Məhkəmə qərarları › İş №2(107)-2050/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2050/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2050/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X5 və üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızına qarşı çıxarışların etibarsız hesab edilməklə ləğv olunması tələbinə dair mülki işin icraatına xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədova Məryəm Mövlüd qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların, Məmmədova Məryəm Mövlüd qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, doğma bacısı Məryəm Əli qızı xx.xx.2006-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra miras olaraq toıpaq sahələri qalmışdır. Hansı ki, həmin torpaq sahələrinə mülkiyyət hüququnu müəyyən edən sənədləri yalnız xx.xx.2018-ci ildə almaq mümkün olmuşdur. Bacısının vəfatından sonra onu əri 2-ci arvad almış, onun da adı Məryəm olmuşdur. Hər iki Məryəm yalnız ata adları ilə fərqlənmişdir. Məryəmlərin əri olmuş Qurban Məmmədov xx.xx.2018- ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı Məryəm Mövlüd qızı DƏDRX-in 18 saylı Ərazi İdarəsinə müraciət edərək özünün və mərhum bacısının adının eyni olmasından istifadə edərək, DƏDRX-in əməkdaşlarını aldadaraq bacısı Məryəm Əli qızının əmlakı olan torpaq sahələrini özünün adına qeydiyyata aldıraraq ev və 0,10 ha həyətyanı torpaq sahəsinə xx.xx.2018-ci il tarixli ******* saylı Çıxarış, 0,52 ha torpağa ******* saylı Çıxarış və 0,21 ha torpağa ******* saylı Çıxarış almışdır. Beləliklə, iddiaçı Məryəm Mövlüd qızı saxta Çıxarışlar əldə etmişdir. Hansı ki, həmin Çıxarışlara dair qeydiyyatın aparılmasında texniki səhvə yol verildiyi DƏDRX-in 18 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli **********00 saylı məktubu ilə təsdiq olunur. Sonra Məryəm Mövlüd qızı, həmin Çıxarışlar əsasında notariusa müraciət edərək Çıxarışda qeyd olunmuş və mərhum Qurban Məmmədova aid əmlakların hissəsi üzərində vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra həmin vərəsəlik şəhadətnamələri əsasında bütöv əmlakın özünə məxsus olmasına dair Çıxarışlar almışdır. Həmin saxta Çıxarışları əsas tutaraq Zaqatala Rayon Məhkəməsində xx xxxxxx 2020-ci il tarixdə qətnamə qəbul edilərək onun qanuni yollarla əldə etdiyi əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun əsasında verilmiş çıxarış ləğv edilmişdir. Məhkəmənin həmin qətnaməsində qeyd edilmişdir ki, Məryəm Mövlüd qızının adına səhvən verilmiş çıxarışlar ləğv edilməmiş və qanuni qüvvədədir. Guya o, bunu mübahisələndirmir. Lakin məhkəməyə təqdim edilmiş, həmin Çıxarışlara dair qeydiyyatın aparılmasında texniki səhvə yol verildiyi DƏDRX-in 18 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli **********00 saylı məktubu ilə təsdiq olunur. Buna görə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkədədən xahiş etmişlər. Eyni zamanda göstərmişlər ki, Zaqatala Rayon Məhkəməsində xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Məmmədova Məryəm Mövlüd qızının cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X7, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və üçüncü şəxslər İddiaçı və Zaqatala rayon Əliabad bələdiyyəsinə qarşı dövlət reyestrindən çıxarışların etibarsız və ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat, hazırki mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızının nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində onun və mərhum əri X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. Bundan sonra xx xxxxxx 2019-ci il tarixli 2V-96, 97 və 98 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən mərhum ərim X1 miras qalmış əmlaklar üzərində hüquqlar mənə keçmiş və xx xxxxxx 2019-cu il tarixdə mənim Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi, o cümlədən, 0,52 və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tam mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. İddiaçının etibarsız hesab edilməklə ləğv edilməsini tələb etdiyi çıxarışlar qanuna müvafiq qaydada alınmışdır. Çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X4 nümayəndəsi Ömərov Rafael Ömər oğlu izahat verərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-524/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X5 və üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızına qarşı verdiyi iddia tələbinin “Məmmədova Məryəm Mövlüd qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməklə ləğv edilməsinə dair” hissəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X5 və üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızına qarşı verdiyi iddia tələbinin “Məmmədova Məryəm Mövlüd qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməklə ləğv edilməsinə dair” hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçıya həmin tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləğinin İddiaçı özünə aid edilməsi qərara alınmışdır. Həmin qərardadlardan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərardadların ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi, əks halda şikayətinin işlə birlikdə Apellyasiya instansiyası Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X5 və üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızına qarşı verdiyi iddia tələbinin “Məmmədova Məryəm Mövlüd qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməklə ləğv edilməsinə dair” hissəsi üzrə iddia ərizəsinə baxılması xx xxxxxxxx 2020-ci il tarixə saat 17:30-a təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(033)-524/2020 nömrəli qərardadı ilə mülki işin icraatına xitam verilməsi barədə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı X4 nümayəndələri, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızı və onun nümayəndəsi və vəkili X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Mülki Prosessuаl Məcəllənin 372.6-cı mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Mülki Prosessuаl Məcəllənin 372.7-ci maddəsinə əsasən аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən mübahisələndirilən, üçüncü şəxs Məmmədova Məryəm Mövlüd qızı və mərhum əri X3 verilmiş RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X7 tərəfindən verilmişdir. İddiaçı həmin orqanı iş üzrə cavabdeh kimi qeyd etmişdir. İddiaçının mübahisələndirdiyi və yanlış olaraq verildiyini iddia etdiyi çıxarışlar məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X7, yəni inzibati orqan tərəfindən tərtib edilmişdir. RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarda göstərilən torpaq sahələri islahatla əlaqədar verilən torpaq sahəsi olmaqla, qeyd olunan hüquqmüəyyənedici sənədin verilməsi üçün əsas olmuş sənədlər də inzibati orqan tərəfindən qəbul edilmiş qərar olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin “Məmmədova Məryəm Mövlüd qızının adına Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 46 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,52 ha təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 144 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində aparılmış qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların etibarsız hesab edilməklə ləğv edilməsinə dair” hissəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi inzibati orqanın qərarının mübahisələndirilməsi ilə əlaqədar iddia olduğundan həmin iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçıya həmin tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 6.1 və 6.2-ci maddələrində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraat xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400, 402-403, 404 və 405-ci mаddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin x xxxxxxxx 2020-ci il tarixli, 2(033)-524/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar