Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1964/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı Səməd oğlunun iştirakı ilə, İddiaçı Səməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)-648/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)-648/2019 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin edilmiş, Cavabdeh cəmi 4090 (dörd min doxsan) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4010 manat məbləğində pulun, vəkilə iddia ərizəsinin tərtib etdirmək üçün ödənilmiş 50 manat məbləğində qonorarın və iddia ərizəsini vermək üçün dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğndə dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin fevral ayında baldızı X5 ona demişdir ki, qudası, yəni cavabdeh ev satır. O, da ailəsi ilə birlikdə gəlmiş, həmin evə (ev Ucar şəhəri, H.Əliyev prospekti, 45 ünvanında yerləşir) baxmışdır. Onlar xx xxxxxx 2018-ci ildə razılaşmışlar ki, cavabdeh həmin evi 19.500 manata ona satacaqdır. Cavabdeh evi sənədləşdirmək üçün ilkin olaraq ondan 2000 manat məbləğində pul almışdır. Bir həftə sonra isə yenə də evi sənədləşdirmək adı ilə ondan 2000 manat məbləğində pul almışdır. Bir neçə aydan sonra yenidən ona bildirmişdir ki, evi sənədləşdirməyə pul çatmır. Bu adla da ondan daha 510 manat məbləğində pul almışdır. 2019-cu ilin yanvar ayında isə ona demişdir ki, evi satmır. O, cavabdehdən verdiyi pulu tələb etmiş, cavabdeh 2019-cu ilin fevral ayının 10-da həmin puldan ona 500 manat qaytarmışdır. Hal-hazırda cavabdehin ona 4010 manat məbləğində borcu qalmışdır. Cavabdeh həmin pulu ona qaytaracağını bildirsə də, hələ də 4010 manat məbləğində pulu ona geri qaytarmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə xx xxxxxx 2018-ci ildə 2000 manat vermiş, bir həftə sonra cavabdeh yenidən 2000 manat pul lazım olduğunu bildirmiş, cavabdehin telefonuna zəng çatmadığı və evdə olmadığı üçün 2000 manat məbləğində pulu cavabdehə təqdim etmək üçün həm onun baldızı, həm də cavabdehin qudası olan X2 vermişdir. Tahirə də həmin günü həmin məbləğdə pulu cavabdehə çatdırmışdır. Cavabdeh özü də ona pulun çatdırıldığını bildirmişdir. Sonradan sənədləşmə işlərinin aparılması üçün iyul-avqust aylarında cavabdehə əlavə olaraq 510 manat da pul vermişdir. Cavabdeh isə cəmi 500 manat qaytarmış, qalan pulu dəfələrlə tələb etsə də müxtəlif bəhanələrlə qaytarmamış, buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirmiş və izahatında göstərmişdir ki, həqiqətən aralarında olan danışığa görə yaşadıqları evi satmaq üçün iddiaçı ona 2018-ci ilin fevral ayının 25-də 2000 manat pul vermişdir. Sonradan o, iddiaçıdan 2000 manat pul tələb etməmiş, nə iddiaçı, nə də qohumu Tahirə həmin məbləğdə pulu ona verməmişdir. Təxminən bir neçə ay sonra evin sənədləşmə işlərinin aparılmasın görə pul lazım olduğundan onun xahişi ilə iddiaçı ona əlavə olaraq 510 manat məbləğində pul vermişdir. Lakin, evlə bağlı müəyyən mübahisələr yarandığından alqı-satqı aparılması mümkün olmamış, buna görə də 2019-cu ilin fevral ayında 500 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 2010 manat məbləğində borcu vardır. Lakin, maddi cəhətdən imkanı olmadığından həmin məbləğdə pulu qaytara bilməmişdir. Həmin borcu hissə-hissə iddiaçıya qaytaracağını təklif etsə də iddiaçı bununla razılaşmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısı Tamaranın əri, cavabdeh X6 isə onun oğlu X10 arvadıdır. Rəşid Zahirə ev almaq üçün əvvəlcə onun, iddiaçının qardaşı Allahverənin yanında 2000 manat pul vermiş, bir müddət sonra Rəşid səhər saat 11-12 radələrində Zahirə vermək üçün yaşadığı mənzildə ona 2000 manat pul vermiş, o, da həmin gün saat 12-13 radələrində yaşadıqları mənzilin qapısının qarşısında Zahirin qızı Mariyanın və keçmiş arvadı Elnarənin yanında həmin pulu Zahirə vermişdir. Amma hazırda həyəcanlı olduğundan, yəni oğlu qəzaya düşdüyündən və xəstəxanada olduğundan vaxtını dəqiq xatırlamır. Bacısının bildirdiyinə görə hazırda Zahirin Rəşidə təxminən 4000 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçını qohum kmi tanıyır, cavabdeh isə onunla nikahda olmuşdur, birgə nikahdan Mariya və Həsən adlı uşaqları doğulmuş, təxminən 3 il olar ki, aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Tahirənin oğlu Orxan Hacıyev ilə qızı Mariya Dünyamalıyeva təxminən 2017-ci ildə ailə qurmuşlar və hazırda iki uşaqları vardır. 2018-ci ilin fevral ayında Zahir Rəşidə ev satmaq istəmişdir. Eşitdiyinə görə əvvəlcə Zahirə Rəşid tərəfindən şəxsən 2000 manat pul verilmişdir. Sonradan evin sənədləşməsində müəyyən problemlər yaranmış və buna görə də yenidən Zahirə pul lazım olmuşdur. Təxminən 2018-ci ilin mart ayında qudası Tahirəgildə olarkən Tahirə ona Rəşidin Zahirə 2000 manat vermək üçün pul verdiyini bildirmişdir. Həmin gün Zahir təxminən günorta vaxtı Tahirəgilə gəlmiş, Tahirə onun və qızı Mariyanın yanında yaşadığı evdə 2000 manat pulu Zahirə vermişdir. Ona məlum olmuşdur ki, Rəşid 2000 manat pulu Zahirə vermək üçün Tahirəyə vermiş, Tahirə də həmin pulu Zahirə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin sözügedən qətnaməsini qismən əsaslı və qanuni hesab etmir və qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin 2000 manat hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ilə aramızda olan danışığa görə sonuncunun yaşadığı evi sənədləşdirilmək üçün 2018-ci ilin fevral ayının 25-dəondan 2000 manat pul alımışam. Sonradan iddiaçıdan 2000 manat pul tələb etməmişdir, nə iddiaçı nə də qohumu Tahirə həmin məbləğdə pulu ona verməmişdir. Təxminənin bir neçə ay sonra evin sənədləşmə işlərinin aparılmasına görə pul lazım olduğundan xahişi ilə iddiaçı ona əlavə olaraq 510 manat məbləğində pul vermişdir. Lakin evlə bağlı müyyən mübahisələr yarandığından alqı-satqı aparılması mümkün olmamış, buna görə də, 2019-cu ilin fevral ayında 500 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 2010 manat məbləğində borcu var. Həmin borcu hissə-hissə iddiaçıya qaytaracağını təklif etsə də, iddiaçı bununla razılaşmamışdır. Məhkəmə iddia tələbinin 2000 manat hissəsini təmin edərkən şahidlər X1 və X3 ifadələrinə əsaslanmışdır. Bununla bağlı qeyd edir ki, sözügedən şahidlər iddiaçının yaxın qohumlarıdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, yalnız yalançı şahid ifadələri ilə buna nail olmuş və məhkəmə də buna şərait yaratmışdır. Həmin şəxslərin şahid qismində dindirilmələrinə qanunvericilik baxımından hər hansı maneə olmasa belə, etiraf etdiyi 2010 manat borc məbləği ilə yanaşı, iddiaçının qohumları tərəfindən verilən ifadələr əsasında 2000 manat pulun məndən tutulması qanuni və əsaslı hesab edilə bilməz. İddiaçıya 4010 manat borcunun olması barədə işdə yazılı sübut, maddi sübut, səs yazısı, video yazı və ya digər sübutlar yoxdur. 1-ci instansiya məhkəməsində ifadə vermiş şahidlərin ifadələrindəki məlumatlar isə mötəbər deyil, çünki, şahidlər pulun verilib qaytarılmasını şəxsən görməyiblər, habelə onların mübahisə edən tərəflərlə qohumluq münsibətləri var, ona görə də mübahisənin münasibətdə olduqları tərəfin xeyrinə həll edilməsində maraqlıdırlar. İş üzrə şahid qismində dindirilən Elnarə Dünyamalıyeva onun keçmiş həyat yoldaşıdır. Nikah münasibətləri pozulduqdan sonra, yaşadığı evdən Elnarə Dünyamalıyeva oğurluq etdiyi üçün, barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şikayət etdiyi üçün Elnarə Dünyamalıyeva onunla qərəzli mövqeydədir. Bütün bunları məhkəmənin diqqətinə çatdırsa da, sonuncu məhkəmə iclasında şahid qismində dindirilərək, ifadəsi sübut kimi qəbul edilmişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)- 648/2019 nömrəli qətnaməsinin 2000 manat hissəsində ləğv edilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı Səməd oğlu apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)-648/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)-648/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 4090 (dörd min doxsan) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsinin 2000 (iki min) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı Səməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiasının 2000 (iki min) manatına aid hissəsi rədd edilməlidir. İşdə olan olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ucar Rayon İcra Hakimiyyəti başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 555 nömrəli arayışından görünür ki, iddiaçı, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh, Ucar şəhəri, H.Əliyev prospekti, ev 45-də qeydiyyatdadır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-nın 107 və 119.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan evin sənədləşdirilməsi və sonradan alqı-satqısı ilə bağlı müxtəlif vaxtlarda pul almış, lakin aralarında evin alqı-satqısı müqaviləsi bağlanmamış, cavabdeh iddiaçıdan aldığı pulun bir hssəsini qaytarsa da qalan hissəni qaytarmamışdır. Mülki qanunvericiliyin qeyd olunan tələbinə görə də cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etmiş və iddianın tələbi ilə ona qaytarmalıdır. İddiaçı öz tələbində cavabdehə müxtəlif vaxtlarda 4510 manat pul verdiyini, 500 manat pulu isə ona qaytarmasını göstərmiş, cavabdeh isə müxtəlif vaxtlarda iddiaçıdan 2510 manat məbləğində pul aldığını, 500 manat isə qaytardığını göstərmişdir. Qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasları kimi istinad etdikləri halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı və qanunauyğun hesab etmiş və bu nəticəyə gəlmişdir ki, onun cavabdehə göstərdiyi məbləğdə pul verməsi məhkəmə iclasında sübut olunmuşdur, ona görə də həmin hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi şahidlərin ifadəsini tədqiq edərək bu nəticəyə gəlmişdir ki, şahidlərin ifadəsi qeyd olunan mübahisə ilə bağlı ardıcıl və hərtərəfli olduğundan sübut kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi, cavabdehin izahatı ilə bağlı qeyd etmişdir ki, cavabdeh öz etirazı ilə bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu, habelə vəkilə göstərdiyi yardıma görə 50 manat ödəmişdir. Birinci instansiya məhkəməsi qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlmişdir ki, iddia təmin edildiyindən cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumuna görə 30 manat və vəkilə göstərdiyi yardıma görə 50 manat tutulmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun olduğundan iddia təmin edilməli, cavabdehdən cəmi 4090 manat məbləğində pul tuttularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 2000 manatına aid hissəsində gəldiyi qənaəti düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. İddiaçının iddia tələbi işin faktiki halları ilə tam təsdiq edilmədiyindən tam inandırıcı deyildir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X4rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə tam şəkildə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, iddia tələbinin qanuni əsası tam şəkildə müəyyən edilmədiyindən iddia tam təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin ifadələrini sübut kimi qəbul etdiyi şəxslərdən X1 İddiaçı arvadı Tamaranın bacısı, digər şahid X3 isə Cavabdeh keçmiş arvadı olduğundan və onların arasındakı münasibətlərin kəskin olduğundan, həmçinin iddiaçının cavabdehə pulu şəxsən özünün vermək imkanı olduğu halda həmin şəxslər vasitəsi ilə və onların şahidliyi ilə verməsi inandırıcı deyildir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müZahirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)-648/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 4090 (dörd min doxsan) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsinin 2000 (iki min) manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə İddiaçı Səməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiasının 2000 (iki min) manatına aid hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il il tarixli 2(063)-648/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh cəmi 4090 (dörd min doxsan) manat məbləğinin tutularaq İddiaçı ödənilməsi hissəsinin 2000 (iki min) manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Səməd oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiasının 2000 (iki min) manatına aid hissəsi rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1964/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1964/2020
16.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver