Məhkəmə qərarları › İş №2(107)-192/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-192/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-192/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Göyçay Rayonu Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(046)-1371/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə təmir işlərinin aparılması məqsədi ilə xx.xx.2021-ci tarixdə iş üzrə tərəf olmayan X5 ilə notarial qaydada podrat müqaviləsi bağlamış, lakin Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən 8000 manat pul müqabilində razılaşmaqla Tərlan iddiaçıya məxsus mənzildə təmir tikinti işləri aparmışdır. İddiaçı özünə məxsus mənzildə aparılmış təmir işlərinin keyfiyyətsiz yerinə yetirildiyini iddia edərək, ona ziyan vurulduğunu əsas gətirərək cavabdehə ödədiyi 8000 manat pulun, 4000 manatını geri tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzil xüsusi mülkiyyətindədir. Mənzilin təmiri ilə əlaqədar bacısının yoldaşının dostu olan Cavabdeh ilə 8000 manata razılaşmış, həmin pulu Tərlana vermişdir. Pulun müqabilində Tərlan mənzili tam təmir edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh evi tam təmirili şəkildə ona təhvil verməmiş, gördüyü işləri keyfiyyətsiz yerinə yetirmişdir. Bununla bağlı dəfələrlə onunla əlaqə saxlayıb yarımçıq qalan işini icra etməyini xahiş etsə də cavabdeh müxtəlif bəhanələrlə boyun qaçırmışdır.

4. İddiaçı məxsus mənzili tam təmiri üçün 2020-ci sentyabr ayında mənzilin tavan və divarlarına astar və üz örtük çəkilməsi, oboy, rənglənmə və s. bu kimi işlərini görmək üçün 8000 manata razılığa gəlmişdir. Həmin mənzildə evin təmiri üçün onunla bərabər usta və fəhlə kimi çalışan - Məmməd Abbasov, Firuddin Vahabov, Mirzə İsmayılov və Səlim Bayramov işləmişdir. 2020-ci ilin sentyabr-dekabr aylarında 3 ay ərzində iddiaçı G. Ataşovaya məxsus mənzili tam keyfiyyətli şəkildə işləyib təmir edərək ona təhvil vermişlər. İddiaçı mənzilin təmirindən razı qalmış və buna görə də iş bitdikdən sonra mənzili onlardan təhvil almışdır. Cavabdeh iddia tələbində göstərdiyi 8000 manat pulu indiyədək tam olaraq ona ödəməyib. Onun xidmət haqqı olaraq indiyədək ödədiyi 4500 manatdır. Əlavə borclu qaldığı 3500 məbləği isə hər dəfə ondan istəyəndə evin təmirində guya hansısa qüsurun olduğunu ona bildirməklə həmin qüsurun aradan qaldırılmasını tələb edir. iddiaçının 2021-ci il tarixdə 3 dəfə evinə gedərək onun tavanında olan kiçik xərcli gözəçarpacaq qüsurları aradan qaldırmışlar.. Buna baxmayaraq onlara borclu qaldığı 3500 manat məbləğində pulu ödəyəcəyini vəd etsə də sonradan, müxtəlif bəhanələr gətirməklə həmin pulu ona ödəməkdən yayınmışdır. 1 il 6 ay əvvəl təhvil verdikləri mənzilin təmirində hər hansısa qüsur olmamış, iddiaçının qeyd etdiyi tavanda olan bəzi qüsurlar isə onun istəyi ilə aradan qaldırlımışdır. Bu kimi hallara görə əsassız və sübutsuz iddialar irəli sürmək, hətta tam məbləğdə ödəmədiyi xidmət haqqının yarısını əsassız olaraq geri istəmək olduqca ədalətsiz və qərəzli hərəkətlərdir.

5. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, mənzilin təmiri üçün X5 ilə podrat müqaviləsi bağlasa da, mənzilində təmir işlərini Cavabdeh, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid və digər fəhlə ustalar aparmışdır. İddia ərizəsində qeyd etdiyi xüsusatlara əsasən hesab edir ki, iddiası əsaslıdır və təmin edilməsini xahiş edir. Mənzildə aparılan təmir işlərinin keyfiyyətinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə lüzum görmür.

6. Cavabdeh nümayəndəsi (qardaşı) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, qardaşı Tərlan və digər usta və fəhlələr iddiaçıya məxsus mənzildə təmir tikinti işləri aparmışlar. Təmir tikinti işlərinin aparılması ilə əlaqədar iddiaçı ilə 8000 manata razılaşmışlar. Mənzil tam təmir edildikdən sonra iddiaçı razılaşdıqları 8000 manat pulun 4.500 manatını vermiş, 3.500 manat borclu qalmışdır. Mənzil cavabdeh tərəfindən tam təmir edilmişdir. Hesab edir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməsini xahiş edir.

7. Məhkəmədə şahid qismində izahat vermiş Şahid göstərmişdir ki, iddiaçıya məxsus mənzildə Cavabdeh ilə birlikdə təmir işləri görmüşdür. Həmin təmir işlərinin görülməsi ilə əlaqədar Günəşxanım ilə 8000 manata razılaşmışlar. Mənzil təmir edilərkən iddiaçı həmin puldan 4.500 manatını vermiş, 3.500 manat borcu qalmışdır. Mənzili tam təmir etdikdən sonra iddiaçı qalan borcunu hər ay 500 manat ödəməklə qaytaracağını bildirsə də, bu günədək borcunu qaytarmışdır. İddiaçıya qalan pulu ödəməsini tələb etsələr də iddiaçı pulu qaytarmaqdan imtina etmişdir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə təmir işlərinin aparılması məqsədi ilə xx.xx.2021-ci tarixdə iş üzrə tərəf olmayan X5 ilə notarial qaydada podrat müqaviləsi bağlamış, lakin Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən 8000 manat pul müqabilində razılaşmaqla Tərlan iddiaçıya məxsus mənzildə təmir tikinti işləri aparmışdır. İddiaçı özünə məxsus mənzildə aparılmış təmir işlərinin keyfiyyətsiz yerinə yetirildiyini iddia edərək, ona ziyan vurulduğunu əsas gətirərək cavabdehə ödədiyi 8000 manat pulun, 4000 manatını geri tələb edir.

9. Məhkəmə baxışı zamanı işin faktiki hallarından və şahid izahatından müəyyən edilmişdir ki, İddiaçı sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə Cavabdeh, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid və digər usta fəhlələr 8000 manat pul müqabilində təmir işləri aparmışlar. Aparılmış təmir işlərinə görə İddiaçı 8000 manat puldan cavabdehə və digər şəxslərə 4500 manatını ödəmiş, qalan 3500 manatı hər ay 500 manat ödəyərək qaytarmaqla razılaşmışdır. Daha sonra İddiaçı cavabdehə və digər şəxslərə borclu qaldığı 3500 manat pulu qaytarmaqdan boyun qaçırmışdır.

10. Məhkəmə baxışı zamanı iş üzrə tərəf olmayan X3 cavabdeh kimi cəlb edilməsi İddiaçı təklif edilmiş, İddiaçı Anar Əliyevin cavabdeh kimi cəlb edilməsinə və mənzildə aparılmış təmir işlərinin keyfiyyətinin yoxlanılması üçün ekspertizanın keçirilməsinə zərurət olmadığını bildirmişdir.

11. Eləcə də, məhkəmə baxışı zamanı İddiaçı sahibliyində olan mənzildə aparılmış təmir işlərinə görə Cavabdeh və onunla birlikdə usta kimi çalışmış digər şəxslərə 8000 manat pul ödədəyinə və mənzildə Cavabdeh tərəfindən keyfiyyətsiz təmir işlərinin aparılmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də hesab edir ki, İddiaçı Cavabdeh mənzilin təmiri ilə əlaqədar ziyana görə pul tələbi tam əsassızdır.

12. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 4000 manat pulun tutulması barədə tələbi rədd edilməlidir.

13. Göyçay Rayonu Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(046)-1371/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) İddiaçı Cavabdeh 4000 manat pulun tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 157-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli və "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli mənzil tikintisi haqqında Laura firması ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzilin tikintisi ilə əlaqədar müqavilə bağlamışlar.

16. Məhkəməyə təqdim edilmiş Laura firması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.

17. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş öhdəlik Müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2372, C blokunda 273 saylı mənzildə təmiz işləri aparılması ilə əlaqədar X5 ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmış, işlərin görülməsi üçün İddiaçı X4 1000 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. X5 03 ay ərzində həmin mənzildə təmir-tikinti işlərinin aparılmasını öhdəsinə götürmüşdür.

18. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, yaşadigi Baki şəhəri Xətai rayonu, M.Hadi kücəsi ev 2327, C Blokunda 273 sayli mənzil xüsusi mülkiyyətindədir. Mənzilin təmiri ilə əlaqədar bacisınin yoldaşinin dostu olan Cavabdeh oglu ilə 8000 manata razilaşmiş və həmin məbləgi cavabdehə tam şəkildə ödəmişdir. Pulun müqabilində cavabdeh mənzili tam təmir edəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh evi tam təmirli şəkildə mənə təhvil verməmiş, gördüyü işləri keyfiyyətsiz yerinə yetirmişdir. Mənzilin təmiri ilə əlaqədar olaraq X8 oglu ilə podrat müqaviləsi baglasa da mənzildə təmir işlərini Cavabdeh oglu və digər fəhlələr yerinə yetirmişdir. Cavabdehlə arasında olan raziliga görə 3 ay ərzində mənzil yüksək səviyyədə təmir olunaraq ona təhvil verilməli idi. Cavabdeh təmir işlərinə 2020-ci ilin iyul ayinda başlasa da xx.xx.2020-ci ildə mənzili yari-yarimciq təhvil vermişdir. Evi yarimciq təhvil götürməyinə əsas səbəb həmin vaxti kirayədə qaldigi ücün kirayə haqqi ödəməkdə cətinlik cəkdiyi olub. Bu səbəbdən evə köcərək yarimciq işlərin görülməsini cavabdehdən tələb etmişdir. Cavabdeh bildirmişdir ki, yarimciq qalan işləri 2021-ci ilin yaz aylarinda görəcək. Lakin bu aylar ərzində mənzilin təmir işlərində bir cox fəsadlar baş verdi. Belə ki, mənzilin döşəmə hissəsi həddindən artiq sixildigi ücün döşəmə tamamilə şişmiş, laminatlar çatlamişdir. Eyni döşəmənin qabarmasi nəticəsində mənzilin qapilarinda da problemlər yarandi, qapi normal şəkildə acilibbaglanmirdi. Kafel və metlaklar tamamilə əyri və səliqəsiz vurulmuş, hətta bir neçə metlaklar da çatlamişdir. Buna səbəb metlakin alt hissəsinin normal doldurulmamasi olmuşdur. (Metlak və qapilar bahali materiallardir) Divar kagizlari həddindən artiq səliqəsiz və bərbad vəziyyətdə vurulmuşdur. Sanitar qovşagin giriş hissəsi qeyri-normal təmir olunub. Cavabdehlə arasında olan naraziliqlardan sonra cavabdeh mənzildə olan nöqsanlarin bir neçə hissəsini təmir etmiş, bir cox hissə isə yararsiz vəziyyətdə qalmışdir. Cavabdeh həmin hissələri düzəldəcəyinə söz versə də müxtəlif bəhanələr gətirərək hec bir iş görməmişdir. Cavabdehin qardaşi məhkəmədə yalan ifadə verərək bildirmişdir guya onun cavabdehə 3.500 manat məbləgində borcu qalib. Həmin məbləgi hissə-hissə hər ay 500 manat olmaqla qayratacaq. Bu fakt tamamilə yalniş olmaqla ona atilan bir böhtandir. Cavabdehin pulunu hissə-hissə 3 ay əızində tam ödəmişdir. Sonuncu borclu qaldigi 1000 manat pulu 2020-ci ilin dekabr ayinda taksi sürücüsünün yaninda cavabdehə vermiş və həmin taksi ilə onu yola salmışdir. (evin materiallarin alinmasinda, daşinmasinda taksi sürücüsü iştirak edib) Cavabdehə hec bir məbləgdə borcu qalmamişdir. Döşəmə və kafellər və divar kagizi yararsiz vəziyyətdə oldugu ücün əlavə xərcə düşərək yenisini almişdır. Hətta qaz xəttinin çəkilməsi ücün əlavə usta dəvət etmiş və pulunu o ödəmişdir. Halbuki, bu işləri cavabdeh görməli idi. Tikinti materiallarini mənzilə cavabdeh daşimali oldugu halda əlavə xərc cəkərək fəhlələrə əlavə pul ödəmişdir. Cavabdeh ona razilaşdigi məbləgdən əlavə 1.500 xərcə salmişdir. Bu faktlar məhkəmə tərəfindən nəzərə alinmamişdir. Nəticədə əsassiz olaraq iddiası rədd edilmişdir.

20. Məhkəmə iclasina 3 dəfə şahid aparmişdır. Həmin şahidlər cavabdehə borclu qalmadigini və mənzilinin keyfiyyətsiz təmir olunmasını təstiq edə bilərdi. Lakin hakim 3 şahidini dindirməkdən qəti olaraq imtina etmişdir. Hakim iş üzrə ekpertiza təyin olunmasi barədə ona sual vermiş və ekspertiza xərci olan 200 manat pulu dərhal məhkəmə zalinda ödəməyini tələb etmişdir. Onun üzərində isə yalniz yol xərci qaldigi ücün buna lüzum olmadigini bildirmişdir. Lakin ekpertizanin kecirilməsi işin yekun həllinə təsir göstərəcəyini anlamişdır. Hələ məhkəmə iclasini aciq elan etmədən hakim ona bildirmişdir ki, onsuz da onun ziyanina qərar verəcək.

21. Ona görə də, Göyçay Rayonu Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(046)- 1371/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(025)-75/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770.1-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Qərarlar: Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Cavabdeh Göyçay Rayonu Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(046)- 1371/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegyiasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, sifarişçi olan iddiaçı ilə podratçı olan cavabdeh arasında 2020-ci ilin sentyabr ayında şifahi podrat müqaviləsi bağlanmışdır. Podratçı 3 ay ərzində özünə məxsus materiallarla iddiaçıya məxsus mənzildə təmir işlərini görməyi, sifarişçi isə həmin işlərin görülməsinə görə podratçıya hissə-hissə cəmi 8000 manat muzd ödəməyi öhdəsinə götürmüşdür. Podratçı üzərinə düşən öhdəliyi icra etmiş, sifraşçi də icra olunmuş işi qəbul etmişdir. Sifarişçi icra olunmuş işin keyfiyyətsiz icra olunduğunu əsas gətirərək podratçıya muzd olaraq ödədiyi 8000 manatın 4000 manatını geri tələb edir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən edildi ki, X5 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlınmış podrat müqaviləsi Cavabdeh ilə iddiaçı arasında olan şifahi razılaşmayla görülməli olan işlərdən öncə görülən işləri nəzərdə tutur. Həmin işlər sanitar qovşağı, süvaq, mala, kafel, metlax və elektrik işlərindən ibarət olmuşdur.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətində evin təmirində yaranmış bir sıra nöqsanları sadalamışdır ki, onlardan bəziləri bu qətnamənin 30-cu bəndində göstərilmiş müqaviləyə əsasən X3 öhdəliyinə düşən işlər olmuşdur. Həmin işlər üzrə hazırki iş üzrə cavabdeh məsuliyyət daşıya bilməz. Eyni zamanda, iddiaçı apellyasiya şikayətində hazırki iş üzrə cavabdehin sonradan evə gələrək nöqsanların bir neçəsini aradan qaldırdığını, bir çoxunun isə qaldığını qeyd etmişdir ki, həmin aradan qaldırılan və qalan nöqsanların ayrı-ayrılıqda hansı nöqsanlar olduğu aydın deyildir. Cavabdeh də məhkəmə iclaslarında həmin mənzilə sonradan 3 dəfə getməklə yaranmış nöqsanları aradan qaldırdığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nəticədə hansısa nöqsanların qaldığı qeyri-müəyyən olmaqla sübut olunmur.

32. Cavabdeh ilə iddiaçı arasında olan şifahi razılaşmaya əsasən işlərin görülməsinin 8000 manata razılaşdırılması işin mübahisə edilməyən halı olsa da, cavabdeh həmin pulun yalnız 4500 manatının ona verildiyini etiraf edir, qalan 3500 manat pulun isə verilmədiyini iddia edir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh ilə iddiaçı arasında olan şifahi razılaşmanın icra edilməsi və mənzilin iddiaçı tərəfindən hazırki iş üzrə cavabdeh və digərlərindən təhvil alması işin mübahisəsiz hallarındandır. Belə olduqda, qeyd edilən şifahi razılaşma icra olunmaqla mənzilin təhvil verilməsi təsdiq olunur, iddiaçının iddia etdiyi icranın keyfiyyətsizliyi sübut olunmur və bu əsasla da cavabdehdən tələb etdiyi pulun cavabdehə verilmiş olması isə mübahisəli olaraq qalır.

34. Məhkəmə kollegiyası bu qətnamənin 30-33-cü bəndlərində göstərilmiş əsaslarla belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil və birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(046)-1371/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayonu Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2(046)-1371/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar