Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1907/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və sair tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Ələddin oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzilinə onların köçürülmələri, mənzilin çöl qapısının açarlarının onlara verilməsi, Mingəçevir şəhəri Maqomayev küçəsi 12 saylı evin 24 saylı mənzilinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ünvan 1 ünvanda yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirərək ödənilməklə mülkiyyət hüququna xitam verilməsi iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ünvan 1 ünvanda yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirərək ödənilməklə mülkiyyət hüququna xitam verilməsi iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iş üzrə Cavabdeh qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə dair cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 08.12.2020-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində aparılmış müvafiq vərəsəlik işi üzrə verilmiş vərəsəlik şəhadətnamlərinin etibarsız hesab edilməsi və onların adlarına DƏDRX-də aparılmış mülkiyyət hüququları barədə qeydlərin ləğv edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 06 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Ələddin oğlunun qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Ələddin oğlu həmin qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsin və qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Ələddin oğlu tərəfindən verilmiş şikayət belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsində mübahisəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirilərək ödənilməklə (kompensassiya olunmaqla) mülkiyyət hüquqlarına xitam verilməsi və digər tələblər barədə məhkəmə qətnaməsinin qəbul olunması xahiş edilmişdir. Daha sonra, alınmış müvafiq vəkil sorğuları ilə müəyyən olunmuşdur ki, ümumiyyətlə həmin mənzilə vərəsəlik qaydasında verilmiş şəhadətnamələr düzgün olmamış və hazırkı iş üzrə ilkin iddiaçıların vərəsəlik hüquqları olmamışdır. Məhz bu haldan çıxış edərək, qarşılıqlı iddia üzrə iddia tələbinin ümumilikdə dəyişdirilməsi barədə ərizə verilmişdir. Ancaq işə baxmış hakim ərizənin icraata götürülməsindən imtina etmişdir. İmtina olunmanın da səbəbini öz qərardadında tutarlı qaydada əsaslandırmamış, yalnız MPM-in 53-cü maddəsinin müddəasını təhrif etmişdir. İlk əvvəl, qərardadda qarşılıqlı iddia tələbləri işıqlandırıldıqdan sonra, tələbin dəyişdirilməsi barədə ərizə üzrə olan tələbləri qeyd etmişdir. Bundan sonra, “bu hal isə iddia predmetinin və əsasının dəyişdirilməsi kimi qiymətlənidirilir” kimi göstərdikdən sonra, "iddianın əsasım və predmetinin dəyişdirilməsi isə yolverilməzdir” cümləsini qeyd etmişdir. Buradan bir sual yaranır: nəyə görə məhkəmə özündən bu qaydada uydurma bir fikrə gəlir? Axı, AR-nın MPM-in 53-cü maddəsi iddiaçı tərəfindən iddianın əsasını və ya predmetini dəyişmə imkanının olduğunu imperativ olaraq müəyyən etmişdir. Hətta bu barədə qərardadın 2-ci səhifəsinin 1-ci abzasının birinci cümləsində bu barədə özü qeyd edir. Buna baxmayaraq, işə baxan məhkəmə həmin maddəyə növbəti cümləsində iddianın həm əsasını, həm də predmetini dəyişdirməyin mümkün olmadığını göstərir. Bunu da onunla əsaslandırmışdır ki, ya əsas, ya da predmetdən ancaq biri dəyişdirilə bilər. İlk əvvəl qarşıqlıqlı iddia tələbxpdə əgər mənzilə payı olan şəxslərin hüquqlarına xitam verilməklə müvafiq kompensassiyanın verilməsi olmuşdursa, hazırda həmin peredmet ümumilikdə dəyişdirilərək, ilkin iddiaçılara məxsus olan mənzilə olan mülkiyyət hüquqlarının ləğvi barədədir. Burada hansı uyğunsuzluq və ya MPM-in 53-cü maddəsinin tələbləri pozulmuşdur? Heç bir prosessual normanın tələbləri tərəfimizdən verilmiş ərizədə pozulmamışdır. Buna görə də Mingəçevir Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 avqust 2021ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Çünki, oxşar münasibətləri tənzimləyən MPM-in 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Öyrənilən işdən bəlli olur ki, hazırkı mülki iş üzrə ilk iddianın predmeti yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi müəyyən edilmişdir. İş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ünvan 1 ünvanda yerləşən 24 nömrəli mənzilə 1/8 hissədə İddiaçı1 və 1/8 hissədə İddiaçı2 paylarının dəyərinin pul ilə əvəzləşdirərək ödənilməklə mülkiyyət hüququna xitam verilməsi iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etsədə, sonradan qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə dair cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 08.12.2020-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində aparılmış müvafiq vərəsəlik işi üzrə verilmiş vərəsəlik şəhadətnamlərinin etibarsız hesab edilməsi və onların adlarına DƏDRX-də aparılmış mülkiyyət hüququları barədə qeydlərin ləğv edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, iş materiallarında və qarşılıqlı iddianın məzmunundan görünür ki, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə iddia predmetini və əsasını dəyişdirmək anlamını daşıyır. Cavabdeh qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvan 3 ünvanında yerləşən 24 saylı mənzilə dair cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 08.12.2020-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində aparılmış müvafiq vərəsəlik işi üzrə verilmiş vərəsəlik şəhadətnamlərinin etibarsız hesab edilməsi və onların adlarına DƏDRX-də aparılmış mülkiyyət hüququları barədə qeydlərin ləğv edilməsi iddianın predmetinə daxil deyildir. Bu hal isə iddia predmetinin və əsasının dəyişdirilməsi kimi qiymətləndirilir. İddianın əsasını və predmetinin dəyişdirilməsi isə yolverilməzdir. Ona görə də birinci instansiya məkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsi üçün əsaslar mövcud deyildir və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli plenum qərarından görünür ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina etməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni düzgün hesab edir. Digər tərəfdən məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, qarşılıqlı iddiaçı ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə dair cavabdehlər İddiaçı1 və İddiaçı2 xeyrinə 08.12.2020-ci il tarixdə Mingəçevir Regional “Asan Xidmət” mərkəzinin notariat ofisində aparılmış müvafiq vərəsəlik işi üzrə verilmiş vərəsəlik şəhadətnamlərinin etibarsız hesab edilməsi və onların adlarına DƏDRX-də aparılmış mülkiyyət hüququları barədə qeydlərin ləğv edilməsi barədə birinci instansiya məhkəməsində iddia qaldıra bilər və bu iddia icraata qəbul edildikdən sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə bağlı mülki işin həmin mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə məhkəməyə vəsatət verə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır və Mingəçevir Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263, 264, 397, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Ələddin oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(051)-750/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №2(107)-1907/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1907/2021
28.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver