Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-202/2023 10.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı Cəfərov Dağbəyi Yunis oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 150.000 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan olaraq, cəmi 170.000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onun qanuni icarəsi altında olan 50 ha torpaq sahəsinin 23,21 ha hissəsində cavabdehin çıxarılması və qalan hissədə iddianı rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ildən hal-hazıradək onun və ailə üzvlərinin icarəsi altında olan, o cümlədən 9 nəfərdən ibarət olan ailə üzvlərinin yeganə dolanışıq yeri olan 23,21 ha torpaq sahəsini cavabdeh qanunsuz və əsassız olaraq istifadə etmişdir. Bununla da, cavabdeh ona həm maddi ziyan, həm də mənəvi ziyan vurmuşdur. Ötən 4 il müddətində onun icarəsi altında olan 23,21 ha torpaq sahəsində cavabdeh taxıl, pambıq, ot məhsulu, bostan əkmiş, daha sonra isə payız mövsümündə həmin sahədə heyvanlarını otarmış və həmin sahələrdən külli miqdarda mənfəət əldə etmiş və bununla da ona və ailə üzvlərinə külli miqdarda maddi ziyan vurmuşdur. Ötən 4 il müddətində həmin sahələr onların özünün istifadəsində olsaydı, onlar həmin sahələrdən hər hektara hər il birinci biçimə 250 bağ ot, ikinci biçimə isə 180 bağ ot götürəcəkdilər. Ot biçini başa çatdıqdan sonra isə payız və qış mövsümlərində həmin sahədə heyvanlarını otaracaqdılar. Buna görə də heyvanlarının payız və qış mövsümündə otarılması üçün torpaq sahəsinə ehtiyacı olmamışdır. Lakin 23,21 ha torpaq sahəsi ötən 4 il ərzində onların ailəsində olmadığı üçün heyvanlarının yemlənməsi üçün onlar payız və qış mövsümündə otlaq sahəsini satın almış və hər il bu məqsədlə 15.000 manat pul xərcləmək məcburiyyətində olmuşdur. 4 il ərzində hər ilə 15.000 manat ödəməklə payız və qış mövsümləri üçün otlaq sahəsinə, ümumilikdə 60.000 manat pul məsrəf etmişdir ki, ona bu ziyanı birbaşa cavabdeh vurmuşdur. Ötən 4 il müddətində onların icarəsi altında olan 23,21 ha torpaq sahəsindən, əgər həmin torpaq sahələri onun istifadəsində olsaydı əldə edə biləcəyi gəlir aşağıdakı kimi müəyyən edilmişdir: birinci biçimdə 34.815 manat, ikinci biçimdə 23.767,04 manat olmaqla, iki biçimdə əldən çıxmış fayda cəmi 58.582,04 manat. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmuş və mənəvi ziyanın qiymətinin 20.000 manat olduğunu hesab edir
3. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası təmin edilməmişdir.
4. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin 9 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)- 1671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin 9 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
7. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Yevlax Rayon Aran Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
8. İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən hakim maddi hüquq normalarının tələblərini pozaraq onun icarəsi altında olan 23.21 ha torpaq sahəsinin ötən 4 il ərzində Cavabdeh tərəfindən zəbt edilməsinə halına hüquqi qiymət verməmişdir. Sadalanan maddi hüquq normalarına istinadən iddia tələbi qanuni və əsaslı olduğu halda məhkəmə heç bir əsaslandırma gətirmədən qanunun tələblərini pozmuşdur. Qətnamənin əsaslandırıcı hissəsində işin faktiki halları barəsində ,məhkəmənin hansı səbəbdən bu nəticəyə gəlməsi açıqlanmamışdır. Məhkəmənin mövqeyinə görə cavabdeh tərəfindən icarəsi altında olan 23.21 ha torpaq sahəsi zəbt edilərkən o, tamamilə hərəkətsiz qalmışdır. Halbuki, o, ilk başdan aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş və məhz həmin zəbti ilə bağlı Azərbaycan Respublikası cinayət məcəlləsinin 188-ci maddəsi ilə Cavabdeh barəsində cinayət işi qaldırılmışdır. Məhkəmənin həmin mövqeyinə qarşı, Cavabdeh barəsində cinayət işinin başlanmasına dair Yevlax Rayon Polis Şöbəsində qəbul edilmiş qərarı və Cavabdeh istintaqdan yayınaraq barəsində axtarış işi açılması ilə bağlı qəbul edilmiş qərarı hakimə təqdim etsələr də, bütün hallar birtərəfli olaraq hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində,məhkəmə yalnız, işə əlavə edilmiş sənədləri sıralamaqla və mübahisəni əsaslandırmağa aid olmayan maddi hüquq normalarını rəhbər tutmaqla qəbul etdiyi nəticə işin hallarına uyğun deyildir( bununla da MPM –nin 220.4- cü maddəsinin tələbləri pozulmuşdur). Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya şikayəti üzrə izahatlar:
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 və iddiaçının nümayəndəsi, həmçinin, vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Yevlax Rayon Aran Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.
16. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir.
17. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan maddənin dispozisiya şərtinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onun ailə üzvlərinə silah çıxarması, üzərinə maşın sürməsi, vəzifəli şəxslərə rüşvət verməsi səbəbindən müraciət etdiyi hər yerdə süründürməçiliklə və laqeydliklə qarşılaşmasını əsas gətirərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, qeyd olunan halların baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının, əldən çıxmış faydanın tutulması barədə tələbi təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.4 maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Şəki Apellyasiya Məhkəməsinin 9 mart 2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, hazırkı işdə iddiaçı 23.21 ha torpaq sahəsini iradəsi xaricində sahibliyində saxlayan cavabdehdən 2017-ci ildən tələbin irəli sürüldüyü vaxtadək olan müddət üçün müvafiq pul məbləğinin tutulmasını tələb edir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianın qanuni əsası kimi deliktə aid normaları nəzərdən keçirərək iddianı ona görə rədd etmişlər ki, iddiaçı Mülki Məcəllənin 1096-cı maddəsində göstərilən zərər şərtini (əldən çıxmış faydanı) sübuta yetirə bilməmişdir. Bununla belə nəzərə alınmamışdır ki, qeyd olunan sahənin daxil olduğu 50 ha torpaq sahəsi bələdiyyə tərəfindən müqavilə əsasında iddiaçıya (onun varisi olduğu şəxsə) icarəyə verilmişdir. Buna baxmayaraq, sahənin icarə dəyərinin aydınlaşdırılması üçün həmin müqavilədəki məlumatların nəzərdən keçirilməsi, icarə müqaviləsi və əlavə sübutların təqdim olunması, zəruri olduqda bu xüsusat üzrə mütəxəssisin cəlb olunması və ya ekspertiza keçirilməsi tərəflərlə lazımi şəkildə müzakirə olunmamışdır. Belə olan halda, iddiaçının istinad etdiyi zərəri sübuta yetirə bilməməsi haqqında gəlinən qənaət qanuni və əsaslı mövqe sayıla bilməz.
20. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2071/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində çıxarılma tələbinə dair iddiası Yevlax Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin iddiaçıya məxsus 23,21 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə isə qanuni qüvvəsini almışdır. - İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Aran Bələdiyyəsi tərəfindən X2 50 ha torpaq sahəsi icarəyə verilmişdir. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir. - Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 041 nömrəli məktubuna əsasən, iddia olunan 23 ha torpaq sahəsinin istifadə edilməsi ilə bağlı mübahisəli olan 23 ha torpaq sahəsi ilkin olaraq Cavabdeh icarəsində olmuş, bütün texniki göstəricilərdə bütün faktlar və reallıqlar, yəni ona aid torpaq sahəsi sürüşdürülərək Cavabdeh icarəsində olan örüş torpaq sahəsinin üzərinə sürüşdürülərək 23 ha torpaq sahəsinin əvvəllər onun olduğu sonradan iddiaçının icarəsində olan torpaq sahəsinə sənədləşdirilmişdir. Bu torpaq sahəsi irəmə adlanan torpaq sahəsidir ki, şor torpaq sahəsi olduğundan 4-cü keyfiyyət qrupuna aid olmaqla 20 bonitet baldan aşağıdır və örüş üçün nəzərdə tutulmaqla əkin üçün əkin üçün son dərəcə aşağı keyfiyyətlidir. Həmin torpaq sahəsi Aran Bələdiyyəsinin mülkiyyəti olmaqla örüş üçün nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsində mübahisədən əvvəl və sonra heç bir əkin-biçin işləri aparılmamış, torpaq sahəsi boş olaraq qalmışdır. Bu torpaq sahəsində kənd camaatı torpaqdan örüş sahəsi olaraq istifadə etmişdir. X3 Mikayılov tərəfindən mübahisələndirilən örüş torpağının istifadə edilməsi və həmin torpaq sahəsindən hər hansı bir qazancın əldə edilməsi ilə bağlı olaraq heç bir məlumat və real fakt mövcud deyildir. Cavabdeh həmin torpaq sahəsini başqa şəxslərə icarəyə verib qazanc əldə etməsi, həmçinin, özü və digər şəxslər üçün otlaq vasitəsi olaraq istifadə etməsi halları, həmçinin, bu torpaq sahəsi üzərində müəyyən əkin-biçin işləri aparmaqla qazanc əldə etməsi halları mövcud olmamışdır. - Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X7 Mərkəzinə sorğu edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X7 Mərkəzinin xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi Yevlax Rayon Aran Bələdiyyəsinin mülkiyyətində olan örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.6-cı maddəsinə əsasən “yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 (üç) faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.” Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsinin yuxarı və aşağı hissəsində çoxdan əkilmiş pambıq bitkisinin qalıqlarına rast gəlinmişdir. Həmin torpaq sahəsinin orta hissəsində isə buğda bitkisinin samanı və buğda dəninin köynəyi müşahidə edilmişdir. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və torpaq sahəsinin suvarıldığından həmin torpaq sahəsində hansı bitkidən hansı ölçüdə əkildiyini müəyyən etmək mümkün olmamışdır. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və hazırda həmin torpaq sahəsindən örüş, otlaq sahəsi kimi istifadə edildiyindən, həmin torpaq sahəsində əvvəllər əkilmiş bitkilərin məhsuldarlığını təyin etmək mümkün olmamışdır. - Yevlax Rayon Aran Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı icarəsində Aran Bələdiyyəsinin mülkiyyətində olan 50 ha örüş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə görə 2020-ci ildə cəmi 260 manat, 2021-ci ildə 300 manat, 2022-ci ildə 300 manat icarə haqqı ödəmişdir. Hər hektara görə ödənilən 6 manat, 2002-ci ildə bağlanmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulan məbləğdir. Hazırda örüş torpaq sahəsinin hərrac və müsabiqə vasitəsilə icarəyə verilməsi nəzərdə tutulan hər hektara görə ilkin qiymət 33 manatdır.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kollegiya tərəfindən aparılan araşdırma nəticəsində işin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddiaya əsassız varlanmaya dair normalar tətbiq edilməlidir. Belə ki, cavabdehin 23.21 ha torpaq sahəsindəki sahibliyi məhkəmə aktı ilə qanunsuz sayılaraq onun həmin ərazidən çıxarılması qət edilmişdir. Belə olan halda icarə hüququ ilə iddiaçıya verilmiş torpaq sahəsindən cavabdeh istifadə etdiyi halda, onun iddiaçının hesabına varlanıbvarlanmadığına əsassız varlanmaya dair maddi hüquq normaları əsasında qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini zərərin ödənilməsi öhdəliyi əsası ilə təmin etməmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaq qeyd edir ki, hazırkı işdə əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb-varlanmamasıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X7 Mərkəzinə sorğu edilmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Yevlax X7 Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi Yevlax Rayon Aran Bələdiyyəsinin mülkiyyətində olan örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.6-cı maddəsinə əsasən “yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 (üç) faziə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.” Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsinin yuxarı və aşağı hissəsində çoxdan əkilmiş pambıq bitkisinin qalıqlarına rast gəlinmişdir. Həmin torpaq sahəsinin orta hissəsində isə buğda bitkisinin samanı və buğda dəninin köynəyi müşahidə edilmişdir. Mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və hazırda həmin torpaq sahəsindən örüş, otlaq sahəsi kimi istifadə edildiyindən, həmin torpaq sahəsində əvvəllər əkilmiş bitkilərin məhsuldarlığını təyin etmək mümkün olmamışdır. Bundan başqa Yevlax Rayon Aran Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 041 nömrəli məktubla iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, torpaq sahəsi Aran Bələdiyyəsinin mülkiyyəti olmaqla örüş üçün nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən həmin torpaq sahəsində mübahisədən əvvəl və sonra heç bir əkin-biçin işləri aparılmamış, torpaq sahəsi boş olaraq qalmışdır. X3 Mikayılov tərəfindən mübahisələndirilən örüş torpağının istifadə edilməsi və həmin torpaq sahəsindən hər hansı bir qazancın əldə edilməsi ilə bağlı olaraq heç bir məlumat və real fakt mövcud deyildir.
23. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və təqdim edilmiş sənədləri nəzərə alaraq qeyd edir ki, göründüyü kimi, xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə ilə Yevlax Rayon Aran Bələdiyyəsi tərəfindən icarəyə verilmiş mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir.
24. Qanunvericiliyin tələblərinə əsasən, yay və qış otlaqlarının əkilməsinə yol verilmir. Eyni zamanda mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsində əkin işlərinin aparılmasından xeyli müddət keçdiyindən və hazırda həmin torpaq sahəsindən örüş, otlaq sahəsi kimi istifadə edildiyindən, torpaq sahəsində əvvəllər əkilmiş bitkilərin məhsuldarlığını təyin etmək mümkün olmamışdır.
25. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPMnin 77.3, 102.1, 102.2-ci maddələri)
26. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə bağlı hallar iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
28. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan 23,21 ha torpaq sahəsi örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.6-cı maddəsinə əsasən “yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 (üç) faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.” Bundan başqa xx.xx.2002-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin 2.13-cü bəndində də göstərilmişdir ki, icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir. Yəni, hər bir halda mübahisə predmeti olan torpaq sahəsi örüş, otlaq uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan həmin torpaq sahəsinin əkilməsinə yol verilmir.
29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin mahiyyəti baxımından düzgün nəticəyə gəlsə də maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası qətnamənin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv olunmasına zərurət görməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(039)-1671/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.