Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1944/2020 23.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(075)-1022/2020 nömrəli mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh şikаyət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olaraq ekspertiza təyin edərək icraatı dayandırmışdır. Qərardaddan da göründüyü kimi məhkəmə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin, həmin ekspertizanın keçirilməsinin nə üçün zəruri olmasını əsaslandırmamışdır. Hesab edir ki, ekspertizanın təyin edilərək işin rəy alınanadək dayandırılması məhkəmə prosesinin əsassız yerə uzanmasına və süründürməçiliyə gətirib çıxarır və nəticədə ədalət məhkəməsinin səmərəliliyini azaldır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)- 1022/2020 nömrəli qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(075)-1022/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 nömrəli qərardadından Cavabdeh verdiyi şikayəti müzakirə olunması üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iş üzrə obyektiv yekun məhkəmə qərarının çıxarılması üçün Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11(23) saylı fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən tikinti işləri aparılarkən tikinti norma və qaydalarına riayət edilib-edilməməsi, aparılan tikinti işlərinin iddiaçıların öz hüquqlarını həyata keçirməsinə maneçilik törədib-törətməməsi müəyyən edilməlidir. Həmin məsələlərin araşdırılması üçün xüsusi bilik tələb olunduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmalı, ekspertizanın aparılması Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nın 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işin icraatını dayandırır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(075)-1022/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1944/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1944/2020
23.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver