Məhkəmə qərarları › İş №2(107)-204/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-204/2021

12.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-204/2021 12.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-280/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Ağasəf qızı cavabdehlər Ağsu rayon Notariat Ofisinə və Cavabdeh1 qarşı Cavabdeh2 xx xxxxxx 1996-cı il tarixdə X1 tərəfindən verilmiş 2/3-74 saylı reyestr üzrə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-280/2020 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia tələbi təmin edilmiş, Cavabdeh2 xx xxxxxx 1996-cı il tarixdə X1 tərəfindən verilmiş 2/3-74 saylı reyestr üzrə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh1 Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(016)-280/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən cаvаbdeh Cavabdeh1 məhkəmə kollegiyasının ünvanına təkrarən eyni məzmunlu teleqram ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Mülki işin materiallarından görünür ki, cаvаbdeh Cavabdeh1 apellyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə cаvаbdeh Cavabdeh1 məhkəməyə ünvanladığı teleqramı nəzərə alınaraq apellyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cаvаbdeh Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Ağasəf qızının cavabdehlər Ağsu rayon Notariat Ofisinə və Cavabdeh1 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar