ləğv edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadından verilmiş şikayətə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları Zaqatala Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadı ləğv edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qərardadından verilmiş şikayətə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş materialları Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-189/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-189/2025
06.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver