Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1890/2020 13.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra cavabdeh) 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 8500 manat əsas borc, 2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 10730 (on min yeddi yüz otuz) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh MMC apelyasiya şikayətləri vermişlər. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsmayıllı rayonun İvanovka kəndində fəaliyyət göstərir. Müxtəlif sahələrlə yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə də məşğul olur. Cavabdeh təşkilata 2015-ci ildən başlayaraq müxtəlif kənd təsərrüfatı texnikaları satmışdır və pulunu da razılaşdıqları vaxtlarda almışdır. Həmin vaxtlarda direktor işləyən İsgəndər Məmmədovu yaxından tanımışdır. Aralarında etibar və inam yaranmışdır. Sonuncu dəfə 2016-cı ilin sentyabr ayının əvvəllərində MMC-yə 7500 manat dəyərində 1 ədəd səpin aqreqatı və 1000 manat dəyərində 1 ədəd kanal açan avadanlıq satmışdır. MMC-nin rəhbərliyi kənd təsərrüfatı texnikalarının cəmi dəyəri olan 8500 manat pulu xx xxxxxxxx 2016-cı il tarixədək nəğd şəkildə ödənilməsini öhdələrinə götürmüş və bu barədə zəmanət də verilmişdir. Cavabdeh tərəfindən ötən müddət ərzində müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi təmin olunmamışdır. Dəfələrlə MMC-nin bir neçə əməkdaşı ilə telefon əlaqəsi saxlanılsa da onlar MMC-nin direktoru işləmiş İsgəndər Məmmədovun işdən çıxdığını, onun verdiyi zəmanət sənədinin heç bir əhəmiyyəti olmadığını, hazırkı rəhbərliyin isə borcu ödəməyəcəyini bildirmişlər. O, həmin kənd təsərrüfatı texnikalarını xarici ölkədən alaraq Azərbaycana gətirir. Texnikaların pulunu dollarla ödəməsinə baxmayaraq respublika ərazisində manatla satır. Cavabdehə texnikaları satdığı vaxt 1 ABŞ dollarının kursu 1,05 manat olmuşdur. Həmin texnikaların qiyməti hazırda 2 dəfəyə yaxın artmışdır. Əgər cavabdeh razılaşdıqları vaxtda yəni, 2016cı ilin sentyabr onun pulunu qaytarsaydı həmin ərəfədə yeni texnikalar alıb Azərbaycana gətirərdi. Hazırda dolların kursunun 1,70 manat olması nəzərə alınarsa cavabdeh təşkilatın hərəkətləri nəticəsində xeyli miqdarda fayda onun əlindən çıxmışdır. Hesab edir ki, cavabdehin məqsədi etibarından sui istifadə edərək onu aldatmaq olmuşdur. Cavabdeh təşkilatın bu hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmiş, qısa müddətli müalicələr almağa məcbur olmuşdur. Borcunu almaq məqsədi ilə bir neçə dəfə Bakı şəhərindən MMC-nin fəaliyyət göstərdiyi İsmayıllı rayonun İvanovka kəndinə gəlib-getmişdir. Bu illər ərzində yollara 500 – 600 manat pul xərcləyərək maddi ziyana düşmüşdür. Məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödəmişdir. O, cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmsayıllı Rayon Məhkəməsinin qətnaməsinin maddi və mənəvi zərər tələbinə dair hissəsi ilə razı deyildir. Hesab edir ki, qətnamə dəyişdirilməli və onun iddia tələbi tam təmin edilməlidir. Belə ki, o, 2016-cı ilin sentyabr ayında 7500 manatlıq 1 ədəd səpin aqreqatını və 1 ədəd 1000 manatlıq kanal açan avadanlığı Cavabdeh MMC-yə satmışdır. Həmin texnikaların dəyərini həmin vaxt Cavabdeh MMC-nin rəhbəri işləyən İsgəndər Məmmədov xx xxxxxxxx 2016-cı il tarixədək nəğd şəkildə ödəməsi barədə zəmanət vermişdir. Dəfələrlə Cavabdeh MMCnin əməkdaşları ilə danışıqlar aparsa da onlar İsgəndər Məmmədovun işdən çıxdığını, onun verdiyi zəmanətin heç bir əhəmiyyəti olmadığını, hazırkı rəhbərliyin isə borcu ödəməyəcəyini bildirmişlər. Ona görə də o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmin kənd təsərrüfatı texnikaları xarici ölkədən valyuta ilə alınır. Məhkəmə isə qətnamə çıxararkən bu faktı diqqətdən qaçırmış, həmin vaxtlar dolların kursunu 1,05 manat olmaqla hazırkı vəziyyətdə isə 1,70 manata olmağını nəzərə almayaraq ona dəymiş ziyanı 8500 manat maddi ziyanı 2200 manat hissədə təmin etmişdir. Dörd il ərzində çəkdiyi mənəvi iztirablara görə isə iddia tələbini məhkəmə tamamilə rədd etmişdir. Göründüyü kimi məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, dolların kursunu iki dəfəyə yaxın dəyişməsini nəzərə almayaraq ona dəymiş ziyanı düzgün qiymətləndirməmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsini ləğv edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İmsayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahat məhkəmə qətnaməsində düzgün formada öz əksini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahat məhkəmə qətnaməsində düzgün formada öz əksini tapmamışdır. Belə ki, nümayəndə tərəfindən verilən izahatda hüquqi şəxslər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin şərtləri əsasında mallar üçün ödənilməli olan vəsaitin cavabdeh tərəfindən əsl iddiaçı olmalı olan “xxxxxxxxxxx” MMC-yə ödənildiyinə dair verdiyi izahat qətnamədə öz əksini tapmamışdır. Məhkəmənin qətnaməsində qeyd edilən xüsusatlar - yəni cavabdeh müəssisəsinin əvvəlki direktoru olmuş şəxsin vəzifəsindən azad edilməsi nəticəsində həmin şəxsin imzalamış olduğu sənəd əsasında cavabdeh müəssisənin məsuliyyət daşımamalı olduğuna dair qeyd edilənlərin əsası yoxdur, çünki, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən bu səpkidə hər hansı bir izahat verilməmişdir. Əksinə verilən izahatda alınmış texnikaların pulunun “xxxxxxxxxxx” MMC-yə nağd qaydada ödənildiyi, bu səbəbdən cavabdeh müəssisənin yenidən həmin borca görə məsuliyyət daşımamalı olduğu bildirildiyi halda, bu məsələlər məhkəmə qətnaməsində öz əksini tapmamış, o cümlədən bu xüsusatlar birinci insansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməmiş, yekunda cavabdeh müəssisəsinin ümumilikdə 10.730 manat məbləğində borclu olması kimi əsassız qənaətə gəlinmişdir. Həmçinin hesab edirlər ki, məhkəmənin İddiaçı əldən çıxmış fayda ilə bağlı tələbinə qismən təmin etməklə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iddiaçı kimi cəlb edilmiş İddiaçı fərdi sahibkar kimi qeydiyyatda olmadığı halda həmin fiziki şəxsin ölkə xaricindən xarici valyuta ilə ölkə daxilinə kənd təsərrüfatı texnikalarını idxal etməsi mümkün deyildir, bununla bağlı da iddiaçı tərəfindən fərdi sahibkar olaraq öz adına ölkə xaricindən hər hansı bir texnikanın idxal edildiyinə dair bir yük gömrük bəyannaməsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sadəcə iddiaçının şifahi ifadəsini rəhbər tutaraq onun ölkəyə kənd təsərrüfatı malları idxal etdiyini, xarici valyutanın kursunda baş vermiş devalvasiya nəticəsində iddiaçı fiziki şəxs - İddiaçı pulunu əldə etməməsi nəticəsində zərərə məruz qaldığını qeyd etmiş və bu səbəbdən əldən çıxmış fayda ilə bağlı onun tələbinə qiymət vermişdir. Bununla yanaşı iddia tələbinin maddi ziyan hissəsində münasibət bildirərkən onun pul vəsaitini ala bilməsi üçün dəfələrcə İsmayıllı rayonuna gəlməsini əsas göstərərək həmin tələbi qismən - 200 manat həddində təmin edərək düzgün olmayan qənaətə gəlmişdir. Belə hesab edirlər ki, həmin məbləğin az və ya çox olmasından asılı olmayaraq ümumiyyətlə fiziki şəxsin iddiaçı qismində cəlb edilməsi və onun pul tələbi iə bağlı cavabdehin ünvanına gəlməsi əsas kimi göstərilərək məhkəmənin maddi ziyanı qismən də olsa təmin etməsi qanuni deyildir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi əgər əsl iddiaçı olmalı olan hüquqi şəxs tərəfindən məhkəməyə (Şəki Kommersiya Məhkəməsinə) müraciət edilsəydi, o zaman bu maddi ziyanla bağlı tələbin əsas olmayacaqdı ki, məhkəmə əsl iddiaçı olmayan şəxsi iddiaçı kimi tanımaqla burada da qanunsuzluğa yol vermişdir. Hesab edirlər ki, iddiaçının əsl iddiaçı ilə dəyişdirilməsi ilə bağlı tələbləri lazımi qaydada qiymətləndirilərsə, o zaman ödənilmiş olan 8.500 manaytımn yenidən istənilməsi ilə bağlı məsələ də öz həllini tapacaqdır. Belə ki, bu qətnamə qəbul edilməzdən əvvəl ödənilmiş olan borc yenidən bu səfər bu qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı olan fiziki şəxsə ödənilərsə, o zaman AR Mülki Məcəlləsinin tələblərinə əsasən iddiaçı əsassız varlanmış olacaqdır ki, bu da cavabdeh tərəfindən bir dəfə ödənilmiş pul vəsaitinin ikinci dəfə ödənilməsi nəticəsində əsassız varlanmış olan şəxsdən ödənilən pul vəsaitinin geri tələb edilməsi üçün hüquqi əsas təşkil edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin tələblərindən də göründüyü kimi iddiaçının daha əvvəlcədən özünün qanuni təmsilçisi olduğu “xxxxxxxxxxx” MMC-yə nağd qaydada ödənilmiş olan vəsaiti yenidən tələb edə bilməsi cavabdeh müəssisənin hesabına əsassız varlanmasına səbəb olacaqdır ki, bu səbəbdən həmin iddia tələbinin əsassız olması və bununla bağlı iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməli olduğunu qanuni hesab edirlər. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə isə etiraz edərək bildirdi ki, bir sahibkar kimi cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində xeyli məbləğdə maddi ziyan çəkmişdir. Ona görə də özü tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunaraq iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümüknsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; xx xxxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxxxxxxxxx” MMC (VÖEN **********) xx xxx 2004-cü il tarixdən 10 saylı X3 MMC kimi qeydiyyata alınmışdır. MMC-nin qanuni təmsilçisi İddiaçıdur. xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh MMC (VÖEN **********) xx xxxx 2007-ci il tarixdən 10 saylı X3 MMC kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi Məmmədov İskəndər Rövşən oğlu olmuş, hazırki qanuni təmsilçisi X1r. “xxxxxxxxxxx” MMC-nin direktoru İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh MMC-nin direktoru İsgəndər Məmmədov Cavabdeh MMC müəssisəsi olaraq İddiaçı aldıqları səpin aqreqatı 7500 manat və su kanal açan avadanlıq 1000 manat, cəmi 8500 manat dəyərini son tarix olaraq xx xxxxxxxx 2016-cı il tarixədək nəqd vasitə ilə ödəyəcəklərinə zəmanət vermişlər. Cavabdeh MMC-nin Müşahidə Şurasının xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsində olan Məmmədov İskəndər Rövşən oğlu tutduğu vəzifədən azad edilmiş, qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X2 təyin olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-705 nömrəli qərardadından görünür ki, mülki iş məhkəmə aidiyyatı üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(84)-386 nömrəli qərardadından görünür ki, iş məhkəmə aidiyyatının müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 22(107)-7 nömrəli qərardadından görünür ki, 2-2(107)-7 nömrəli iş məhkəmə aidiyyatı məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(102)-068 nömrəli qərarından görünür ki, iş məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azər-bay-can Res-pub-li-ka-sı Mül-ki Mə-cəl-lə-si-nin 21-ci mad-də-si-nin müddəala-rı yal-nız re-al zə-rə-rin, ha-be-lə əl-dən çıx-mış fay-da-nın ödə-nil-mə-si-ni nə-zər-də tu-tur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, cavabdeh təşkilat (VÖEN **********) xx xxxx 2007-ci il tarixdən 10 saylı X3 MMC kimi qeydiyyata alınmışdır. MMC-nin əvvəlki qanuni təmsilçisi Məmmədov İskəndər Rövşən oğlu olmuş, hazırkı qanuni təmsilçi isə X1r. İddiaçı ilə cavabdeh təşkilat arasında 2016-cı ildə kənd təsərrüfatı texnikalarının alqı-satqısı aparılmışdır. Həmin vaxt İskəndər Məmmədov MMC-nin qanuni təmsilçilik funksiyalarına malik direktoru vəzifəsində işləmiş, həmin vəzifədən xx xxxxxx 2019-cu il tarixdə azad olunmuşdur. Göründüyü kimi texnikaların alqısatqısı aparılan zaman MMC-nin direktoru İskəndər Məmmədov olmuş, hazırda MMC ləğv olunmamış və fəaliyyət göstərir. MMC-nin direktorunun vəzifədən azad olunması həmin MMC tərəfindən aparılmış alqı-satqı üzrə borcların ödənilməsi öhdəliyindən cavabdehi azad etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı öz apelyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər subutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apelyasiya şikayətininn dəlilləri qismən əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və dəyişdirlməsi üçün əsaslı olsa da, iddianın tam rədd edilməsi üçün əsaslı deyildir. Kollegiya birinci instansiya məhkəməsinin əldən çıxmış fayda və maddi zərərlə bağlı gəldiyi bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Əvvəla ona görə birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz qətnaməsində əsaslandırmışdır ki, iddiaçı 1 ədəd 1000 manat dəyərində kanal açan kənd təsərrüfatı texnikalarını alaraq pulunu vaxtında ödəmədiyindən iddiaçı 8000 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə həmin texnikaların xarici valyuta ilə alınaraq ölkəyə gətirildiyini və ötən müddət ərzində dolların kursunun 1,05 manatdan 1,70 manata qalxdığını, texnikalarını pulunu vaxtında almadığından əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 2000 manat məbləğində təmin edilməsi, maddi ziyanla bağlı isə 200 manat məbləğində pul xərcləməsi ağlabatandır və iddia tələbi həmin hissədə qismən - 200 manat miqdarında təmin olunması əsaslıdır. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırmasına tənqidi yanaşaraq qeyd edir ki, əvvəla iddiaçı iddia tələbinin bu hissəsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir ki, cavabdeh də buna qarşı öz etirazının əsaslarını təsdiq etsin. İş materiallarından isə göründüyü kimi iddiaçı tərəfindən belə bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə öz mülahizələri əsasında bunu əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası geyd edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Buradan da göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin apelyasiya şikayəti vermiş cavabdehə münasibətdə “əldən çıxmış fayda, maddi ziyan” hissəsi ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilmişdir. Göründüyü kimi, iddia tələbinin bu dəlilləri kifayət qədər ziddiyyətli olmasını, yəni konkret olaraq cavabdeh tərəfin iddiaçıya maddi ziyan vurmasını təsdiq etmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin digər- yəni hazırki mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(102)-068 nömrəli qərarı ilə iş məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin “əldən çıxmış fayda və maddi ziyan” hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissələrdə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməli, cəmi borca münasibətdə isə dəyişdirilməlidir. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.4,385, 387.2.2, 392, 393 və 405-cimaddələrinirəhbərtutaraq, məhkəmə Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsi qismən yəni- “2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyanın” Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi hissələrində” ləğv edilsin. İş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə iddia tələbi “2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyanın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissələrində təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli qətnaməsi cəmi borcun 10730 (on min yeddi yüz otuz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Həmin hissədə cəmi borc 8530 (səkkiz min beş yüz otuz ) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə (Cavabdehndən 8500 manat əsas borc və 30 manat dövlət rüsumunun alınması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1890/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1890/2020
13.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver