Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1962/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada maddi zərərin əvəzi olaraq 12610 (on iki min altı yüz on) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərcinin alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi (Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu, Sumaylı kəndində qeydiyyatda olan Cavabdeh1 19500 manat bağ salınması üçün çəkilmiş xərclər, 5000 ABŞ dolları torpağın alınması üçün verilmiş pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19500 manat bağ salınması üçün çəkilmiş xərclər, 5000 ABŞ dolları torpağın alınması üçün verilmiş pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri İbrahim Cindarov cavabdehə və onun ailəsinə məxsus Sumaylı kəndində yerləşən 0,7075 ha torpaq sahəsini 5000 ABŞ dollarına almışdır. Həmin alqı-satqı onların arasında 09.08.1998-ci ildə baş tutmuş və 09.08.1998-cı il tarixdə bu barədə vəkalətnamə yazılmışdır. Belə ki, həmin illərdə sənədlər qaydasında olmadığına görə alınan həmin torpaq sahəsini adlarına sənədləşdirə bilməmişlər. Ona görə də cavabdehin atası Ələddin Bağırov vəkalətnamə yazaraq öz imzası ilə təsdiq etmişdir. Həmin torpaq sahəsində fındıq bağı salaraq indiyə kimi istifadə etmişlər. İndi torpaq sahəsini adlarına sənədləşdirmək istəyəndə cavabdeh torpaq sahəsini rəsmiləşdirməkdən boyun qaçıraraq notariusa gəlməkdən imtina edir və torpaq sahəsini başqasına satmaq istəyir. Həmin vaxtdan yəni 1998-ci ildən torpaqlar onların istifadəsindədir. Həmin torpaqların vergilərini də onlar ödəmişlər. Alqı-satqı müqaviləsini torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə görə notariusda rəsmiləşdirə bilməmişlər. Buna görə də torpağın alqısatqısını sübut etmək üçün öz aralarında vəkalətnamə tərtib etmişlər. Həmin vəkalətnamə ilə təsdiq olunur ki, həmin torpaq sahəsi cavabdehlərin mərhum atası Ələddin Bağırov tərəfindən 1998-ci ildən satılmışdır. Cavabdehlər ataları Ələddin Bağırov vəfat etdiyinə görə həmin torpaq sahəsinin ona dair hissəsinə notariusda vərəsəlik işi açdıraraq 28.08.2020-ci il tarixdə 2V- 660 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Ona görə də, hazırki torpaq sahəsində mərhum X9 adı yoxdur. Torpağın hüquq müəyyənedici sənədləri alındığından alqı-satqını rəsmiləşdirmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında həmin torpağı atalarının onlara satdığını etiraf etsə də, Zaqatala rayon Məhkəməsi iddianı təmin etməmişdir. Belə olan halda o həmin torpaq sahəsinə çəkdiyi xərcləri və torpaq sahəsinin alqı-satqısı zamanı verdiyi pulları geri qaytarılmalıdır. Belə ki, həmin torpaq sahəsində 1998-ci ildən bəri 130 ədəd fındıq ağacı əkmişdir. Hal-hazırda həmin fındıq ağacının bir topasının dəyəri 150 manatdır. 130 ədəd fındıq ağacı hər biri 150 manat hesablanmaqla cəmi 19500 manat təşkil edir. Bundan başqa həmin torpaq sahəsinin alqı-satqısı zamanı o 5000 ABŞ dolları pul vermişdir. Əgər bugünkü gündə torpaq sahəsini cavabdeh tələb edirsə torpaq sahəsinə çəkilmiş xərclər əsassız varlanmaya aid edildiyindən ondan alınaraq qaytarılmalıdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o qeyd etdi ki, 1998-ci ildən 2020-ci il tarixədək Zaqatala rayonu Sumaylı kəndində yerləşən 31.08.2020-ci il tarixdə cavabdehlərin adına rəsmiləşdirilmiş 0,7075 ha torpaq sahəsi onun istifadəsində olmuşdur. O həmin torpaq sahəsinin vergisini ödəmiş və 1998-ci ildən orada fındıq bağı salaraq 130 ədəd fındıq kolu, 10 ədəd qoz ağacı əkmiş və bu illər ərzində həmin ağac və kollara qulluq etmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Kamil Şaban oğluna alqı-satqı müqaviləsi əsasında satmışlar. Onu da qeyd edir ki, 1998- ci il tarixdən 2020-ci ilədək İbrahim Cindarov və onun həyat yoldaşı olan iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, orada bağ salmış və gəlir əldə etmişlər. Həmin torpaq sahəsi atası tərəfindən iddiaçıya və ya həyat yoldaşına satılmamışdır. Onların torpaq sahəsindən iddiaçı qeyri-qanuni istifadə etmişdir. Həmin müddət ərzində yəni, 1998-ci il tarixdən 2020ci il tarixinədək (çıxarış alanadək) həmin torpaq sahəsindən nə o, nə də bacıları istifadə etməmiş, hər hansı ağac əkməmiş, gəlir götürməmişlər. Çıxarış aldıqdan sonra bir neçə dəfə iddiaçıya torpaq sahəsindən artıq istifadə etməməsini və geri qaytarmasını ona demişdir. İddiaçı həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Hazırda həmin torpaq sahəsi satılmışdır. O, hesab edir ki, iddiaçı qeyd olunan torpaq sahəsində olan fındıq ağacların məhsullarından külli miqdarda gəlir əldə etmişdir. İddianı qəbul etmir və hesab edir ki, iddia əsaslı deyil. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-106/2021 saylı qətnaməsi ilə cavabdehlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrindən irəli gələn hüquqları pozulmuşdur. Belə ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyası 29 avqust 1995-ci il tarixli qərarı ilə mərhum atası X2 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X15 kitabında 14 yanvar 1997-ci il tarixdə 3017 nömrə ilə qeydiyyata alınıb. Həmin torpaq sahəsini mərhum atası orada olan daşları, kolları təmizləyərək 1998-ci ildən pulsuz olaraq İbrahim Cindarovun istifadəsinə vermişdir. İbrahim Cindarov həmin torpaq sahəsində özünə məxsus olan mal qaraya baxmışdır. İbrahim Cindarov 2007-ci ildə vəfat etmişdir. Sonradan onun ailəsi onlara məxsus olan pay torpağında fındıq ağacı əkmək fikrinə düşmüşlər. Onun onlara xəbərdarlıq etməyinə baxmayaraq mərhumun ailəsi fındıq ağaclarını əkiblər. Həmin pay torpağı ona və iki bacısına məxsusdur. Bacıları Bakıda yaşadıqlarına görə rayona gec-gec gəlirdilər. O İsə Rusiyaya gedib gəlirdi. Dəfələrlə iddiaçıya pay torpağından çıxmaları barədə xəbərdarlıq etmişdi. Lakin onlar xəbərsiz onlara məxsus olan pay torpağını başqasına satmaq fikrinə düşmüşdülər. Ona görə də o və bacıları pay torpağını sənədləşdirərək çıxarış almışlar. İddiaçı da onları məhkəməyə vermişdir. "X7 MMC-nin 09 mart 2021-ci il tarixli 118 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə bizim, torpaq sahəmizdə salınmış fındıq bağında əkilmiş fındıq topalarının bir topasım 2020-ci ilə orta bazar qiyməti 97,00 manat, 130 ədədin dəyəri isə 12610 manat müəyyən edilir. Bir illik bir ağaca tələb edilən aqro texniki qulluq təxminən 7,50 manat qiymətləndirməklə 13 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 97 manat qiymətləndirilmişdir. Lakin fındıq ağaclarının onlara verdiyi gəliri ekspertlər nəzərə almamışlar. Belə ki, bir fındıq ağacı əkildikdən 3 il sonra məhsul verir. 10 il müddətində bir fındıq ağacı minimum 7 kq fındıq verirsə 130 fındıq ağacı 10 il müddətində 9200 kq məhsul verir. 1 kq fındığın minimum qiyməti 3 manat olarsa, 10 il müddətində onlar həmin fındıq ağaclarından 275Ö0 manat gəlir əldə etmişlər. 130 ağacdan iddiaçı 15000 manat gəlir əldə etmişdir. Onlara isə pul ödəməmişdir. Torpağın vergisini də o ödəmişdir. Bələdiyyədən aldığı arayışdan da görmək olar. “Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 09 mart 2021-ci il tarixli 118 nömrəli rəyindən narazıdır. Qeyd olunanlarla Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)- 106/2021 saylı qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessul hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, Zaqatala Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə ləğv edilməlidir və bu iddia ilə əlaqədar yeni qətnamə qəbul edilməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)- 106/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 04 may 2021ci il tarixli, 2(033)-106/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 09 avqust 1998-ci il tarixli “vəkalətnamə”dən görünür ki, X13 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 3017 nömrəli şəhadətnaməyə əsasən adında olan torpaq payını kənd sakini X5 pay olaraq verir. Torpaq payını X5 verdiyi üçün peşman deyil. İşdə olan torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 3017 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala rayonu Sumaylı kənd sakini X11 Zaqatala rayon İcra Hakimiyyəti yerli islahat komissiyasının 29 avqust 1995-ci il tarixli qərarı ilə mülkiyyətinə 0,87 hektar torpaq sahəsi verilmiş, rayon torpaq şöbəsində, dövlət qeydiyyat kitabında 14 yanvar 1997-ci il tarixdə 3017 sayda qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi A 192608 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli 81 nömrəli qərarı ilə X2 7075,86 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X15 kitabında 10 iyul 2009-cu il tarixdə 94 nömrə ilə uçota alınıb. Təsdiq olunmuş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 14.08.2020-ci il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan 28 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 31 may 2003-cü il tarixdə ölmüş X1 vərəsələri oğlu-Cavabdeh1, qızıCavabdeh2 və qızı-Cavabdeh3dır və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Sumaylı kəndində yerləşən ümumi sahəsi 0,7075 ha olan torpaq sahəsinin 1/4 hissəsindən ibarətdir. Təsdiq olunmuş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 192 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 31.08.2020-ci il olan çıxarışdan görünür ki, Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə hər birinin payı 1/3 olmaqla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayon Göyəm kənd ərazi nümayəndəliyi tərəfindən 14 may 2018ci il tarixdə verilmiş AZ-İ 942928 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 may 2003-cü il tarixdə ölmüşdür. İşdə olan Zaqatala RİHB-nın Göyəm ərazi nümayəndəliyi tərəfindən 30 noyabr 2007ci il tarixdə verilmiş AZ-İ 264283 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 01 noyabr 2007-ci il tarixdə ölmüşdür. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 nikahlarını 09 iyun 1977-ci il tarixdə bağlamışlar. İş materiallarına əlavə edilmiş “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin 09 mart 2021-ci il tarixli 118 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə Zaqatala rayonu Sumaylı kəndində yerləşən torpaq sahəsində salınmış fındıq bağında əkilmiş fındıq topalarının bir topasının 2020-ci ilə orta bazar qiyməti 97,00 manat, 130 ədədinin dəyəri isə 12610,00 (on iki min altı yüz on) manat müəyyən edilir. 13 illik fındıq ağacları bazarlarda satılmadığına (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil) görə, 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7,50 manat qiymətləndirilməklə, 13 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 97,00 manat qiymətləndirilmişdir. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 152.1-152.4, 157.2, 157.4, 560.1, 1090.1, 1090.2, 1091.2, 1092, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ - əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdehlərin atası X6 mülkiyyətinə verilmiş Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,7075 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçının həyat yoldaşı X5 pay olaraq vermişdir. Lakin həmin torpaq sahəsi iddiaçının həyat yoldaşı olan X4 adına rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsindən cavabdehlərin atasının razılığı ilə İddiaçı və əri tərəfindən 1998-ci ildən başlayaraq 2020-ci ilə qədər istifadə edilmişdir. X6 31 may 2003-cü il tarixdə, X8 isə 01 noyabr 2007-ci il tarixdə ölmüşdür. Zaqatala rayonu Sumaylı kəndində yerləşən 0,7075 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında paylı mülkiyyət hüququ üzrə hər birinin payı 1/3 olmaqla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli ərazidə olan ağaclar məhz iddiaçı tərəfindən becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə çatdırılmışdır. İddiaçı həmin torpaq sahəsinə çəkdiyi xərcləri və alqı-satqı zamanı ödənilmiş pul vəsaitinin ona verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmədiyini bildirsə də, 1998-ci il tarixdən 2020-ci il tarixinədək (çıxarış alanadək) həmin torpaq sahəsindən nə onun, nə də bacılarının istifadə etmədiyini, hər hansı ağac əkmədiklərini, gəlir götürmədiklərini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “19500 manat bağ salınması üçün çəkilmiş xərclərin ödənilməsi” hissəsi ilə bağlı dəyərləndirmə apararaq hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, qeyd edilən daşınmaz əmlakla bağlı tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun hər hansı bir notarial qaydada əqd bağlanılmasa da, torpaq sahəsi iddiaçının istifadəsində olmuş və bu razılıq əsasında iddiaçı tərəfindən pay olaraq ona verilmiş 22 il istifadə etdiyi həmin torpağın keyfiyyətinin artırılması üçün orada özü tərəfindən əkilmiş 130 ədəd (biri 97 manat olmaqla) fındıq ağacı becərilmiş, onlara aqrotexniki qaydada qulluq olunaraq bəhər verən ağac vəziyyətinə gətirilmiş və nəticədə 12610 manat vəsait sərf etmişdir. Qeyd olunan hal “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin, 22 il ərzində iddiaçının istifadəsində olmuş torpaq sahəsində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılaraq ağaclara qulluq olunması və onların dəyərinin 12610 manat dəyərinə çatdırılmasının əsassız və ya şişirdilmiş olması cavabdehlər tərəfindən mübahisələndirilməmiş, işin bu halını təkzib edən hər hansı bir mötəbər sübut işə baxılarkən cavabdeh tərəfindən məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, 22 il ərzində iddiaçı tərəfindən torpaqdan istifadənin keyfiyyəti artırılması, 130 ədəd (biri 97 manat olmaqla) fındıq ağacının becərilməsi və nəticədə fındıq ağaclarının 12610 manat dəyərinə çatdırılması ağlabatan olmaqla mövcud olmuş xərcləri tam əhatə edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fındıq kollarına (topalarına) aqrotexniki qulluq işlərinə, fındıq bağı salınacaq torpaq sahəsinin ağac əkininə hazırlanmasından (torpağın hamarlanması, sahə ətrafının bərkidilməsi, şitillərin alınması və çalaların qazılması) və şitillərin torpağa basdırıldığı gündən başlanır və davam etdirilir. Fındıq topalarına tələb olunan aqrotexniki qulluğa, hər il yaz ayından başlayaraq topaların diblərinin və sahənin kol-kosdon təmizlənməsi, bitkilərin üzvü gübrələrlə (peyin) gübrələnməsi, vaxtlı-vaxtında suvarılması, hər il qurumuş və məhsul gətirməyən budaqların budanmasından ibarətdir. Şitillərin torpağa basdırılması bir dəfə həyata keçirildiyi halda, digər aqrotexniki qulluq hər il aparılmalıdır. “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin ekspertləri tərəfindən mübahisələndirilən torpaq sahəsinə baxış keçirilən zaman isə fındıq bağında hər birində 15-30 budaq olan 130 ədəd 10-15 illik, orta hesabla 13 yaşı olan fındıq topası aşkar olunmuşdur. Ekspert baxışına təqdim edilmiş 130 topa fındıq ağacının yaşı təxminən 13 olması, bu ağaclara mütəmadi olaraq 13 il aqrotexniki qulluq edilməsini göstərir. Cavabdeh özü də etiraf edir ki, 1998-ci il tarixdən 2020-ci il tarixinədək həmin torpaq sahəsindən nə o, nə də bacıları istifadə etməmiş, hər hansı ağac əkməmişlər. Həmin torpaq sahəsində əklmiş ağacları iddiaçı tərəf əkib-becərmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əgər iddiaçı tərəf öz xərci hesabına becərdiyi, 22 il razılıq əsasında (vəkalətnamə) qulluq edərək özününki zənn etdiyi fındıq ağaclarından indidən sonra bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə cavabdeh tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Göründüyü kimi, cavabdehlərin mülkiyyətində olan 0.7075 ha olan torpaq sahəsinə iddiaçı tərəfindən 12610 manat vəsait sərf olunmuşdur. İddiaçı tərəfindən tələb edilən həmin məbləğlərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “torpağın alınması üçün verilmiş 5000 ABŞ dolları pulun ödənilməsi” hissəsi ilə bağlı dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla 09 avqust 1998-ci il tarixində cavabdehlərin atası-X1 iddiaçının həyat yoldaşıX8ndan 5000 ABŞ dolları pulu alması öz təsdiqini tapmadığından iddiaçı həmin pulun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlı deyildir. Belə ki, 09 avqust 1998-ci il tarixli “vəkalətnamə”dən də görünür ki, X13 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 3017 nömrəli şəhadətnaməyə əsasən adında olan torpaq payını kənd sakini X5 pay olaraq vermişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbinin bu hissəsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 300 manat aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının dövlətə büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına, həmçinin hansı məzmunda yeni qətnamə qəbul edilməsinə olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində Zaqatala Rayon Aqrar İslahat Komissiyası 29 avqust 1995-ci il tarixli qərarı ilə mərhum ataları X2 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilməsi, həmin torpaq sahəsini mərhum atalarının orada olan daşları, kolları təmizləyərək 1998-ci ildən pulsuz olaraq İbrahim Cindarovun istifadəsinə verməsi, İbrahim Cindarov həmin torpaq sahəsində özünə məxsus olan mal qaraya baxması, İbrahim Cindarov 2007-ci ildə vəfat etməsi, sonradan onun ailəsinin onlara məxsus olan pay torpağında fındıq ağacı əkmək fikrinə düşməsi, cavabdehlərin onlara xəbərdarlıq etməyinə baxmayaraq mərhumun ailəsinin fındıq ağaclarını əkməsi, həmin pay torpağının onlaraa məxsus olması, bacıların Bakıda yaşamaqla rayona gec-gec gəlmələri, qardaşın isə Rusiyaya gedib gəlməsi, dəfələrlə iddiaçıya pay torpağından çıxmaları barədə xəbərdarlıq etmələri, lakin onların xəbər vermədən cavabdehlərə məxsus olan pay torpağını başqasına satmaq fikrinə düşmələri barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materiallarından görünür ki, cavabdehlərin mərhum ataları torpaq sahəsini 1998-ci ildə iddiaçının mərhum ərinə pay vermişdir. İddiaçı tərəf isə öz növbəsində həmin torpaq sahəsində 130 top fındıq ağacı əkmişdir. Hal-hazırda cavabdehlər həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçını qeyd olunan əmlakdan məhrum etmişlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(033)-106/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1962/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1962/2021
03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver