Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2143/2021 30.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, iddiaçılar İddiaçı1, İddiaçı3, X11 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı "ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(014)-27/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh X9 qarşı «ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ərazi idarəsi tərəfindən verilmiş 23.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.51 hektar həyətyanı torpaq sahəsindən onlar X4 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evləri, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(014)-27/2021 nömrəli (hakim N.Əliyev) qətnaməsinə əsasən iddia əsassız olduğundan rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 119.40 (yüz on doqquz 40 qəpik) manat ekspertiza xərci isə müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınıb Kapital Bank ASC-nin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X11 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində həmçinin təkrar tikinti-texniki ekspertizanın keçirilməsini xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli, 15 saylı qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kəndində yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi 0,51 hektar həyətyanı torpaq sahəsi cavabdehin, mərhum ailə başçıları X3 və onların- İddiaçı1 və X4 mülkiyyətinə verilmişdir və bu barədə adlarına 22 iyul 2005-ci il tarixdə kitabda qeydə alınmış JN - 028A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. X3 ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsindən ona çatası payına vərəsəlik işi açdırmışlar və həmin payı onlar qəbul etmişlər. Cavabdeh həmin həyətdə onların yaşadıqları yaşayış evindən aralıda özünə yaşayış evi tikdirərək həmin evdə yaşayır. Onlar isə cavabdehin və mərhum Xudaverdi Muxtarovun valideynləri tərəfindən tikilmiş evdə yaşayırlar. X1 miras qalmış torpaq sahəsini qəbul etdikdən sonra həyətyanı torpaq sahəsini paylı mülkiyyət hüququ əsasında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində 113 nömrəli reyestr kitabında 79 nömrəli vərəqində adlarına qeydə aldırmışlar və bu barədə adlarına 23.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 0.51 hektar həyətyanı torpaq sahəsində cavabdehin payı 4/16 hissədə, iddiaçılar X4 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı isə 1/16 hissədə müəyyən edilmişdir. Həmin hissələrə uyğun olaraq 0.51 hektar həyətyanı torpaq sahəsində cavabdehin payı 0.1275 hektar, onların birlikdə payları 0.3825 hektar təşkil edir. Hazırda payların düşən torpaq sahəsi naturada bölünərək tanıdılmadığına görə torpaqdan istifadə ilə əlaqədar cavabdehlə aralarında mübahisə yaranır. Ona görə də 0.51 hektar torpaq sahəsindən onların mülkiyyətlərinə düşən ümumilikdə 12/16 hissəsindən, yəni 0.3825 hektarından istəklərinə uyğun istifadə edə bilmir, yəni cavabdehlə birgə paylı mülkiyyətlərində olan torpaq sahələri üzərində hüquqlarını hər kəs öz istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi onların payına düşən torpaq sahəsi üzərində hüquqlarını öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehə paylarına düşən torpaq sahələrinin ayrılıb verilməsini təklif etsələr də, torpaq sahələrinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onların mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Torpaq sahələrində paylarını yaşadıqları fərdi yaşayış evlərini, gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada bölmək mümkündür. Cavabdehlə payların ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmək mümkün olmamışdır. Ona görə də cavabdehlə ümumi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində qanunla müəyyən edilmiş paylarının naturada ayrılmasına zərurət yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmiş Ağdaş Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırda paylarına düşən torpaq sahəsi naturada bölünərək tanıdılmadığına görə torpaqdan istifadə ilə əlaqədar cavabdehlə aralarında mübahisə yaranır. Ona görə də onlar 0.51 hektar torpaq sahəsindən onlarıniddiaçıların mülkiyyətinə düşən ümumilikdə 12/16 hissəsindən, yəni 0.3825 hektarından istəklərinə uyğun istifadə edə bilmirlər. Yəni cavabdehlə birgə paylı mülkiyyətlərində olan torpaq sahələrinin üzərində hüquqlarını hər kəs öz istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi onlar paylarına düşən torpaq sahəsi üzərində hüquqlarının öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehə paylarına düşən torpaq sahələrinin ayrılıb verilməsini təklif etsələr də, torpaq sahələrinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da onların mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məlumat üçün bildirirlər ki, torpaq sahələrində paylarının yaşadıqları fərdi yaşayış evləri, gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada bölmək mümkündür. Belə ki, onlar özlərinə məxsus fərdi yaşayış evinə gediş-gəliş üçün cavabdeh X6 yaşadığı fərdi yaşayış evinin arxa hissəsindən eni 6-7 metr olan boş ərazidən və digər tərəfdən də bir başa küçəyə çıxış var. Bu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin torpaq sahəsinin planı və ölçüsündə tam aydın şəkildə görünür. Lakin buna baxmayaraq məhkəmə qətnaməsi ilə təyin edilmiş ekspertizanı keçirən ekspert ekspertizanın keçirilməsi təyin edilmiş gün mübahisəli yaşayış sahəsinə gəlmiş, cavabdeh eksperti həyətə buraxmamışdır. Ona görə də ekspert belə vəziyyətdə ekspertizanın keçirilməsinin mümkün olmadığını bildirmiş, həyətə girmədən və müayinə aparmadan qayıdaraq çıxıb getmişdir. Sonradan isə məlum ekspert rəyini tərtib edərək məhkəməyə göndərmişdir. Göründüyü kimi işə cəlb olunmuş ekspert heç bir ekspertiza keçirmədən ekspertizanın keçirilməsinin cavabdehin günahı ucbatından keçirilməsinin mümkün olmaması barədə məhkəməni xəbərdar etmək əvəzinə qanunsuz rəy tərtib edərək məhkəməyə göndərmişdir. İşə baxan Ağdaş Rayon Məhkəməsi həmin ekspert rəyi ilə onları tanış etməmiş, məhkəmə iclasında ekspertin rəyini müzakirə etməmiş, rəyə münasibətlərini öyrənməmiş, işin tam və hərtərəfli araşdırılması üçün iş üzrə əlavə ekspertiza təyin etməli olduğu halda, bu prosessual hərəkətləri etməyərək qanunsuz hesab etdikləri ekspertin rəyini əsas götürərək iddia tələblərinin təmin edilməməsi barədə qətnaməni qəbul etmişdir. Nəticədə onlar ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylarına uyğun bölünməsindən məhrum edilərək mülkiyyətçi kimi torpaq paylarından öz istəklərinə uyğun həyata keçirmək hüquqlarından məhrum olunmuşlar. Qeyd edilənlərə əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərində olan 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları fərdi yaşayış evləri, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla texniki cəhətdən naturada bölünməsi mümkündürmü” sualı qoyulmaqla, iddiaçıların iştirakı təmin edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini, 2(014)-27/2021 saylı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 avqust 2021- ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onların da həmin əmlakda payı olmasına baxmayaraq, cavabdehin müdaxiləsi nəticəsində evə daxil ola bilmirlər. Ekspert tərəfindən verilmiş rəy də əsl həqiqəti əks etdirmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər iddiaçılar İddiaçı3, İddiaçı2 və X11 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdiklərini və iş üzrə obyektiv qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X13 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: 23.01.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü” nün surətindən məlum olur ki, Ağdaş rayon, Qoşaqovaq kəndində yerləşən 0.51 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 5/16 hissəsi İddiaçı1, hissəsi 1/16 İddiaçı3, 1/16 hissəsi İddiaçı2, 4/16 hissəsi X6 və 5/16 hissəsi isə X4 mülkiyyətindədir. Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş 02 oktyabr 2018-ci il tarixli 2(014)- 1947/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia təmin edilmiş, mərhum X3 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Ağdaş rayonu, Qoşaqovaq kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.51 hektar həyətyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh X14 tərəfindən yaradılan süni maneələr aradan qaldırılması, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. Ağdaş rayon məhkəməsi tərəfindən verilmiş 18 iyun 2019-cu il tarixli 2(014)- 1006/2019 saylı qətnamənin surətindən məlum olur ki, iddiaçı X6 cavabdeh İddiaçı1, X7 və İddiaçı2 qarşı «vərəsəlik hüququnun tanınması və torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 24 yanvar 2019-cu il tarixli 2(107)- 424/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(014)-1947/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 08 may 2018-ci il tarixli **********50 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum İddiaçı3 Paşa oğlunun və ailə üzvləri X8, X3, İddiaçı1 və X4 adlarına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə və çıxarışın təsdiq edilmiş surətinin verilməsi barədə 27.04.2018-ci il tarixli 10 nömrəli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan şəxslərin adlarına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-028A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də Ağdaş rayonu, Qoşaqovaq kəndində X12 və ailə üzvlərinin adına ümumbirgə (4 nəfər) mülkiyyət hüququ ilə 0.51 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-0039 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” da Ağdaş rayonu, Qoşaqovaq kəndində X10 və ailə üzvlərinin adına ümumbirgə (4 nəfər) mülkiyyət hüququ ilə 3.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 14 may 2018-ci il tarixli **********69 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində 0.51 ha torpaq sahəsi üzərində İddiaçı1 (5/16 hissəsi) və ailə üzvlərinin paylı (5 nəfər) mülkiyyət hüququ 23.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 aprel 2020-ci il tarixli 10/3179 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(014)-514/2020 nömrəli mülki iş üzrə 30.06.2020-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektinə baxışın keçirilməsi barədə 29.10.2020-ci il tarixdə ekspert vəsatəti verilmişdir. Baxışın keçirilməsi 05.04.2021-ci il tarixə təyin edilmişdir nvə həmin tarixdə eskpert tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi məqsədi ilə göstərilən ünvana gedilməsinə baxmayaraq cavabdeh tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə müdaxilə edilmişdir və baxış keçirilməsi baş tutmamışdır. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestr xidməti tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli **********99 saylı mütəxəssis rəyindən məlum olur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********47 reyestr nömrəli çıxarışla, İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış 0.51 ha həyətyanı torpaq sahəsindən, X5 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evlərinin, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli 10/2555 saylı ekspert rəyindən məlum olur ki, 1ci sual üzrə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələrləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 15.10.2020 il tarixli ********** saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********47 reyestr nömrəli çıxarışla, İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış 0.51 ha həyətyanı torpaq sahəsindən, X5 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evlərinin, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi mümkün olmadığı müəyyən edilmişdir, 2-ci və 3-cü suallar üzrə Ağdaş rayon Qoşaqovaq kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsi tərəflərin paylarına uyğun şəkildə bölünmədiyindən qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və apellyasiya şikayətində göstərilən qaydada yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Birincisi ona görə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər İş materiallarına əlavə edilmiş ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələrləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən 15.10.2020 il tarixli ********** saylı mütəxəssis rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********47 reyestr nömrəli çıxarışla, İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmış 0.51 ha həyətyanı torpaq sahəsindən, X5 payı 5/16 hissədə, İddiaçı1 payı 5/16 hissədə, İddiaçı3 payı 1/16 hissədə və İddiaçı2 payı 1/16 hissədə olmaqla cəmi 12/16 hissədə, yəni 0.3825 hektarının yaşadıqları yaşayış evlərinin, həyətə giriş-çıxış və su yolu nəzərə alınmaqla naturada ayrılıb verilməsi mümkün deyildir. İkincisi, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Üçüncüsü, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, hər bir mübahisənin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Dördüncüsü, kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, apellyatorlar ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişlər. Hər hansı bir əsaslı səbəb olmadan da lüzumsuz olaraq əlavə və ya təkrar ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(014)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-2143/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2143/2021
30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver