Məhkəmə qərarları › İş №2(107)-2073/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2073/2021

03.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2073/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) ilk iddia qismən təmin olunmuş, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum X5ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsi, İddiaçı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və həmin miras əmlakın 2/3 hissəsinin onların payları kimi tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsinin təmin edilməməsi, İddiaçı ilk iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu məbləğinin onun özünə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 (on) manat məbləğində dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3ndan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kv/m fərdi yaşayış evinə vərəsəliyin açılması və həmin miras əmlakın onun adına tam miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum X5ndan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını qəbul etmə faktının və həmin miras əmlakının onun adına tam miras payının müəyyən edilməsi faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizələrində, onların 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum ataları X8 qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınması və hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçının vəkili X19 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının X5 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. X20 vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi miras qalmışdır. X20 vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə iddiaçının arvadı X9 adına rəsmiləşdirilsə də sonradan həmin alqı satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X9 adına verilmiş çıxarış ləğv edilmişdir. X3 vəfat etdikdən sonra ondan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yalnız iddiaçının özü yaşamış, ondan qalmış mirası faktiki olaraq qəbul etməklə idarə etmişdir. Mərhumun digər vərəsələri olan cavabdehlər isə mirası nə faktiki, nə də ki, notariat orqanına vaxtında ərizə verməməklə qəbul etməmişlər. Mirasa yiyələnməmişlər, miras əmlakı idarə etməmişlər. Həmçinin cavabdehlər mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müdəti ötürmüşlər. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onun X5 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi miras qalmışdır. X5 vəfat etməmişdən əvvəl Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi alqı-satqı yolu ilə onun arvadı X9 adına rəsmiləşdirilsə də sonradan həmin alqı satqı müqaviləsi cavabdehlərin iddiası əsasında etibarsız hesab edilmiş və X9 adına verilmiş çıxarış ləğv edilmişdir. Mərhum X5 vəfat etdikdə Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində atası ilə birlikdə o, onun arvadı X17 və 3 övladı yaşamışlar. Lakin iş üzrə cavabdehlər olan bacıları neçə illər əvvəldən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışlar. Belə ki, cavabdehlər ailə qurub köçdükləri digər ünvanlarda yaşamışlar. X5 26 aprel 2019-cu il tarixdə vəfat etdikdə atasının yasını həmin evdə o, özü təşkil etmişdir. İş üzrə cavabdehlər olan bacıları Cavabdeh1 və Cavabdeh2 atasının bütün yas mərasimləri dövründə, yəni yasın 1-ci günündən başlayaraq 40-cı gününə kimi Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinə gəlib getsələr də atasının vəfatından sonra bircə gün də olsun cavabdehlər həmin evdə qalmamışlar. Cavabdehlər yas xərcləri ilə bağlı ona heç bir köməklik etməmişlər. Həmçinin mərhum atası xəstə olduğu dövrdə atasına o və onun arvadı X17 baxmışlar, lakin cavabdehlər mərhum atasına baxmamışlar. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi X17 birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini təsdiq etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, onun X5 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Anası isə atasından daha əvvəl vəfat etmişdir. X5 vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atası X1 Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, özü də anadan olduğu gündən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da 1984-cü ildə ailə qurub ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində atası Müzəffər, anası Kişvər və qardaşı Zakir yaşamışlar. Anası Kişvər 2016-cı ildə, atası Müzəffər isə 2019-cu ildə vəfat etmişlər. X5 vəfat etdiyi zaman Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qardaşı Zakir və onun ailəsi yaşamışdır. Atası vəfat etməmişdən, yəni xəstə olduğu dövrdə o və bacısı Mahizər vaxtaşırı atalarının yanına gələrək onu müalicə etmişlər. Atası Müzəffər vəfat etdiyi vaxt bacısı Mahizər Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində atasının yanında olmuşdur. O, isə atasının vəfat etdiyi anda işdə olsa da bunu eşidib dərhal işdən atasının vəfat etdiyi yerə gəlmişdir. O və bacısı Mahizər ataları Müzəffərin bütün yas tədbirləri dövründə Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində olmuşlar. Yası birlikdə yola vermişlər. Belə ki, atası sağlığında pensiya kartını bacısı Mahizərə vermiş və bacısı Mahizər də atasının pensiyasından hər ay müyyən qədər pulu ayırmaqla cəmi 2000 manat pul yığmışdır. Atasının yasında bacısı Mahizər atasının pensiyasından yığılmış həmin 2000 manat pulu yasa xərclənməsi üçün xalası oğluna vermişdir. O və bacısı hətta yasın 52-ci günü də Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında olmuşlar və yas xərclərini birlikdə qarşılamışlar. Atasının məzarı üçün baş daşının hazırlanmasını da xalası oğlu danışmış və baş daşı da qoyulmuşdur. Həmçinin atasının vəfatının 40-cı günündən sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qalmamışlar və oradan qiymətli bir əşya götürməmişlər. Atası vəfat etdikdən sonra 2020-ci ilin iyun ayında atalarından qalmış mirasla bağlı notariata müraciət etmişlər. Belə ki, atalarının vəfat etməsindən sonra məlumatsız olduqlarından notariata gec müraciət etmişlər. Həmçinin atasının vəfatından sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün heç nə etməmişdir. Qarşılıqlı iddianı müdafiə edir. İddiaçının miras əmlakda 1/3 payının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclası zamanı izahatında göstərmişdir ki, onun X5 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Anası isə atasından daha əvvəl vəfat etmişdir. X5 vəfat etdikdən sonra ondan miras olaraq Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. Atası X1 Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. O, özü də anadan olduğu gündən Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da sonradan digər ünvana köçmüşdür. Anası Kişvər 2016-cı ildə, atası Müzəffər isə 2019-cu ildə vəfat etmişlər. X5 vəfat etməmişdən xəstə olmuş və o, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində qalaraq xəstə atasına baxmışdır. Atası vəfat etdiyi məqamda da o, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində olmuşdur. Atası vəfat etdikdən sonra da o, 40 gün müddətində həmin evdə yaşamış və həm bacısı Hacər, həm də qardaşı Zakir atalarının yasını təşkil etmişlər. Belə ki, o atasının pensiyasından yığdığı 1700 manatı, qardaşı Zakir isə atasından qalmış 1000 manatı yasın təşkilinə sərf etmişlər. Atalarının məzarı üçün baş daşını da yasın 40 mərasimindən əvvəl o və bacısı Hacər götüzdürmüşlər. Yasın 40-cı günündən sonra da onlar həmin evə gəlib-getmişlər. Atalarının vəfatından sonra 2020-ci ilin iyun ayında mirasın sənədləşdirilməsi ilə bağlı notariata müraciət etmişlər. Həmçinin sonradan məhkəmə prosesləri dövründə miras əmlakın onların məlumatı olmadan qardaşı Zakirin arvadının adına sənədləşdirilməsini bilmişlər. Atasının vəfatından sonra Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evində yaxşılaşdırma işlərinə qarışmamışlar və atalarının vəfatından sonra həmin evdə qardaşı Zakir və onun ailəsi yaşamaqdadır. Qarşılıqlı iddianı müdafiə edir. İddiaçının miras əmlakda 1/3 payının müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissədə ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxa Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu 16 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş müraciətində nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdırlar və o, 1960-cı ildən həmin şəxslərlə qonşuluqda yaşayır. Onların ataları Müzəffər, anaları isə Kişvərdir. Əvvəlcə tərəflərin anaları Kişvər, sonra isə ataları Müzəffər vəfat etmişdir. Müzəffər onunla qonşuluqda yerləşən evdə vəfat etmiş və Zakir də atası ilə eyni evdə yaşamışdır. O, bir qonşu kimi Müzəffərin müəyyən yas mərasimlərində iştirak etmiş və hər dəfə İddiaçı, Cavabdeh1 və Cumarova X7 yasının keçirildiyi evdə olmuşlar. Həmçinin Müzəffər sağlığında xəstə olduğundan qızları Hacər və Mahizər də ona baş çəkmişlər. Lakin Müzəffərin yas mərasimindən sonra onun qızlarını həmin ünvanda görməsi yadında deyildir. Müzəffərin vəfatından sonra Müzəffərə məxsus olan evdə oğlu Zakir və onun ailə üzvləri yaşamaqdadırlar. Birinci instansiya məhkəməsinin iclası zamanı şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 onun xalası Kişvərin uşaqlarıdırlar. Onların hər biri ilə eyni dərəcədə yaxşı münasibətləri vardır və onların heç birisi ilə arasında ədavət və düşmənçiliyi yoxdur. Xalasının əri Müzəffər 2019-cu ildə vəfat etmişdir. Xalası isə əri Müzəffərdən daha əvvəldən vəfat etmişdir. O, həm Müzəffərin vəfatından əvvəl, həm də onun vəfatından sonra, Müzəffərin bütün yas mərasimlərində onun sağlığında yaşadığı ünvanda olmuşdur. Yas vaxtı Müzəffərin hər üç övladı onun sağlığında yaşadığı və yasın keçirildiyi ünvanda olmuşlar. Müzəffərin yas mərasimlərinin təşkilatçısı isə o, özü olmuşdur. Müzəffərin yasının təşkili üçün onun oğlu Zakirin arvadı ona 1000 manat, qızı Mahizər isə 1700 manat pul vermişdir. O, 2700 manat pulun hamısını yasa sərf etmişdir. Müzəffərin yasının 52-cü günü də onun bütün övladları yas mərasiminin təşkil edildiyi ünvanda olmuşlar. Müzəffərin məzarı üçün baş daşı da onun övladlarının ona verdiyi pul hesabına qoyulmuşdur. O, baş daşının sifarişində olsa da ancaq baş daşının pulunun kim tərəfindən verilməsi hazırda xatirində deyildir. Müzəffərin vəfatının 52-ci günündən sonra o, həmin həyətə getməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarına əlavə etdikləri sənədlərdən göründüyü kimi, mərhum X5 26.04.2019-cu ildə rəhmətə getmişdir. O rəhmətə gedəndən sonra ondan Şəki şəhəri İ.Osmanlı küços 9 ünvanında yerləşən 97,6 kvm fərdi yaşayış evi miras qalmışdır. X4 rəhmətə getdikdən sonra onun aşağıdakı vərəsələri qalmışdır - qızı Cavabdeh1, qızı Cavabdeh2 və oğlu İddiaçı Müzzəffər oğlu. X3 rəhmətə getdikdən sonra ondan miras qalmış yaşayış evində oğlu olaraq o qalmışdır. Bu günə kimi həmin evdə vərəsə olaraq o və ailə üzvləri yaşayır və miras əmlakını idarə edir. Cavabdeh şəxslər olan bacıları atası öləndən sonra yalnız yasda iştirak etmiş və bundan sonra bir dəfə də olsun miras əmlakında yaşamamışdırlar. O, atası rəhmətə getdikdən sonra qalmış miras əmlakında faktiki yaşamaqla qəbul etmişdir. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişdirlər. Onlar atası rəhmətə gedəndən 1 il 3 ay sonra, yəni 2020-ci ilin iyun ayında mirasdan pay tələb etmək üçün notariat ofisinə müraciət etmişdirlər. Bununla da müddəti ötürmüşdürlər. Mirasın qəbulu müddəti 3 aydır. Göründüyü kimi, mirasın açıldığı gündən, yəni atası rəhmətə gedən gündən cavabdehlər 3 ay ərzində mirası qəbul etməli idi. Lakin nə üzrlü səbəb olmadan, nə də ki mirasa sahiblik etmədən mirası qəbul etməmişdirlər. Onlar müddəti ötürmələrini və mirası faktiki qəbul etmədiklərini alqı-satqının ləvğ edilməsi barədə tələbə baxılarkən məhkəmədə bildirmişdirlər. İş üzrə iclas protokollarında bu öz əksini tapmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)- 1214/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X19 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 26 iyul 2017-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 97,6 kv/m olan fərdi yaşayış evi X12 adına qeydiyyata alınmışdır. İşdə olan Şəki Regional “Asan” Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyat şöbəsi tərəfindən 14 iyun 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 26 aprel 2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan Nuxa şəhər VVAQ Şöbəsi tərəfindən 21 sentyabr 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü X13 X5, anası X2r. İşdə olan Nuxa şəhər VVAQ Bürosu tərəfindən 08 noyabr 1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1967-ci il təvəllüdlü X6 X5, anası X10r. İşdə olan Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəsi tərəfindən 23 may 2021-ci il tarixdə verilmiş 127 nömrəli vərəsəliyə dair arayışda göstərilmişdir ki, X20 26 aprel 2019cu il tarixdə vəfat etmiş və onun vərəsələri kimi uşaqları Cavabdeh1, Cavabdeh2 və İddiaçı qalmışlar. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 21 may 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qəbul edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X14 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 1243.1, 1243.2, 1243.3, 1246 və 1248.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 97,6 kv/m olan fərdi yaşayış evi X12 adına qeydiyyata alınmışdır. X20 26 aprel 2019-cu il tarixdə vəfat etmiş və onun vərəsələri kimi övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2 qalmışlar. İddiaçı və cavabdehlər Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət edərək, mərhumdan qalmış, Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən ümumi sahəsi 97,6 kv/m olan fərdi yaşayış evindən ibarət miras əmlakın tərəflərindən qəbul edilməsini xahiş etmişlər. Lakin, X35 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən onların müraciətlərindən imtina edilmişdir. Hazırda İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum X5ndan miras qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını qəbul etmə faktının və həmin miras əmlakının onun adına tam miras payının müəyyən edilməsi faktı barədə ilk iddia tələbi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı onların 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum ataları X8 qalmış Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 2/3 hissəsinin onların pyı kimi tanınması və hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddiasının əsası kimi mərhum atasından qalmış həmin fərdi yaşayış evindən ibarət mirasın faktiki olaraq yalnız onun tərəfindən qəbul edildiyini, digər vərəsələrin mirası faktiki və ya rəsmi qaydada qəbul etməmələrini əsas göstərir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 isə iddialarının əsası kimi onların X12 övladları olduqlarını, atalarından qalmış mirası faktiki olaraq qəbul etdiklərini bildirirlər. 26 aprel 2019-cu il tarixdə vəfat etmiş X8 Şəki şəhəri İ.Osmanlı küçəsi 15 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan evin mülkiyyətçisi X16 münasibətdə tərəflər birinci növbəli vərəsələr sayılırlar. İş üzrə tərəflərin izahatları və dindirilmiş şahidlərin ifadələrindən göründüyü kimi İddiaçı miras qalmış həmin evdə yaşayıb oradan istifadə etməklə, mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, X3ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzürlü hallarda onun qəbulu müddətinin uzadılması imkanı da nəzərdə tutulmuşdur. Tərəflərin birinci növbəli vərəsələr kimi öz atalarından qalmış mirası qəbul etmək hüquqları vardır. Onların mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamaları üzürlü haldır. Belə ki, İddiaçı miras evdən istifadə etmiş, mirası faktiki qəbul etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 miras qoyanın vəfatından sonra miras əmlakın olduğu yerə gələrək, yas mərasimlərində, mərhumun yas mərasimlərinin keçirilməsi ilə bağlı xərclərdə yaxından iştirak edərək miras əmlakı faktiki olaraq qəbul etdiklərini nümayiş etdirmişlər. Beləliklə də tərəflər notariat kontoruna müraciət etməyi zərurət hesab etməmişlər. Bununla da onlar həmin mirası qəbul etmiş sayılsalar da, onlar həmin miras mülkün adlarına qeydə alınması ilə bağlı müddəti ötürmüşlər. Bu səbəbdən də məhkəmə tərəflərin qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamalarını üzürlü hal kimi qəbul etmişdir. Mübahisə predmeti olan əmlaka münasibətdə mirasın yalnız iddiaçı tərəfindən deyil, miras qoyanın hər üç vərəsəsi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçı bütünlükdə mirasın deyil, yalnız miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə ilk iddianın qalan hissəsini əsaslı hesab etməmişdir. Həmçinin cavabdehlər miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınmasını tələb etsələr də Cavabdeh1 və Cavabdeh2 qəbul etdikləri 2/3 hissə miras əmlaka dair öz aralarında mübahisənin olmaması, onlar tərəfindən qəbul edilmiş mirasda payın müəyyən edilməsi üçün notariat orqanına da müraciət etmək imkanlarının olmasını nəzərə alaraq məhkəmə qarşılıqlı iddianın cavabdehlərdən hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsinə dair hissəsini əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum X5ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilməli və həmin miras əmlakın 1/3 hissəsi onun payı kimi müəyyən edilməlidir. Əsaslı olmadığından İddiaçı iddia tələbinin qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktı müəyyən edilməli və həmin miras əmlakın 2/3 hissəsi onların payları kimi tanınmalı, əsaslı olmadığından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddialarının qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, öz iddiasının təmin olunmuş və qarşılıqlı iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində atası rəhmətə getdikdən sonra qalmış miras əmlakında faktiki yaşamaqla mirası qəbul etməsi, cavabdehlərin isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmələri barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, məhz iddiaçı özü həmin iddia ərizəsində, həm də məhkəmə iclası zamanı verdiyi izahatlarında cavabdehlərin miras qoyan olan ataları Müzəffərin ölümündən dərhal sonra mirası qəbul etmələrini bildirdiyindən onun apellyasiya şikayətində göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar