Məhkəmə qərarları › İş №2(107)-196/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-196/2021

30.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-196/2021 30.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətlərində olan torpaq sahələrində paylarının naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2018-cu il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2018-cu il tаrixli, 2(033)-917/2018 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) iddiа qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********50 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 3/4 hissə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin 06.09.2018-ci il tarixli 8M- 064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 1 və 2 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, iddiaçıların və cavabdehin ümumi paylı mülkiyyəti sayılan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,2010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (çoxillik əkmələr) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 3/4 hissə payları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin 06.09.2018-ci il tarixli 8M-064 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş 5 və 6 saylı ölçü planı sxemlərinə əsaslanmaqla yerdə (naturada) ölçüləri və koordinatları göstərilməklə, naturada ayrılıb onların faktiki sahibliyinə və istifadəsinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi və ekspertiza xərci olan 60 (altmış) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Muhma oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 09 yanvar 2020-ci il tarixli qətnaməsinə əsаsən, Cavabdeh Muhma oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2018-cu il tаrixli, 2(033)- 917/2018 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin təmin edilməməsi, İddiaçı2 tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pulun iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tutularaq Dövlət büdcəsinə- AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 həmin qətnaməsindən kаssаsiyа şikаyəti vermişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşad Şamayev 04 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, habelə vəkilləri X2 tərəfindən verilmiş kassasiya şikayətin təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(107)-33/2020 nömrəli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. İşin hаllаrı: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh Muhma oğluna qarşı paylı mülkiyyətlərində olan torpaq sahələrində paylarının naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlara əsasən, paylı mülkiyyətlərində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0.2010 torpaq sahəsinin onların mülkiyyətlərində olan 3/4 hissəsinin cavabdehə məxsus 1/4 hissəsindən naturada ayrılması və onlara məxsus torpaq sahələrindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onların paylı mülkiyyətində bir neçə yerdə torpaq sahələri vardır. Həmin torpaq sahələri daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış da verilmişdir. Həmin torpaq sahələrində hər birinin payı bərabərdir. İddiaçı2 ilə Cavabdeh keçmiş ər-arvaddırlar. Onların nikahları uzun illərdir pozulmuşdur və hazırda bir-birindən ayrı yaşayırlar. İddiaçılar isə birgə bir münasibətdədirlər. Lakin, paylı mülkiyyətdə olan torpaq sahələrindən cavabdeh özü tək istifadə edir, iddiaçılara düşən hissədən də istifadə edərək onların əmlakını mənimsəyir. Cavabdehlə öz aralarında həmin əmlakı bölüşdürə bilmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlə birgə həmin əmlaka sərəncam vermək mümkün deyildir. Onlar öz paylarını ayırmaq istəyirlər. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən həm də iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi olan İddiaçı2 izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onu müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Muhma oğlu iddia tələbini qismən qəbul edərək, izahatında keçmiş arvadı İddiaçı2 ilə 2006-cı il tarixdə ayrıldıqlarını, hazırda barəsində mübahisə gedən torpaq sahələrində iddiaçı ilə ayrıldıqdan sonra fındıq bağları əkdiyini, fındıq bağlarının salınmasında bütün işləri o təkbaşına yerinə yetirdiyini, həmin torpaq sahələrindən iddiaçılara düşən payın əvəzində onlara ayrıca iki yerdə olan torpaq sahəsini verməyə razı olduğunu bildirdi. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 cavabdehin təklif etdiyi ayrıca topraq sahəsinin özlərinə düşən pay torpaqla əvəz edilməsinə razı olmadığını və iddia tələbini müdafiə etdiyini bir daha bildirmişdir. İşdə olan Zaqatala RPŞ tərəfindən 22.06.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1969-cu il tarixdə Zaqatala rayonu Sumaylı kəndində anadan olmuşdur və Zaqatala rayonu Göyəm kəndində qeydiyyatdadır. İşdə olan Zaqatala RPŞ tərəfindən 09.05.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuşdur və Zaqatala rayonu Göyəm kəndində qeydiyyatdadır. İşdə olan Zaqatala RPŞ tərəfindən 14.07.2009-cu il tarixdə verilmiş AZE seriyalı 07186062 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuşdur və Zaqatala rayonu Göyəm kəndində qeydiyyatdadır. İşdə olan Zaqatala RPŞ tərəfindən 24.05.2013-cü il tarixdə verilmiş AZE seriyalı 13404608 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Muhma oğlu 03.10.1961-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuşdur və Zaqatala rayonu Göyəm kəndində qeydiyyatdadır. İşdə olan Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 13.06.2017-ci il tarixli 7E-1148 reyestr nömrəli etibarnamədən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmədə onların adından onlara aid olan mülki iş üzrə bütün hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. İşdə olan surəti notariusda təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış , reyestr nömrəsi **********50 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) hər birinin payı 1/4 olmaqla, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh paylı mülkiyyətindədir. İşdə olan surəti notariusda təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış , reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,2010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) hər birinin payı 1/4 olmaqla, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh paylı mülkiyyətindədir. İşdə olan surəti notariusda təsdiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə İddiaçı2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmış , reyestr nömrəsi **********48 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,0879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) hər birinin payı 1/4 olmaqla, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh paylı mülkiyyətindədir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İş üzrə qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin qətnaməni çıxararkən işin hallarını obyektiv olaraq hərtərəfli araşdırmamış və iş üzrə keçən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam olaraq baxmamış, nəticədə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmiş və sonda əsassız, ədalətsiz və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi 4 nəfər ailə üzvünə verilən kolxozun aqrar islahat proqramına uyğun sahələrin dəqiqləşdirilməsini təmin etməmiş, 0,920 ha torpaq paylarının olmasını nəzərə almamış, 0,7080 ha ümumi torpaqlarının olmasını göstərmişdir. Onun adına sənədlər olmasına, 0,920 ha çöl əkin sahənin yararlı hala salmasına, oraya fındıq bağ əkin qulluq edilməsində iddiaçıların heç bir iştirakı olmamasına qiymət verməmiş, onun 12 ildən çox çəkdiyi xərci və zəhmətinin əvəzinin qanunun tələbinə uyğun müəyyənləşdirib verilməsinə dair qətnamə çıxarılmamışdır. Məhkəmə adam-başına çöl əkin sahədən düşən pay torpaq yerlərini ölçüb dəqiqləşdirməmişdir. Həmin torpaq sahələrində əkilib yerləşdirilən bağların kimin zəhməti və vəsaiti hesabına yaradılmasına qiymət verməmiş, qeyri obyektiv qətnamə çıxarılmışdır. Bu sahələrə onun zəhmət haqqı xərcləri müəyyənləşdirilməmişdir. İddiaçıların bu sahələrə çəkdikləri xərclər və gördüyü işlər qətnamədə əksini tapmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməlidir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı2 və İddiaçı3 birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 ilə Cavabdeh Muhma oğlu keçmiş ər-arvad olmuşlar və onların birgə nikahından iki uşaqiddiaçılar İddiaçı1 ilə İddiaçı3 doğulmuşdur. İddiaçı2 ilə Cavabdeh Muhma oğlu arasında olan nikah pozulmuşdur. İddiaçı2 ilə Cavabdeh Muhma oğlunun birgə nikahları dövründə Zaqatala rayonunda həyata keçirilmiş aqrar islahatı zamanı ailə üzvlərinə əmlak payı olaraq, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha, 0,2010 ha və 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri hər birinin payı 1/4 hissə olmaqla onların paylı mülkiyyətinə verilmişdir. Bu barədə onların adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsindən 08.06.2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Azərbaycan Respublikası MPM-in 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar Cavabdeh Muhma oğlunun iştirakı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, Zaqatala rayonu Göyəm kəndində yerləşən barəsində mübahisə gedən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Birinci instansiya məhkəməsi baxış zamanı yerində müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən məhkəməyə təqdim olunmuş 06.09.2018-ci il tarixli ŞM-064 nömrəli mütəxəssis rəyindən aydın olur ki, aparılımış araşdırmaya əsasən, Zaqatala rayonu Göyəm kəndində yerləşən iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 və Cavabdeh Muhma oğlunun paylı mülkiyyətlərində olan RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.4119 ha pay torpaq sahəsində paylarının naturada ayrılması mümkundür (sxem 1,2), RX serıyalı ******* nömrəli çıxarışla verilmiş 0.0879 ha pay torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 və Cavabdeh Muhma oğlunun paylarının naturada aynlması mümkün olmamışdır (sxem 3,4), RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.2010 ha pay torpaq sahəsinin paylarının naturada ayrılması mümkündür (sxem 5,6). Məhkəmə mütəxəssisin rəyini sübut növü kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə)157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 215.3-cü maddəsinə əsasən, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq paylı mülkiyyətin mülkiyyətçiləri ümumı əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 04 sentyabr 2020-ci il tarixli, 2(102)-3201/2020 saylı qərarında bir sıra göstərişlər verərək qeyd etmişdir ki, iddia ərizəsindən müəyyən olunur ki, 3 nəfər olan iddiaçılar onların paylı mülkiyyətdə olan torpağın özlərinə aid olan ¾ hissəsinin cavabdehin ¼ hissəsindən ayrılmasını tələb etmişdir. Lakin ekpert onun qarşısında qoyulmuş suallara əsasən hər birinin ¼ hissəsini naturada ayrılmasının mümkünlüyünü araşdırmışdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə alınmış əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyi kifayət qədər əsaslandırılmadığından, həmin rəydə göstərilən mütəxəssis rəyi işə materiallarına əlavə edilmədiyindən, habelə həmin rəy işdə olan digər sübutlarla ziddiyyət təşkil etdiyindən və həmin ziddiyətin səbəbi müəyyən olunmadığından, bu halların mövcudluğunun iş üzrə maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün olmayan qətnamənin qəbul edilməsinə gətirib çıxara biləcəyindən əlavə araşdırma zamanı yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində araşdırma aparılmaqla, o cümlədən təkrar ekspertizanın keçirilməsi məsələsi müzakirə olunmaqla iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(102)-3201/2020 saylı qərarının məcburi göstərişləri istiqamətində araşdırma aparmışdır. İş üzrə hazırki məhkəmə kollegiyası tərəfindən 04 dekabr 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş və ekspertizаnın аpаrılmаsı Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə tаpşırılmışdır. Ekspert qаrşısındа аşаğıdаkı suаllar qoyulmuşdur: RX seriyalı ******* nömrəli, RX ******* saylı və RX seriyalı ******* nömrəli çıxarışlar üzrə ümümi 0,7008 ha olan torpaq sahəsinin ¾ hissəsinin iddiaçılara, ¼ hissəsinin isə cavabdehə naturada ayrıb verilməsi mümkündürmü ? Mümkündürsə hansı formada ?. Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi təkrar olaraq birinci instansiya məhkəməsində verilmiş mütəxəsis rəyinə uyğun rəy verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 08.06.2018-ci il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 0.4119 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 08.06.2018-ci il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətə verilmiş 0.2010 ha torpaq sahələrinin 3/4 hissəsinin iddiaçılara, 1/4 hissəsinin isə cavabdehə naturada ayrılıb verilməsi mülki iş materiallarının 38-ci və 42-ci səhifələrində qeyd olunan koordinatlar daxilində texniki baxımdan mümkündür. RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.0879 ha pay torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün isə həmin torpaq sahəsinin 3/4 hissəsinin iddiaçılara, 1/4 hissəsinin isə cavabdehə naturada ayrılıb verilməsi texniki baxımdan mümkün deyildir. Həmçinin texniki baxımdan bölgüsü mümkün olan RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar üzrə verilmiş torpaq sahələri ilə bağlı qeyd olunur ki, həmin torpaq sahələrinin kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğu nəzərə alınaraq 3/4 hissəsinin iddiaçılara, 1/4 hissəsinin isə cavabdehə texniki baxımdan naturada ayrılıb veriləcəyi təqdirdə təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən, torpaq sahələrinin təyinatı üzrə istifadəsi baxımından naturada real bölgüsü mümkün deyildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssiz rəyində qeyd edilir ki, RX seriyalı 131483 nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli Çıxarışlar üzrə ümumi 0,7008 ha olan torpaq sahəsinin ¾ hissəsinin iddiaçılara, ¼ hissəsini isə cavabdehə naturada ayrıldığı halda, bölgünün ölcülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmadığı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,4119 ha, 0,2010 ha və 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələri hər birinin payı 1/4 hissə olmaqla, iddiaçıların və cavabdehin paylı mülkiyyətində olduğuna görə həmin torpaq sahələrinin paylı mülkiyyətçilərindən olan iddiaçılar öz paylarına uyğun ¾ hissəsinin onların faktiki sahibliyinə və istifadələrinə verilmələrini, onların naturada ayrılmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ekspert rəyi daha mötəbər sübüt kimi qiymətləndirilməli, Zaqatala rayonu Göyəm kəndində yerləşən tərəflərin paylı mülkiyyətində olan 0,4119 ha və 0,2010 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində iddiaçıların 3/4 hissə payları naturada bölünərək ayrılmaqla onların faktiki sahibliyinə və istifadələrinə verilməli, lakin 0,0879 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu olmadığı üçün həmin torpaq sahəsində iddiaçıların paylarının naturada ayrılmasından imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları ilə müəyyən olunmuş subutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, Zaqatala Rayon məhkəməsinin qətnаməsi dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə həmin hissədə təmin edilmədən sаxlаnmаlıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 124.1-ci mаddəsinə əsаsən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə 18 noyabr 2019-cu il və 29 mart 2021-ci il tarixli ekpertiza rəylərinə görə müəyyən edilmiş cəmi 100 (bir yüz) manat ekspertiza xərcinin 33 (otuz üç) manat hissəsi iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 müştərək qaydada, qalan 67 (altmış yeddi) manat hissəsi isə Cavabdeh tutularaq Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(033)-917/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 18 noyabr 2019-cu il və 29 mart 2021-ci il tarixli ekpertiza rəylərinə görə müəyyən edilmiş cəmi 100 (bir yüz) manat ekspertiza xərcinin 33 (otuz üç) manat hissəsi iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 müştərək qaydada, qalan 67 (altmış yeddi) manat hissəsi isə Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar