Məhkəmə qərarları › İş №2(107)-199/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-199/2023

26.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-199/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 2(075)-1789/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X21 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququnun tanınmasını, həmin mülkiyyət üzrə cavabdehin adına təqdim olunmuş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1940-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. X16 ünvan 4 saylı mənzildə yaşadığı müddətdən tanımışdır. Sonradan Əkrəm həmin evdən köçərək Bakı şəhərində yaşamağa başlamışdır. Bildirmişdir ki, 27 yanvar 2005-ci il tarixdə mərhum X7 şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini faktiki olaraq ona satmış və aralarında bağlanmış ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında Əzizov Əkrəm həmin mübahisəli evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Yəni həmin fərdi yaşayış evi faktiki olaraq ona satılmışdır. X2 arasında bağlanmış etibarnamə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Həmçinin 27 yanavr 2005-ci il tarixdə X8 həyat yoldaşı X1 2 saylı dövlət notariat kontoruna ərizə ünvanlayaraq sonuncunun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X21 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına dəyişdirilməsinə, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. Həmin evin ona satılması ilə bağlı tərəfindən X17 1000 (bir min) (yeni AZN) manata yaxın pul verilmişdir. Bildirmişdir ki, o, 1000 (bir min) manat məbləğə X10 torpaq sahəsi və uçuq ev almışdır. X21 tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilən etibarnamənin, onun həyat yoldaşı X4 ünvan 2 ünvanlamasının səbəbi faktiki olaraq Əkrəm Əzizov tərəfindən həmin evin ona 1000 (bir min) manata yaxın pula satılması səbəbi olmuşdur. Lakin alqı-satqı zamanı X21 yazılı kağız yazmamışdır. Həmin tarixdən etibarən sözügedən fərdi yaşayış evinə faktiki sahiblik etməyə başlamışdır. Maddi imkanı zəif olduğu üçün, həmçinin qanunları bilmədiyi üçün etibarnamənin tarixinə nəzər yetirməkdə məsuliyyətsizlik etmiş etibarnamənin qüvvədə olduğu müddətdə evi öz adına qeydiyyata aldırmamışdır. 12 dekabr 2006-cı il tarixdə X21 vəfat etmişdir. Bundan sonra o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı şevinə çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubunda göstərilmişdir ki, onun ərizəsində fərdi yaşayış evinin alqı-satqı əsasında əldə edildiyi göstərilsə də, müraciətdə alqı-satqı müqaviləsi əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Belə ki, ərazi idarəsinin arxiv materiallarında sözügedən fərdi yaşayış evinə X17 01 noyabr 1983-cü il tarixli 528 inventar nömrəli texniki pasport və 20 avqust 1991-ci il tarixli 6484/885 nömrəli qeydiyyat vəsiqəsi verilməsi barədə məlumat mövcuddur, lakin alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda göstərilmişdir ki, müraicətə 27 yanvar 2005-ci il tarixli ƏN-İ-№ 020679 saylı etibarnamə əlavə edilsə də, etibarnamənin verilmə müddəti bitdiyindən və şifahi məlumat əsasında etibarnamə verən şəxsin vəfat etdiyindən sözügedən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak kimi qeydiyyatı üçün qanun və ya vəsiyyət üzrə vərəsələrindən biri müraciət etməli və ya məhkəmə qərarı təqdim edilməlidir. Göstərmişdir ki, bundan sonra o, ilk olaraq Şəki şəhəri, Vidadi küçəsində yerləşən torpağı aldığı şəxs X14 vərəsələrini axtarmaq qərarına gəlmiş və onun həyat yoldaşını və ya oğlunu tapıb hazırda düşdüyü vəziyyəti onlara izah etsin. Bir müddət sonra o, cavabdehi çətinliklədə olsa tapmışdır. Lakin cavabdehə bu barədə müraciət etdiyi zaman onun ümumiyyətlə bu evdən məlumatı olmadığını görmüşdür. Bir müddət keçdikdən sonra cavabdeh həmin məsələni araşdırdığını, atasının nəyisə satıbsatmaması barədə məsələnin ona aid olmadığını bildirmişdir. Lakin cavabdeh sonradan ondan 10 000, daha sonra isə 28 000 manat müqabilində həmin torpağı ona sata biləcəyini ona demişdir. Yaranmış vəziyyətdən görünür ki, cavabdeh ona faktiki olaraq satılmış, dəyəri tərəfindən ödənilmiş və 2005-ci ildən faktiki olaraq 17 il müddətində istifadəsində olan torpağı və evi ondan almaq istəyir. Cavabdeh qeyd edilən fərdi yaşayış evinə çıxarış da əldə etmişdir. Gördündüyü kimi mübahisəli evlə bağlı tərəflər arasında alqı-satqı müqaviləsini təsdiq edən 27 yanvar 2005-ci il tarixdə bağlanılmış əqd yazılı formada bağlanmış və notariat orqanı tərəfindən təsdiq olunmuşdur. Bildirmişdir ki, hazırda mübhaisə predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 2005-ci ildə cavabdehin atası X17 pul ödəyərək almış və həmin ev və torpaq sahəsi 2005-ci ildən etibarən onun istifadəsindədir. Həmin evin texniki pasportu və qeydiyyat vərəqəsi də ondadır. Əgər həmin fərdi yaşayış evini o, faktiki olaraq almasaydı cavabdehin adına olan texniki pasport və qeydiyyat vərəqəsi onda olmazdı. Bundan başqa 27 yanvar 2005-ci il tarixli ərizədən görünür ki, xx.xx.2005-ci il tarixdə X8 həyat yoldaşı X28 2 saylı dövlət notariat kontoruna ərizə ünvanlayaraq onun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X21 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına, dəyişdirilməsinə, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbinin olmadığını bildirmişdir. Həmçinin Şəki şəhər Bələdiyyəsinin 08 may 2020-ci il tarixli arayışından da görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X14 adına olan yaşayış evinin 2020-ci ilə qədər torpaq və əmlak vergi borcu yoxdur. Şəki şəhər Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda X14 adına olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci ildən 2022-ci il tarixə kimi hesablanmış vergi borcu etibarnamə əsasında İddiaçı tərəfindən ödənilmiş, 2019-cu ildən 2022-ci ildək vergi ödəyicisinin kodu İddiaçı şəxsiyyət vəsiqəsi əsasında verilmişdir. 27 yanvar 2005-ci il tarixli etibarnamədən görünür ki, X21 ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında özünə məxsus olan Şəki şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini ona sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etibar etmişdir və etibarnamənin qüvvədə olduği tarix xx.xx.2018-ci ilədək müəyyən olunmuşdur. Bundan başqa 08 aprel 2022-ci il tarixli aktdan görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin qonşuğunda yaşayan şəxslər, yəni X11, X12, X18, X5 və X15 təsdiq edirlər ki, 2005-ci ildən 2022-ci il tarixə kimi ünvan 3 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə faktiki olaraq onun sahibliyində və istifadəsində olmuşdur. Bildirmişdir ki, həmin müddətdə qeyd edilən evdə və onun yerləşdiyi torpaq sahəsində onun tərəfindən tikinti-abadlıq işləri aparılmış, daş hasar çəkmiş, ayaqyolu tikmiş, çöl giriş hissəyə darvaza qoyulmuş və həyətdə hovuz tikilmişdir. Həmçinin 22 dekabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində onun tərəfindən aparılmış tikinti işlərinin dəyəri 9159 manat təşkil edir. Mübahisə predmeti olan ünvan 3 saylı fərdi yaşayış evi və torpaq sahəsi ona məxsus olmasaydı, o, həmin evə 9159 manat dəyərində xərc qoymazdı. Bundan əlavə həmin evə aid torpaq və əmlak vergi borcunu ödəməzdi. Evi və torpaq sahəsini Əkrəmdən etibarnamə əsasında almış, həmin zaman Əkrəmlə aralarında hər hansı yazılı əqd formasında müqavilə bağlamamışlar. Bu gün cavabdeh həmin əmlakın adına olmasından istifadə edərək vəziyyəti öz xeyrinə dəyişib, əsassız varlanmaq istəyir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianı müdafiə edir və hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(075)-1789/2022 saylı qətnaməsi ilə (hakim C.İmanov) İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X21 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində onun mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına verilmiş (təqdim olunmuş) çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat məbləğində dövlət rüsumunun xərci onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 27 yanvar 2005-ci il tarixdə mərhum X7 şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini aralarında bağlanmış ƏN-İ-№ 020679 saylı etibarnamə əsasında Əzizov Əkrəm həmin mübahisəli evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. X2 arasında bağlanmış etibarnamə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Lakin alqı-satqı zamanı X21 yazılı kağız yazmamışdır. 12 dekabr 2006-cı il tarixdə X21 vəfat etmişdir. Bundan sonra iddiaçı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı şevinə çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubunda göstərilmişdir ki, onun ərizəsində fərdi yaşayış evinin alqı-satqı əsasında əldə edildiyi göstərilsə də, müraciətdə alqı-satqı müqaviləsi əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı mübahisə predmeti olan ev və torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında bağlanmış hər hansı yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Bununla da o Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmiş “əqdin özü qanuna zidd olmamalı” və “onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır” prinsiplərinə əməl etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2005-ci il tarixli etibarnamə təqdim edərək həmin torpaq və evin cavabdeh tərəfindən ona satılmasını iddia etmişdir. Lakin MM-nin 362.1-ci maddəsinə əsasən etibarnamə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu isə qanunvericiliyə müvafiq olaraq hər hansı əqdi və ya alqı-satqı müqaviləsi hesab edilə bilməz. İş materialları ilə müəyyən olunur ki, iddiaçı qeyd edilən mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehin vəfat etmiş atası X21 ilə öz aralarında olan hər hansı yazılı əqdi məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə atasından qalma torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq anasının adına rəsmləşdirərək həmin torpağa dair çıxarıpş almışdır. Sonradan cavabdehin anası həmin torpağı öz övladı olan oğluna, yəni hazırkı Cavabdeh bağılamış və cavabdeh də həmin bağışlama əsasnda çıxarış almışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin çıxarışın etibarsız olması ilə bağlı hər hansı hüquqi əsaslar da mövcud deyildir. Bütün yuxarıda şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X21 ilə onun arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (etibarnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində onun mülkiyyət hüququnun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına verilmiş (təqdim olunmuş) çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri, Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140., 144.1, 144.2 146.1, 152.1, 152.2,337.1, 337.2, 337.4, 339.2, 339.3--cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 27 yanvar 2005-ci il tarixdə Bakı şəhəri İ.Səfərli küçəsi 53 saylı evdə yaşayan X21 ƏN-İ-№ 020679 saylı ev özünə məxsus olan Şəki İnventar Bürosunun 20 avqust 1991-ci il tarixli 3/1180 reyestr saylı qeydiyyat vəsiqəsinə əsasən Şəki şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini ona sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi barədə edərək faktiki olaraq həmin mübahisəli evi ona satmışdır. Həmin etibarnamə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Həmçinin xx.xx.2005-ci il tarixdə X8 həyat yoldaşı X1 2 saylı dövlət notariat kontoruna ərizə ünvanlayaraq sonuncunun da Şəki şəhəri Vidadi küçəsində yerləşən evin əri X21 tərəfindən özgəninkiləşdirilməsinə, satılmasına dəyişdirilməsi, bağışlanmasına və ya ipotekaya qoyulmasına razı olduğunu və heç bir tələbi olmadığını bildirmişdir. Bununla bağlı tərəfindən X17 1000 (min) manata yaxın pulu (1000 ABŞ dolları ekvalentində) verilmişdir. Yuxarıda qeyd etdiyi X21 tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilən etibarnamənin, onun həyat yoldaşı X4 ünvan 2 ünvanlanan ərizənin səbəbi faktiki olaraq Əkrəm Əzizov tərəfindən həmin evin ona 1000 (bir min) manata (yeni AZN) yaxın pula satılması səbəbi olmuşdur. Həmin tarixdən etibarən sözügedən fərdi yaşayış evinə faktiki sahiblik etməyə başlamışdır. Maddi imkanı zəif olduğu üçün, həmçinin qanunları bilmədiyi üçün etibarnamənin tarixinə nəzər yetirməkdə məsuliyyətsizlik edib etibarnamənin qüvvədə olduğu müddətdə evi adına özgəninkiləşdirməmişdir. 12 dekabr 2006-cı il tarixdə X21 ölmüşdür. Bundan sonra o, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsinə köməklik edilməsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsinə köməklik göstərilməsi barədə müraciətə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, ərizədə fərdi yaşayış evinin alqı-satqı əsasında əldə edildiyi göstərilsə də, müraciətdə alqı-satqı müqaviləsi əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Ərazi idarəsinin arxiv materiallarında sözügedən fərdi yaşayış evinə X17 01 noyabr 1983-cü il tarixli 528 inventar nömrəli texniki pasport və 20 avqust 1991-ci il tarixli 6484/885 nömrəli qeydiyyat vəsiqəsi verilməsi barədə məlumat mövcuddur, lakin alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Yaranmış vəziyyətdən gördür ki, cavabdeh həmin vəziyyə öz xeyrinə istifadə edərək ona faktiki olaraq satılmış, dəyəri tərəfindən ödənilmiş və 2005-ci ildən faktiki olaraq 17 ildir istifadəsində olan evi ondan almaq istəyir, bu barədə daşınmaz əmlakdan çıxarış da əldə etmişdir. Buna görə də haqlı səbəbdən məhkəməyə müraciət edərək cavabdehin mərhum atası ilə aramızda bağlanmış xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd (e barnamə) üzrə aqlı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququmun tanınması, həmin mülkiyyət üzrə cavabdehin adına verilmiş (təqdim olunmuş) çıxarışın etibarsız hesab edilməsi məhkəmədən xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarı ilə iddia üzrə ədalətsiz qərar çıxararaq iddianı təmin etməmişdir. Şəki Rayon Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, mübahisə predmeti olan ev və torpaq sahəsi ilə bağlı cavabdehlə arasında bağlanmış hər hansı yazılı müqaviləni məhkəməyə təqdim etməmiş və bununla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayə üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmiş “əqdin özü qanuna zidd olmamalı” və “onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır” prinsiplərinə əməl etməmişdir. Həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2005-ci il tarixli etibarnamə əqd hesab edilə biıməz. Lakin məhkəmənin iş üzrə gəldiyi mövqe tam yalnış mövqedir. Belə ki, onun Əkrəm Əzizovla aralarında olan hüquq münasibətlərini təsdiq edən xx.xx.2005-ci il tarixli etibarnamə bir tərəfli əqd sayılır. Həmin etibarnamə əqd sayıldığı üçün onun iddiası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarının prinsiplərindən kənar iddia olmasıyla bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün prinsiplərindən kənar iddia olmasıyla bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi onun məhkəməyə təqdim etdiyi birtərəfli əqd sayılan etibarnaməni ümumiyyətlə əqd kimi qiymətləndirməmiş və onun tərəfindən məhkəməyə əqdin təqdim edilmədiyini qətnaməsində bildirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, etibarnamə özü özlüyündə əqdin bir formasıdır. Qeyd olunanlara əsasən, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)1789/2022 saylı qətnaməsi ləğv edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə X21 ilə İddiaçı arasında bağlanmış, xx.xx.2005-ci il tarixdə Şəki 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuş ƏN-İ-№ 020679 saylı əqd(e barnamə) üzrə aqlı satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində və torpaq sahəsində mülkiyyət hüququnun tanınmasını, həmin mülkiyyət üzrə cavabdehin adına təqdim olunmuş çıxarışın etibarsız hesab edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)1789/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(075)1789/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi: Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinəəsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri iləəlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)1789/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(075)1789/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 27 yanvar 2005-ci il tarixdə mərhum X7 şəhəri 5-ci rayonda yerləşən 16 saylı evini aralarında bağlanmış ƏN-İ- № 020679 saylı etibarnamə əsasında Əzizov Əkrəm həmin mübahisəli evə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. X2 arasında bağlanmış etibarnamə Şəki 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Lakin alqı-satqı zamanı X21 yazılı kağız yazmamışdır. 12 dekabr 2006-cı il tarixdə X21 vəfat etmişdir. Bundan sonra iddiaçı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı şevinə çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 06 fevral 2020-ci il tarixli **********12 nömrəli məktubunda göstərilmişdir ki, onun ərizəsində fərdi yaşayış evinin alqı-satqı əsasında əldə edildiyi göstərilsə də, müraciətdə alqı-satqı müqaviləsi əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı mübahisə predmeti olan ev və torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında bağlanmış hər hansı yazılı müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə ki, mübahisəsi gedən yaşayış evi ilə bağlı iddiaçı və cavabdehin atası olan X21 arasında hüquq münasibətlərinin yarandığı iddia olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. “İ. K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Qanun daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır”. İş materiallarından aydın olur ki, qanunvericinin əqdin bağlanmış hesab edilməsi üçün tələb etdiyi ilkin şərt, yəni tərəflər arasında mənzilin alqı-satqısına dair sadə yazılı əqd hesab oluna biləcək hər hansı sənəd mövcud deyildir; iddiaçının bağlanmış hesab edilməsini istədiyi əqd sadə yazılı formada da tərtib edilməmişdir. İddiaçı məhkəməyə xx.xx.2005-ci il tarixli etibarnamə təqdim edərək həmin torpaq və evin cavabdeh tərəfindən ona satılmasını iddia etmişdir. Lakin MM-nin 362.1-ci maddəsinə əsasən etibarnamə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu isə qanunvericiliyə müvafiq olaraq hər hansı əqdi və ya alqı-satqı müqaviləsi hesab edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsihəmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən mübahisəli torpaq sahəsi ilə bağlı cavabdehin vəfat etmiş atası X21 ilə öz aralarında olan hər hansı yazılı əqdi məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə atasından qalma torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq anasının adına rəsmləşdirərək həmin torpağa dair çıxarış almışdır. Sonradan cavabdehin anası həmin torpağı öz övladı olan oğluna, yəni hazırkı Cavabdeh bağışlamış və cavabdeh də həmin bağışlama əsasnda çıxarış almışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə iddiaçının apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)1789/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)1789/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar