Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1983/2020 14.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qəsdə son qoyulması tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-880/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Aşağı Tala kəndində yerləşən,paylı mülkiyyətdə olan fərdi yaşayış evi torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə qarşı qapını bağlamaq və əsaslarla daxil olmağa qoymamaqla mülkiyət olması cavabdehin hərəkətlərinə son qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə müraciət edərək təmini tədbiri kimi qeyd olunan qərərli hərəkətlərinin cavabdehə qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, iş üzrə yekun məhkəmə qətnaməsi qanuni quvvəsini alanadək onun mülkiyyətində olan əmlaka daxil ola bilməməsi faktiki vəziyyətdə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-880/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Zaqatala rayonun Aşağı Tala kəndində yerləşən paylı mülkiyyətdə olan 0,3376 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 86,2 kvm sahəsi olan fərdi yaşayış evi və 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçının daxil olmasına Cavabdeh tərəfindən maneçiliyin törədilməsinin qadağan edilməsi, qərardadın icrasının Zaqatala rayon İcra və Probasiya Şöbəsinə tapşırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan narazı qalaraq şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbi ilə eyni olmaqla iddiaçının paylı mülkiyyətdə olan əmlaklara (torpaq və ev) daxil olmasına maneçiliyin törədilməsinin qadağan edilməsinə dair iddianın təmini tədbirinə dair qərardad çıxarmaqda haqlı olmamışdır. Həmin qərardad artıq işin mahiyyəti üzrə həll etmiş olur. Eyni zamanda əmlakdakı payların naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışlar. İddiaçı paylar müəyyən olunduqdan sonra öz payından istifadə etməlidir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-880/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarxili 2(033)-880/2020 saylı qərardadından iş üzrə Cavabdeh Şahmil oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)- 880/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-880/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək iddiaçının şəxsi mülkiyyətində olan əmlaka daxil olmasına maneçiliyin aradan qaldırılması əsaslıdır. İş üzrə çıxarılmış yekun qərardan asılı olmayaraq faktiki vəziyyətdə iddiaçının əmlakına daxil ola bilməməsi onun mülkiyyət hüquqlarının birbaşa pozulması ilə nəticələnir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın təmini tədbiri barədə ərizə təmin edilməli, Zaqatala rayonun Aşağı Tala kəndində yerləşən paylı mülkiyyətdə olan 0,3376 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 86,2 kvm sahəsi olan fərdi yaşayış evi və 0,7640 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçının daxil olmasına Cavabdeh tərəfindən maneçiliyin törədilməsi qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin158.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddiam təmin etmək haqqmda ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-880/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-880/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1983/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1983/2020
14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver