Məhkəmə qərarları › İş №2(107)-1974/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1974/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1974/2020 03.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-162/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10750 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumun «xxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-162/2020 nömrəli (hakim İ.Fəttahov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 13050 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-1974/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmiş, Cavabdeh isə apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumunu təsdiq edən sənədi məhkəmə prosesinə qədər göndərməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası təqdim olunmuş apelyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)-1974/2020 nömrəli qərardadı ləğv edilərək, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-162/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən sənəd apelyasiya şikayətinə əlavə edilməmiş, həmçinin sonuncunun dövlət rüsumunu ödəməkdən azad edilməsi iş materialları ilə sübut olunmur. Bundan əlavə cavabdehə məhkəmə iclasının vaxtına qədər qeyd olunan nöqsanın aradan qaldırılması təklif olunsa da, bu nöqsan cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apelyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrindəgöstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən apelyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən həmin qanununun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50% məbləğində dövlət rüsumu ödənilməlidir. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Çünki bu çatışmazlığın Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin iddia tələbinə etirazı təmin olunmadığı təqdirdə o, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verə bilərdi. Lakin, qətnamədən görünür ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Bu qətnamə cavabdehin mənafeyinə zidd ola bilməz. Cavabdehin apelyasiya şikayətində göstərdiyi tələbi isə mahiyyət etibarı ilə prosessual vəsatətdir. Onsuzda, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Ona görə də, məhz bu məqsədlə, o cümlədən istəyi təmin edilən tərəfdən apelyasiya şikayəti verilə bilməz. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsində nəzərdə tutulan analoji tələb də, bilavasitə aid olmasa belə, hazırki iş üzrə gəlinən qənaəti əsaslı edir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)-162/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(107)- 1974/2020 nömrəli qərardadı ləğv edilərək, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(046)- 162/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar