Məhkəmə qərarları › İş №2(107)-205/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-205/2025

25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-205/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cabbarov Ariz Şahin oğluna və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dairməhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinə cavabdeh X1 istifadə hüquqlarına xitam verilməsi;cavabdeh X1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir.

2. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Pakizə Süleymanova məhkəməyə elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinə cavabdeh X1 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər X4, Cavabdeh3, Cavabdeh2, X6 və Cavabdeh1nnun Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Pakizə Süleymanova məhkəməyə elektron qaydada “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə göndərərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin fərdi yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı"xxxx" KB ASC hərrac vasitəsi ilə Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2022- ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışla iddiaçı"xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evində halhazırda iş üzrə cavabdeh X4 qeydiyyatdadır və bu şəxsin sözügedən evdə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASCnin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X4 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüquqları yoxdur. Bu səbəbdən onların Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir.Nəzərə almaq lazımdır ki, hal-hazırda Qəbələ rayonu, Qəbələ şəhəri, 28 May küçəsində 0.07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib,iddianı müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

8. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisədə adı keçən evi ipoteka yüklülüyü ilə təmin edilən kredit müqaviləsi üzrə tələbin yönəldilməsi qaydasında hərrac vasitəsilə almasına istinad edib. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli ev iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır, cavabdehlər isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

10. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçının irəli sürdüyü tələbin faktiki halları onun tələbinin qanuni əsası kimi məhz Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, qeyd olunan normanın dispozitiv şərtləri ondan ibarətdir ki, tələb edən şəxs əmlakın mülkiyyətçisi olmalı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlak özgəsinin sahibliyində olmalı və bu sahiblik qanunsuz sahiblik kimi mövcud olmalıdır (sahibliyin qanuni əsası olmamalıdır). İndiki halda, iş materiallarına əsasən mübahisə predmeti olan əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq cavabdehlərin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdehlər həmin fərdi yaşayış evində yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, iddia tələbini təmin edilməlidir.

11. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 205.2, 228.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.4, 218.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

15. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış razılıq notariat qaydasında olmamışdır, lakin sorğu zamanı müəyyən etmək mümkündür ki, 2022-ci ilin dekabr ayında iddiaçının hesabına tərəflərindən vəsait ödənilmişdir, lakin iddiaçı məhkəmə prosesində verdiyi izahatda bu məsələni qeyd etməmişdir.

16. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, iddia tələbində fərdi yaşayış evi əvvəllər onlara məxsus olub və iddiaçı ilə razılığa gəlinərək, iddiaçıya olan borcunun ödənilməsi şərti ilə sözügedən fərdi yaşayış evindən istifadə etmişlər. Fərdi yaşayış evində olan bütün əşyalar onlara məxsusdur və mülkiyyətçisi onlardırlar.

17. Odur ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(025)- 755/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının;

13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qərarlar:

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

25. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

26. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun; 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Qəbələ rayon Məhkəməsinin 2(025)-755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

31. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyator elektron qaydada imzalanmış apellyasiya şikayətində xx.xx.2024-cü il tarixli qətnamənin ləğvini xahiş etsə də, ona əlavə edilmiş fiziki qaydada imzalanmış apellyasiya şikayətində Qəbələ rayon Məhkəməsinin 2(025)-755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

32. 2(025)-755/2024 nömrəli qətnamənin xx.xx.2024-cü il tarixdə qəbul edilməsi nəzərə alınaraq, məhkəmə kollegiyası elektron qaydada imzalanmış apellyasiya şikayətində onun tarixinin xx.xx.2024-cü il kimi göstərilməsini texniki yanlışlıq kimi qiymətləndirir və şikayətin məhz Qəbələ Rayon Məhkəməsinin 2(025)-755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilməsini qəbul edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Şəki Apellyasiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(107)-205/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissələrində ləğv edilmiş, iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılmaları, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissələrində mülki iş üzrə icraata xitam verilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair gəldiyi nəticə, hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair hissəsinin ləğv olunması üçün əsas yoxdur.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli 12 İSMLƏ/13 saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 29 İSMLƏ/14 saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 11mspİSLM/14 saylı Əlavə kredit xətti müqaviləsi üzrə tələbin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh X5 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Qəbələ şəhəri 28 may küçəsində yerləşən fərdi yaşayış evinə (0,07 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldilmiş, həmin əmlak hərracda tələbkar "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə verilmiş ********** nömrəli çıxarışla Qəbələ şəhəri 28 may küçəsi 63-də yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.07 ha torpaq sahəsi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə rəsmiləşdirilmişdir. Mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğu, kredit öhdəliklərinin icrası üçün həmin əmlaka məhkəmə qaydasında tutma yönəldilərək iddiaçı bankın mülkiyyətinə rəsmiləşdirildiyi halda, Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən istifadə etməsi üçün hər hansı bir hüquqi əsasın olması müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin onun Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissəsinin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır.

38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin 2022-ci ilin dekabr ayında iddiaçının hesabına tərəflərindən vəsait ödənilməsi, lakin iddiaçının məhkəmə prosesində verdiyi izahatda bu məsələni qeyd etməməsi, fərdi yaşayış evinin əvvəllər onlara məxsus olub, iddiaçı ilə razılığa gəlinərək, iddiaçıya olan borcunun ödənilməsi şərti ilə sözügedən fərdi yaşayış evindən istifadə etmələri, fərdi yaşayış evində olan bütün əşyaların onlara məxsus olması və mülkiyyətçisinin onlar olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin özünün apellyasiya şikayətində göstərdiyi kimi iddiaçı ilə aralarında buna dair notarial qaydada bağlanmış razılıq olmamışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak iddiaçı bankın mülkiyyətində olmaqla Cavabdeh1 həmin ünvanda yaşamasına əsas verəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin hər hansı bir müqavilə münasibətinin hazırkı mübahisənin predmetini təşkil etməməsi səbəbli Cavabdeh1 müqavilədən kənar qaydada ödənilmiş bir məbləği ayrıca icraatda mübahisələndirmək hüququ vardır.

40. Kollegiya həmçinin qeyd etməyi vacib hesab edir ki, Cavabdeh1 məxsus əşyanın iddiaçı bankın mülkiyyətində olan evdə olması onun evdən çıxarılmasını istisna edən hal deyildir.

41. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

42. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququna malik olmaqla Cavabdeh1 ona məxsus evdən çıxarılması, torpaq sahəsinin boşaldılması məqsədi ilə hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Cavabdeh1 bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinin əsassızlığına dair dəlilləri ilə razılaşmır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsi “Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinin Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2(025)-755/2024 nömrəli qətnaməsi “Cavabdeh1 Qəbələ rayonu, Qəbələ şəhəri, 28 may küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 63 saylı fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar