Məhkəmə qərarları › İş №2(107)-1894/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1894/2021

27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1894/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ona məxsus əmlakların həbsdən azad olunması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli 2(033)-561/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli 2(033)-561/2021 nömrəli (hakim Tural Həsənov) qətnаməsi ilə İddiaçı Cavabdeh qarşı ona məxsus əmlakların həbsdən azad olunması tələbinə dair iddia ərizəsi rədd edilmiş, İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə ona məxsus olmuş xalçaların üzərinə qoyulmuş həbsin götürülməsinə və ona məxsus həmin əmlakların həbsdən azad olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin xalçalar ona məxsus deyil, oğlu olanİddiaçı məxsusdur. Məhkəmə qətnamələri ondan 51900 (əlli bir min doqquz yüz) manat borcun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin borcun xalçalara yönəldilməsini istəmir, borcunu ödəyəcəkdir. Ona görə də iddianın təmin edilərək xalçaların üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. apellyasiya şikаyətinin dəlilləri və işdə iştirаk edən şəxslərin izаhаtlаrı: İddiaçı qətnamədə narazı qalaraq apellyasiya şikayəti vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh fəaliyyət göstərdiyi, Zaqatala rayonu 2 saylı bazarda yerləşən mağazalarda olan 51900 (əlli bir min doqquz yüz) manat dəyərində xalçalar üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-44/2020 nömrəli, 03 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilərək Cavabdeh 51900 (əlli bir min doqquz yüz) manat borcun tutularaq iddiaçı X3 ödənilməsi, 30 (otuz) manat dövlət rüsumunun əvəzi olaraq ödənilmiş vəsaitin Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, Cavabdeh 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(107)-1205/2020 nömrəli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)-862/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1205/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir. Beləki Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-869/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş xalçaların ona məxsus olmasını sübut edə bilməmiş, məhkəməyə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə qanuni qüvvəsini almış qərardad və qətnamələrlə üzərinə həbs qoyulmuş xalçaların Cavabdeh məxsus olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə kollegiyası müəyyən edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci mad.). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya tələbi təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli 2(033)-561/2021 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə MPM-in 384.0.1-ci maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tаrixli 2(033)-561/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar