Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1914/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X1rşı ümumi birgə mülkiyyətdə olan əmlaklarda payın müəyyən edilməsi və əmlakların naturada bölünməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin olunmuş, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan də 0,08 ha torpaq sahəsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin payı 1/4 hissə olmaqla birlikdə 0.08 ha torpaq sahəsinin 2/4 hissə, yəni 0,04 ha müəyyən edilməsi və həmin hissənin həyətin qabaq hissəsindən (uzunluğu 25,7) tam orta nöqtəsindən perpendikulyar istiqamətdə həyətin arxa hissəsindəki hasara qədər uzanmaqla (qabaq hissədən tərəflərin hərəsinə 12,85 metr olmaqla) naturada ayrılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdeh X2 alınaraq Az.MEM, VÖİN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 ilə JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ümumi birgə mülkiyyətdə olan Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi, müəyyən edilmiş paya müvafiq olaraq torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddianı bununla əsaslandırmışdırlar ki, onların, cavabdehin və mərhum X4 ümumi birgə mülkiyyətinə Zaqatala şəhəri V.İsmayılov küçəsində 0,08 ha həyətyanı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarına əsasən onların, cavabdehin və mərhum Mahmudağa İsmayılovun ümumi birgə mülkiyyətinə verilmiş və onların qeyd olunan torpaq sahəsi üzərində hüquqları JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Onlar məhkəməyə müraciət etmələrinin səbəbi mərhum X4 vərəsələri, o cümlədən cavabdeh ilə aralarında qeyd olunan torpaq sahəsinə payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi ilə bağlı razılığa gəlməmələri olmuşdur. Buna görə də onlar həm də paylarının naturada ayrılmasını istəyirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edərək, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədən narazıdır. Atası X10 13.07.2005-ci ildə Zaqatala şəhərində vəfat etmişdir, o, vəfatından əvvəl 13.04.2005-ci il tarixdə yaşadıqları ünvandakı evi ona vəsiyyət etmişdir. Həmin evin yerləşdiyi həyətdə 2 ev vardır. Evin biri kürsülü, digəri isə 2 mərtəbəli evdir. Atası kürsülü evi ona, 2 mərtəbli evin 2-ci mərtəbəsindəki 1 otağı bacısı Gülnara, 2 mərtəbəli evin qalan hissələrini isə qardaşı Həmzəyə vəsiyyət etmişdir. Atası özünə məxsus evlərdən heç birini qardaşı Kamaza vəsiyyət etməmişdir. Ona görə ki, atasının sağlığında Kamazla normal münasibəti olmamışdır. O, doğulduğu gündən bu günədək vəsiyyətnamədə qeyd olunan 2 mərtəbəli evin 1-ci mərtəbəsində yaşayır. Kürsülü evdə isə qardaşı Kamaz arvadı Arzu ilə birlikdə yaşamışdır. Həmin evlərin yerləşdiyi həyətyanı torpaq sahəsinin şəhadətnaməsi isə 2006-cı ildə hazırlanmış və həyətyanı torpaq sahəsi 4 nəfərin, atası İsmayılov Mahmud, qardaşları Kamaz və Həmzə İsmayılovlar və qardaşı arvadı İddiaçı2 mülkiyyətinə işlənmişdir. Kamaz və Arzu İsmayılovlar məhkəməyə müraciət edərək şəhadətnamədə qeyd olunan torpaq sahəsinin payların müəyyən edilməsi və naturada ayrılmasını xahiş etmişlər. Lakin məhkəmə şəhadətnamədə adları qeyd olunan şəxslərin harada olmaları, onların sağ və ya ölü olmaları barədə heç bir məlumat toplamamış, hətta cavabdeh kimi qeyd olunmuş Həmzə İsmayılova rəsmi qaydada məlumat vermədən məhkəmə keçirmiş və qanunsuz qətnamə çıxarmışdır. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçılar Arzu və İddiaçı1lar və cavabdeh Həmzə İsmayılov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin məhkəmə iclaslarına gəlməmələrini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Buradan görünür ki, məhkəmə iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmiş, iddiaçıların iddia ərizəsinə onların iştirakı olmadan məhkəmə iclasında baxaraq iddianı təmin etmişdir. MPM-in 185 və 259-cu mad. tələbləri pozulub. Bundan başqa qətnamədə qeyd olunur ki, X10 torpaq mülkiyyətçilərindən biridir və təsərrüfat başçısıdır. Eyni zamanda onun ölümü haqqında məhkəməyə arayış təqdim edilmişdir. Məhkəmə isə torpaq mülkiyyətçilərindən birinin öldüyünü bildiyi halda onun vərəsələrini işə cəlb etmədən, heç bir məlumat vermədən işə baxaraq vərəsələrin hüquqlarını kobud şəkildə pozmuşdur. Ali Məhkəmənin göstərişlərinə əməl etmədən, yəni, hüquqlarına toxunan şəxsə məlumat vermədən məhkəmə iclasını keçirmiş və qətnamə qəbul etmişdir. Zaqatala rayon Məhkəməsi işə baxarkən ən azından həmin torpaq sahəsinə yerində baxış keçirmiş olsaydı onun bu işdən məlumatı olardı. İş üzrə cavabdeh Həmzə İsmayılov isə torpaq şəhadətnaməsində adı olsa da özü Bakı şəhərində yaşayır və onun da bu işdən məlumatı olmamamışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)- 25/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı2, cavabdeh X7 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarına əsasən Zaqatala şəhəri V.İsmayılov küçəsində İddiaçı2, İddiaçı1 Mahmud oğlu, X11 və X8 ümumi birgə mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X10 13 iyul 2005-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2017-cı il tarixli 25883 saylı ekspert rəyindən görünür ki, Zaqatala şəhəri V.İSamyılov küçəsində yerləşən JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə müəyyən edilmiş 0,08 ha həyətyanı torpaq sahəsindən, həmin sahədə olan tikililər nəzərə alınmaqla iddiaçıların payına düşən 2/4 hissənin naturada ayrılması mümkündür. Bölgü zamanı, iddiaçıların istifadələrində olan fərdi yaşayış evini onların istifadələrində saxlanılmaqla 2/4 paya uyğun 0,04 ha torpaq sahəsi ayrılan zaman bölgü sərhədi ilə müəyyən edilir. Bölgü sərhədi torpaq sahəsinin qarşı tərəfin (küçə istiqamətindən) mərkəzindən torpağın arxa divarına qədər perpendikulyar düz xətt boyunca 30,2 m olmaqla müəyyən edilir ki buda AutoCAD proqramı vasitəsilə işlənib hazırlanmış bölgü plan-sxemində ətraflı qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 214.1, 220.1, 220.2, və 220.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-ci maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinin göstərişinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən mübahisəli 0,08 ha torpaq sahəsi tam qanuni əsaslarla tərəflərin və mərhum Mahmudağa İsmayılovun ümumi birgə mülkiyyətinə verilmişdir. Mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcuddur və həmin hüquq istər hazırkı tələblə məhkəməyə müraciət edilməmişdən əvvəl, istərsə də indi tərəflərin ümumi birgə mülkiyyətindədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Hazırda mübahisə predmeti olan torpaq sahəsinin JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətinə verildiyini nəzərə alsaq, onda mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının həyata keçirilməsinə heç bir maneənin olmadığı qənaətinə gələrik. Bu baxımdan da məhkəmə bu fikirdə olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi tam qanuni əsaslarla tərəflərə məxsusdur. Lakin, hazırkı vəziyyətdə iddiaçılar mülkiyyətlərində olan bu torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər. İddiaçıların həmin torpaq sahəsində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuş, iddiaçıların torpaq sahəsinə sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Bu səbəbdən də, iddiaçılar ümumi mülkiyyətlərində olan paylarının müəyyən edilməsini və həmin payların naturada ayrılmasını xahiş etmişdirlər. İddiaçıların bu tələbinin hüquqi əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) ümumi mülkiyyət hüququndan bəhs edən fəslinin normalarında bir mənalı olaraq təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin fikrincə hazırkı halda göstərilən xüsusatları nəzərə alınaraq mülkiyyətçilərin mənafelərinin müdafiə edilməsi tamamilə haqlı və ədalətlidir. Çünki, tədqiq edilmiş sübutlardan da aydın olur ki, mübahisə predmeti olan torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Həmçinin tərəflər ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçılara çatan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlməmişlər. Yaranmış vəziyyətdə məhkəmə iddia tələbinin payların müəyyən edilməsi hissəsinə münasibətdə tələblə razılaşır. Yəni yuxarıda göstərilən mülki qanunvericiliyinin tələblərinə görə birgə mülkiyyətçilər öz paylarının ayrılmasını tələb etməkdə haqlıdırlar. Lakin birgə mülkiyyətdə olan payın naturada ayrılması o halda mümkündür ki, paylar müəyyən edilmiş olsun. İş materiallarında olan JN – 1900 A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi tərəflər dörd nəfər ailə üzvü olmaqla və hər birinə bərabər payda torpaq sahəsi müəyyən edilməklə birlikdə onlar 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Belə olduğu təqdirdə həmin 0,08 ha torpaq sahəsinin 2/4 hissəsi iddiaçıların payı kimi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi torpaq sahəsindən iddiaçıların payına düşən hissənin naturada ayrılması hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə payların naturada ayrılmasının mümkünlüyü ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən alınaraq Az.MEM, VÖİN**********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan də 0,08 ha torpaq sahəsindən iddiaçıların hər birinin payı 1/4 hissə olmaqla birlikdə 0.08 ha torpaq sahəsinin 2/4 hissə, yəni 0,04 ha müəyyən edilsin və həmin hissə həyətin qabaq hissəsindən (uzunluğu 25,7) tam orta nöqtəsindən perpendikulyar istiqamətdə həyətin arxa hissəsindəki hasara qədər uzanmaqla (qabaq hissədən tərəflərin hərəsinə 12,85 metr olmaqla) naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan hüquq və vəzifələrinə toxunan şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər X12, X9, X5 və X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1914/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1914/2021
13.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver