Məhkəmə qərarları › İş №2(107)-19/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-19/2023

22.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-19/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər X13 və Cavabdeh2 qarşı evdən və torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair ilk, cavabdehlər X8 və Cavabdeh2 İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər X13 və Cavabdeh2 qarşı evdən və torpaq sahəsindən cavabdehlərin çıxarılmaları tələbinə dair ilk, cavabdehlər X8 və Cavabdeh2 İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(019)-191/2021 nömrəli qətnaməsindən cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X16 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan, 1 dəhliz, 2 yaşayış otağından ibarət fərdi yaşayış evi və sözügedən torpaq sahəsinə bitişik 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların X2na məxsus olmuşdur. 1999-cu ildə o həmin evi, 07 ha həyətyanı torpaq sahəsini və torpaq sahəsinə bitişik halda olan 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 5000 (beş min) ABŞ dollarına cavabdeh X8 əri Nəriman Əliyevə satmış və sözügedən əmlakları onun istifadəsinə vermişdir. Lakin evin və torpaq sahələrinin alqı-satqısı notariat qaydasında həyata keçirilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər X13 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0.07 ha həyətyanı torpaq sahəsinə və evə dair Daşınmaz Əmlakın reyestr nömrəsi **********35-10301 və 0,0995 ha pay torpaq sahəsinə dair daşınmaz əmlakın reyestr nömrəsi **********42 olan hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan evdən və torpaq sahələrindən cavabdehlər X8 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. Cavabdehlər X16 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 torpaq sahəsi və evin dəyəri kimi ödənilmiş 10.000 ABŞ dollarının, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 40.000 manatın, mənəvi ziyana görə vurulmuş 5.000 manatın alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

4. Cavabdeh və digər Cavabdeh2 hüquq varisi X8 nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 torpaq sahəsi və evin dəyəri kimi ödənilmiş 10.000 ABŞ dollarının, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmirtikinti işlərinin dəyəri olan 40.000 manatın, mənəvi ziyana görə vurulmuş 5.000 manatın, evin və torpaq sahəsinin dəyəri və təmir-tikinti işlərinə çəkilmiş xərclərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün son 3 ildə 1.500 ABŞ dolları və 6000 manatın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40(qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

5. İddiaçılar İddiaçı1, İddiaçı4 Abdlulla qızı, İddiaçı3, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayonunun Qazma kəndində yaşayırlar. X2 15 oktyabr 2004cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan miras olaraq bir sıra daşınmaz əmlak, o cümlədən ünvan 1ində ona məxsus olan 0.07 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 107.8 kv.m olan yaşayış evi, həmçinin həmin həyətyanı sahəyə bitişik olan 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. Miras qalmış əmlaka-0,0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.07 ha həyətyanı torpaq sahəsinə və evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Hal-hazırda qeyd etdikləri əmlaklar onların ümumi paylı mülkiyyətindədir.Lakin bu əmlaklardan cavabdehlər ünvan 1 sakinləri X16 və oğlu Cavabdeh2 istifadə edirlər. X1 2002-ci ildə qeyd olunan evi və torpaq sahələrini gələcəkdə onun tərəfindən alınması razılığına gələrək müvəqqəti istifadə üçün cavabdeh Zemfira Əliyevaya vermişdir. X30 2004-cü ildə vəfat etdikdən sonra onlar Zemfiradan dəfələrlə qeyd olunan əmlakları Dövlət Notariat Kontorunda rəsmiləşdirərək dəyərini ödəməklə onlardan almağı xahiş etmişlər. Lakin cavabdeh Zemfira Əliyeva müxtəlif bəhanələr gətirməklə tezliklə qeyd olunan evi və torpaq sahələrini onlardan alacağını bildirmişdir. Atasının vəfatından 16 il keçməsinə baxmayaraq Zemfira Əliyeva evin və torpaq sahələrinin alqı-satqısını rəsmiləşdirməmişdir. Dəfələrlə ondan və onunla birlikdə yaşayan oğlu Cavabdeh2 mülkiyyətlərində olan sözügedən evdən və torpaq sahəsindən çıxmalarını tələb etsələr də onlar evdən və torpaq sahələrindən çıxmırlar. Buna görə də qeyd olunan tələblə məhkəməyə müraciət etmişlər.

6. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 nümayəndəsi Nümayəndə1, İddiaçı4 nümayəndəsi Nümayəndə3 , İddiaçı3 və İddiaçı2 ilk iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verdilər. Onlar qarşılıqlı iddianı qismən qəbul edərək evdə və həyətyanı torpaq sahəsində aparılmış təmir-tikinti işləri üçün 10000 (on min) manat ödəməyə razı olduqlarını, qarşılıqlı iddia ərizəsinin qalan hissədə əsassız olduğunu göstərdilər.İlk iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.

7. Cavabdehlər Cavabdeh2 və X16 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, 1999-cu il tarixdə onun əri, iddiaçı Cavabdeh2 atası mərhum X24 rayonu Talalar kəndində yerləşən mərhum Binnət Şibilov və onun ailə üzvlərinə məxsus 0.18 ha həyətyanı torpaq sahəsini və orada yerləşən yarımçıq tikilini 10.000 ABŞ dollarına sonuncudan almış, həmin tarixdən mərhum Nəriman Əliyev və onun ailə üzvləri mübahisəli ünvana qeydiyyata alınmaqla həmin evdə yaşamışlar. Mübahisəli əmlak mərhum Binnət Şibilovdan alınan zaman ora təmir olunmamış 3 otaqlı yaşayış evi olmuş, onların birində qismən yaşamaq mümkün olsa da , digər otaqlar təmir edilməmiş, qapı və pəncərə mövcud olmamışdır. Alqı-satqı aparılan zaman torpaq sahəsinin mülkiyyət sənədləri mövcud olmadığından tərəflər arasında müqavilə notarial qaydada rəsmiləşdirilməmiş, Balakən rayon icra nümayəndəliyində torpaq sahəsi və evin satılmasına dair Binnət Şibilov ərizə yazmış, onun ailə üzvləri həmin ərizəni imzalayaraq torpaq sahəsi və evin dəyərini Nəriman Əliyevdən aldıqlarına dair imza atmış, həmin imzalar icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. 1999-cu ildən sonra onlar arasında evə və torpağa dair hər hansı mübahisə olmamış, onlar hazırkı vaxtadək mübahisəli evdə yaşamışlar. Həmin müddət mübahisəli ev mərhum Nəriman Əliyev tərəfindən təmir edilmiş, əlavə zal , hamam və mətbəx inşa edilmiş, ev əsaslı şəkildə təmir edilmişdir. Təmir tikinti işlərinin aparılmasına 25.000 manatadək xərc çəkilmişdir. Bundan başqa həyətyanı sahədə talvar inşa edilmiş, həyətyanı sahənin yola düşən hissəsi kubiklə hasara alınmış, həyətyanı sahəyə dəmir giriş qapısı yerləşdirilmiş , qonşularla sərhəd ərazi isə şifer və setka ilə hasara alınmış, həyətyanı sahədə tualet inşa edilmişdir. Həmin tikinti işlərinin aparılmasına isə 15.000 manat xərc çəkilmişdir. Torpaq sahəsinin və evin onlar tərəfindən alınmasını, orada təmirtikinti işlərinin aparılmasını Balakən rayon Talalar kənd sakinləri olan qonşular Şahid3, Şahid1 Nərman oğlu və Şahid2 öz ifadələri ilə gələcək məhkəmə iclaslarında təsdq edəcəklər. 2020-ci ilin əvvəlində, İddiaçı1 Cavabdeh2 ilə əlaqə saxlayaraq ünvanlı sosial yardımın əldə olunması üçün aidiyyəti orqana müraciət etdiyini, həmin zaman onun adına torpaq sahəsinin olması əsası ilə imtina edildiyini bildirmiş , evini və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq alqı-satqı əməliyyatının aparılmasını təklif etmişdir. Bununla razılaşan oğlu Cavabdeh2 evə və torpaq sahəsinə dair onda mövcud olan ilkin sənədləri və icra nümayəndəliyində rəsmiləşdirilmiş ərizəni İddiaçı1 təqdim etmişdir. İcra nümayəndəliyində rəsmiləşdirilmiş ərizə hazırda onlarda mövcud olmasa da ərizəni təsdiq etmiş icra nümayəndəsi məhkəmə iclasında bu halı öz ifadəsi ilə təsdiq edəcəkdir. Cavabdehlər evi və torpaq sahəsini öz adlarına qeydiyyata aldıqdan sonra onların evin qeydə alınmasına təxminən 5.000 manat xərc çəkdiyini, həmin xərc ödənildikdən sonra alqı-satqı əməliyyatının reallaşmasının mümkün olacağını bildirmişlər. Onlar həmin məbləğin ödənilməsindən imtina etdiklərinə görə cavabdehlər onların evdən və torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Bu səbəbdən onlarda qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər.

8. Cavabdeh və digər Cavabdeh2 hüquq varisi X8 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın əsassız olduğunu göstərərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, ünvan 1ində yaşayır, iddiaçıları və cavabdehləri tanıyır. Mübahisəli ev 1999-cu ildə Binnət Şibilov tərəfindən Nəriman Əliyevə satılmışdır. Ev satılan zaman bir otağı təmirli olmuş,digər otaqlar təmirsiz olmuşdur. Nəriman Əliyev evi aldıqdan sonra əsaslı təmir etdirmiş,mətbəx və sanitar qovşağı tikdirmiş, torpaq sahəsinin çöl tərəfinə hasar çəkdirmişdir və həyətdə talvar tikdirmişdir. Nərimangil evi 10000 ABŞ dollarına aldıqlarını bildirmişlər. Lakin pulun verildiyini görməmişdir.

10. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdirlər..

11. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, ünvan 1 icra nümayəndəsi vəzifəsində işləmişdir. 1999-cu ildə Binnət Şibilov və X25 kənd icra nümayəndəliyinə gəlmişlər.Binnət Şibilov özünə məxsus evini 5 min ABŞ dollarına Nəriman Əliyevə satdığını bildirmiş və onlar xahiş etmişlər ki, alqı-satqı rəsmiləşdirilsin. O,həmin vaxt onlara evin alqı-satqısını rəsmiləşdirmək üçün Dövlət Notariat kontoruna müraciət etmələrini izah etmişdir.

12. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 1992-ci ildən Balakən rayonunun Talalar kəndində yaşayır. O,əvvəl Binnət Şibilovla, sonra isə Nəriman Əliyevlə qonşuluqda yaşamışdır. Nəriman 25 ilə yaxın müddətdir ki, həmin evi almış və ailəsi ilə həmin evdə yaşamışdır. Nəriman evi alarkən ev təmirli olmamış, sonradan həmin evdə təmir-tikinti işləri aparılmışdır.

13. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli, ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan, 1 dəhliz, 2 yaşayış otağından ibarət fərdi yaşayış evi və sözügedən torpaq sahəsinə bitişik 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların X2na məxsus olmuşdur. Binnət Şibilov evin 4m x 5 m ölçüdə olan otağını təmir etdirmiş və ailə üzvüləri ilə birlikdə orada yaşamışdır.Həmçinin həyətdə talvar inşa etdirmişdir. 1999-cu ildə o həmin evi, 07 ha həyətyanı torpaq sahəsini və torpaq sahəsinə bitişik halda olan 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 5000 (beş min) ABŞ dollarına cavabdeh X8 əri Nəriman Əliyevə satmış və sözügedən əmlakları onun istifadəsinə vermişdir. Lakin evin və torpaq sahələrinin alqı-satqısı notariat qaydasında həyata keçirilməmişdir. Nəriman Əliyev evin digər otaqlarını da təmir etdirmiş, evdə mətbəx və sanitar qovşaq inşa etdirmiş, həyətdə olan talvarda əlavə tikinti apararaq onu böyütmüş, torpaq sahəsinin çöl tərəfinə 43.0 m x 1.90 m olan mişar daşından hasar inşa etdirmişdir. Ekspert rəyinə əsasən bu işlərin görülməsinə təqribən 14398,30 manat pul xərclənmişdir. X14 15 oktyabr 2004-cü il tarixdə vəfat etmişdir. X21 ölmüşdür. 2020-ci ildə X6 vərəsələri olan iddiaçılar -İddiaçı1 , İddiaçı4 , İddiaçı3 və İddiaçı2 mərhum X4 miras qalan əmlaka- 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan fərdi yaşayış evinə və 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. xx.xx.20220ci ildə ev və torpaq sahələri İddiaçı4 adına 3/15 hissə, İddiaçı3 adına 4/15 hissə, İddiaçı2 adına 4/15 hissə və X10 adına 3/15 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.Həmçinin cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

14. Məhkəmə işin hallarını, mübahisəli 0.07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 107.8 kv.m olan fərdi yaşayış evi və 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasını, cavabdehlərin həmin torpaq sahələrinə və evə heç bir hüquqlarının qeydə alınmamasını, cavabdehlərin həmin əmlakdan istifadə etməklə iddiaçıların mülkiyyət hüquqlarını pozmalarını nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

15. Qarşılıqlı iddia tələbinin maddi ziyana aid hissəsi ilə ilə bağlı məhkəmə qeyd etmişdir:

16. Məhkəmə ev və torpaq sahələrinə görə alqı-satqının etibarsız olmasını, həmin əmlakların iddiaçılara qaytarılacağını, iddiaçıların evə və torpaq sahələrinə görə ödənmiş 5000 ABŞ dolllarını qaytarmamalarını, cavabdehlərin mübahisəli evdə və həyətyanı torpaq sahəsində təmir- tikinti işləri aparmalarını, bu işlərin görülməsinə 14398,30 manat pul xərclənməsini, həmin yaxşılaşdırma işlərini ayırmağın mümkün olmamasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi evə və torpaq sahəsinə görə ödənmiş 5000 ABŞ dollarına və yaxşılaşdırma işlərinə xərclənmiş 14398,30 manata aid hissədə əsaslıdır

17. Məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçılar tərəfindən çəkilən xərcin cavabdehlərə ödənilməməsi onun əsassız varlanmalarına səbəb olar .

18. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 (mirasdan aldıqları pay həcmində) müştərək qaydada torpaq sahələrinə və evə görə ödənmiş 5000 (beş min) ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14398,30 manat alınıb cavabdeh və digər Cavabdeh2 hüquq varisi X13 verilməlidir.

20. Cavabdehlər evin alınmasına görə 10000 ABŞ dolları verdiklərini, təmir- tikinti işlərinə 40000 manat xərc çəkdiklərini, iddiaçılar evin və torpaq sahəsinin müvəqqəti istifadə üçün cavabdehlərə verildiyini göstərsələr də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədilər.

21. Həmçinin şahidlər Şahid3, Şahid2 və X11 evin və torpaq sahəsinin 10000 ABŞ dollarına satılmasını cavabdehlərin sözlərinə əsasən bildirdiklərindən onların ifadəsinin bu hissəsi məhkəmə tərəfindən qəbul edilmir.

22. Şahid qismində dindirilmiş Şahid4 tərəflər arasında hüquq münasibətinin yarandığı vaxt ünvan 1 icra nümayəndəsi vəzifəsində işləməsini, hər iki tərəfin onun yanına gələrək alqı-satqının rəsmiləşdirilməsi üçün ona müraciət etmələrini, evin və torpaq sahələrinin 5000 ABŞ dollarına satılmasını bildirmələrini nəzərə alaraq məhkəmə onun ifadəsini işin hallarına uyğun hesab edib mötəbər sübut kimi qəbul etmişdir .

23. Maddi ziyanın qalan hissəsi ilə bağlı cavabdeh heç bir mötəbər sübut təqdim etməməsini, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər birinin əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalı olduğunu, bu müddət ərzində cavabdehlərin sözügedən evdən və torpaq sahələrindən istifadə etmələrini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

25. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

26. Məhkəmə işin hallarını, iddiaçıların cavabdehlərdən öz mülkiyyətlərində olan əmlaklarını tələb etmələrini, cavabdehlərə qarşı heç bir qanunazidd əmələ yol verməmələrini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyana aid hissədə əsassız olduğundan təmin edilməməlidir.

27. Məhkəmə hesab edir ki, iddia tələbləri üzrə ödənmiş məhkəmə xərcləri iddia tələblərinin təmin edilmiş hissələrinə münasib tərəflərdən tutulmalıdır.

28. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ilk iddia təmin edilməli, cavabdeh və digər Cavabdeh2 hüquq varisi X16 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107,8 kv/m olan evdən və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 (mirasdan aldıqları pay həcmində) müştərək qaydada torpaq sahələrinə və evə görə ödənmiş 5000 (beş min) ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14398,30 manat, habelə qarşılıqlı iddiaya görə ödənmiş dövlət rüsumu xərcinin 11.10 manatı alınaraq cavabdeh və digər Cavabdeh2 hüquq varisi X13 verilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

29. İlk iddiaya görə ödənmiş 10 manat dövlət rüsumu xərci cavabdeh və digər Cavabdeh2 hüquq varisi X7 alınıb iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 verilməlidir. Torpaq sahələrindən və evdən çıxarılma ilə pulun ödənməsi eyni vaxtda icra edilməlidir.

30. Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(019)-191/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddia təmin olunmuş, cavabdeh və digər Cavabdeh2 hüquq varisi X8 iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107,8 kv/m olan evdən və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 müştərək qaydada torpaq sahələrinə və evə görə ödənmiş 5000 (beş min) ABŞ dolları qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə, həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan 14398,30 manat, habelə qarşılıqlı iddiaya görə ödənmiş dövlət rüsumu xərcinin 11.10 manatın alınaraq cavabdeh və digər Cavabdeh2 hüquq varisi X13 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilk iddiaya görə ödənmiş 10 manat dövlət xərcinin cavabdeh və digər Cavabdeh2 hüquq varisi X7 alınıb iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 verilməsi, torpaq sahələrindən və evdən çıxarılma ilə pulun ödənməsinin eyni vaxtda icra edilməsi, 50 manat ekspertiza xərcinin 18,50 manatının iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, 31,50 manatının cavabdeh və digər Cavabdeh2 hüquq varisi X7 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22, hesaba ödənilməsi qət edilmişdir.

31. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 238, 337, 1091, 1092, 1096, 1097 və 1306cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

32. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 iyul 2020-ci il tarixdə verilmiş 546 nömrəli çıxarışdan görünür ki, X14 15 oktyabr 2004-cü ildə ölmüşdür.

33. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı4 adına 3/15 hissə, İddiaçı3 adına 4/15 hissə, İddiaçı2 adına 4/15 hissə və X10 adına 3/15 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydə alınmışdır

34. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 107,8 kv/m olan fərdi yaşayış evi İddiaçı4 adına 3/15 hissə , İddiaçı3 adına 4/15 hissə,İddiaçı2 adına 4/15 hissə və X10 adına 3/15 hissə olmaqla mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydə alınmışdır.

35. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-685F KOD 40113081 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1988-ci il tarixli 02 nömrəli qərarı ilə X12, X13, X17 və Cavabdeh2 ünvan 1i ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir.

36. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-442 KOD 40113081 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1988-ci il tarixli 02 nömrəli qərarı ilə X12, X13, X17 və Cavabdeh2 ünvan 1i ərazisindən 0.82 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.

36. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli 10/1771 nömrəli ekspert rəyindən görünür ki, Balakən rayonu, Talalar kəndi ərazisində yerləşən İddiaçı4 (3/15 hissə), İddiaçı2 (4/15 hissə), İddiaçı3 (4/15 hissə) və İddiaçı1 (4/15 hissə) paylı mülkiyyətində olan tikiliyə baxış keçirilən zaman tikilinin, 1 dəhliz, 2 yaşayış otağı, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evi olduğu müəyyən olunmuşdur. Tədqiq olunan tikilinin dəhliz hissəsinin divarları divar kağızı ilə üzlənmiş, döşəməsinə taxta vurulmuş, tavan hissəsinə isə dikt vurulmuşdur. Yaşayış otağının isə divarları boya ilə rənglənmiş, döşəməsinə taxta vurulmuş, tavanı isə dikt ilə üzlənmişdir. Əlavə olaraq fərdi yaşayış evində mətbəx və sanitar qovşaq inşa edilişdir. Mətbəxin divarları divar kağızı ilə üzlənmiş, döşəməsinə taxta vurulmuş, tavanı isə lambir ilə üzlənmişdir. Sanitar qovşağın divarları kafel ilə üzlənmiş, döşəməsinə metlaq vurulmuş, tavanı isə lambir ilə üzlənmişdir. Həmçinin baxış zamanı həmin tikilinin həyətyanı sahəsində, ölçüləri 4.5 m x 15 m olan talvar tikilisinin və ölçüləri 43.0 m x 1.90 m olan mişar daşından inşa edilmiş hasar tikilisinin mövcud olduğu müəyyən olunmuşdur. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 14398.3 manat məbləğində müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri 50 manatdır.

37. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

38. Həmin qətnаmədən cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X16 apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

39. Cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X16 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən cavabdeh və digər Cavabdeh2 hüquqi varisi X8 ünvan 1ində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107.8 kv.m olan evdən və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılmasını qət edilərkən, mübahisəli torpaq sahələrinin torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 685 F nömrəli (kod ********) şəhadətnamə və torpağa mülkiyyət hüququna dair JN seriyalı 442 nömrəli (kod ********) dövlət aktına əsasən onun ümumbirgə mülkiyyətində olmasını, həmin şəhadətnamə və dövlət aktının hazırki vaxtadək öz hüquqi qüvvəsində olmasını, məhkəmə qaydasında ləğv edilməsini, fərdi yaşayış evinin həmin həyətyanı torpaq sahəsində yerləşməsini nəzərə almamış, mülkiyyətdə olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən mülkiyyətçinin çıxarılmalı olması qənaətinə gəlmişdir. Halbuki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 685 F nömrəli (kod ********) şəhadətnamə və torpağa mülkiyyət hüququna dair JN seriyalı 442 nömrəli (kod ********) dövlət aktı öz hüquqi qüvvəsində olduğu halda, mülkiyyətçinin mülkiyyət hüququndan məhrum edilməsi yolverilməzdir.

40. Qarşılıqlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi həyətyanı torpaq sahəsi və evdə aparılmış tikinti-təmir işlərinin dəyərini 14398,3 manat hissədə təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 10/1771 nömrəli ekspert rəyini əsas gətirmiş, mülki iş materiallarına sübut kimi əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 fevral 2021-ci il tarixli ƏQ-17/2021 saylı mütəxəssis rəyinə qətnamədə istinad etməmiş, ümumiyyətlə həmin mütəxəssis rəyinə hüquqi qiymət verməmişdir. Belə ki, həmin mütəxəssis rəyinə əsaəsən, xərc yanaşması metodu ilə mübahisəli ünvanda aparılmış tikinti-təmir işlərinin 04 mart 2021-ci il tarixə real bazar dəyəri 34000 manat olaraq qiymətləndirilmişdir.

41. "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 fevral 2021-ci il tarixli ƏQ-17/2021 saylı mütəxəssis rəyinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş, həmin rəylə müəyyən edilmiş tikinti-təmir işlərinin dəyəri ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli, 10/1771 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş tikinti-təmir işləri dəyəri arasında mütənasibsiz fərq olmasına baxmayaraq komission məhkəmə ekspertizası təyin etməmiş, əsassız olaraq qarşlıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş komission məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatətini təmin etməmişdir. Torpaq sahəsi və evdə aparılmış tikinti-təmir işlərinin real dəyərinə uyğun olmayan nəticəyə gəlmişdir.

42. Birinci instansiya məhkəməsi tərəfindən həyətyanı torpaq sahəsi və evdə aparılmış tikinti-təmir işlərinin dəyəri müəyyən edilərkən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübuta xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməmiş, ümumiyyətlə həmin sübuta hüquqi qiymət verməmişdir. Bundan başqa, mülkiyyətdə olan torpaq sahəsindən mülkiyyətçinin çıxarılması barədə qətnamə qəbul edilmişdir.

43. Ona görə də, Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(019)- 191/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin olunması hissədə ləğv edilməsini, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3və İddiaçı2cavabdeh və digər Cavabdeh2 hüquqi varisi X8 ünvan 1ində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107.8 kv.m olan evdən və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının rədd edilməsini, Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli 2(019)-191/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın həyətyanı torpaq sahəsi və evdə aparılmış tikinti-təmir işlərinin dəyərinin təmin edilməməsi hissədə qismən ləğv edilməsini, İddiaçı1, İddiaçı4, İddiaçı3və İddiaçı2 müştərək qaydada həyətyanı torpaq sahəsi və evdə aparılmış tikinti-təmir işlərinin dəyəri kimi əlavə 19601,7 manat tutularaq cavabdeh və digər Cavabdeh2 hüquqi varisi X13 verilməsi barədə qətnamə qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

45. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X16 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında X8 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək apellyasiya şiakyətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1-1092.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

47. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

50. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

51. Cavabdeh Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(019)- 191/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı qismən təmin edərkən qarşılıqlı iddianın rədd edilmiş 1360 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, X8 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasına xx.xx.2023-cü ildə göndərdiyi xx.xx.2023-cü il tarixli barışıq sazişi məhkəmə kollegiyası tərəfindən təsdiq edilməmişdir.

53. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 39 və 42-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçıların cavabdehə qarşı iddia tələbi ünvan 1ində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107.8 kv.m olan ev və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən çıxması olmuş, cavabdeh isə qarşılıqlı iddia verərək həmin torpaq sahəsində və evdə olunmuş təmir və tikinti işlərinə çəkilmiş xərci və s. tələb etmişdir. Cavabdehin qarşılıqlı iddiasında həmin torpaq sahəsi və evin ona məxsus olması barədə heç bir tələb irəli sürülməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində baxılmış tələblər əsasında işə baxır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bu səbəbdən də, məhkəmə kolelgiyası apellyasiya şikayətinin həmin dəlilləri üzrə araşdırma aparmamışdır.

54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 40-41-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinin lazımi xüsusi bilik və bacarıqlara malik olması təsdiq olunduğundan və həmin orqanın ekspertləri tərəfindən verilmiş rəy "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən verilmiş rəydən daha etibarlı hesab olunduğundan, məhkəmə həmin mütəxəssis rəyinin deyil, ekseprt rəyinin nəticələrini sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

55. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X8 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə “komkpleks məhkəmə ekspertizasının təyin edilməsi barədə vəsatət” göndərmişdir. Vəsatətdə göstərilmişdir: “Mülki iş üzrə kompeks məhkəmə ekspertizası təyin olunsun. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:

1. İlk iddia üzrə iddiaçıların paylı mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində 2000-ci ildən halhazıra kimi hansı tikinti (fərdi yaşayış evinin damının yenilənməsi, əlavə otaq, hamam, mətbəx, həyətdə talvar, daş hasar, torpaq sahəsinin ətrafının tor və şiferlə hasara alınması, giriş-çıxış qapısının qoyulması) və təmir işləri görülmüşdür?

2. Tikinti təmir işləri görülmüşdürsə bu işlərin görülməsinə neçə manat xərc çəkilmişdir?

3. 1999-2000-ci illər ərzində ünvan 1i ərazisində 0,07 ha torpaq sahəsində inşa edilmiş təmirsiz tikilinin torpaq sahəsi ilə birlikdə real satış qiyməti neçə manat təşkil etmişdir?

4. İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 107.8 kv.m olan ev və həyətyanı torpaq sahəsinin yanında olan 0,0995 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi ilə X15 və ailə üzvlərinin (subyekt sayı-3 nəfər) mülkiyyətində olan ünvan 1i ünvanında JN seriyalı 442 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən 0.82 ha (0.7984+0.0262) kənd təsərrüfatlı təyinatlı və JN seriyalı 685F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, 0.09 həyətyanı torpaq sahələrinin cizgiləri üst-üstə düşürmü?” Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatında fərdi yaşayış evinin damının yenilənməsi, torpaq sahəsinin ətrafının tor və şiferlə hasara alınması və giriş-çıxış qapısının qoyulması məsələləri araşdırılmamışdır. Həmin məsələlərin araşdırılması üçün təkrar ekspertiza təyin edilmiş və əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 10/6872 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin girişə nisbətdə sol hissəsinin azbest materialdan şifer ilə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin arxa hissəsinin qonşu sahə ilə sərhəd xəttinin isə dəmir təbəqələrdən və metal tordan ibarət hasar ilə hasarlandığı müəyyən olunur. İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin girişə nisbətdə sağ hissəsinin dam örtüyünün yeniləndiyi müəyyən olunur. İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ümumi paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dəmir materialdan giriş-çıxış qapısının mövcud olduğu müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti (həyətyanı sahənin hasar alınması, dam örtüyünün yenilənməsi və giriş-çıxış qapısının quraşdırılması) işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1360.00 manat məbləğində müəyyən olunur. Belə olan halda məhkəmə kolelgiyası hesab edir ki, birinci instansiya məhkəməsi fərdi yaşayış evində təmir-tikinti işlərinə çəkilmiş xərclərin dəyərinin hesablanması zamanı yuxarıda göstərilən xərcləri nəzərə almamaqla həmin xərclərin dəyərinin iddiaçılardan alınıb cavabdehə ödənilməsi hissəsində yanlış nəticəyə gəlmişdir.

56. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın qismən təmin edilməsini qət etməklə qarşılıqlı iddianın həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan rədd edilmiş 1360 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X16 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(019)-191/2021 nömrəli qətnaməsi qismən qarşılıqlı iddianın həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan rədd edilmiş 1360 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, cavabdehlər X8 və Cavabdeh2 İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan rədd edilmiş 1360 manata aid hissədə təmin edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22).

57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh, eyni zamanda digər Cavabdeh2 hüquqi varisi X16 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(019)-191/2021 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddianın həyətyanı torpaq sahəsi və evdə aparılmış təmirtikinti işlərinin dəyəri olan rədd edilmiş 1360 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər X8 və Cavabdeh2 İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası həyətyanı torpaq sahəsi və evdə aparılmış təmir-tikinti işlərinin dəyəri olan rədd edilmiş 1360 manata aid hissədə təmin edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirlmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar