Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2093/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X44, İddiaçı1, 3-cü şəxs X8, Cavabdeh1 və cavabdehlərin vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qıızna qarşı “paylı ümumi mülkiyyətdə olan mərhum X1 payına düşən hissəsinin müəyyən edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X26ma (miras qoyan) məxsus Qəbələ rayon AİK-nm 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)- 35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmasına uyğun olaraq mərhum X1 payına düşən payın 1/5 hissəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.04.2021-ci il tarixdə İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək mərhum X9 miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsinə dair Qəbələ rayon məhkəməsinin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmasına uyğun olaraq, digər açıq qalmış mərhum-vərəsə X1 payına düşən payın 1/5 hissəsinin müəyyən edərək, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 14 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında X27, X28, X20, X14 və X35 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdurlar. Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli (hakim E.İsayev) qətnaməsi ilə iddia təmin edilərək mərhum X9 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli, 19 saylı qərarı ilə JN-375A nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsi vərəsə - X1 oğlu İddiaçı1 payının 1/5 hissə üzrə müəyyən edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti vermişlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-3 5/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, mərhum X26ma (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Məhkəmə həmin mülki işin halları ilə müəyyən etmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasımn 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X3 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququ JN-375A saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X21 05 noyabr 1999-cu il tarixdə, əri isə X22 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından Səhrab, Ağanur, Mənafə, Şamayıl və Araz adlı uşaqları doğulmuşdur. X4 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X23 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X4 vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. X23 vəfat edən zaman onun vərəsələri arvadı Züleyxa və uşaqları Qaçay, Səxavət və Aynurə olmuşdur. X3 (miras qoyan) vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsi ilə bağlı rəsmiləşdirilmiş vəsiyyətnamə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar edilməmişdir. Nəticədə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməli, mərhum X9 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN375A nömrəli (kod : ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən edilmişdir. Məhz buna görə məhkəmə gəldiyi nəticəyə uyğun olaraq 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnamə çıxarmış, lakin mərhum X1 payına düşən hissəsinə dair hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmənin qanuni qüvvədə olan 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə uyğun olaraq mərhum X1 payına düşən hissəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə kimi müəyyən edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qanuni qüvvəyə minmiş Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020- ci il tarixli, 2(025)- 35/20 saylı qətnaməsinə əsasən iddiaçının atası X1 miras əmlaka olan payının tanınması barədə İddiaçı1 verdiyi iddia təmin olunmamış, atanın payı müəyyən olunmamışdır. Həmin pay digər vərəsələr arasında paylarına mütənasib surətdə bölüşdürülür. Buna baxmayaraq, məhkəmə maddi və prosessual hüquq normalarını kobud pozaraq. Olmayan payın onun övladına vermişdir ki, bu da qanunsuz və əsassızdır. Odur ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qətnamə işin həqiqi halları və tərəflərin qarşılıqlı hüquq münasibətlərinə uyğun olmamaqla qanununsuz olduğundan apellyasiya qaydasında ləğv edilməldir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qətnaməsinin ləğv edilərərk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin ayrıca torpaq sahəsi olduğu üçün hazırki mübahisəli torpaq sahəsindən onlara pay verilməli deyil. İddiaçların harada yaşamasından asılı olmayaraq bu mirasadn pay almamalıdırlar. Həmin torpaq sahəsindən pay yalnız onlara verilməlidir. Odur ki, verilmiş apelyasiya şikayətinin təmin olunmasını və qanuni qətnamə qəbul ediməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə yekun qərar qəbul edərkən maddi və prosessual pozuntuya yol vermişdir. Belə ki, iddiaçıların atasının həmin miras əmlakı qəbul etməsi iş materialları ilə sübut olunmur. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvəlki məhkəmə qətnamələri ilə cavabdehlərin payı müəyyən edilsə də, mirasın 1/5 hissəsi açıq saxlanılmışdır. Açıq saxlanılmasına da əsas səbəb kimi onun atasına çatacaq payla bağlı iddia verməməsi olmuşdur. Qeyd olunan əmlak nənəsi öləndən sonra atası, atası öləndən sonra da onun tərəfindən idarə olunmuşdur. Ona görə də Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X27 apellyasiya şikayətinə etiraz edərək, sonda qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: JN-375A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən»nin surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X5 tam mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X22 ilə X24 nikahı haqqında 29 iyul 1963-cü il tarixdə 18 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbrayilov, arvada Cəbrayilova soyadı verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 09 yanvar 2018-cı il tarixdə verilmiş AZ-İ 912886 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X21 05 noyabr 1999-cu il tarixdə “qan dövranı çatmamazlığı”ndan vəfat etmişdir. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 09 yanvar 2018-ci il tarixdə verilmiş AZ-İ 912887 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X22 20 may 1982-ci il tarixdə “baş-beyin infarktı»ndan vəfat etmişdir. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 20.10.1973-cü il tarixdə verilmiş AZ № 482667 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1959-cu il tarixdə Qutqaşen rayonu Vəndam kəndində anadan olmuş, atası X22, anası X10r. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 14.07.1963-cü il tarixdə verilmiş AZ № 420325 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1963-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, atası X22, anası X10r. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 15.05.1957-ci il tarixdə verilmiş İİE № 469197 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 1957-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X22, anası X10r. İsmayıllı rayon Hacıhətəmli XDC tərəfindən 12 may 1985-ci il tarixdə verilmiş İİİ-JQ № 424396 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X45 ilə X15 arasında 12 may 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 08 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Yusifov, arvada Yusifova soyadları verilmişdir. İsmayıllı rayon, Qalıncaq kənd soveti tərəfindən 23.11.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 25 avqust 1958-ci il tarixdə İsmayıllı rayon, Qalıncaq kəndində anadan olmuş, atası X2, anası X17r. İsmayıllı rayon, Qalıncaq kənd soveti tərəfindən 08 yanvar 1980-ci il tarixdə verilmiş X-JQ № 330289 saylı «Nikahın bağlanması haqqında şəhadətnamə»nin surətindən görünür ki, X23 ilə X16 arasında 08 yanvar 1980-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 01 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadları verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ilə X39 nikahı haqqında 27 aprel 1974-cü il tarixdə 13 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəbrayılov, arvada Cəbrayılova soyadı verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 13 mart 2018-ci il tarixdə verilmiş AZ-İ 933468 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X7 03 fevral 2003-cü il tarixdə “ağ ciyər ürək çatmamazlığı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 1372 saylı, 18.09.2019-cu il tarixli arayışdan görünür ki, X7 03.02.2003-cü il tarixdə Vəndam qəsəbəsində vəfat edən zaman onun vərəsələri İddiaçı2, Cəbrayılova (Rəcəbova) Südabə Şamayıl qızı, Cəbrayılova (Alışanova) Xəzəngül Şamayıl qızı, X20, X27, Cəbrayılova (Şirazova) Gülnarə Şamayıl qızı və İddiaçı1 olmuşdur. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 23.11.1970-ci il tarixdə verilmiş AZ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 21 may 1955-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X22, anası X10r. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 24 yanvar 2011-ci il tarixdə verilmiş AZ-İ 526795 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X23 22 yanvar 2012- ci il tarixdə “miokard infarktı»ndan vəfat etmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 09.01.2019- cu il tarixdə verilmiş AZ-İV № 196721 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 03 may 1975-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X11, anası İddiaçı2 Ağamməd qızıdır. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 20 noyabr 1995-ci il tarixdə verilmiş Vİİ-JQ № 284401 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X52 ilə X18 arasında 20 noyabr 1995-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 50 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadları verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 12.01.2019- cu il tarixdə verilmiş AZ-İV № 196728 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 dekabr 1976-cı il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X11, anası İddiaçı2 Ağamməd qızıdır. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 17 yanvar 2019-cu il tarixdə verilmiş AZ-İİ № 280272 saylı «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X29 ilə X12 arasında 11 sentyabr 1997-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 29 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Alışanov, arvada Alışanova soyadları verilmişdir. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 12.01.2019- cu il tarixdə verilmiş AZ-İV № 196727 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 01 noyabr 1978-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X11, anası İddiaçı2 Ağamməd qızıdır. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 14.01.1985-ci il tarixdə verilmiş XJQ № 377801 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 Şəmayıl oğlu xx xxxxxx 1985-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X7, anası İddiaçı2 Ağamməd qızıdır. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 11.01.2017- ci il tarixdə verilmiş AZ-T № 018696 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 30 iyun 1980-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X7, anası İddiaçı2 Ağamməd qızıdır. Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən 20.10.1981-ci il tarixdə verilmiş Vİİ-JQ № 439751 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 sentyabr 1981-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuş, atası X7, anası İddiaçı2 Ağamməd qızıdır. Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 10 avqust 2005-ci il tarixdə verilmiş AZ-İ № 184047 saylı «Nikah haqqında şəhadətnamə» nin surətindən görünür ki, X59 ilə X13 arasında 10 avqust 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə nömrə 44 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Şirazov, arvada Şirazova soyadları verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, mərhum X9 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr – Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2(107)-888/2020 saylı qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçı və müstəqil tələb irəli sürən şəxsin mübahisəli miras əmlaklara dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən, əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi, ona görə ki, apellyasiya şikayətlərinə nəzər saldıqda görünür ki, apellyator öz mənafeyindən çıxış etmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. İkincisi, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində X3 mülkiyyətinə 0,22 ha torpaq sahəsi verilmişdir. Mədinə Cəbrayılova 05 noyabr 1999-cu il tarixdə, əri isə X22 20 may 1982-ci il tarixdə vəfat etmiş, birgə nikahlarından Səhrab, Ağanur, Mənafə, Şamayıl və Araz adlı uşaqları doğulmuşdur. X4 (miras qoyanın oğlu) 03 fevral 2003-cü il tarixdə və X23 (miras qoyanın digər oğlu) 22 yanvar 2012-ci il tarixdə vəfat etmişlər. X4 vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. Vərəsələrdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 "vərəsə olaraq düşən paylarının müəyyən edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişlər. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 saylı qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilmiş, mərhum X9 (miras qoyan) məxsus Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-375A nömrəli (kod : ********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsi vərəsələr - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 payların hər birinin 1/5 hissə üzrə müəyyən olunmuşdur. Miras qoyanın əmlakından digər birinci növbədə olan qanun üzrə vərəsələr sırasında olmaqla 1/5 hissə üzrə payı açıq saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-888/2020 saylı 11.08.2020-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərildiyi kimi, X4 03 fevral 2003-cü il tarixdə vəfat edən zaman onun vərəsələri arvadı Xavər və uşaqları Südabə, Xəzəngül, Şirvan, Neman, Gülnarə və Əlvan olmuşdur. Hazırda Əlvan və Xavər Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(025)-35/2020 nömrəli qətnaməsi ilə açıq qalmış mərhum - vərəsə X1 payına düşən 1/5 hissə üzrə payı müəyyən edib, həmin payın İddiaçı1 tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı atasının ölümündən sonra miras qalmış əmlakı idarə etməkdə davam etmişdir. Cavabdehlər tələbin bu hissəsini mübahisələndirməmiş, onların mübahisəlndirdiyi hal iddiaçı tərəfə ayrıca torpaq sahəsinin verilməsidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(025)-567/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2093/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2093/2021
16.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver