Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-210/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binasından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: qeyri yaşayış sahəsindən çıxarılma, mülkiyyətin toxunulmazlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(033)-661/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağazalı qeyriyaşayış binasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Rusiyada yaşayan əmisi oğlu Nazim Mustafayevin vəsaiti hesabına məhkəmədə adı keçən obyektlər onun adına alınmışdır. Bu obyektlərin istifadəsi üçün işbirliyinə Cavabdeh gəlişi cavabdehin Moskvada yaşayan əmisi oğlunun Nazimlə yaxın dostluq münasibətləri əsasında baş tutmuşdur. O, Nazimdən cavabdeh İmranın işsiz və başqalarına küllü miqdarda borcu olduğu üçün həmin obyektlərdə cavabdeh İmranın işləməsinə şərait yaratmasını xahiş etmişdir. Cavabdeh İmran bazar ərazisində ticarətlə məşğul olmuş, həmkəndlisi Rəhman Hüşənovla birgə Zaqatala, Gəncə, Bakıdan olan iş adamlarından mal və pul alaraq mənimsəmiş, böyük məbləğdə borcları yaranmışdır. Həmin pulla bazar ərazisində "Pəri Qala"sı mağazasını tikmişlər. Borc sahiblərinin öz pullarını tələbindən təzyiqlə üzləşən cavabdeh İmran mağazanı banka girov qoymaqla pul almış, Abbasov qardaşlarına arendaya vermişdir. Cavabdeh tərəf borcunu ödəmək məqsədilə mağazanı satmaq qərarına gəlib, böyük məbləğə 100 milyon manata - 20 min ABŞ dollarına (məzənnə 2001-ci ilə aiddir). Cavabdehin bu işlərini indilərdə bilmişdir. Abbasov qardaşlarının (X4 və X5) iştirakı ilə N209352 müqaviləyə əsasən əmisi oğlu Nazim Mustafayevin 2004-cü ildə adına alınıb. Alqı-satqı prosesində Cavabdeh də iştirak edib. Nazim mağazanı aldıqdan sonra öyrənib ki, əmlak dəyərindən 4 dəfə baha qiymətə satılıb. Cavabdeh İmran bunun bank tərəfindən saxtalaşdırdığını izah edib. Nazim bu işdən sonra ondan xahiş etmişdir ki, cavabdeh İmrana nəzarət edim. Daha bir əmlak Zaqatala şəhəri İ Şamil küçəsi 18-də yerləşən "Hamam binası" xx.xx.2003-cü ildə öz adına alınıb və hazırda özünə məxsusdur. Cavabdeh İmran tərəfindən aldadıldığını anlayan Nazimə onu şikayət etməməsi, pulunu geri tələb etməməsi üçün and içərək söz verdi ki, hamam binasının həyətinin sənədlərini də bu məbləğə özəlləşdirib ona verəcək. Hamam binasının dəyəri isə 5 min ABŞ dollarından çox deyildi. Daha çox etibar qazanmaq üçün təklif edərək bildirdi ki, Nəzirdən (tel:***-***-**-**) İ.Şamil küçəsində yerləşən “Pilləkənli mağaza”nı 5 min ABŞ dollarına və Raykoittifaqın binasını həyətyanı sahəsi ilə birgə 5 min ABŞ dollarını ödəyəcəkləri halda etibarnamə ilə alır. "Pilləkənli mağaza"nın dəyəri 5 min ABŞ dolları olduğu halda 10 min ABŞ dollarını ondan almışdır. Raykoittifaqın binasını həyətyanı sahəsi ilə birgə 5 min ABŞ dollarına almağı təklif etdikdə artıq onun vasitəçilik edib pul qazanmaq niyyətini başa düşüb həmin təklifdən Nazim imtina etdi. Artıq onun fırıldaqlarını anladıqlarını başa düşən cavabdeh İmran Nazimin onu rədd edəcəyindən qorxaraq üzrxahlıq etdi və şəffaf işləyəcəyi vədini verdi. Daha sonra cavabdeh İmran Nazimə obyektləri işlədib ona olan borcunu qaytarmaq təklifini etdi. Nazim isə bir şərtlə razılıq verəcəyini, dürüst, fırıldaq və riyadan uzaq olacağı halda işbirliyinin baş tutacağını ona bildirdi. İmran yenə özünəməxsus riyakar cildə girərək andamanla heç bir saxtakarlığa yol vermədən işlərə xələl gətirməyəcəyini, kişi kimi söz verdiyini bildirdi. Cavabdeh İmrana əmlakların sənədləşməsi üçün lazım olan pul vəsaiti verildi. Razılaşmaya görə əmlakların sənədlərini qaydaya salmalı, abadlıq işləri ilə məşğul olmalıydı. Vaxt keçdikcə cavabdeh İmran yenə öz ampulasında idi. Onun dəyişmədiyini, yenə fırıldaqla, yalanla davam etdiyini görüb o bu işdən uzaqlaşdı. Nazimə deyirdi ki, obyektləri heç kimə vermə, mən işlədim və başımın üstündə nəzarətçi olmasın. Özü də onlara olan borcunu vaxtında qaytara bilsin. Nazim ildə bir dəfə Azərbaycana gələndə onun qapısından əl çəkmir, canfəşanlıq edir, ona qızardılmış hinduşkalar, kabablar daşıyır, ona sadiqliyini nümayişetdirirdi, onun etibarını qazanmağa çalışırdı. O bir neçə dəfə cavabdeh İmranın əməlləri barədə Nazimə bildirmişdir, onun düzgün mövqedə olmadığını demişdir. İmran riyakar idarəçiliyini davam etdirir, Nazimə özünü yazıq cilddə göstərirdi. Lakin Nazim ona yox, cavabdeh İmrana inanırdı. Nazim 2008-ci ildə eşidəndə ki, İmran hamamın 12 x 6 metr, iç ölçüləri 56 kv.m olan qazanxanasını söküb, oradan çıxan kubiklərlə "Pəri Qalası" mağazasını artırmaq üçün 12x4 tikib, qalan avadanlıqları satıb onu çağırıb işin saxlanmasını, qazanxananı bərpa etməsini tələb etdi. Cavabdeh İmran işi saxlayıb "yerində sizə obyekt tikəcəm" desə də yalan deməklə heç nə etmədi. "Pilləkənli mağaza"da onlardan icazə almadan 2004-cü ildən indiyə qədər ailəsi ilə yaşayır. Mağazanın təyinatı ticarət üçündür. Uşaqlarının balaca olduğunu nəzərə alaraq Nazim ona 2018-ci ilə qədər heç nə demir. Cavabdeh isə heç halını pozmur. Pandemiya dövründə sərhədlərin bağlı olduğu müddətdə N. Mustafayevin vətənə gələ bilməməsindən dolayı cavabdeh onu şantaj edir. Sərfiyyatı N.Mustafayev verib, özü ilə cavabdeh İmran da, burada vasitəçi olmuşlar. Nazim Mustafayevdi işlərə daha çox aydınlıq gətirə bilər. 2003- cü ildən 2008-ci ilə qədər, onların obyeklərindən aldığı sırf icarə haqlarından əlavə, İmrana 135 min AZN Nazimin göstərişi ilə vermişdir. Cavabdehə əlavə verilən vəsait -135 min AZN-in dən "Hamam bina"sını rekonstruksiya etməli və ətrafını abadlaşdırmalı, torpaq sənədlərini hazırlayıb, kupçanı almalı - 78 min AZN "Pəri Qala" mağazanın kupçasını almalı idi. "Pilləkənli mağaza"nın rekonstruksiya etməli və ətrafını abadlaşdırmalı, torpaq sənədlərini hazırlayıb, kupçanı almalı - 57 min AZN. Verdiyi vəsaitdən 2009-ci ildən indiyə qədər, inflyasiya kursunu nəzərə almadan, onun qismən icarəçilərdən yığdığı məbləğ -57 min AZN-di. Hələ də ona 78 min AZN borcu qalıb. İmran, əlbəttə ki, işə mane olur. Onu əlavə edir ki, cavabdeh yoldaşının qızıllarını ona girov verib yalvar-yaxarla 10 min AZN borc pul götürüb. Nazim məsələni biləndən sonra, qızılları geri qaytardı və ona bir daha pul verməməyini tapşırmışdır. 2009-cu ildən sonra gizli onun işlərinə-suya, kanalizasiyaya, işığa müdaxilə edir, icarədarları qovur. Bazar ərazisində N.Mustafayevə məxsus işıqpaylayıcı transformatorun abonentlərinə maneçilik törətməyə başlayır və indiyə qədər davam edir. Transformatorun şəxsi mülkü olduğunu deyirdi. İcarədarları qorxu altında saxlamaq üçün işığı söndürür, mallarının xarab olacağından qorxuya düşən icarədarlar onun dediklərini etmək məcburiyyətində qalırdılar. Cavabdeh İmranın hərəkətlərindən bezən icarədarlar uzaq məsafədən öz obyektlərinə işıq çəkmək məcburiyyətində qalırdılar. Hətta icarədarlar su xidmətində də bu üsuldan istifadə edirdi. Özünü bazardakılara Nazimin dostu, qohumu, əmlaklarının sahibi kimi təqdim edirdi. Mağazaların dam örtüyünü qırır, yağış yağaraq icarədarların mallarını batırırdı. Onun vurduğu ziyanın xərcini onlar çəkirdi. Cavabdeh İmran obyektlərə öz kəndçilərini yerləşdirərək yığılan gəlir barəsində ona məlumat verilməsin deyə onlara təzyiq edirdi. Təkcə transformatorun yığılmasına ondan 4 min AZN pul alıb. Onların obyektlərinin bütün çatışmayan kəm-kəsir yerlərini düzəltməli obyektlərin sənədlərini qaydaya salmalı, abadlıq işlərini görməli, vergi və kommunal xərclərini ödəməlidir. Sənədləşmə və abadlıq işləri üçün lazım olan vəsaiti cavabdeh İmrana vermişdir. 5 il ərzində icarə haqqını mənimsəyərək öz borclarını ödəyib. Bu müddət ərzində yalnız bir obyektin sənədini qeydiyyatdan keçirib kupçasını alıb, onu da qismən hazırlayıb. Qalan işləri göz qabağındadır. İndidən sonra qalan torpaq və obyektlərin sənədlərini hazırlamalı, binalar rekonstruksiya edilməlidir. Ona müqavilə bağla, qanunla vergi verib işlə deyilmişdir. Deyirdi ki, onu səsə salmağa ehtiyac yoxdur. İndi məlum olub ki, vergi qeydiyyatına 2006-cı ildə düşüb. Hər dəfə borcu tələb edəndə deyirdi ki, artıq başqalarına olan borcu qaytarıb, onlara olan borcları da qaytaracaq. Ona şərait yaradılıb, vaxt və imkan verilməsinə baxmayaraq, borcu qaytarmayıb. Yalanla vaxt uzadaraq 10 il vaxtlarını alıb. İndi də onlara olan borclarını qaytarmaqdan imtina edir. 2018-ci ildə Cavabdeh özbaşınalıqlarına son qoymaq, obyektlərdənçıxarmaq, borclarını ödəməsi üçün məhkəməyə vermişdirlər. Onların məhkəmədən çəkinmələri üçün Prezident Aparatına və digər orqanlara böhtan və şantaj xarakterli məktublarla nüfuzlarına xələl gətirməyə çalışıb. Bu şəxs 18 ildir onlarıb qanuni obyektlərindən gəlir götürərək 100 minlərlə borcunu bağlayıb. Cavabdeh İmranın özbaşına hərəkətlərinə görə maddi və mənəvi ziyan çəkmiş, əsəb və sarsıntılara məruz qalmışdır. Əsassız varlanma nəticəsində dəymiş zərər, maddi zərər və işgüzar nüfuzuma vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 595 400 AZN pulun tutularaq ona ödənilməsi barədə ayrıca iddia qaldırmışdır. Hazırda isə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik mağazalı qeyri-yaşayış binasından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tаrixli, 2(033)-661/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********00-12301 olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 499 kv.m olan əmlak kompleksi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş, inventar nömrəsi 827 olan **********00-12101 nömrəli əmlak kompleksi kimi müəssisənin texniki pasportunun təsdiq edilmiş surətinə əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən sənəd üzrə faktiki 0,1640 ha torpaq sahəsində yerləşən əmlak kompleksi mağaza, ərzaq anbarı, tara anbarı, altıaçıq, ayaqyolu, daş hasar, davaza, su hovuzundan ibarətdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Zaqatala RKC idarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyat etibarsız hesab edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh ünvan 2 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın İddiaçı alınaraq Az.MEM, VÖEN**********, X3,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-427/2021 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili X6 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiаçı Cavabdehlər İddiaçı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsının rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın Cavabdeh alınaraq Az.MEM, VÖEN**********, X3,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 saylı iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; İddiaçı Zaqatala şəhəri İ Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinın mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin mübahisələndirilən əmlak kompleksi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda həmin əmlak kompleksindən istifadə edir. Məhkəmə hesab etmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən Cavabdeh çıxmaması, qeyri-yaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyri yaşayış binasından (əmlak kompleksindən) sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri yaşayış binasından çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala şəhəri İ Şamil küçəsində yerləşən əmlak kompleksi üzərində cavabdeh hər hansı hüquqa malik olmadığı halda, həmin qeyri-yaşayış binasından istifadə edir, iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə həmçinin cavabdehin iddia tələbinin təmin olunmaması ilə bağlı etirazına qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş, inventar nömrəsi 827 olan **********00-12101 nömrəli əmlak kompleksi kimi müəssisənin texniki pasportunun verilməsinə əsas olmuş Zaqatala rayonu DNK-nun xx.xx.2005-ci il tarixli R 4-ə-40 saylı alqı-satqı müqaviləsi məhkəmə qaydasında mübahisələndirilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-427/2021 nömrəli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddia tələbi həmin hissədə rədd edilmişdir. Cavabdehin isə hazırki dəlilləri iddianın rədd olunması üçün əsas ola bilməz. Bu əsaslarla məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri İ.Şamil küçəsi ünvanında 0,074650 ha torpaq sahəsi üzərində yerləşən 499 kv.m-lik əmlak kompleksindən (mağazalı qeyri-yaşayış binası) çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı, “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Avropa Məhkəməsinin qərarı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2, 157.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi Zaqatala şəhəri İ.Şamil küçəsi 18 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyət sənədləri Şəki İnzibati Məhkəməsi tərəfindən araşdırılır. Şəki İnzibati Məhkəməsinə həmin qeyri-yaşayış binasının satılması ilə əlaqədar X1 rayon Koopertivlər Cəmiyyətinin qərarının ləğv edilməsi ilə əlaqədar iddia qaldırmışdır. Belə ki, işə əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin Şəki Apelyasiya Məhməsinin və Ali Məhkəmənin qərarları ilə bir daha sübuta yetirilmişdir ki, mübahisəli əmlak Zaqatala Kooperativlər Cəmiyyəti tərəfindən ona satılmış, həmin mağaza binasının alqı-satqısına dair bütün yazışmalar, təhvil-təslim aktları onun iştirakı ilə ona təhvil verilmiş, alqı-satqıda qeyd olunan pul məbləği də onun tərəfimdən Zaqatala rayon Kooperativlər Cəmiyyətinə ödənilmişdir. Lakin Kooperativlər Cəmiyyətinin qəbul etdiyi qərar inzibati akt hesab olunduğundan Ali Məhkəmənin qərarı ilə Apelyasiya Məhkəməsinin qərarı ləğv olundu və ona izah olundu ki, həmin mübahisə İnzibati Məhkəməyə aid olduğundan İnzibati Məhkəmədə baxılmalıdır. Ali məhkəmənin qərarında qeyd olunmuş göstərişə əsasən o, xx.xx.2021-ci il tarixdə hazırki iş üzrə mübahisə predmeti olan mağazanın satılmasına dair Zaqatala RKC-nin idarə heyətinin xx.xx.2003cü il tarixli 10 saylı qərarı etibarsız hesab edilməsi barədə iddia ilə müraciət etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinin icraatına qəbul olunmuşdur (iddia ərizəsini şikayətə əlavə edirəm). Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-661/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(033)-661/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(033)-661/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********00-12301 olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 499 kv.m olan əmlak kompleksi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş, inventar nömrəsi 827 olan **********00-12101 nömrəli əmlak kompleksi kimi müəssisənin texniki pasportunun təsdiq edilmiş surətinə əsasən Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən sənəd üzrə faktiki 0,1640 ha torpaq sahəsində yerləşən əmlak kompleksi mağaza, ərzaq anbarı, tara anbarı, altıaçıq, ayaqyolu, daş hasar, davaza, su hovuzundan ibarətdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-230/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Zaqatala RKC idarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarı, Zaqatala rayon Dövlət Notariat kontorunda bağlanmış 14 fevral 2005-ci il tarixli 4-Ə-40 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aparılmış MH seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan qeydiyyat etibarsız hesab edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh ünvan 2 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın İddiaçı alınaraq Az.MEM, VÖEN**********, X3,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)-427/2021 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili X6 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli 2(033)-230/2020 nömrəli qətnаməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiаçı Cavabdehlər İddiaçı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi, Zaqatala rayon Kooperativlər Cəmiyyəti və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı Zaqatala rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003cü il tarixli 152 saylı qərarının, 14 fevral 2005-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın mülkiyyətə verilməsinə dair qeydiyyatın etibarsız hesab edilməsi və Kooperativlər Cəmiyyəti ilə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiаsının rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manatın Cavabdeh alınaraq Az.MEM, VÖEN**********, X3,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4728/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-427/2021 saylı iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi «Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının» etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata xitam verilmişdir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, İddiaçı Zaqatala şəhəri İ Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksinın mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin mübahisələndirilən əmlak kompleksi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri İ.Şamil küçəsində 0,074650 ha torpaq sahəsində yerləşən 499 kv.m-lik əmlak kompleksindən Cavabdeh çıxmaması, qeyri-yaşayış binasını boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan qeyri yaşayış binasından (əmlak kompleksindən) sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin qeyri yaşayış binasından çıxarılmalıdır. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdehlər Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (Azərittifaq) və digərlərinə qarşı Zaqatala RKC İdarə Heyətinin 8 sentyabr 2003-cü il tarixli 10 nömrəli qərarı və Azərittifaqın 5 sentyabr 2003-cü il tarixli 152 nömrəli qərarının “ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələrinə” aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1579/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2(107)-89/2022 saylı, 2 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-89/2022 saylı, 2 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlil üzrə yekun məhkəmə aktı qəbul edilmiş, onun iddia tələbi təmin edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı, 07 oktyabr 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-661/2021 saylı, 07 oktyabr 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-210/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-210/2022
07.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver