Məhkəmə qərarları › İş №2(107)-19/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-19/2025

22.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-19/2025 22.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, icraata xitam) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(025)-240/2023 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə paylı mülkiyyətlərində olan: 1) «Kamaz 5511» markalı 99HU442 dövlət qeydiyyat nişanlı yük avtomobilinin (xx.xx.2014-cü il tarixli Qeydiyyat vəsiqəsi) qiymətləndirilərək dəyərinin ½ hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi; 2) ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən (dekabr 1999-cu il tarixli Texniki pasport); 3) Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0,80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) torpaq sahəsindən və 0,78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD: ********) torpaq sahəsindən; və 4) göstərilən torpaq sahələri üzərindəki qeyri-yaşayış sahələrindən (tikililərdən) - 1\2 hissə payının naturada ayrılması; ayrılmış payının onun faktiki istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(025)-240/2023 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X4 аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(107)-943/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair işin icraatı, X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (dekabr 1999-cu il tarixli Texniki pasport), Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0,80 ha sahibkarlıq məqsədli (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN744, KOD: ********) torpaq sahəsindən və 0,78 ha (xx.xx.2006-cı il tarixli Dövlət Aktı (JN 739, KOD: ********) torpaq sahələrinə 1/2 hissə payı hüququ ilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-33/2025 nömrəli işi üzrə 7 may 2025-ci il tarixdə yekun məhkəmə aktı çıxarılmış və qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(107)-19/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(025)-240/2023 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icrааt təzələnmişdir. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 548/2025 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli 2- 1(116)-33/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmiş, qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilməsi qərara alınmışdır. İddiaçı X4 9 sentyabr 2025-ci il tarixdə məhkəməyə vəsatət göndərərək, yuxarıda göstərilən işə baxılıb qurtarılanadək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli 2(107)-19/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi” tələbinə dair işin icraatı, X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “1\2 hissədə mülkiyyət hüququnun məhkəmə qətnaməsi ilə müəyyən olunduğu torpaq sahəsinə dair hüquqlarının qeydə alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair” Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəsini alanadək dayandırılmışdır. İddiaçı X4 14 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlakların naturada ayrılması barədə məhkəmədən kənar razılıq əldə etmişlər. Bu səbəbdən iddiadan imtina etmək qərarına gəlmişdir. Hesab etmişdir ki, iddiadan imtina etməsi nəzərə alınaraq mülki işin icraatı təzələnməli və mülki işin icraatına xitam verilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2(107)-19/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(025)-240/2023 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icrааt təzələnmiş və mülki işə baxılması 22 oktyabr 2025-ci il tarixdə, sааt 11:30-da Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında 16 nömrəli zala təyin edilmişdir. İddiaçı X4 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə göndərərək iş üzrə icraata xitam verilməsi barədə ərizəsini təsdiq etdiyini, işə xitam verilməsində qərarlı olduğunu bildirmiş, xx.xx.2025-ci il saat 11:30-a təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilərək işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.5-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflərdən heç biri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 114cü maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,00 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası təsdiq edilsin. Qəbələ Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(025)-240/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100,00 manat pul iddiaçı X2 qaytarılsın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar