Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-2086/2020 22.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2rşı “torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin ləğv edilməsi ilə bağlı Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək JN - 966 A (KOD 40501004) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin qismən etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək Cavabdeh1 verilmiş xx.xx.2019-cu il tarixli AN seriyalı 379357 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 422 / 2019 nömrəli qərardadı ilə ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi qərara alınmışdır. Cavabdehin vəkili X3 məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 422 / 2019 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianın təmin edilməsi tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli (hakim K.Süleymanov) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X2rşı Torpaq sahəsinin Planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddianı təmin etmək üçün tədbir görülməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 422 / 2019 nömrəli qərardadı əsasında tətbiq edilmiş, ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi barədə iddianın təmin edilməsi tədbiri ləğv edilmişdir. Qərardaddan narazı qalan İddiaçışikayət verərək, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinə dair iş üzrə icraata xitam verilsə də, iddianı təmin etmə tədbirinin saxlanılması zərurəti aradan qalxmamışdır. Cavabdeh hazırda özünə məxsus torpaq sahəsini özgəninkiləşdirmək istəyir və bu da birbaşa onun mülkiyyət hüququna toxunur. İş üzrə icraata xitam verilməsi iddianı təmin etmə tədbirinin saxlanılması bağlı zərurətin aradan qalxması üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmənin xx xxxx 2019-cu il tarixli 2 (054) - 422 / 2019 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbirlərinin ləğv edilməsinə etiraz edir. Qeyd olunan əsaslara görə iddianı təmin etmə tədbirlərinin ləğv edilməsi barədə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2 (054) - 3 / 2020 nömrəli qərardadını qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş edir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, qeyd olunan tələblə bağlı bir həftə olar ki, Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Ona görə də hazırki qərardaddan verilmiş şikayətin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarı ilə Cavabdeh1 üzərinə düşən hər hansı öhdəlik olmadığından ona məxsus olan əmlakın özgəninkiləş dirilməsinin qadağan edilməsi ilə bağlı iddianı təmin etmə tədbirinin saxlanılması zərurəti aradan qalxmışdır. Ona görə də ünvan 1 ünvanında yerləşən, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi ilə bağlı Oğuz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (054) - 422 / 2019 nömrəli qərardadı əsasında tətbiq edilmiş iddianı təmin etmə tədbiri ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, qeyd edilən mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarı ilə cavabdehin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 2(054)-3/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-2086/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-2086/2020
22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver