Məhkəmə qərarları › İş №2(107)-2079/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2079/2020

26.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2079/2020 26.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xx xxxxxx 2020ci il tarixli № 291 saylı rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Qax rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(024)-520/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 saylı qərardadına əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli № 291 saylı rəyinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. İddiaçı Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 saylı qərardadından verdiyi şikayətində göstərmişdir ki, 2(024)-520/2020 saylı qərardadın 3-cü sətrində qeyd edilən “İddiaçı həmin mübahisə ilə bağlı “ xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin yerləşdiyi aidiyyatı məhkəməyə müraciət etməli olduğu halda, Qax rayon məhkəməsinə müraciət etmişdir” hissəsi ilə razı deyildir. Belə ki, o Qax rayon Məhkəməsindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Qax rayon Məhkəməsinə verdiyi rəyin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəsi vermiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qərəzli əməllərilə bağlı isə Ədliyyə Nazirinə və Baş Prokurorluğa ərizə ilə rəsmi müraciət etmişdir. Nazirlikdən və Baş Prokurorluqdan rəsmi göstəriş yaxud cavab məktubu aldıqdan sonra aiddiyatı orqanlara müraciət edəcəyəm. Mən Qax rayon Məhkəməsindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin çıxardığı qanunsuz və qərəzli rəyin etibarsız hesab edilməsi barədə müraciət etmiş və əlində olan dövlət sənədləri ilə birlikdə digər ekspertizaların rəylərinə istinad edərək sübutlar təqdim edəcəyini bildirmişdir. Digər tərəfdən 2(024)-520/2020 saylı qərardaddan müəyyən edilən 4-cü sətrdə: “Bundan başqa İddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməyərək iddia ərizəsinin giriş hisssəsində vməhkəmənin adını qeyd etmək əvəzinə hakimin admı qeyd etmiş, özünü iddiaçı kimi göstərməmiş, cavabdehin adını, ünvanını və iddia ərizəsinə əlavə etdiyi sənədlərin siyahısını göstərməmişdir” hissəsi ilə razı deyil və onunla əsaslandırır ki, məhkəməyə yazdığı iddia ərizəsinin əvvəllər icraatda olan məhkəmə prosesləri ilə bağlılığı vardır. Ona görə də, iddia ərizəndə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ni cavabdeh qismində qoymamış, məhz sonuncunun sizə təqdim etdiyi rəyi mübahisələndirmək və təqdim edəcəyim sübutlara əsaslandıraraq etibarsız hesab edilməsini istəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)- 520/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli № 291 saylı rəyinin etibarsız hesab edilməsini xahiş etmiş, həmin mübahisə ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin yerləşdiyi aidiyyatı məhkəməyə müraciət etməli olduğu halda Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 saylı qərardadına əsasən İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli № 291 saylı rəyinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılması barədə hüquqi mövqeyini əsaslı hesab edir. Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(024)-520/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar