Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2044/2021 04.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, tapşırıq müqaviləsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı və Cavabdeh2 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5000 manat mənəvi ziyana görə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, keçmiş əri Hicran Salmanov 20 oktyabr 2020-ci il tarixdə iki azyaşlı uşağı ilə görüşmək adı altında apararaq, onları geri gətirməmişdir. Bu məsələdə ona köməklik göstərməsindən ötrü tanışı Cavabdeh1 müraciət etmiş, Pərvin internet saytında bu məsələni ictimailəşdirməsini bildirmişdir. Cavabdeh1 bu məqsədlə ona tanışı olan digər Cavabdeh2 ilə görüşdürərək bildirmişdir ki, Cavabdeh2 ona təmənnasız hüquqi yardım göstərəcəyini bildirmişdir. Lakin sonradan ərizə və müraciətlərin tərtib edilməsi üçün müxtəlif vaxtlarda ona “Milli Ön” elektron ödəmə terminalından 30 və 35 manat pul göndərmişdir. Sonradan isə Cavabdeh1, ünvan 1 ünvanında hüquqi yardım göstərmək adı ilə hər ikisi aldadaraq 700 manat alaraq, Cavabdeh2 “xidmət göstərilməsinə dair” onunla 30.11.2020 tarixli müqavilə bağlamışdır. Cavabdehlərə uşaqlarının ona qaytarılmasına kömək etmələri məqsədilə dediklərini təqdim etməyinə baxmayaraq, uşağını ona qaytara bilməmişlər. Cavabdehlərin hər ikisinin qanunsuz hərəkətlərindən Bakı şəhərinin Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən araşdırma aparılaraq müvafiq iş materialları toplandıqdan sonra cinayət işinin qaldırılması məqsədilə həmin materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərmişdir. Bundan sonra müstəntiq E.Mehtiyev onların izahatını alınmış, hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və sair istintaq hərəkətləri aparılsa da, sonradan, 08 yanvar 2021 -inci il tarixində, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. İş materiallarında olan izahatlardan da göründüyü kimi, cavabdehlər ondan ümumilikdə 765 manat pulu aldıqlarını etiraf etmişlər. Onunla bağlanılan “xidmət göstərilməsinə dair” müqavilədə işin və xidmətlərin göstərilməsi üçün 700 manat göstərilmişdir. Halbuki, tanışı olan Cavabdeh1 digər cavabdehin təmənnasız yardım edəcəyini bildirmişdir. Beləliklə, cavabdehlər ona verdikləri vədlərini yerinə yetirmədiklərindən dolayı, onu aldadaraq maddi ziyan vurmuşlar. Baş vermiş hadisə zamanı psixoloji sarsıntılar keçirdiyindən cavabdehlərdən mənəzi ziyan tələb edir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia rədd edilmiş, İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5000 manat mənəvi ziyana görə pulun tutulması barədə tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı özünə hüquqi yardım göstərilməsi ilə bağlı jurnalist fəaliyyəti ilə məşqul olan Cavabdeh1 müraciət etmiş, Pərvin iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı tanışı digər Cavabdeh2 ilə tanış etmişdir. 30.11.2020-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmış, İddiaçı Cavabdeh2 700 manat pul ödəmişdir. Cavabdeh2 müqavilə üzrə hüquqi yardım göstərmişdir. İddiaçı Cavabdeh1 pul tələb etməsinə baxmayaraq, Cavabdeh1 hər hansı şəkildə pul verdiyinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı Cavabdeh2 ilə 30.11.2020ci il tarixdə hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmış müqavilə üzrə, Cavabdeh2 üzərinə düşən hansı öhdəliyi yerinə yetirmədiyi ilə bağlı heç bir xüsusatı təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşaqlarının cavabdeh tərəfindən alınıb ona vermədiyini əsas gətirərək, Cavabdeh2 müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi barədə göstərdikləri müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı özünə hüquqi yardım göstərilməsi ilə bağlı jurnalist fəaliyyəti ilə məşqul olan Cavabdeh1 müraciət etmiş, Pərvin iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı tanışı digər Cavabdeh2 ilə tanış etmişdir. 30.11.2020-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmış, İddiaçı Cavabdeh2 700 manat pul ödəmişdir. Cavabdeh2 müqavilə üzrə hüquqi yardım göstərmişdir. İddiaçı Cavabdeh1 pul tələb etməsinə baxmayaraq, Cavabdeh1 hər hansı şəkildə pul verdiyinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı Cavabdeh2 ilə 30.11.2020ci il tarixdə hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmış müqavilə üzrə, Cavabdeh2 üzərinə düşən hansı öhdəliyi yerinə yetirmədiyi ilə bağlı heç bir xüsusatı təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının uşaqlarının cavabdeh tərəfindən alınıb ona vermədiyini əsas gətirərək, Cavabdeh2 müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi barədə göstərdikləri müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehlərdən müştərək qaydada 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5.000 manat mənəvi ziyanın tutulmasına əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi və prosessual normalar baxımından düzgün qəbul edilməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunur ki, o hüquqi yardım göstərilməsilə bağlı jurnalist fəaliyyəti ilə məşğul olan cavabdeh Pərvinə müraciət etmiş, sonuncu da onu tanışı Cavabdeh2la tanış etmişdir. Hüquqi yardımla bağlı onun bu adamlara 700 manat pul ödəməyi məhkəmə tərəfindən tanınmışdır. Bundan başqa cavabdeh-Cavabdeh1 hər hansı şəkildə pul verməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsində Cavabdeh2 müqavilə üzrə hansı öhdəliyini yerinə yetirməməsini sübut edə bilməmişdir. Onun cavabdehlərə saxta müqavilə əsasında 700 manat, 200 manat və digər məbləğləri hansı əsasla verməyini məhkəmə əsaslandıra bilməmişdir. Məhkəmə iclasına sədrlik edən hakim iddia tələbi ilə bağlı mövqeyi qərəzli olmuşdur. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 2(046)-l137/2021 saylı,14.06.2021 tarixli qətnaməsi qanunsuz, əsassız və ədalətsiz olduğuna görə ləğv olunaraq, iddia tələbinin tam həcmdə təmin olunmasına dair qətnamə çıxarılmasını, cavabdehlər barəsində xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi və Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə Cavabdeh1 tərəfindən məhkəməyə teleqram göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri- əmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətində apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüquq normalarına istinad etməyərək maddənin tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. İddiaçı iki tələblə məhkəməyə müraciət edib. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5000 manat mənəvi ziyana görə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı özünə hüquqi yardım göstərilməsi ilə bağlı jurnalist fəaliyyəti ilə məşqul olan Cavabdeh1 müraciət etmiş, Pərvin iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı tanışı digər Cavabdeh2 ilə tanış etmişdir. 30.11.2020-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmış, İddiaçı Cavabdeh2 700 manat pul ödəmişdir. Cavabdeh2 isə 30.11.2020ci il tarixdə hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmış müqavilə üzrə, düşən hansı öhdəliyi yerinə yetirməmiş, hər hansı bir hüquqi yardım göstərməmişdir. Belə ki, tərəflər belə bir müqavilənin bağlandığını mübahisələndirməmişlər. Eyni zamanda Cavabdeh2 iddiaçıdan 700 manat pul aldığını etiraf etmişdir. Ancaq cavabdeh iddiaçıya hər hansı bir hüquqi yardım göstərməsinə dair sübut təqdim etməmişdir, (məsələn iddia ərizəsi, şikayət ərizəsi və.s). Ona görə də kollegiya hesab edir ki, iddia tələbi 700 manat pulun Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi hissəsi təmin edilməlidir. Tələbin 65 manat hissəsinə münasibət bildirərək kollegiya qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı həmin məbləğin cavabdehə ödənilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa kollegiya iddia tələbinin cavabdeh Cavabdeh1 qarşı hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdeh Cavabdeh1 hazırkı iddia tələbi üzrə iddiaçı ilə müqavilə tərəfi olmamış və hər hansı bir öhtəlik daşımamışdır. Ona görə də iddia ona münasibətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin 5000 manat mənəvi ziyan hissəsin münasibət bidirərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə iddiaçı mənəvi zərər çəkməsinə dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. Mənəvi ziyanla bağlı iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə tələblərin təmin edilməsi üçün iddiaçı mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, özünün hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini sübut etməlidir. Belə bir sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Ona görə də iddia ərizəsi mənəvi ziyana aid hissədə də təmin edilə bilməz. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməkdə doğru nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüquq normalarına istinad etməyərək maddənin tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, 700 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunverici hazırkı halda qətnaməni iddiaçı tərəfə mübahisələndirmək hüququ vermişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tаrixli, 2(046)-1137/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 700 manat pul Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, iddiaçı rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2044/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2044/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver