Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2039/2021 24.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, iddiaçı-İddiaçı və onun vəkili Vəkil2, cavabdeh-"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X20 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 8 saylı region üzrə X7rşı “qeyri istehsalah qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödəncin və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, 11 oktyabr 2013-cü ildə "xxxx" ATS-də istehsalat xəsarəti aldığına görə ona aylıq 244,57 manat ödəncin müəyyən edilməsi, hadisənin baş verdiyi vaxtdan bu günə qədər ödənilməmiş 18,504 manat 16 qəpik cəmi aylıq ödəncin, habelə ömrünün axırına qədər hər ay 244,57 manat ödəncin və vəkil xidmətinə görə ödədiyi 1800 manat pulun cavabdeh "xxxx" ATSCdən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh “Mingəçevir MaşınTəmir” ATSC-nin daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə ömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və 11.10.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat ödəncin cavabdeh "xxxx" ATS-dən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli (hakim Hüseyn Mirzəliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ATSC-dən İddiaçı daş emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 258,43 manat ödənc müəyyən olunması və həmin ödənc hər ay İddiaçı ödənilməsi, iddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsi iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan cavabdeh "xxxx" X29 Cəmiyyəti Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(107)-191/2021 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" X29 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə İddiaçı hər ay 56.25 (əlli altı manat iyirmi beş qəpik) manat aylıq ödənc müəyyən edilmiş, cavabdeh "xxxx" ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən başlayaraq hər ay 56.25 (əlli altı manat 25 qəpik) manat "xxxx" ATSC-dən alınaraq (son yaş həddinədək) pensiya yaşınadək İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh "xxxx" ATSC kassasiya şikаyəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2021-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ATSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(107)-191/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. işin halları: İddia tələbini onunla əsaslandırılmışdır ki, 11 oktyabr 2013-cü ildə cavabdeh "xxxx" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərkən iş başında sağ əlinin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin 16.12.2013-cü il tarixli, 171 -T saylıəmrinə əsasən bədbəxt hadisənin təhqiqatı aparılmış, onun həqiqətən də istehsalatda xəsarət almağı barədə təhqiqat aktı tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh "Mingəçevir Maşn-Təmir" ATSC onun istehsalatda xəsarət almağıyla əlaqədar "İZ" formalı aktı tərtib edərək təsdiq edib ona verməmişdir. O, "İZ" formalı aktı Mingəçevir Şəhər Məhkəməsinin 13.03.2018-ci il tarixli, 2(051)-383/2018 saylı qətnaməsinə əsasən 2019-cu ilin may ayında ala bilmişdir. 7-ci ildir ki, o, məhkəmələrdə əziyyət çəkir. Cinayət işi ilə əlaqədar o, Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri-X16 və X17 ilə müqavilələr bağlamışdır. Bu müqavilələr üçün X8 350 manat, X9 isə 1.450 manat pul vermişdir. Onların hər ikisi Azərbaycan Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələblərini və vəkil andını kobud surətdə pozaraq onun əleyhinə iş apararaq qarşı tərəfi müdafiə etmişlər. Mingəçevir Şəhər Prokurorluğunun bu işlə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlatdığı cinayət işinin ibtidai istintaq materialları baxılmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi (hakim Məhburə Kərimova) "xxxx" ATSC-nin İdarə Heyətinin sədri X5 bəraət verilməsi barədə 06 yanvar 2015-ci il tarixli, 1(051 )-3/2015 saylı hökm çıxarmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2015-ci il tarixli, 1 (051 )3/2015 saylı hökmündən dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X10 apellyasiya protesti əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 may 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmü ilə apellyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 06.01.2015-ci il tarixli, 1 (051)- 3/2015 saylı hökmü ləğv edilmiş və "Mingəçevir Maşn-Təmir" ATSC-nin İdarə Heyətinin sədri X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 may 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmündən X1nun verdiyi kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 27 oktyar 2015-ci il tarixli, 1(102)-1370/15 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 may 2015-ci il tarixli, 1 (107)-73/2015 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. X1 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli, 1(102)-1370/15 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin 10.03.2016-cı il tarixli, 2(102)- 15/2016 saylı qərarı ilə əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmamışdır. Onun istehsalatda sağ əlinin 4 barmağının kəsilməsi və əmək qabiliyyətinin 45 faiz itirilməsi ilə nəticələnən istehsalat xəsarəti almağı məhkəmə hökmü ilə təsdiq edilmişdir. Bütün bu qərarlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının 18.10.2019-cu il tarixli qərarı ilə ona əlilliyin səbəbi "əmək zədəsi" olmaqla müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. O, "Mingəçevir MaşınTəmir" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərək orta aylıq 400-500 manat və əvəzçilik üzrə gözətçi işləyərək orta aylıq 93,50 manat əmək haqqı almışdır. İstehsalat xəsarəti nəticəsində əmək qabiliyyətinin 45 faizini itirmişdir. Onun hər 2 vəzifə üzrə orta aylıq əmək haqqı 543,50 manat təşkil edir. Ona görə də cavabdeh "xxxx" ATSC tərəfindən ona ödənilməli olan aylıq ödəncin məbləği 244,57 manat (543,50 X 45 %) təşkil edir. O, istehsalat xəsarətini 11 oktyabr 2013-cü ildə almışdır. Həmin vaxtdan bu günə kimi 75 ay 20 gün müddət keçmişdir. Ona görə də həmin vaxtdan bu günə qədər ona çatası, lakin ödənilməmiş aylıq ödənclərin cəmi məbləği 18.504 manat 16 qəpik təşkil edir. Bundan əlavə, cavabdeh "xxxx" ATSC hər ay ona ömrünün axırına qədər 244,57 manat aylıq ödənc verməlidir. O, bu barədə cavabdeh "Mingəçevir MaşınTəmir" ATSC-nin İdarə Heyətinin sədri X22 müvafiq sənədləri əlavə etməklə 04.12.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəni onun ünvanına poçt vasitəsi ilə 05.12.2019-cu ildə göndərmişdir. Ərizənin "Mingəçevir Maşm-Təmir" ATSC-də 07.12.2019-cu ildə "Məhyəddinov" tərəfindən qəbul edilməsi barədə xəbərnaməni poçt vasitəsi ilə 11.12.2019-cu ildə almışdır. 07.01.2020-ci ildə saat 15:05-də o, X20 ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ondan ərizəyə baxılması barədə məlumat verməsini xahiş etmiş, o isə bildirmişdir ki, "Siz bu barədə məhkəməyə müraciət edin. Məhkəmənin qətnaməsi əsasında tələbin ödənilməsinə razıdır. Ona görə də cavabdeh "xxxx" ATSC-nin daş-aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görəömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və 11.10.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat və vəkil xidmətinə görəödədiyi 1800 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır apellyasiya şikayətinin dəlilləri və proses iştirakıçılarının izahatları: Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İddiaçı 2018-ci ildə “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh "xxxx" ATSC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 8 saylı X11 alınıb ona verilməsi, "xxxx" ATSC-dən ona verilməli olan 3000 manat maddi zərərin, 34595 manat əmək haqqının və 100000 manat mənəvi zərərin Cavabdeh "xxxx" ATSC -dən alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 2(051)-383/2018 saylı 13 mart 2018-ci.il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh "xxxx" ATSC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 8 saylı X11 alınıb ona verilməsini, əmək kitabçasının cavabdehdən alınıb iddiaçıya verilməsini, əmək haqqının dəyəri olan 4955.50 (dörd min doqquz yüz əlli beş manat əlli qəpik) manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğdə pulun cavabdeh "xxxx" ATSC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ATSC-də gözətçi vəzifəsində işləmişdir. Həmin qətnamə ilə də iddiaçının gözətçi kimi aylıq əmək haqqı məbləğinin 93,50 manat olması müəyyən edildiyindən ona ödənilməmiş əmək haqqı olaraq 4955,50 manat cavabdeh "xxxx" ATSCdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Mingəçevir şəhər məhkəməsinin sözügedən qətnaməsində istinad olunan "xxxx" ATSC-nin 07 mart 2018-ci il tarixli 03 nömrəli arayışdan görünür ki, İddiaçı 08 oktyabr 2010-cu il tarixdən 11 oktyabr 2013-cü il tarixədək ATSC-də gözətçi işləmiş və onun əmək haqqısı 93,50 manat məbləğində olmuşdur. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 2013cü ilin oktyabr ayında "xxxx" ATSC- nin yerləşdiyi ərazidə əmək xəsarəti alarkən o, ATSCdə gözətçi vəzifəsində işləmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər arasında olan mübahisəyə baxan başqa məhkəmə üçün məcburi xarakter daşıyır. Lakin hazırki işə baxan Mingəçevir şəhər məhkəməsi nədənsə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinin nəzərə almamış, Mingəçevir Şəhər Məkəməsinin 13.03.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları sanki görməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi İddiaçı əmək xəsarəti alarkən 25.08.2020-ci il tarixli qətnamədə göstərildiyi kimi işəgötürən "xxxx" ATSC-də kantçı vəzifəsində deyil gözətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məccələsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhədliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi qanunvericilik yalnız əmək münasibətlərində olan işəgötürən və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" X29 Cəmiyyətinin nümayəndəsi X27 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçının istehsalat qəzası nəticəsində sağlamlığının pozulması məsələsinin onlara heç bir aidiyyatı yoxdur. Onlar müəssisə olaraq həmin yeri “E-Tornado” şirkətinə icarəyə vermişdir. İddiaçı onların müəssisəsində gözətçi vəzifəsində işləyib və 80-90 manat əmək haqqı alıb. Həmin hadisədən sonra müəssisə olaraq iddiaçıya ödəməli olduğuqları əmək haqqı əvəzi və mənəvi zərərə görə 10.000 pul ödəmişlər. İddiaçının hazırki iddiası əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı Kantçı vəzifəsində işləməyib o gözətçi işləyib və onun orta aylıq əmək haqqı 80-90 manat olub. Kantçının vəzifə maaşı nəqədər olması barədə məndə məlumat yoxdur. İddiaçı mühafizəçi vəzifəsində işləyib, boş vaxtlarında gedib qeyri-rəsmi Kantçı vəsifəsinidə icra edib. Məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o həmin xəsarəti cavabdeh "xxxx" X29 Cəmiyyətində işləyərkən almışdır. Cavabdeh tərəfindən ödənilən pulun hazırki iddiaya heç bir aidiyyəti yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən 3-cü şəxs ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə X15 nümayəndəsi X12 bildirdi ki, məlum hadisə ilə bağlı tədqiqat aktı tərtib olunub. “İZ” aktı müəssisə ilə tərəflər arasında tərtib edilir. Hazırki iş üzrə də hadisə ilə bağlı məsuliyyət ASC-nin üzərinə düşür. Əmək haqqı məbləği müəyyən olunmaqla iddiaçı ona dəymiş ziyanı tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13.09.2021-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ATSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli 2(107)-191/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Təhqiqat komissiysı Təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci bəndinə görə Mingəçevir “Maşın-Təmir” ATSC-nin idarə heyyətinin sədri-işə götürən X4 cavabdehliyini, 4.2-ci bəndinə görə zərərçəkən-gözətçi İddiaçı ehtiyatsızlığını müəyyən etmişdir. İddiaçıla baş vermiş bədbəxt hadisə Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” nın 1.2 bəndinə əsasən istehsalat xarakterli sayılmış və Mingəçevir “Maşın-Təmir” ATSC-də uçota alınmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2015-ci il tarixli, 1(051)-3/2015 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetrilmədiyinə görə bəraət verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2015-ci il tarixli hökmü ləğv edilərək, barəsində ittiham hökmüçıxarılmış, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 500 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli, 1(102)-1370/2015 saylı qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum X13 barəsindəki 21 may 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli, 1(102)-15/2016 saylı qərarının surətindən görünür ki, zərəçəkmiş şəxs İddiaçı X1 ilə birlikdə verilmiş əlavə kassasiya şikayəti Azərbaycan Respublikası CPM-nin 421.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığıüçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 10 fevral 2020-ci il tarixli əmrdən görünür ki, X2 "xxxx" ASC-nin idarə heyyətinin sədri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin İdarə Heyyətinin sədri X27 tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı 2007-2013-cü illərdə "xxxx" ATSCdə gözətçi vəzifəsində işləyib, aylıq əmək haqqı 85 manat olmuşdur. Heç vaxt "xxxx" MMC müəssisəsi "xxxx" ATSC-nin nəzdində olmamış, müstəqil müəssisə kimi fəaliyyət göstərərək "xxxx" ATSC-nin balansında olan binanı müqavilə əsasında icarəyə götürərək istifadə etmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Statistika İdarəsi tərəfindən Mingəçevir şəhər Məhkəməsinə göndərilmiş 141 № li 21 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər Statistika İdarəsi müəssisə və təşkilatlarda işləyən işçilərin ayrı ayrılıqda əmək haqqının uçotunu aparmır. İşə əlavə edilmiş 23 № TSEK-nin sədri E.Əsgərov tərəfindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, Yevlax rayon Salahlı kəndində qeydiyyatda olan İddiaçı TSERAS alt sistemi tərəfindən 18.10.2019-cu il tarixindən, əmək zədəsi səbəbi ilə, əmək qabiliyyətinin itirilməsi 45 faiz olmaqla, üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz “Sağəlin İİ-İİİ barmaqlarının proksimal falanqasının orta 1/3-nin, İV barmağın proksimal falanqanın aşağı 1/3-nin V barmağın orta falanqanın əsas səviyyəsində amputasion güdülüdü. İşə əlavə edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 10 may 2019-cu il tarixli İZ AKT-dan müəyyən edilir ki, müəssisənin adı Mingəçevir Maşın-Təmir” ATSC olmaqla, bədbəxt hadisə nəticəsində zərərçəkmiş şəxsin adı İddiaçıdur. Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ilə istehsalat xəsarətinin alınması ilə bağlı tərtib və təsdiq edilmiş İZ formalı aktın cavabdeh "xxxx" ATSC-dən alınıb iddiaçıya verilməsi, cavabdehdən ödənilməli olan əmək haqqının dəyəri 4955,50 manat məbləğində pulun və mənəvi zərərə görə 10000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(102)-8201/18 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 16.07.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya qaydasında işə baxan məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsi həmin dövrdə eyni istehsalat sahəsində eyni vəzifədə orta aylıq əmək haqqını müəyyən etməklə, buna uyğun olaraq ödəncin məbləğini hesablamalı idi. Bununla bağlı məhkəmə kollegiyası iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Mingəçevir Regional ərazi şöbəsinə İddiaçı 2013-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində hansı vəzifədə işləməsi və işlədiyi vəzifələr üzrə orta aylıq əmək haqqı məbləğinin nə qədər olması, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə isə İddiaçı 2013-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində kantçı vəzifəsində işlədiyi müddətdədə onun orta aylıq əmək haqqı məbləğinin nə qədər olması barədə məlumatın bu məlumat olmadığı təqdirdə isə 2013-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətində və ümumiyyətlə ölkə ərazisində kantçı vəzifəsində işləmiş şəxslərin orta aylıq əmək haqqı məbləğinin nə qədər olması barədə məlumatın göndərilməsi üçün sorğular ünvanlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Mingəçevir Regional ərazi şöbəsi 05 noyabr 2021-ci il tarixli **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, 2013-cü il 27 dekabr tarixədək qüvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığından İddiaçı əmək fəaliyyəti barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əmək müqaviləsi bildirişi üzrə alt sistemində əks olunmamışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 11 noyabr 2021-ci il taricli 06/1-145 nömrəli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə otqa aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğunuzda qeyd edilmiş kantçı peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların tərəfimizdən təqdim edilməsi mümkün deyil. Bununla yanaşı bildiririk ki, 2013-cü ildə ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 425,1 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinində aid olduğu “Maşın və avadanlıqlardan başqa hazır metal məlumatlarının istehsalı” fəaliyyəti sahəsində isə 400,6 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi qaydalarının 2.1-ci bəndinə əsasən iddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarında müəyyən edilib ödənilir. Zərərə görə aylıq ödəncin məbləği müəyyənlişdirilərkən zərərçəkənə təyin edilmiş əlilliyə görə pensiya nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur. Mövcud şəraitdə zərərçəkənin peşəsinin adı dəyişdirildikdə və yaxud ləğv edildikdə təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191-ci maddəsinə əsasən tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239-cu maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Mülki Məcəllənin 1119.1-ci maddəsinə görə zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydaların 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi, qanunvericilik zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarının meyarı kimi orta aylıq qazancı (gəliri) əsas götürmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Məhkəmə təqdim olunmuş iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinində aid olduğu “Maşın və avadanlıqlardan başqa hazır metal məlumatlarının istehsalı” fəaliyyəti sahəsində isə 400,6 manat təşkil etmişdir. Bundan əlavə iddiaçı 18.10.2019-cu il tarixdən əmək zədəsi səbəbi ilə əmək qabiliyyətinin 45 faizni itirmiş, üçüncü dərəcə əlillik təyin edilmiş, sağəlin 2 və 3-cü barmaqlarının proksimal falanqasının orta 1/3-nin 4-cü barmağın proksimal falanqanın aşağı 1/3-nin 5-ci barmağın orta falanqanın əsas səviyyədə amputasiya edilməklə faktiki olaraq əmək fəaliyyəti qabiliyyətinin 45 faizni itirmişdir. Məhkəmə sadalanan diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, istehsalat nəticəsində sağlamlığının pozulmasına görə iddiaçının tələb etdiyi ödənc ədalətli məbləğ olaraq cavabdeh "xxxx" ATSC-dən daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 (400,6 x 45:100=180,27) manat aylıq ödəncin iddiaçıya ödənilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" X29 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə hər ay 180,27 (bir yüz səksən manat iyirmi yeddi qəpik) manat aylıq ödənc müəyyən edilsin. "xxxx" ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 180,27 ( bir yüz səksən manat iyirmi yeddi qəpik) manat "xxxx" ATSC-dən İddiaçı alınaraq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-2039/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2039/2021
24.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver