Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-203/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (açar sözlər: maneələrin aradan qaldırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh - Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxs - İsmayıllı rayon Zeyvə bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setkanın onun öz hesabına sökülərək götürülməsi tələbinə dair” mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsi və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun əsasən Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 (bundan sonra - cavabdeh) adına qeydə alınmışdır.
2. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 07 iyul 2004-cü il tarixli, 48 saylı sərəncamı ilə cavabdehin həyat yoldaşı X13 İsmayıllı rayonu Zeyvə kəndində ümumi sahəsi 300 kv.metr, yaşayış sahəsi 150 kv.metr olan yaşayış evi və həyətyanı tikililərin aparılmasına icazə verilmişdir.
3. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X14, X9 və X2 birgə mülkiyyətinə verilmiş, bununla bağlı JN-647F KOD 40700016 nömrəli şəhadətnamə tərtib edilmişdir. 08 avqust 2005-ci il tarixli notariat qaydada təsdiq olunmuş müqavilə əsasında Ağabədəl Nağıyev həmin torpaq sahəsini İddiaçı (bundan sonra iddiaçı) satmış, sonuncu 22 avqust 2005-ci il tarixdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır.
4. 16 iyul 2021-ci il tarixli **********23 nömrəli bildirişlə bildirilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparması üçün əraziyə getmiş və məlum olmuşdur ki, torpaq sahəsinə yol yeri yoxdur və başqa vətəndaş tərəfindən istifadə olunur. Bu səbəbdən torpaq sahəsi üzərində mübahisə var və torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir.
5. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsinin və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətlərindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan 6 otaqlı fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır.
6. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 07 iyul 2004-cü il tarixli 48 saylı sərəncamından çıxarışın surətindən görünür ki, İsmayıllı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən X13 İsmayıllı rayonu Zeyvə kəndində ümumi sahəsi 300 m2, yaşayış sahəsi 150 m2 olan yaşayış evi və həyətyanı tikililərin aparılmasına icazə verilmişdir.
7. 04 oktyabr 2006-cı il tarixli MH seriyalı ******* nömrəli və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X15 və X10 mülkiyyətindədir.
8. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli 15 və 18 nömrəli arayışlarından görünür ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində X17 və X11 məxsus 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və onların bələdiyyəyə heç bir vergi borcları yoxdur.
9. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin 15 noyabr 2021-ci il tarixli 16 və 17 nömrəli arayışlarından görünür ki, İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində Cavabdeh1 məxsus 2 hektar əkin sahəsi (meşəlik), 0,12 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır və onun bələdiyyəyə heç bir vergi borcu yoxdur.
10. İddiaçının vəkilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı sorğulara cavab olaraq 29 iyul 2021-ci il tarixli və 31 avqust 2021-ci il tarixli məktublarla bildirilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alqı-satqı qaydasında əldə olunan, 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol yeri nəzərdə tutulmamış, torpaq sahəsi bir tərəfdən bələdiyyə mülkiyyətində olan 876 BB nömrəli torpaq sahəsi ilə, bir tərəfdən bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli torpaq sahəsi ilə, digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsi hal-hazırda başqa bir vətəndaşın istifadəsindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir torun cavabdehin hesabına sökülərək götürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhadətnamə əsasında mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmək üçün torpağın yerləşdiyi əraziyə gəldikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi iki tərəfdən 876 BB və 877 BB torpaq sahələri ilə həmsərhəd olmaqla digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Mülkiyyətində olan torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq 2 metr uzunluğunda olan dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir setka quraşdırılmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə yeganə giriş-çıxışı bağlamaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir. O, və ailə üzvləri bu barədə cavabdehlə dəfələrlə görüşmüş və sonuncuya qarşılıqlı razılığa gəlmək istədiklərini bildirmişlər. Həmçinin o, cavabdehə həmin torpaq sahəsini ona sata biləcəyi barədə və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirmiş, cavabdeh isə bu barədə fikirləşmək üçün uzun müddətli vaxt almışdır. Lakin cavabdeh onunla heç bir razılığa gəlməmiş və qeyd olunan ərazidə darvaza və hasarın quraşdırılması ilə onun mülkiyyətində olan torpaq sahəsinin istifadə olunmasında açıq-aşkar maneçilik etməkdə davam etmişdir.
13. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 24 iyun 2021ci il tarixdə Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri onunla birlikdə qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə gəlmiş və həmin ərazidə inventarlaşdırma işlərini aparmaq istəmişlər. Lakin, cavabdeh 876 BB və 877 BB torpaq sahələrinin qanuni istifadəsində olduğunu və özünə məxsus torpaq sahəsi üzərindən ona məxsus torpaq sahəsinə heç kimi buraxmayacağını bildirmişdir. Mütəxəssislər cavabdehdən müvafiq torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədlərin təqdim edilməsini xahiş etsələr də, o heç bir rəsmi sənəd təqdim etməmiş və mütəxəssislərin müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətdiyi üçün həmin torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulan qaydada sahiblik hüququnu həyata keçirə bilmir. DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli bildirişinə əsasən Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin ərazidə inventarlaşdırma işləri aparılması mümkün olmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinin hazırda kimə məxsus olması ilə bağlı Basqal bələdiyyəsinə müraciət edilsə də, hazıra qədər Basqal bələdiyyəsi tərəfindən bununla bağlı heç bir cavab verilməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında bildirmişdir ki, onun və ailə üzvlərinin şəxsi mülkiyyətində İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində üç tərəfdən meşə və dərin enişli dərələrin əhatəsində 2 hektar əkin və 0,36 hektar həyətyanı torpaq sahəsi vardır. O, həyətyanı torpaq sahəsində ümumi sahəsi 89.5 kv.metr olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin əmlaklar dövlət reyestrində qeydiyyata alınmış və ərazilərin inşaat pasportu tərtib edilmişdir. Əmlak və torpaq üzrə vergiləri Zeyvə bələdiyyəsinə ödəmişdir. Ərazinin su mənbəyi və ümumi istifadə yoluna çıxışı yoxdur. Bu səbəbdən gediş-gəliş üçün qonşunun şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə olunur. Hazırda həmin ərazidə torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyət yaranmış və istifadə məhdudlaşdırılmışdır. Meşə heyvanlarından mühafizə məqsədi ilə həyətyanı sahə çərçivəli, nazik tor məftillə çəpərlənmişdir. Əraziyə giriş sərbəstdir, məhdudiyyət yoxdur. 2010-cu ilin avqust ayında iddiaçının əri İlqar iş yerinə gələrək onunla tanış olmuş, Qəbələ Ərazi İdarəsinin mütəxəssisi ilə birlikdə mübahisə predmeti olan əraziyə gəlmiş və mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri aparmışdır. Mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri apardıqdan sonra torpaq sahəsinə yol olmadığını və ümumiyyətlə ərazilərə yol görünmədiyini bildirmişdir. İddiaçı aldığı torpaq sahəsini ona satmağa və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirsə də, ona belə bir təklif olunmamışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Mübahisəli torpaq sahəsinin yerində müayinəsinin nəticəsi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 30 noyabr 2021-ci il tarixdə **********30 nömrəli mütəxəssis rəyi təqdim etmişdir. Rəydə göstərilmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gedişgəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır.
17. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
18. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir setkanın cavabdehin öz hesabına sökülərək götürülməsinə dair iddia tələbinin rədd edilməsi, İddiaçı 95 (doxsan beş) manat xidmət haqqı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN:**********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X29 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X) ödənilməsi qət edilmişdir
19. Məhkəmə gəldiyi nəticəni mütəxəssis rəyinə uyğun olaraq belə əsaslandırmışdır ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, iddiaçı tərəfindən alğısatqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F, KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır ki, bu halda, iddia tələbi rədd edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsindən nаrаzı qalan İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir.
a) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(107)-442/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin cavabdeh tərəfindən məhkəməyə sənədlərin kserosurətlərinin təqdim edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin sənədlərin notariat qaydada təsdiq olunmuş surətləri rəsmi qaydada Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmiş və məhkəmə iclasında öyrənilmişdir.
b) Kassasiya instansiya məhkəməsində icraat
24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(107)-442/2022 saylı qətnaməsindən iddiaçı və vəkil X18 tərəfindən kassasiya şikayəti verilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2022-ci il tarixli, 2(102)-3962/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(107)-442/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun tərtib edilmiş, həmçinin qeyd edilmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sübut kimi məhkəməyə ailə üzvlərinin adına olan torpaq sahələrinə dair çıxarışların kserosurətini təqdim etmiş, məhkəmə həmin sənədlərin əslini tələb etməmişdir. Eyni zamanda çıxarışların məhz mübahisə olunan torpaq sahələri ilə üst-üstə düşdüyünü sübut edən əsas hüquq müəyyənedici sənəd olan bu torpaq sahələrinin ölçüləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə həmin sənədləri cavabdehdən tələb etməmişdir. 876 BB və 877 BB nömrəli torpaq sahələri Zeyvə Bələdiyyəsinə deyil, Basqal Bələdiyyəsinə məxsus olduğu üçün cavabdehin həmin torpaq sahələrinin istifadəsi ilə bağlı ümumiyyətlə subyektiv hüququ yoxdur. Məhkəmə aparılmış araşdırma nəticəsində qətnamənin əsaslandırıcı hissəsində iddianın qanuni və əsaslı olduğunu göstərsə də, işin hallarına uyğun gəlməyən əsassız və qanunsuz nəticəyə gəlmiş, bununla iddiaçını faktiki olaraq mülkiyyət hüququndan məhrum etmişdir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayəti və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X18 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh1 apellyasiya şikayətinə yazılı etiraz verərək şikayətin dəlillərinin əsassız olduğunu bildirmiş, şikayətin təmin olunmaması və birinci instansiya məhkəməsininn qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)- 942/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
30. Məhkəmə kollegiyasının 17 yanvar 2023-cü il tarixli protokol qərardadı ilə İsmayıllı rayon Zeyvə bələdiyyəsi iş üzrə müstəqqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs İsmayıllı rayon Zeyvə Bələdiyyəsinin nümayəndəsi X16 işin faktiki hallarına uyğun qanuni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
32. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin və İsmayıllı rayon Basqal bələdiyyəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Mülki Məcəllə
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
38. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
39. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
40. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
Torpaq Məcəlləsi
41. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Mülki Prosessuаl Məcəllə:
42. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
44. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
49. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
50. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
56. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
57. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
58. 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
59. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
60. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
V. Apellyasiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə araşdırması natamam olduğundan İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
63. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
64. Birinci instansiya məhkəməsi mübahisəli ərazini yerində müayinə etmiş və həmin müayinədə iştirak etmiş mütəxəssisin yazılı rəyini alaraq iş materiallarına əlavə etmişdir.
65. Həmin rəydə qeyd olunmuşdur ki, iddiaçıya məxsus 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır.
66. Qətnamədən görünür ki, məhkəmə yerində müayinədə iştirak etmiş mütəxəssisin tərtib etdiyi yazılı rəylə razılaşmış və rəydə ifadə edilmiş faktları eynilə işin müəyyən edilmiş halları kimi qəbul etmişdir.
67. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, iddiaçı tərəfindən alqısatqı qaydasında əldə olunan JN-647F Kod 40700016 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinə gediş-gəliş üçün istifadə olunmuş bələdiyyə mülkiyyətində olan 877BB nömrəli konturda göstərilən torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir.
68. Lakin iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı 877BB nömrəli konturda göstərilən torpaq sahəsindən heç vaxt gediş-gəliş üçün istifadə etməmişdir.
69. Belə ki, 877BB nömrəli konturda göstərilən torpaq sahəsi 1999-cu ildən cavabdehin istifadəsində (hal-hazırda mülkiyyətində) olduğu halda iddiaçı özünə məxsus torpaq sahəsini 2005-ci ildə əldə etmişdir.
70. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin, aşağıdakılar müəyyən olunmuşdur.
71. İsmayıllı rayon Zeyvə bələdiyyəsinin Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı məktubda göstərilmişdir ki, Basqal qəsəbə sakini X7 Zeyvə bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsi satılmamışdır. Ümumiyyətlə, xx.xx.1991-cı il tarixdən Basqal qəsəbə statusu aldığına görə torpaq islahatı vaxtı qəsəbə sakinlərinin heç birinə pay torpaqları verilməmişdir. Bu imtiyazdan ancaq kənd sakinləri istifadə edə bilmişdir. X3 Zeyvə bələdiyyəsi tanımır və onlara bələdiyyə ərazisindən 2005-ci ildə torpaq sahəsnin satılması haqqında məlumatılar yoxdur. Bələdiyyəyə heç bir torpaq vergisi də ödənilməmişdir. İddiaçı məhkəmə iddiasından sonra Zeyvə bələdiyyəsinə onun ərazisindən xəbər verilmədən qanunsuz torpaq sahəsinin satılması bəlli olmuşdur. Eyni zamahda qeyd edir ki, həmin sözügedən torpaq sahəsi Cavabdeh1 məxsus yaşayış evinin arxa hissəsində meşəlik ərazidə yerləşir və həmin sahəyə yol yoxdur. Her iki həyətyanı sahə bir-biri ilə kəsişmir, sərhəd deyil və aralarında heç bir çəpər, hasar yoxdur, İddiaçı adına rəsmişləşdirilmiş torpaq sahəsində də heç bir tikinti-inşa işləri aparılmamış, ərazi ətrafında heç bir metal tor setka yoxdur.
72. İşdə olan Basqal bələdiyyəsinin və İsmayıllı RİHB-nin Basqal qəsəbə İƏD üzrə Nümayəndəliyinin müvafiq məktub-arayışlarından da X14 və ailə üzvlərinə torpaq payı ayrılmaması məlum olur. İşdə olan İsmayıllı RİHB-nin Basqal qəsəbə İƏD üzrə Nümayəndəliyinin 19 yanvar 2023-cü il tarixli məktubundan o, da məlum olur ki, Basqal qəsəbə sakini X14 21.11. 2012-ci il tarixdə vəfat etmişdir.
73. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin vəkil Nümayəndə2 ünvanladığı 15 fevral 2023-cü il tarixli 3-48-23RA/2-1/2023 məktubunda göstərilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbə “Kommunizim yolu” sovxozunun 135 №l-li Arxiv fondunda saxlanılan 1985-1996-cı illəri əhatə edən əmr və əmək haqqı ödənişi üzrə hesablaşma kitab və cədvəllərində X4 və X1 adı aşkar edilmədi. Ona görə də yuxarıda adları qeyd olunan Basqal qəsəbə (kənd) sakinlərinin işə qəbul, işdən azad olma əmrləri və qazandıqları əmək haqqı barədə müsbət cavab verilə bilmir.
74. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon Dövlət Arxivinin vəkil Nümayəndə2 ünvanladığı 31 yanvar 20023-cü il tarixli, 3-48-23RA/2-1/2023 saylı məktubunda göstərilmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyası fəaliyyətə başladığı dövrdən fəaliyyətinə xitam verilənədək (fəaliyyət dövrünün) sənədləri işlənib Arxiv fonduna təhvil verilməyib. Ona görə də İsmayıllı rayon X12 xx.xx.1998-ci il tarixli 63 saylı qərarından çıxarış verə bilmirlər. Qeyd: Arxiv fonduna təhvil verilməyən sənədlərin harada olması barədə məlumatıları yoxdur.
75. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X28 filialının 17 yanvar 2023-cü il tarixli 11/17 saylı məktubunndan məlum olur ki, İsmayıllı rayon Aqrar islahat komissiyasının heç bor sənədi X28 filialına təhvil verilməmişdir.
76. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 fevral 2013-cü il tarixli, 3-21-3-42/2-497/2023 saylı məktubundan görünür ki, Xitmətin 9 saylı 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan sənədlərə əsasən Cavabdeh1 mülkiyyətində olan İsmayıllı rayon Zeyvə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına əsa olan sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri təqdim edilmişdir. - İsmayıllı rayon Zeyvə bələdiyyəsin 11 may 2022-ci il tarixli qərarı ilə Zeyvə kəndi ərazisində yerləşən Zeyvə bələdiyyəsinin həyətyanı məqsədi ilə 0.12 ha torpaq sahəsinin mülkiyyətə verilməsi üçün müvafiq rəylərin verilməsindən ötrü DƏDK və RPHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsinə müraciət edilməsi qərara alınmışdır. ( həmin tarixli iclasın protokolu) - 17 noyabr 2022-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,12 hektar torpaq sahəsi İsmayıllı rayon Zeyvə bələdiyyəsinin mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********). Həmin torpaq sahəsinə plan-ölçü sənədi işlənmişdir. - 17 fevral 2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən ümumi sahəsi 113.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi kateqoriyası (məqsədli-təyinatı) yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətində, Cavabdeh1 istifadəsindədir. (reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********). - 24 yanvar 2023-cü il tarixli reyestrdə 4Ə-37 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, DƏDRX-nin Qəbələ Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********96 reyestr nömrəli, **********qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquq üzrə İsmayıllı rayon Zeyvə bələdiyyəsinə verilmiş İsmayıllı rayon Zeyvə kəndində yerləşən ümumi sahəsi 0,12 hektar torpaq sahəsini alıcı Cavabdeh1 mülkiyyətinə verir. - 30 yanvar 2023-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,12 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 113.3 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********-8-10301, qeydiyyat nömrəsi **********).
77. İddiaçının vəkilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı sorğulara cavab olaraq 29 iyul 2021-ci il tarixli və 31 avqust 2021-ci il tarixli məktublarla bildirilmişdir ki, mövcud olan elektron kadastr məlumat bazasına və arxiv materiallarına istinad edilərək araşdırma aparılmışdır. İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alqı-satqı qaydasında əldə olunan, 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol yeri nəzərdə tutulmamış, torpaq sahəsi bir tərəfdən bələdiyyə mülkiyyətində olan 876 BB nömrəli torpaq sahəsi ilə, bir tərəfdən bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli torpaq sahəsi ilə, digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsi hal-hazırda başqa bir vətəndaşın istifadəsindədir. İstər “Şəhadətnamə”də, istərsə də, Reyestr Xidmətinin sorğulara verilmiş cavablarında 0.12 ha torpaq sahəsinə yolun nəzərdə tutulmaması göstərilsə də, iddiaçı iddia tələbində mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın nəzərdə tutulduğunu və həmin giriş-çıxışın cavabdeh tərəfindən zəbt edildiyini bəyan edir.
78. İş materialları ilə müəyyən edilir ki, 9 saylı Qəbələ Ərazi İdarəsi bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsinin hal-hazırda başqa bir vətəndaşın istifadəsində olduğunu bildirdiyi şəxs Cavabdeh1dur. Başqa sözlə, 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 adına qeydə alınmış fərdi yaşayış evi 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində yerləşmişdir.
79. İş materialları ilə həmçinin müəyyən edilir ki, cavabdeh sözü gedən yaşayış evinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, həmin yaşayış evinin yerləşdiyi özünün istifadəsində olan bələdiyyə mülkiyyəti olmaqla 877 BB nömrəli konturda göstərilən 0,12 torpaq sahəsini alqı-satqı yolu ilə Zeyvə bələdiyyəsindən almış, sonradan yaşayış evinə və evin yerləşdiyi alqı-satqı yolu ilə əldə etdiyi 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində vahid tam kimi qeydiyyata aldırmışdır.
80. Belə olan halda iddiaçının cavabdeh tərəfindən 877 BB nömrəli konturda göstərilən torpaq sahəsində qanunsuz olaraq dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir tor quraşdırması barədə bəyanı əsassızdır.
81. Göründüyü kimi, alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə elektron baza məlumatlarında yol yeri nəzərdə tutulmadığından, həmin yolun başqa şəxsin mülkiyyətində olan torpaq sahəsindən açılmasının tələb edilməsi yolverilməzdir.
82. Eyni zamanda o da qeyd edilməlidir ki, iddiaçı hazırkı iddianı qaldırmaqdan əvvəl JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə mülkiyyət hüquqularının qeydiyyata alınması üçün keçmiş DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, həmin inzibati orqan qeyd oluna torpaq sahəsinə yolun nəzərdə tutlmaması səbəbli qeydiyyatdan imtina etmişdir.
83. Göstərilənlərdən belə nəticə hasil olur ki, iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpa sahəsinə yol nəzərdə tutulmadığından və onun sökülməsini iddia etdiyi dəmir dirəklər üzərində darvaza və dəmir tor cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşdiyindən iddia tələbi əsassızdır.
84. İddiaçı apellyasiya şikayətində də göstərdiyi kimi Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən torpaq sahəsinə zəruri keçidi tələb edə bilər. Həmin maddəyə əsasən tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
85. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
86. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
87. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini rədd etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı nümayəndəsi və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(037)-942/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1, üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı “cavabdehin qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırdığı dəmir darvazanın və dəmir setkanın onun öz hesabına sökülərək götürülməsi tələbinə dair” iddiası rədd edilsin. İddiaçı 95 (doxsan beş) manat xidmət haqqı tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına (VÖEN: **********, hesablaşma hesabı: AZ03AİİB********************, adı: X29 rayon filialı, kod: 200491, VÖEN:**********, müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov